Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə18/50
tarix18.04.2017
ölçüsü5,74 Mb.
#14373
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

İMAN YOXSA İRCA?





İMANIN TƏRİFİ VƏ TƏFSİRİ


İman məfhumu olduqca çox mühüm bir məsələdir. Əgər iman məfhumu düzgün başa düşülərsə onun üzərində qurulan ibadətlər də düzgün olar. Yox əgər səhv başa düşülərsə bunun üzərində yaranan ibadətlərə də xələl gələr və bu da Sıratal mustəqimdən çıxmaqdır. Batiniyyə firqələrin yaranmasına səbəb də onların iman məfhumunu yaxşı başa düşmədiklərinə görədir. Şeyx Albani – rahmətullahi aleyhi deyir ki: «Xəta üzərində bina edilmiş hər bir şey xətadır».

Əşyanın tərifi və onu bəyan edən təfsir həmişə əhkamlardan əvvəl gəlir. Əşyalara hökm vermək onun təsəvvüründən yaranan bir hissədir. Əgər bir kəs hökm verəcəyi bir şeyin təfsirini bilmədən, dəqiqliklə təsəvvür etmədən ona hökm verərsə o, böyük bir səhv etmiş olar. İnsan bir şeyə hökm verməsi üçün əvvəlcə onu tamamilə təsəvvür etməlidir. Fətva verən, tərif verən o, tərif verdiyi şeyin həqiqətini bilməlidir. Əgər o, şeyi təsəvvür etməsə ona tərif verə bilməz. Tərifləri isə əsasən elm əhli verir. O, kəslər ki, bu tərif verdikləri şeylər barəsində elmi kamilləşib. Hər bir şeydə o, şeyin həqiqətini, təsəvvürünü bilməlisən. Nə qədər güclü təsəvvür edərsə ona verilən tərif də bir o, qədər güclü olar. İnsanın məsələni yaxşı başa düşməsi, təsəvvür etməsi ona verdiyi tərifi daha da yaxşı edir. Bu təriflər də ictihadidir. Müəyyən bir formada Quran və Sünnədə gəlməyib. O, şey ki, onun barəsind tərif gəlməyib elm əhli o, haqda tərifi ictihad edirlər. Buna görə də onların tərifləri ləfz tərəfdən fərqlənirlər. Lakin məna tərəfdən isə onların tərifləri birləşir. Bu da yalnız Əhli Sünnədə olur. Onlar da tərif verməkdə Quran və Sünnəyə əsaslanırlar. Tərifləri bidət əhlinin təriflərindən fərqlənir. Buna görə də Əhli Sünnə ilə müxaliflər arasında iman məfhumu barəsində ixtilaf yaranmışdır. Çünki onların tərif verməkdə dəstəkləndikləri tək yer lüğət tərəfdəndir. Onlar imana tərif verməkdə dil tərəfi (lüğəti mənanı) götürərək istilahi (şərri) tərəfdən də tərifi ona əsaslandırmışlar. Demişlər ki, dil tərəfdən (lüğəti məna) necədirsə şərri mənası da o, cürdür. Buna görə iddia edirlər ki, imanın lüğəti mənası tək təsdiqdir. Təsdiq və iman sinonim sözlərdir. Aralarında heç bir fərq yoxdur. Onlar bununla böyük bir xətaya yol vermişlər. Xətaları isə istilahi (şərri) tərifi təyin etmək üçün dil tərəfə (lüğəti mənaya) yönəlmişlər. İbn Teymiyyə - rahmətullahi aleyhi «İman» kitabında bu məsələyə diqqət yönəltmiş və demişdir ki, imana tərif verməkdə tək lüğəti tərəfə etimad edənlər xətaya düşmüşlər. Onlar lüğəti tərəfə etimad edib, şərri təriflər verirlər. Onların bu şübhələrinə rədd qaytarmışdır.

Əhli Sünnə alimləri deyirlər ki, tərif – Cəmiyən toplayan və Məniyən qoymayan olmalıdır. Tərif o, sözləri əhatə etməli və artıq sözlərin ora daxil olmasını qoymamalıdır. Tərif də nə qədər qısa və əhatəli olarsa dəyəri də bir o, qədər çox olar və ən güclü tərif sayılar. Nə qədər ki, sözlər çox olarsa tərifin dəyəri də bir o, qədər aşağı düşər. Bir şey haqqında tərif verilərsə o, cümlədə işlədilən hər söz nəyəsə dəlalət edir. Yəni bu sözlərin heç biri əbəs yerə orada işlədilməmişdir. Məs: Səhabə sözünün tərifi belədir: «Kim Peyğəmbər sallallahu aleyhi və səlləm i iman etdiyi halda görərsə və iman üzərə (müsəlman olaraq) ölərsə o, səhabədir. Ərəbcədən tərcümə etdikdə belədir. Hər bir sözü açıqladıqda – Kim kimə deyilir? Ağıllı insana, insan olmalıdır. Heyvan görərsə səhabə sayılmır. Görərsə əgər eşitsə səhabə deyildir. Iman Gətirdiyi Halda əgər Peyğəmbər sallallahu aleyhi və səlləm i görəndə kafir idi isə öləndə İslamı qəbul edirsə səhabə sayılır. Iman Üzərində Olaraq Ölərsə əgər Peyğəmbər sallallahu aleyhi və səlləm i iman üzərində görübsə, lakin öləndə dindən çıxıbsa səhabə sayılmır.
İMANIN LÜĞƏTİ MƏNASI
Yuxarıda qeyd etdiyimiz kimi Əhli Sünnəyə müxalif olanlar qeyd edirlər ki, imanın lüğəti mənası tək təsdiqdir. Təsdiq və iman sinonim sözlərdir. Aralarında heç bir fərq yoxdur. Əhli Sünnə alimləri isə qeyd edirlər ki, imanın mənası təsdiqdir. Lakin təsdiqlə yanaşı başqa mənaları da vardır. İman sözü iki şeyi əhatə edir deyənlərin dəlillərindən birincisi İştiqaq alınmaq deməkdir. Sözün kökü - iman sözü Əmin sözündən alınmışdır. Əmənə, Əminu, Yuminu, İmənən sözünün məsdəridir. Qorxunun ziddidir. «Allah onları qorxudan əmin etdi» (Qureyş 4). İmana tək təsdiq mənasını vermək düzgün deyildir. Təsdiqlə yanaşı başqa bir şey, söz (məna da) vardır ki, bu da əmin olmaqdır. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «İman sözü əmin olmaqdır». «İndi biz doğru danışsaq da sən bizə iman etməyəcəksən». (Yusif 17). Yəqub əleyhissəlam onların sözlərinə əmin deyildir. Yəni sən bizim xəbərmizə arxayın deyilsən, etibar etmirsən biz sadiq olsaq da belə. Onlar Yəqub əleyhissəlam ın yanında etibarlı deyildirlər.

İman sözü iki şeyi əhatə edir deyənlərin dəlillərindən ikincisi isə İstiməl sözünün işlənməsi, dilçilərin, ərəb dilində güclü olan alimlər imana elə bir təfsir vermişlər ki, özündə həm təsdiqi, həm də əmin olmağı əhatə edir. Tək təsdiqlə kifayətlənməmişlər.



Dilçilər də bu fikirdədirlər ki, iman sözü həm təsdiqi, həm də əmin olmağı əhatə edir. «Lisanul Ərəb» kitabını yazan İbn Mənzur rahmətullahi aleyhi deyir ki, iman Siqadır (arxayın olmaq, inanmaq) deməkdir. Siqa ərəb dilində əmin olmaq, arxayın olmaq mənasını verir. Sən bir şəxsə heç vaxt arxayın olmazsan əgər onu təsdiq etməsən. Bəzən görürsən ki, insan təsdiq edir, lakin ona arxayın olmur. Siqa sözü isə arxayınçılıqdır. Əgər təsdiq edəndən sonra əmin olarsa bu iman olur. Əgər insan xəbəri eşidib təsdiq edərsə, xəbər verən insana arxayın olarsa, xəbərin tələb etdiyini yerinə yetirərsə bu imandır. Əgər xəbəri təsdiq edib, sonra xəbər verənə qarşı düşmənçilik edərsə bu iman sayılmaz. Bunlara Musaddiqlər yalnız təsdiq edənlər deyilir.

Ümumən bunların dəlillərinin xülasəsi odur ki, iman məsələsində insan xəbər verənə arxayın olmalıdır, xəbərinə inanmalıdır və özünün də doğru olduğuna etiqad etməlidir. Buna görə də imanın təfsirinə münasib ləfz gətirmək üçün buna dəlillər gətirmək lazımdır ki, daha da güclənsin. Buna da Peyğəmbər sallallahu aleyhi və səlləm in əmisi Əbu Talibi misal göstərmək olar. Çünki o, Peyğəmbəri sallallahu aleyhi və səllə - təsdiq edirdi. Elə bir təsdiq ki, onda heç bir şəkk yox idi. Şair deyir ki, artıq onlar bildilər ki, bizim oğlumuz bizim yanımızda təqzib olunmazdır. Buna görə də batil sözlərə məhəl qoyulmaz. Onlar bilmirlər ki, biz Muhəmmədi Musa əleyhissəlam kimi tapdıq (Peyğəmbər kimi). Hansı ki, bu da əvvəlki kitablarda yazılmışdır. Bununla da belə ona mömin deyilməz. Çünki onun qəlbi İslamla rahatlıq tapmadı. İslama boyun əymədi. Səid b. Musəyyibin atası deyir ki, Əbu Talib ölüm anında ikən Peyğəmbər - sallallahu aleyhi və səlləm onun yanına gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var idi. Peyğəmbər - sallallahu aleyhi və səlləmm buyurdu: «Ey əmi! Lə İləhə İlləllah kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə də: «Ya Əbu Talib! AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət Əbu Talibin onlara söylədiyi son söz: «AbudulMuttalibin milləti üzərindəyəm!» oldu və: «Lə İləhə İlləllah» deməkdən çəkindi. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Yaxşı bil ki, Allaha and olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». Bundan sonra Allah ayə nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113). «(Ya Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Ey əmi! Lə İləhə İlləllah kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması və haqqımda: «Əbu Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib səni məmnun edərdim»609. Əgər iman tək təsdiq olsa, onda onların sözlərindən belə çıxır ki, Əbu Talib mömindir. Buna görə də onlar bu sözləri ilə xətaya düşürlər. İmanın həm lüğəti, həm də istilahi (şərri) mənasını tək təsdiqdir dediklərinə görə. Əbu Talib Musaddiq tək təsdiq edən idi. Qureyşlilərin əksəriyyətinin halı da belə idi. «Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi Peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o, zalimlər (müşriklər) Allahın ayələrini inadla inkar edirlər» (əl-Ənam 33). Həmçinin Yəhudilərin halı da belə idi. «Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir». (əl-Bəqərə 146). Təkcə təsdiq etmək onların mömin olması demək deyildir.

Səhih iman düzgün iman sahibinə əmanəti qorumağa yönəldir və xəyanətdən çəkindirir. Hətta insanlar onun barəsində əmin olurlar. Ən qiymətli şeylərində belə o, insana əmin olurlar. Qiymətli şeylər də qanları və mallarıdır. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mömin o, şəxsdir ki, başqa insanlar ondan əmindirlər. Canlarında və mallarında»610. Kamil imanın tələb etdiyi şeylərdəndir ki, həmçinin də imanın səmərələrindəndir ki, mömin tərəfindən insanlara qarşı heç bir pislik, əziyyət verilməz. Bu kimi şeylərdə həddi aşmaq əmin-amanlığa xələl gətirir. Bu da imanın kamilliyinə xələl gətirir. Kamil iman isə sahibini həddi aşmaqdan insanlara qarşı təcavüz etməkdən onların mallarına, canlarına və malik olduqları şeylərə qarşı təcavüz etməkdən çəkindirir. İnsanın imanı nə qədər artarsa bir o, qədər də insanda o, sifət: «Nədir o, sifət? – Başqa insanların ondan əmin, arxayın olmaları!» yaranar. İnsanın imanı artdıqca mömindən başqalarına əziyyət toxunmur. Buna görə də iman əhlinin söylədiyi şüar «Əssələmu Aleykum» - dur. Deməli insanın söylədiyi ilk söz və eşidənin də eşitdiyi ilk söz salamatçılıqdır. O, salam söyləyən insan söylədiyinə qarşı heç bir şər və pis niyyət daşımır. Həmçinin xəyanət və məkrdə. Sənə salamtçılıqla dua edən və sənə bu salamı verən sənə qarşı heç həddi aşarmı. Yəni məndən sizə qarşı heç bir xələl gəlməz. İman tam bir əmin-amanlığın olmasını tələb edir. Mömin tərəfindən qardaşına və bütün insanlara qarşı. Çünki o, mömindir imanı qəlbində kamilləşib. Artıq imanın şöbələri də kamilləşib. Əgər belə bir xislətlər bir kimsədə hasil olarsa insanlara qarşı həddi aşmaq, oğurluq, mallarına təcavüz etmək imanın zəifləməsini göstərir. Belə bir kimsə kamil mömin deyildir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm kamil mömini vəsf edərək buyurdu ki: «Mömin o, şəxsdir ki, başqa insanlar ondan əmindirlər».



İmanın mənalarından biri də Təsdiq - etmək deməkdir. Təqzibin, yalanın ziddidir. Rəbb olaraq Allaha iman etdim. «Biz Allaha iman etdik deyin» (əl-Bəqərə 136). «İndi biz doğru danışsaq da sən bizə iman (yəni təsdiq) etməyəcəksən. (Yusif 17). «Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?». (əş-Şuəra 111). «Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?». (əl-Muminun 47). İman qəti olaraq təsdiqdir. Tam bir etirafdır. Allah və Rəsulunun əmr etdiyi hər bir şeyi qəti olaraq təsdiq etmək, tam bir şəkildə etiraf etmək və ona zahirən və batinən də boyun əyməkdir (buna İnqiyad deyilir). Allahın əmr etdiyi hər bir şey itaətdir. İman nədir? İtaətdir, itaətdə əmrə müvafiq olmaqdır. Əgər əməl əmrə müvafiqdirsə o, itaət sayılır. Əgər əməl əmrə müvafiq deyilsə itaət sayılmır. Buna görə də Allah və Rəsulunun əmr etdiyi hər bir şey itaətdir və itaətdə imandır. Hamısı da din sayılır. Təsdiqdən sonra insan zahirən də, batinən də boyun əyməlidir. İnqiyad batinən də insanın qəbul etməsidir. Etiqad etmək və bundan doğan əməllərə, qəlbi əməllərə etiqad etməkdir. Zahiri əməllərə boyun əymək, dil və əzalarla əməlləri yerinə yetirməkdir. İman qəlbin təsdiqi və qəlbin etiqadıdır. Elə bir etiqad ki, həm qəlb əməllərini həm də bədən əməllərini özündə əhatə edib. Bu da bütün dini yerinə yetirməyi əhatə edir. Burada olan etiqad ya əməlləri özündə əhatə edir, ya da bu əməlləri tələb edir. Bununla da kamil iman qəsd olunur. Elə bir etiqad ki, həm qəlb həm də bədən əməllərini tələb edir. Kamil imanda artıq bütün əməllərə riayət olunur. Çünki kamil iman bütün zahiri və batini ibadətləri, əməlləri əhatə edir. Çünki sən etiqad etdikdə artıq bu etiqad səndən bu əməlləri tələb edir. İmanın əsası da imanın kamilliyini tələb edir. Bu da zahiri və batini əməlləri tələb edir.

İqrar sözü qəlbin iqrarı və rahat olması üçün imanın mənasında olduqca mühümdür. Amma təsdiq edib sonra müxalif olmağı qəlbində qəti olaraq keçirən şəxs iman gətirmiş sayılmaz. Hətta təsdiq etsə də belə. Onda imanın təfsiri üçün daha münasib kəlimə hansıdır?

İmanın lüğət tərəfdən təfsiri üçün ən münasib kəlimə iqrar kəliməsidir. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki, bəlli olduğuna görə iqrar – imandır. Sadəcə təsdiq demək deyildir. Ərəb dilində iqrar təsdiqdən də daha geniş mənanı əhatə edir. İqrar qəlbin sözunu əhatə edir. Hansı ki, o da təsdiqdir. Buradan da aydın olur ki, təsdiq qəlbin sözüdür. Deməli iqrar həm qəlbin sözünü əhatə edir, həm də qəlbin əməlini. O, da İnqiyad boyun əyməkdir. Bunula da lüğət tərəfdən imanın mənası daha da həqiqətə uyğun olur. İqrar da iki şeyi özündə əhatə edir ki, birincisi qəlbin sözüdür. O, da təsdiqdir. Təsdiq də xəbərin düzgünlüyünü və xəbər verənin də doğruluğunu təsdiq etməkdir. Bu da iman mövzusunda olduqca mühümdür. Bəzən etiqad edir ki, xəbər səhihdir, xəbər verən isə yalançıdır. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Ramazan ayında (fitrə) zəkatını qorumağı mənə əmr etmişdi. Bir gecə (tanımadığım) biri gələrək bu zəkatı ovuclamağa başladı. Dərhal onu yaxalayaraq: «Səni Rəsulullah - sallallahu aleyhi və səlləm – in yanına aparacağam» dedim. O: «Mən ehtiyac sahibiyəm. Üzərimdə baxmaqla yükümlü olduğum uşaqlarım vardır. Ağır ehtiyac içindəyəm» dedi. Mən də yazığım gələrək onu buraxdım. Səhəri Peyğəmbər - sallallahu aleyhi və səlləm – ilə görüşdükdə: «Ya Əbu Hureyrə! Dünən gecəki əsirin nə etdi?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! Ehtiyaclı olduğundan və çox uşaqlı olduğundan şikayət etdi. Mənim də ona yazığım gəldiyi üçün onu buraxdım» dedim. Peyğəmbər: «Diqqətli ol! O, sənə yalan söyləmişdir və yenə də sənin yanına gələcəkdir» deyə buyurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm – əvvəlcədən mənə xəbər verdiyi üçün onu gözləməyə başladım. (Bir müddətdən sonra) həqiqətən də o, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in xəbər verdiyi kimi gəldi və zəkat malını ovuclamağa başladı. Mən (yenə də) onu tutaraq: «Səni Rəsulullah - sallallahu aleyhi və səlləm – in yanına aparacağam» dedim. O: «Yenə də göz yaşı tökərək ehtiyaclı, çox uşaqlı olduğunu söyləməyə başladı və bir daha gəlməyəcəyini söylədi». Mən yenə də yazığım gələrək onu buraxdım. Səhəri Peyğəmbər - sallallahu aleyhi və səlləm – ilə görüşdükdə: «Ya Əbu Hureyrə! Dünənki əsirin nə etdi?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! Yenə də ehtiyaclı olduğundan və çox uşaqlı olduğundan şikayət etdi. Mənim də ona yazığım gəldiyi üçün onu buraxdım» dedim. Peyğəmbər: «O, sənə yenə də yalan söyləmişdir. Lakin onu gözlə yenə də gələcəkdir» deyə buyurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu sözlərindən sonra mən onu üçüncü dəfə gözləməyə başladım. (Bir müddətdən sonra) o, gələrək zəkat malını ovuclamağa başladı. Bu dəfə onu möhkəmcə yaxaladım və bu dəfə səni mütləq Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına aparacağam. O: «Burax məni! Sənə bir neçə kəlimə öyrədərəm ki, Allah bu kəlimələr sayəsində səni faydalandırar» dedi. Mən: «Bu (nə sözlərdir)» dedim. O: «Yatağına girdiyin zaman «Ayətul Kursi – Bəqərə 255-ci ayəsini» başlanğıcdan sonuna qədər oxusan, bu vaxtı səhərə qədər səninlə Uca Allah tərəfindən səni qoruyan bir mələk yanından ayrılmaz. Şeytan isə səhərə qədər sənə yaxınlaşa bilməz» dedi. Mən də bu sözlərdən sonra onu buraxdım. Səhəri Peyğəmbər - sallallahu aleyhi və səlləm – ilə görüşdükdə: «Ya Əbu Hureyrə! Dünən gecəki əsirin nə etdi?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! Mənə sayəsində Allahın mənə fayda verəcək bir neçə kəlimə öyrətdi. Mən də onu buraxdım» dedim. Peyğəmbər: «Bu nə kəlimələrdir belə?» deyə buyurdu. Mən: «Mənə yatağına girdiyin zaman Ayətul Kursini başdan sona qədər oxu dedi. Və bu vaxtı səhərə qədər Allah tərəfindən olan gözətçi mələk sənin yanından ayrılmaz və şeytan sənə yaxınlaşa bilməz» dedi. Peyğəmbər: «Həqiqətən o, sənə doğrunu söyləmişdir. Halbuki o, özü yalançıdır. Ya Əbu Hureyrə! Üç gündür kiminlə söhbət etdiyini bilirsənmi?» deyə buyurdu. Mən: «Xeyr, bilmirəm» dedim. Peyğəmbər: «O, şeytan idi» deyə buyurdu611. Bu iman məsələsində xəbər verənə insan arxayın olmalıdır. Onada və onun verdiyi xəbərin doğru olduğuna da.

