Topic: Places Are parks important for a city?


Adətən hər ay əyləncəyə nə qədər pul xərcləyirsiniz?



Yüklə 52,73 Kb.
səhifə21/33
tarix28.11.2023
ölçüsü52,73 Kb.
#167724
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
Fatimə

3. Adətən hər ay əyləncəyə nə qədər pul xərcləyirsiniz?
Hər ay üçün əyləncəyə xərclədiyim pulum miqdarı fərqli olur. Çünki hər ay eyni yerlərə getmirəm. Bir ay əyləncə üçün parkda müxtəlif attraksionlara gedirəm. Digər ay həftəsonları sinemaya gedirəm. Ondan sonrakı ayda həftəsonlarını rəfiqələrimlə müxtəlif məkanlarda keçirirəm. Məhz buna görə də aylıq əyləncəyə sərf etdiyim pulun miqdarı dəyişir.
4. Yemək üçün adətən hər ay nə qədər pul xərcləyirsiniz?
Yemək üçün adətən orta hesabla ayda 100- 150 manat pul xərcləyirəm. Lakin bu məbləğ dəyişə bilər. Çünki bayram günlərində, universitetə getmədiyim günlərdə çöldə yemək yeməli olmuram. Bu zaman da aylıq xərclərimə qənaət etmiş oluram.
5. Siz adətən hər ay nəqliyyata nə qədər pul xərcləyirsiniz?
Mən hər ay təxminən nəqliyyata 20-30 manat pul xərcləyirəm. Sumqayıt şəhərində çox yerlər yaxın olduğu üçün əsasən piyada gəzirəm. Lakin hava şəraiti ilə əlaqədar olaraq, yaxud da getdiyim yerin məsafəsindən asılı olaraq gün ərzində ən azı bir dəfə nəqliyyatdan istifadə edirəm.
6. Ölkənizdə saç kəsdirmək nə qədərdir?
Ölkəmizdə saç kəsiminin qiyməti kəsilən saçın formasına görə və salonun prestijinə görə fərqli olur. Buna görə dəqiq bir qiymət demək olmur. Amma sadə saç kəsiminin qiyməti təxminən 10-15 manatdır.
7. Ölkənizdə avtobusa minmək nə qədərdir?
Ölkəmizdə avtobusun qiyməti getdiyi məsafədən asılı olaraq dəyişir. Məsələn Sumqayıtda şəhərdaxili avtobusların qiyməti bir nəfər üçün 40 qəpikdir. Şəhərdən rayona gedən avtobusların qiyməti 1 nəfər üçün təxminən 10 manatdır. Amma bu təxmini qiymətdir, çünki getdiyi məsafədən asılı olaraq qiymət artıb azala bilir.
8. Ölkənizdə bir litr benzin nə qədərdir?
Azərbaycanda benzinin qiymətində tez-tez dəyişikliklər olur. Aİ-95 və Aİ-98 markalı benzinlər mövcuddur. Aİ-95 markalı benzinin qiyməti Aİ-98 markalı benzinin qiymətinə nisbətən daha ucuzdur. Bu gün Aİ-95 markalı benzinin qiyməti təxminən 2 manat, Aİ-98 markalı benzinin qiyməti isə 2,30-2,50-dir.

Yüklə 52,73 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin