4. Həmişə günəşli olan yerdə yaşamaq ağlabatandırmı? Mənim fikrimcə həmişə günəşli olan yerdə yaşamaq ağlabatan deyil. Çünki insanın günəşə ehtiyacı olduğu kimi, sərin havaya da ehtiyacı var. Lakin həmişə günəşli hava olan yerlərdə yaşayan insanlar artıq bu hava şəraitinə öyrəşmiş olurlar. Ona görə də bunun onlar üçün bir fərqi olmur.
5. Sizcə iqlim dəyişirmi? Bəli. Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir.
6. Havanın sizinkindən fərqli olduğu başqa ölkəyə köçməyə üstünlük verərdiniz? Yaşadığım ölkənin havasından razıyam. Çünki Azərbaycan subtropik və mülayim qurşaqda yerləşdiyi üçün fəsildən asılı olmayaraq hava çox sərt olmur. Lakin başqa ölkəyə köçməli olsa idim havası daha sərin olan bir ölkəyə köçərdim. Çünki mənim çox istiyə dözümüm yoxdur.
7. Hava əhvalınıza təsir edirmi? Bəli, havanın qışda çox soyuq, yayda isə çox isti keçdiyi günlər əhvalıma təsir edir. Hava çox soyuq olduqda əhvalım olmur. Hətta çox soyuq havada evdən çıxmaq istəmirəm. Həmin gün ancaq evdə yatmaq istəyirəm. Eyni zamanda hava çox isti olduğu zaman da vacib işim yoxdursa evdə olmağa üstünlük verirəm.
8. Hava sizin təhsil və ya iş vərdişlərinizə təsir edirmi? Mənim fikrimcə hava nə qədər sərt keçsə də bu bizim təhsil və ya iş vərdişlərimizə təsir etməməlidir. Çünki təhsil bizim bilik səviyyəmizin artırılması üçün, iş isə gündəlik tələbatlarımızın qarşılanması üçündür. Buna görə də hava necə olursa olsun təhsil və iş həyatımıza davam etməyə məcburuq.