İkincisi isə qəlbin əməlidir. O, da qəlb tərəfdən artıq arxayın olmaq və əzm – qəti qərar vermək ki, buna (xəbərin tələb etdiyinə) boyun əyəcəkdir. Ona müxalif olmayacaq və ikrah hissi ilə ona yanaşmayacaqdır. İman iqrardır. İqrar da özündə əhatə edir təsdiqi, qəlbin rahatçılığını və qəlbin əmin olmasını. İqrarın mənası ilə imanın lüğətdə olan mənası nə kimi müvaffiqlik vardır? Əgər biz biləndə ki, iqrar sözü dildə iman sözünün təşkil etdiyini təşkil edir, əhatə etdiyini də əhatə edirsə bununla aydın olur ki, imanın təfsiri üçün ən münasib kəlimə iqrar sözüdür.

Onun mənalarından biri də dildə Səbət - sabitlik, Əmənə - əmin olmaq, İstiqrar - yerləşmək və Duməninə - arxayın olmaq deməkdir. Qarra mənasında Qarra, Yəqirru, Əuyəqarru, Qararan Izə Səbətən, Sumutan, Cəmitən donaraq sabit qalarsa. Buna görə də iman da insanın qəlbində sabit olur və möhkəmlənir. Şair deyir ki: «Və Lə Qarara Alə Zəli Minəl Əsədi» - «Səs çıxaran şirin yanında əmin olmaq mümkün deyildir». Burada olan əmin sözü «Və Lə Qarar» sözü ilə işlədildi. İnsan belə bir aslanın yanında rahatlaşa, əmin ola bilməz. İqrarın mənasından biri də bir şeyi sabit etmək, isbat etməkdir. «İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq». (əl-Həcc 5). Bu isbat bəzən qəlb tərəfdən olur, bəzən də dillə. Ya da hər ikisi ilə birlikdə olur. Tövhidin isbatına gəldikdə isə tək dil kifayət deyildir. Buna mütləq qəlbin də iqrarı, təsdiqi olmalıdır.

İqrar inkarın əksidir. Çünki iqrar ilə inkar təsdiqdə bəzən şərik olur. Görürsən ki, insan bəzən təsdiq də edir, iqrar da, etiraf da edir, qəbul da. Bəzən də təsdiq edir, inkar da edir. «Xatırlayın ki, yenə bir zaman sizinlə: «Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdlarınızdan çıxarmayın!» deyə razılığa gəldik. Sonra siz həmən əhd-peymanın şahidi olub onu təsdiq etdiniz». (əl-Bəqərə 84). «(Ey Kitab əhli!) O, vaxtı yadınıza gətirin ki, Allah Peyğəmbərlərdən: «Sizə verdiyim kitab və bilikdən sonra, sizdə olanı təsdiq edən bir Peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz» deyə əhd almış və onlara: «Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?» - demişdi. Onlar da: təsdiq etdik» deyə cavab vermişdilər. (Bu zaman) Allah: «Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm» deyə buyurmuşdur». (Ali İmran 81). Allah bu ayələrdə iman gətirir sözünü – iqrar sözü ilə işlətmişdir.



Həmçinin İqrar kəliməsi əhd-peymanda deməkdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizim ilə onların arasında əhd namazdır. Kim onu tərk edərsə küfrə (şirkə) düşmüş olar»612. Bu məsələnin xülasəsi ondadır ki, iman ləfzini tək təsdiqlə təfsir vermək kifayət deyildir. Elə bir kəlimə seçmək lazımdır ki, o kəlimə özündə həm təsdiqi, həm də əmin olmağı əhatə etsin. Bu da iqrar kəliməsidir.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin