Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


DARUL KÜFRDƏ CÜMƏ NAMAZI QILINIRMI?



Yüklə 5,74 Mb.
səhifə36/50
tarix18.04.2017
ölçüsü5,74 Mb.
#14373
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

DARUL KÜFRDƏ CÜMƏ NAMAZI QILINIRMI?

CÜMƏYƏ TƏLƏS!
Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!) (əl-Cümə surəsi: 9-10). İbn Qudəmə – rahmətullahi aleyhi – deyir: "Burada tələsmək əmr olunmuşdur. Əmr isə işin vacibliyini bildirir. Belə ki, tələsmək yalnız vacib olan bir iş üçün lazım gəlir. Alış-veriş isə insanı cümə namazından yayındırmasın deyə həmin vaxt üçün qadağan edilmişdir. Əgər cümə namazı vacib olmasaydı, ona görə alış-veriş qadağan edilməzdi"1224.

Bilin ki, cümə barəsində ümmətin alimləri arasında baş verən ixtilaf onun vacibliyində deyil, şərtlərində olmuşdur. Nə dörd məzhəb, nə də on dörd əsrdə yaşayan alimlər cümənin şərtlərini sadalayarkən Darul İslamı qeyd etməmişlər. Onu tərk edən kəslər görünür bu haqda nə dörd məzhəbin, nə də hər hansı bir alimin rəyi ilə tanış deyillər. Xəbəriniz olsun ki, cüməni tərk edənlər, barələrində alimlərin nə dediyi ilə maraqlansaydılar, İnşallah belə bir ibadətdən yayınmazdılar. Cüməni tərk edənin küfr etməsini İmam Əhməd – rahmətullahi aleyhi – və başqa alimlər söyləmişdir1225. Onlar bu hökmü digər fərz namazlara uyğun olaraq vermiş və belə bir kəsin cümənin fərz olmasını etiqad etməsi ilə heç nəyin (yəni, hökmün) dəyişmədiyini bildirmişlər. İbn Abbas - radıyallahu anhu – demişdir: “Kim ardıcıl olaraq üç cüməni tərk edərsə, artıq İslamdan üz çevirmişdir”. Əbu Hureyrə və İbn Ömər - radıyallahu anhum – Peyğəmbərin – sallallahu aleyhi və səlləm – belə buyurduğunu rəvayət etmişlər: "İnsanlar cümə namazını tərk etməkdən çəkinsinlər. Əks təqdirdə Allah onların qəlblərini möhürləyər, sonra da onlar qafillərdən olarlar"1226. Əbu Cəd əd-Damridən - radıyallahu anhu – rəvayət olunan hədisdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: "Kim tənbəllik səbəbilə cümə namazını üç dəfə tərk edərsə, Allah onun qəlbini möhürləyər"1227.



Cümə Kimə Vacibdir – Şurut Fardiyyətul Cumati 1) Mükəlləf - həddi-büluğa çatmış, (Uşaq olmamalıdır); 2) Müsəlman olmalı (kafir müstəsnadır); 3) Əqli yerində olan şəxslərə cümə namazında iştirak etmək vacibdir (ruhi xəstə müstəsnadır). 4) Kişi cinsindən olmaq, (Qadına Cümə vacib deyildir). 5) Azad şəxs sayılmaq, (Qul, Dustaq, Məhbus Cümə namazı qılmır. Yalnız icazə verildikdən sonra qıla bilər). 6) Yerli vətəndaşlıq və ya məskunlaşma icazəsi (müsafir və müvəqqəti qeydiyyatda olan sakin müstəsnadır). 7) Üzrlü səbəblər. Dörd məzhəb yekdilliklə bu şərti qəbul etmişdir. Bu bütün məzhəblərin birgə fikridir. Bundan əlavə Məliki məzhəbinin davamçıları “yaxın ərazidə yaşama” adlı əlavə edərək cümənin 3 mil (1mil=1609m) aralıda yaşayan müsəlmana vacib olmadığını söyləmişlər1228. Tariq ibn Şihabın rəvayətində Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurur: " Cümə namazını camaatla qılmaq hər bir müsəlmana vacibdir. Yalnız dörd qrup insan istisnadır: "Sahibi olan qul, qadın, uşaq və xəstə!"1229.

Cümə Hansı Şərtlərlə Məqbul Sayılır - Şəfii məzhəbinə Şurutu Sihhatul Cumati görə cümənin məqbul sayılması üçün altı şərt vardır: 1) Vaxtının çatması, 2) Yaşayış məntəqəsində qılınması, 3) Azı qırx nəfərin iştirakı, 4) Camaat şəklində icrası, 5) Ondan əvvəl və ya onunla yanaşı digər cümənin keçirilməməsi, 6) İki xütbənin namazdan öncə verilməsi.

Hənbəli Məzhəbinə görə cümənin məqbul sayılması üçün dörd şərt vardır: 1) Vaxtının çatması, 2) Yaşayış məntəqəsində qılınması, 3) Azı qırx nəfərin iştirakı, 4) İki xütbənin namazdan öncə verilməsi.

Məliki Məzhəbinin davamçıları isə, camaat şəklində qılınması şərtinə böyük məsciddə toplaşaraq əlavəsini etmişlər. Qalan hamısı eyni şərtdir.

Hənəfi Məzhəbinə görə cümənin məqbul sayılması üçün Biirnci şərt ölkənin böyük məscidində və ya namaz üçün ayrılmış iri həcmli xüsusi sahələrdə (musallə) qılınmalıdır. İkinci şərtə görə cüməni sultan (xəlifə) və ya onun təyin etdiyi şəxs qıldıra bilər. Üçüncü şərt isə, onun təntənəli şəkildə icrasıdır.

Əbu Hənifənin – rahmətullahi aleyhi – cümənin qılınması üçün təyin etdiyi bu şərtlərin heç birinin əsaslı sübutu yoxdur. Birinci: Cümə namazının ölkənin böyük məscidində qılınması şərtini, Əlidən - radıyallahu anhu – rəvayət edilən zəif əsərə etimad edərək söyləmişdir. Həmin əsərin mətni aşağıdakı kimidir: “Cümə və bayram günləri yalnız ölkənin böyük məscidlərində qeyd edilə bilər”1230. Bu hədisin əsli yoxdur. Bu rəyin zəifliyini bir daha sübut edən Əbu Hureyranın - radıyallahu anhu – rəvayətidir. Onlar Bəhreyndə olduqları zaman Ömər İbn Xəttaba - radıyallahu anhu – məktub yazaraq cümənin qılınması barədə soruşurlar. Ömər ibn Xəttab: “Harada olursunuz olun, cümənizi qılın” – cavabını yazır. Həmçinin İbn Ömər - radıyallahu anhu – Məkkə ilə Mədinə arasında yerləşən sulu ərazilərdə yaşayan insanların yanından keçərkən onların cümə namazını qıldıqlarını görürdü. Lakin buna öz etirazını bildirmirdi”1231. İkinci: Sultanın izni şərtini aşağıdakı hədisə əsaslanaraq demişlər: “Kim ədalətsiz və ya ədalətli başçısı ola-ola cümə namazını tərk edərsə, Allah onun topladıqlarını parçalayar.” Onlar hədisdəki “başçısı ola-ola...” sözlərini dəlil götürərək, başçının olmasını cümənin qəbul olması üçün şərt hesab etmişlər1232.



1 - Şübhə Və Cavab: Təkfir camaatının iddiasına görə onların cüməni tərk etmələrinə səbəb ölkənin küfr ərazisi Darul Küfr olmasıdır. Sübut olaraq Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hicrətdən əvvəl Məkkədə ikən oranın küfr ərazisi olduğuna görə cüməni tərk etməsini deyirlər. Təkfirçilərin iddia etdikləri Cümə yalnız Darul İslamda qılınmalıdır Rafizilərin nümayiş etdirdikləri mövqe ilə üst-üstə düşmüşdür. Rafizilər deyirlər ki: Mehdi gəlmədikcə biz Cümə namazını qılmayacağıq. Təkfirçilər deyirlər ki: Allahın onları yer üzərində möhkəmləndirəcəyi (təkfirçilərə görə yəni, hakimiyyət verəcəyi) anadək cümə namazı qılınmamalıdır. Həmçının bu kəslər deyirlər ki, "Cümə namazının şərtləri var. Bu şərtlər tamamlandığı təqdirdə, fərz yerinə yetirilər. Əks təqdirdə isə, cümə namazının şərtləri yerinə yetirilənə qədər biz onu qılmayacağıq”. Onlar İslam qanunlarının tətbiq edildiyi ərazinin olmasını cümə namazının qılınması üçün şərt sayırlar. İddia edirlər ki, müsəlmanların zəif və gücsüz olduqları yerlərdə cümə namazı qılınmaz". Cavab - Birincisi alimlər hicrətdən əvvəl yəni, Məkkə dövründə cümənin hökmünün vacib olmadığını bildirmişlər. Məgər Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hicrətindən əvvəl hər hansı bir yer Darul İslam idi? Axı siz, ey təkfirçilər! Cümənin yalnız şəriət qanunları ilə idarə olunan Darul İslamda qılındığını iddia edirsiniz. Elə isə cavab verin görək hicrətdən əvvəl Mədinə şəriət qanunları ilə idarə olunan ərazi idi? Cüməni tərk edənlərin bir neçəsinə sual verdikdə ki, əgər hicrətdən əvvəl Məkkə Darul Küfr olduğu üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – orada cümə qılmayıbsa, həmin an cümə qılındığı Mədinəmi Darul-İslam idi? Cavab yoxdur???? Soruşanda ki, sizin bu söylədikləriniz hansına məzhəblərə məxsusdur? Və ya bu fikir sizdən öncə hansı alimlər tərəfindən söylənilib? Yenə də Cavab yoxdur.....

2 - Şübhə Və Cavab: Məgər, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – həmin şəhərə göndərdiyi dəvətçi səhabə şəhəri Kitab və Sünnə ilə idarə edən xəlifə və ya şəriət hökmlərini tətbiq edən qazi idi? Cavab, xeyr. Həmin səhabə digər küfr ərazilərə göndərilən dəvətçilərdən biri idi. Lakin bu küfr əraziləri İbn Həcərin “Fəthul-Bari” 1/21, “Əməllər niyyətə görədir” hədisinin şərhində dediyi kimi iki qismə bölünürdü. O deyir: “Hicrət İslamda iki cür baş vermişdir. Birincisi, qorxu içində yaşanan ərazidən (Darul Xovf) aman verən əraziyə (Darul Əmn) köçməklə, necə ki, Həbəşistana və ilk vaxtlar Məkkədən Mədinəyə hicrət edilmişdir. İkincisi isə, küfr ərazidən (Darul küfr) iman olan əraziyə (Darul İman) köçməklə hicrət edilmişdir. Bu isə, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Mədinədə qərar tutmasından sonra baş vermişdir...”. Əgər hicrətdən əvvəl Mədinə Darul Küfr idisə, lakin bununla yanaşı orada cümə qılındısa, deməli ərazinin küfr olmasını deyil, Darul Əmn və ya Darul Xovf olmasını nəzərə almaq lazımdır.

3 - Şübhə Və Cavab: Bir neçəsi də şeytandan aldığı vəsvəsəni dilinə gətirərək deyir ki, imamın danışığı xoşuma gəlmir və ya məsciddə Ələm var, ona görə cüməyə gəlmirəm. Yenə də eyni sualları veririk ki, cümənin şərtləri sırasında “İmamın verdiyi xütbə xoşuna gələn olmalıdır” şərti hansı məzhəbə və ya alimə məxsusdur. Cavab yoxdur......

4 - Şübhə və Cavab: Vallahi! Onların qarın ağrısı məscidlərə gəlməmələri orada Ələmə görə deyildir, məgər Əbu Bəkr və Ləzgi məscidində ələm vardır. Allah onları məhrum edib, məhrum edib cəmaat namazlarından, cümə namazından. Özləri Allahın hökmündən danışırlar – lakin Allah əmr edir ki: Ey iman gətirənlər Cüməyə tələsin! Onlar deyirlər ki, xeyr cüməyə getmək olmaz! Allahu Əkbər. Məgər Ələm şirkdir. Kim bunu deyib. Sən görmüsən kimsə gəlsin şəxsən Qaraçuxur məscidində ələmdən istəsin. Bu bidət olan bir şeydir. Rafizilərin rəmzidir. Beşlik deməkdir. Necə ki, Türklərdə Ay və ulduz rəmzləridir. Bidətdir. Məscidlərdə olan Minbər, mehrab da bidətdir. Subhənəllah! Kimsə gəlib cahilliyindən ələmdən istəyirsə, mehrabın altından keçir ki, uşağı olsun – bu o deməkdir ki, biz məscidi tərk etməliyik. Onda gərək Peyğəmbər – sallallahu aleyhi və səlləm – məscidi birinci tərk etsinlər alimlər. Məscidin divarından istəyir, sürtür özünü məscidə və s.

Şübhə Və Cavab: Təkfirçilər iddia edirlər ki, Məkkədə müsəlmanlar zəif idiər. Buna görə də Cümə qıla bilmirdilər. Məkkədə olarkən müsəlmanları Ərqam İbn Əbulərqamın (Əbu Abdulla Ərqam İbn Əbul Ərqam Abdumənaf İbn Əsəddir. İlk müsəlman olan və İslamda böyük əmək sərf edən səhabələrdən biridir. Onun evi Məkkədə yerləşirdi və İslam evi adlanırdı. Rəsulullah – sallallahu aleyhi və səlləm – orada insanları İslama dəvət edirdi) evində bir yerə toplaya bilərdi. Buradan da günümüzdə, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zəif olduqları üçün cümə namazını Məkkədə qılmamasını deyənlərə açıq-aydın iradlar ortaya çıxır. Həmin ərəfədə müsəlmanların bir yerə toplaşmasının çətin bir iş olmasına baxmayaraq, cümə namazı vacib sayılmadı. Bu, cümə namazının müşahidə olunan bir halıdır. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – cümə günündə olduğu kimi açıq-aşkar xütbə verməyə imkan tapmadığı üçün onu tərk etmişdi. Cavab olaraq deyirik ki, axı Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ərqam İbn Əbul Ərqamın – radıyallahu anhu – evində müsəlmanları bir yerə toplayırdı. Lakin onlar Qureyşdən gizlənərək bir yerə yığışırdılar. Çünki, Məkkədə müsəlmanların sayı az idi və ən sərt işgəncələrə məruz qalırdılar. Həmçinin o vaxt müsəlmanlara özünümüdafiəyə icazə verilmirdi. Əksinə, onlar əfvə, səbrə, səfehlərin sözlərindən üz döndərməyə, günahlarının üstündən keçib əvəzində onlara yaxşı davranmağa və müharibədən əl çəkməyə əmr olundular. Allah buyurur: "O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi". (ən-Nisə 77)1233

Cümə Namazının Fərz Olma Tarixi Haqda Alimlər İki Müxtəlif Fikridə Olmuşlar: Birinci fikrə görə, cümə namazı Məkkədə fərz edlmişdir. Bu, Əbu Hamid əl-Qazali, İbn Həcər əl-Heysəmi, əl-Xətib əl-Şiribini1234, Şövkani, Suyuti və başqalrının İbn Həcər əl-Heysəmi "Töhfətul muhtac bişərhil minhəc" cild 2, səh. 405; Şovkani "Neylul əvtar" cild 3, səh. 262; İbn Həcər "Fəthul Bari" cild 2, səh. 354; Xəlil Əhməd əs-Səharnəfuri "Bəzlul məchud" cild 6, səh. 47; Suyuti "Əl-İtqan" cild 1, səh. 49; Əhməd ibn Həcər "əl-Cumə va məkənətuhə" səh. 33. görüşüdür. Şövkani – rahmətullahi aleyhi – belə qeyd etmişdir: "Cümə namazı Peyğəmbərə – sallallahu aleyhi və səlləm – hicrətdən əvvəl Məkkədə fərz edilib"1235. Suyuti – rahmətullahi aleyhi – isə Quranda cümə ayəsinin cümə namazının fərz olmasına nisbətən gec nazil olmasını bəyan edərək demişdir: "Bu, Mədinə ayələrinə daxildir. Lakin cümə namazı Məkkədə fərz edilib"1236.

Dəlilləri: 1. İbn Abbasın – radıyallahu anhu – belə dediyi rəvayət olunur: "Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hicrətdən əvvəl cümə namazı qılmasına izn verilmişdi. Lakin o, Məkkədə bunu edə bilmədi. Ona görə də Musab İbn Umeyrə – radıyallahu anhu – məktub yazaraq belə buyurdu: "Yahudilər toplaşaraq Zəburu yüksək səslə oxuduqları günə diqqət et! Sonra qadınlarınızı və övladlarınızı toplayın! Cümə günü günəş zenitindən meyl etdiyi zaman iki rükət namaz qılmaqla Allaha yaxınlaşın!" İbn Abbas – radıyallahu anhu – deyir ki, "İlk dəfə cümə namazını qıldıran Musab – radıyallahu anhu – olmuşdur. O, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Mədinəyə gəlişinə kimi hər cümə günəşin zenitindən meyl etdiyi vaxt aşkarda cümə namazı qıldırırdı"1237. İbn Abbasın – radıyallahu anhu – belə dediyi rəvayət olunur: "Cümə namazı fərz olunan zaman Məkkədə müşriklər olduğuna görə, Rəsulullah – sallallahu aleyhi və səlləm – onu orada qıla bilmədi. Mədinəyə Musab İbn Umeyrə (Mədinəyə hicrət etmişdir. Rəsulullahın – sallallahu aleyhi və səlləm – hicrətinə qədər Mədinə camaatının müəllimi olmuşdur) məktub yazaraq buyurdu: "Yahudilər şənbə günlərinə hazırlıq üçün toplaşdığı gün, günəş zenitdən keçənə qədər gözlə! Sonra xütbə verin və iki rükət namaz qılmaqla Allaha yaxınlaşın!". İbn Sədin "Təbaqat" əsərinə isnad edilən hədisi adı çəkilən mənbədə çox araşdırmağıma baxmayaraq tapmadım.

5. İbn Sirinin belə dediyi rəvayət olunur: "Mədinə camaatı Rəsulullahın – sallallahu aleyhi və səlləm – gəlişindən və cümə ayəsinin nazil olmasından əvvəl cümə namazı qıldı. Həmin günü Cümə adlandıran da elə onlardır. Ənsarlar: "Yəhudilərin hər həftə bir yerə toplaşdıqları bir günləri var. Xaçpərəstlərdə də belədir. Gəlin, biz də bir gün seçək ki, həmin gün bir yerə toplaşıb Allahı zikr edək, namaz qılaq, şükr edək. Dedilər: "Şənbə günü yəhudilərin, Bazar günü xaçpərəstlərindir. Elə isə Ərubə gününü seçin!". Onlar Cümə gününü Ərubə günü adlandırırdılar. Sonra onlar Əsad İbn Zuraranın – radıyallahu anhu – ətrafında toplaşdılar. O da həmin gün onlara namaz qıldırdı, öyüd-nəsihət verdi. Onlar həmin gün bir yerə toplaşdıqları üçün bu günü cümə adlandırdılar. Əsad İbn Zurara – radıyallahu anhu – onlara bir qoyun da kəsdi. Az olduqları üçün bir qoyunla həm nahar, həm də şam etdilər. Həmin hadisə-dən sonra Allah bu haqda ayə nazil etdi: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin!". (əl-Cumə 9)1238 1239

İkinci Fikrə Gəlincə Cümə Namazı Mədinədə Fərz Edilmişdir. Bu, əksər alimlərin görüşüdür. İbn Həcər deyir ki, "Əksəriyyət onun Mədinədə fərz edilməsi fikrini dəstəkləmişlər". Buna Allahın aşağıdakı ayəsini dəlil gətirirlər: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cumə 9) Hafiz İbn Həcər – rahmətullahi aleyhi – bu rəyə öz münasibətini belə bildirmişdir: "Bu ayə cümə namazının Mədinədə fərz olmasına dəlalət edir. Çünki həmin ayə Mədinə ayələrindəndir"1240. Ən üstün görünən rəyə əsasən, Məkkə dövründə cümə namazı vacib hökmündə deyil, sadəcə caiz şəklində tətbiq edilmişdi. Bundan sonra Mədinə dövründə ayə nazil oldu və onun vacib hökmü qərarlaşdı. İmam Məqdisi – rahmətullahi aleyhi – deyir: "İbn Teymiyyə – rahmətullahi aleyhi – belə demişdir: "Məkkədə caiz şəklində yerinə yetirilmiş, Mədinədə isə fərz edilmişdi"1241.

Dəlilləri - 1. Urva ibn Zubeyrdən – radıyallahu anhu – rəvayət olunur ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldikdən sonra on gündən bir qədər artıq Bəni Amr İbn Avf adlandırılan məhəllədə qaldı.1242 Ənəs ibn Malik – radıyallahu anhu – isə həmin müddəti daha dəqiq şəkildə qeyd edərək demişdir: "Rəsulullah – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldiyi zaman on dörd gün Mədinənin yüksəkliyində Bənu Amr İbn Avf adlandırılan məhəllədə qonaq qaldı". Cümə də bu ərəfədə qılınmışdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Bəni Amr İbn Avfdan ayrılıb Mədinəyə çatana kimi səhabələrə cümə namazı qılmağı əmr etmədi. Namaz vaxtı gəldiyi zaman Ranuna vadisində Səlim İbn Avf oğullarının məscidində cümə namazını qıldırdı1243. Bu, Onun – sallallahu aleyhi və səlləm – Mədinədə1244 qıldığı ilk cümə namazı idi. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – bu zaman kəsiyində cümə namazını qıldırmaması onun əvvəllər vacib deyil, yalnız caiz hökmündə olmasına dəlildir. Belə ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Mədinəyə cümə günü daxil olması haqda alimlər arasında ixtilaf yoxdur. Rəsulullah – sallallahu aleyhi və səlləm – şəhərə daxil olduğu ilk gün Bəni Səlim məscidində cümə namazını qıldı. Ayə isə bundan bir müddət sonra nazil oldu. Çünki azan hələ buyurulmamışdı.

2. Kəb İbn Malikin – radıyallahu anhu – belə dediyi rəvayət olunur: "Allah Əsad İbn Zurarayə – radıyallahu anhu(Əsad İbn Zurara İbn Uds İbn Malik əl-Buxari əl-Ənsari əl-Xəzraci Əbu Uməmədir. İlkin İslamı qəbul edən səhabələrdəndir. Hər iki Aqabə beyətində iştirak etmiş və qrup rəhbəri olmuşdu. Bədr döyüşündən əvvəl vəfat etmiş və Bəqi qəbirsanlığında dəfn olunmuşdu) rəhmət eləsin! İlk dəfə bizi Xadimət adlı su olan ərazidəki Bəyada (Bəni Bəyada İbn Amir İbn Zureyq İbn Abd İbn Harisədir. O, Əzd qəbiləsinin Xəzrəc qolundandır) oğullarına məxsus Həzmun Nəbitdə cümə namazına toplamışdı. O, gün neçə nəfər idiz? Qırx nəfər"1245.

3. Zuhrinin – radıyallahu anhu – belə dediyi rəvayət olunur: "Rəsulullah – sallallahu aleyhi və səlləm – Musab İbn Umeyri – radıyallahu anhu – insanlara Quran oxumağı öyrətmək üçün Mədinəyə göndərdi. O isə Mədinə camaatına cümə namazı qıldırmaq üçün Rəsulullahdan – sallallahu aleyhi və səlləm – icazə istədi. Rəsulullah – sallallahu aleyhi və səlləm – da ona icazə verdi. Həmin vaxt o, əmir deyildi. Sadəcə o, Mədinə camaatına elm öyrətmək üçün getmişdi"1246.

4. Zührinin rəvayəti: "Rəsulullahın – sallallahu aleyhi və səlləm – dəvəsi onun indiki məscidinin yerində dizi üstə yerə çökdü... Əsad İbn Zurara – radıyallahu anhu – öncədən oranı tikmiş və öz yoldaşları ilə orada namaz qılmağa başlamışdı. Rəsulullah – sallallahu aleyhi və səlləm – hələ Mədinəyə gəlməmiş-dən əvvəl, Əsad hər cümə günü onları orada namaza toplayırdı”1247.

5. Dəraqutninin İbn Abbasdan – radıyallahu anhu – rəvayət etdiyi hədisdən də belə başa düşülür ki, cümə namazının hökmü sadəcə caiz hökmündə idi. İbn Abbas – radıyallahu anhu – deyir ki, "Cümə namazını qılmağa Peyğəmbərə – sallallahu aleyhi və səlləm – hicrətdən əvvəl icazə verilmişdi". Buradakı "İcazə" sözü vacibliyə deyil, caizliyə dəlalət edir. Həmçinin, buna Zuhrinin rəvayəti də dəlildir. Bu rəvayətə əsasən, Musab İbn Umeyr – radıyallahu anhu – Rəsulullahdan – sallallahu aleyhi və səlləm – camaatına cümə namazı qıldırmaq üçün icazə istəmiş, O – sallallahu aleyhi və səlləm – da icazə vermişdi1248.

6. Nəvvar Ummu bint Malik İbn Surma, Zeyd İbn Sabitin – radıyallahu anhu – rəvayəti: O, Rəsulullahın – sallallahu aleyhi və səlləm – Mədinəyə gəlməsindən əvvəl Əsad ibn Zuraranın insanlara beş vaxt namaz qıldırdığını və onları Rafi İbn Əbu Amr İbn Aiz İbn Sələbə İbn Ğunum İbn Malik ən-Nəccarın oğulları olan Səhl və Süheylin ərazisində tikdiyi məsciddə cümə namazı üçün topladı-ğının şahidi olmuşdu. Nəvvar deyir ki, "Rəsulullahın – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldiyi vaxt həmin məsciddə namaz qıldığını gördüm. Sonra Rəsulullah – sallallahu aleyhi və səlləm – məscidi tikərək bugünkü vəziyyətə gətirdi"1249.
MÜSƏLMANLARI (ŞƏHADƏT KƏLİMƏSİNİ) SÖYLƏYƏNLƏRİ TƏKFİR ETMƏK
Təkfirçilərin sevdikləri bir sualları var: Filan rəqqasə, filan müğənni onda bizim bacımızdır (müsəlmandır)? Əstəğfirullah! Sənin kimi cahildən başqa heç kəs bu sualı verə bilməzdi. Ay cahil! Harada qeyd olunub ki, müğənnilik etmək, rəqqasəlik etmək böyük küfrdür və İslamdan çıxardır? Sonra da deyirsən ki, nə üçün mənə Xəvaric deyirsiniz? Bəs sənə Xəvaric deməyib nə deyək? Çünki sən böyük günah sahiblərini kafir sayırsan. Əhli Sünnənin etiqadına görə bir insan asidirsə, biz ona demiriki onun imanı kamildir. Müsəlman asi ola bilər, zina edə bilər, oğurluq edə bilər, lakin bununla kamil mömin sayılmırlar. Onlarda imanın bəzi şöbələri olduğu üçün müsəlman, asiliklərinə görə isə fasiq sayılırlar. Əbu Sufyan deyir ki: “Bir gün Cabirdən – radıyallahu anhu – soruşdum: “Hər hansı bir müsəlmanı kafir adlandırmısınızmı?”. O: “Xeyr”. Mən: “Bəs müşrik?”. O: “Allah bizi bundan qorusun”. Cabir – radıyallahu anhu – bundan qorxaraq dedi: “Məgər siz müsəlmanlardan kimisə kafir sayırsınız?”. Mən: “Xeyr” dedim1250. İbn Abidin – rahmətullahi aleyhi – deyir ki: “Küfr – təhlükəli bir şeydir. Mən mömin bir kimsəni küfrdə ittiham etmirəm, əgər onda bir dənə də olsa üzr taparamsa, o küfrdən uzaqdır”1251. İmam İbn əl-Vazir – rahmətullahi aleyhi – deyir ki: “(Müsəlmanı təkfir etmək barəsində) olan hədislər müsəlmanları təkfir etmək və onları İslam dairəsindən çıxarmağın nə qədər təhlükəli olmasını bildirir. Əgər bir kimsə Tövhidi şəhadət edərsə, Risaləti qəbul edərsə, bununla bərabər İslamın dayaqlarını yerinə yetirər və böyük günahlardan çəkinərək doğruluq nümayiş etdirərsə belə bir kimsəni İslam dairəsindən bidət və azmasına görə İslam dairəsindən çıxarmırlar. Çünki ola bilər ki, küfrdə ittiham edən özü belə bir bəlaya düşməkdən sığortalanmayıb. Çünki heç kəs günahsız deyildir”1252. Şeyx Abdullah İbn Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: “Hər bir kəsin üzərinə vacibdir ki, Allahdan dəlil və burhan olmadıqca bu məsələ barəsində danışmasın. Ona görə də hər bir kəs həzər etsin bir kimsəni İslam dairəsindən öz nəfsinə və ağlına görə çıxarmaqdan. İslam dairəsindən çıxarmaq və ya İslama aid etmək – Dinin mühüm məsələlərindəndir”1253. Şeyx Useymindən – rahmətullahi aleyhi – soruşurlar: “Bəzi alimlərdən eşitmişəm ki, küfr etiqadi və əməli olur. Əməli olan küfr kiçik küfr olub özündə böyük küfrü daşımır. Hətta insan namazı tərk etsə və digər başqa əməlləri etsə də belə”. Cavab: “Düzdür, bəzi alimlər o rəydədirlər ki, küfr yalnız etiqadı olur, əməli deyil. Lakin doğru olan bunun əksidir. Küfr əməldə də özünü göstərə bilər. Məs: Namazı tərk etmək kimi. Çünki Quran, Sünnə və səhabələrin sözləri buna dəlildir ki, namazı tərk edən kimsə namazın fərziyyətini qəbul etsə də belə dindən çıxır. Daha doğru rəy budur. Lakin diqqətinizi bir məsələyə çəkmək istərdim ki, günümüzdə cavanlar öz həyatlarının başlıca məqsədlərini rəhbərləri və digər insanları kafir sayıb saymamağa yönəltməməlidirlər. Elə bil ki, bu insanlar kimin kafir, kimin isə kafir olmadığını araşdırmaq, öyrənmək üçün yaradılıblar. Əksinə onlara daha yaxşı olardı Allahın Rəsuluna nazil etdiyi şəriəti və digər şəriət məsələlərini öyrənməyə yönəlsinlər. Kiminsə kafir olub olmamağı ilə məşğul olmaq böyük xəta və vaxtı israf etməkdir. Hətta sonda onlar belə bir nəticəyə gəlsələr ki, bu və ya digər bir rəhbər kafirdir onlar nə edə bilərlər? Onlar yalnız fitnələrin yaranmasına, insanları əmin-amanlıqdan məhrum etməkdən, sonu görülməyən şərrə təkan verməkdən başqa bir şeyə nail olmazlar. Çox vaxt onlar rəhbərləri küfrdə dəlilə əsasən deyil öz nəfsi istəkləri əsasında ittiham edirlər. Onları öz hissləri idarə edir. Onlar bu və ya digər bir insan barəsində: Kafirdir – deyirlər. Lakin onlar nəzərə almırlar ki, hər küfr sözü və ya əməli edən kafir olmaz. Buna Quran və Sünnə dəlildir. “Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır”. (ən-Nəhl 106). Allah məcburiyyət qarşısında qalaraq küfr sözü söyləyən və ya küfr əməli edən kimsənin küfrünü inkar emişdir. Həmçinin sünnədə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölüm anında oduğu zaman öldükdən sonra yandırıb, külünü isə dənizə sovurmağı nəsihət edənin qissəsi vardır. Həqiqətdə belə bir nəsihət şübhədir? Nədə? Allahın qüdrətində. Digər bir hədis isə: Səhrada bütün yemək və içməyini itirən kimsə barəsindədir. Şiddətli Sevinc anında: Mən sənin Rəbbin, sən isə mənim qulumsan” sözünü söyləməklə küfr etmişdir. Lakin sevinc anında söylədiyi üçün bağışlanılmışdır. Mən buradan bizim övadlarımıza, cavan nəsillərimizə ibrət almalarını ümüd edərək üz tutub deyirəm: Öz həyatınızın başlıca məqsədini bu kimi şeylərə yönəltməyin: Sən filan hakim haqqında nə deyə bilərsən? Filan hakim kafirdirmi? Bu heç bir fayda gətirməyən və heç nədən xilas etməyən əhəmiyyətsiz bir məşğuliyyətdir. Əlcəzairdə baş verən hadisələr buna sübutdur. Nə baş verdi Əlcəzairdə? Bildiyim qədər 5 milyona yaxın insan öldürüldü. Zalda iştirak edən bir nəfər onun sözünü kəsərək deyir: 50 min insan – dedi. Şeyx: 50 min insan 3 il ərzində. Bu şər və bəladır. Cavanlar hansı ki xeyrə can atırlar bu fikirlərinizdən çəkinin, bu zərər, fitnə, hərci-mərcilikdən başqa bir şey gətirməyəcəkdir. Həmd Allaha məxsusdur! Əlimizdə Allahdan açıq-aydın dəlil olduğu halda. Açıq-aydın bir küfr gördüyümüz zaman onu düzəldə bilmiriksə onda faydası nədir?”1254.

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğruluq edən, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»1255. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – ilə birlikdə Mədinənin qara daşlı sahəsi ilə gedirdik. Uhud tərəfə döndükdə o, mənə buyurdu: «…Yerində qal! Mən gəlmədikcə heç bir tərəfə tərpənmə deyib qaranlıq gecədə gözdən itənə qədər irəlilədi. Bir müddətdən sonra mən gurultulu səslər eşitdim. Kiminsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzərinə hücum edib ona zərər yetirməsindən qorxduğum üçün qərara gəldim ki, səs gələn tərəfə gedim. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mənə dediyi sözlər yadıma düşdü və o, geri qayıdana qədər yerimdən tərpənmədim. O, qayıtdıqda mən dedim: «Ya Rəsulallah! Məni qorxudacaq səslər eşitdim» deyib eşitdiklərimi ona danışdım». O: «Sən həqiqətən də bu səsləri eşitdin». Mən: «Bəli. Ya Rəsulallah!». O: «O, Cəbrail – əleyhissəlam – idi. Mənə müjdə verərək dedi: «Ümmətindən Allaha heç bir şeyi ortaq qoşmayaraq ölən hər kəs Cənnətə girəcəkdir». Mən: «Zina və oğurluq etsə də?». O: «Zina və oğurluq etsə də?» deyə cavab verdi1256. Muaz İbn Cəbəl – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kimin son sözü Lə İləhə İlləllah – olarsa Cənnətə daxil olar”1257. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Allah Elçisi – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim ixlas ilə: Lə İləhə İlləllah deyərsə, böyük günahlardan çəkindiyi müddətdə göyün qapıları ona açılar və o, kəlimə Ərşə yüksələr”1258. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: "Musa – əleyhissəlam – öz Rəbbinə dedi: "Ey Rəbbim! Mənə elə bir kəlimə öyrət ki, Səni onunla yada salım və dua edim". Allah: "Ey Musa! De: "Lə İləhə İlləllah" deyə buyurdu. Musa – əleyhissəlam – dedi: "Ey Rəbbim! Axı Sənin bütün qulların bu kəlməni Lə İləhə İlləllah - deyir". Mən (Səndən) özümə xas olacaq bir şeyi istəyirəm. Allah: "Ey Musa! Əgər yeddi qat göyü və yeddi qat yeri (və Məndən başqa) əhli ilə bir yerdə tərəzinin bir gözünə, Lə İləhə İlləllah kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlimə ağır gələr"1259. Əbu Hureyra – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: "Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə, Cənnət ona vacib olar (Cənnətdən məhrum olmaz)"1260. Əbu Hureyra – radıyallahu anhu – deyir ki, bir gün: Ya Rəsulallah! Sənin şəfaətinlə Qiyamət günü ən xoşbəxt olan insan kimdir?”. Peyğəmbər: “Ey Əbu Hureyra, mən elə də bilirdim ki, bunu səndən öncə heç kəs soruşmayacaqdır, sənin (elmə) olan hərisliyindən. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: "Qiyamət günü mənim şəfaətimlə ən xoşbəxt olan insan, qəlbində ixlas ilə Lə İləhə İlləllah - kəlməsini deyəndir"1261. Rifəi əl-Cuhəni – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər çıxdıq, hətta Kəbid adlanan yerə çatdıq... Allaha həmd etdi və buyurdu: “Allah yanında şahidlik edirəm ki, ölən elə bir qul yoxdur ki, sıdq qəlb ilə Şəhadəti söyləsin və düz yolda olsun bu kəlimə onu Cənnətə aparmasın”1262. Allah Elçisi – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bir ömür boyu: Lə İləhə İlləllah – deyərsə, bundan öncə nə etməsinə baxmayaraq bir gün ona fayda verər!”1263. Fafda - Bəzi insanlar qeyd edirlər ki: “Bu hədislər İslamın əvvəlində, ilk dəvət günlərində söylənilmişdir. Nə vaxt ki, əhkamlar, qadağalar, hökmlər hələ də nazil olmamışdır. Lakin bir çox alimlər bu görüşün səhv olduğunu söyləmişlər. Bax: İmam Nəvəvi “Şərh Sahih Muslim” 1/184-186, İbn Rəcəb “Kəlimətul İxlas” 24,25. Bu kəlimənin əzəmətindəndir ki, bunu söyləyən bir kimsəni nə qədər Cəhənnəm əzabı çəksədə bir gün mütləq oradan qurtulacaqdır. Bunu da gücləndirən yuxarıda qeyd etdiyimiz Şəfaət hədisi əyani sübutdur. Biz demirik ki, namaz qılmayan gözəl insandır, öldüyü zaman bir başa Cənnətə gedəcəkdir. Əsla, lakin biz deyirik ki, bu kəlimənin əzəmətidir ki, gec-tez sahibini Cəhənnəm əzabından qurtaracaqdır. Lə iləhə illəlah – kəliməsinə görə cəza çəkmədən bir başa Cənnətə girmək və Lə iləhə illəllah – kəliməsinə görə əbədi Cəhənnəm əzabından qurtulmaq ayrı ayrı şeylərdir. Birinci kamil imanın təzahürü, ikinci isə zəif imanın təzahürüdür.

Muaz İbn Cəbəl – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölərkən Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət edən bir kimsə bunu yəqin ilə inanan bir qəlb ilə söyləmiş olarsa mütləq Allah o kimsənin (günahlarını) bağışlayar”1264. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur Cənnətə daxil olar”1265. Ubadə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur və Muhəmməd onun qulu və Rəsuludur Allah ona Cəhənnəmi haram edər”1266. Osman – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə girər”1267. Əbu Məlik atasından rəvayət edir ki, Rəsulullahın – sallallahu aleyhi və səlləm – belə buyurduğunu eşitdim: "Lə İləhə İlləllah deyib, Allahdan başqa ibadət olunan hər bir şeyi inkar edən insanın malına, canına qəsd etmək haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir"1268. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, bir gün səfər ərəfəsində Peyğəmbərin – sallallahu aleyhi və səlləm – miniyinin arxa hissəsində oturmuş Muaza – radıyallahu anhu – buyurdu: «Ya Muaz!». O, da: «Buyur, hüzurundayam Ya Rəsulullah!» əmrinizə hazıram. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu sözləri üç dəfə təkrar etdi. Hər dəfə də Muaz – radıyallahu anhu – eyni müraciət ilə ona cavab verirdi. Peyğəmbər: «Hər hansı bir qul Allahdan başqa ibadətə layiq İlah olmadığına və Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna (Başqa rəvayətdə: Doğruluq və səmimiyyətlə) şəhadət edərsə, heç şübhəsiz ki, Allah ona Cəhənnəm odunu haram edər». Muaz: «Ya Rəsulullah! Bunu insanlara xəbər verimmi ki, sevinsinlər?» deyə soruşdum. Peyğəmbər: «(Xeyr, söyləmə) o, zaman buna arxayın olub (xeyirli işlər etməzlər) deyə buyurdu. Muaz – radıyallahu anhu – günahdan qaçınmaq üçün vəfatı əsnasında bu hədisi insanlara xəbər verir»1269. Abdullah İbn Amr İbn əl-As – radıyallahu anhu – rəvayət edir ki, Allah Elçisi – sallallahu aleyhi və səlləm – buyurdu: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və onun qarşısına günahlarla dolu doxsan doqquz ədəd kitab qoyulacaq. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafə qədər olacaq. Sonra Allah buyuracaq: “Bunlardan hansınısa inkar edə bilərsənmi? (Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi?”. O: “Xeyr, ey Rəbbim!”- deyə cavab verəcək. Bu qədər kitabın qabağında sənin savabın (yaxşə əməlin) varmı? (Bəlkə üzürün var?)”. O, qorxu içində: “Xeyr!”- deyə cavab verəcək. Allah: “Əksinə, dərgahımızda sənin üçün savab (yaxşı əməlin) vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına içində “Əşhədu Əllə İləhə İlləllah Və Ənnə Muhəmmədən Abduhu Və Rəsuluhu” yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: “Ey Rəbbim! Bu qədər günahla dolu (kitabların) bu kağız parçası nə fayda verə bilər?” Allah: “Sənə zülm olunmayacaq!” Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq. Bu kağız parçası ağır gələcəkdir. Bu gün Allahın İsmi ilə yanaşı heç bir şey ağır gələ bilməz (kitablar havaya qalxacaq)»1270 Ubadə İbn Samit – radıyallahu anhu – Ölum ayağında ikən, onun yanına getdim. Sonra ağladım, o məndən: “Bir dayan, niyə ağlayırsan?” deyə soruşdu və belə dedi: “And olsun Allaha! Şahidlik etmək tələb olunsa sənin üçün şahidlik edərəm. Şəfaətçilik etmək tələb olunsa sənin üçün şəfaət edərəm, bacarsam sənə faydalı olam, olaram”. Sonra: “And olsun Allaha! Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – eşitdiyim, sizin üçün xeyirli olan hər bir hədisi sizin üçün danışdım, yalnız bir hədisdən başqa, onu da sizə bu gün danışacağam. Artıq nəfəsim kəsilib, ölüm məni haqlayıbdır. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – belə dediyini eşitdim: “Kim Allahdan başqa ibadətə layiq haqq İlah olmadığına və Muhəmmədin Onun Rəsulu olduğuna şəhadət edərsə, Allah ona Cəhənnəmi haram edər”1271. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, bir dəfə Peyğəmbər – sallallahu aleyhi və səlləm – əynində ağ paltar yatmış ikən mən onun yanına gəldim. (Mən onun yatdığını görüb çıxıb getdim və bir müddətdən) sonra yenə onun yanına gəldim. O artıq oyanmışdı. (Məni görəndə) buyurdu: “Lə İlahə İləllah”– deyib ölən hər bir qul mütləq Cənnətə daxil olacaqdır!”. Mən: “Zina və oğurluq etsə də belə?”. Peyğəmbər: “Zina və oğurluq etsə də belə”. (Yenə) soruşdum: “Zina və oğurluq etsə də belə?”. Peyğəmbər: “Zina və oğurluq etsə də belə”. (Bir daha) soruşdum: “Zina və oğurluq etsə də belə?”. O: “Zina və oğurluq etsə də belə, Əbu Zərin xoşuna gəlməsə də belə”. Əbu Zərr – radıyallahu anhu – hər dəfə bu hədisi danışarkən deyərdi: “Əbu Zərin xoşuna gəlməsə də belə!”1272. Əbu Hureyra – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: "Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə, Cənnət ona vacib olar (Cənnətdən məhrum olmaz)"1273. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət edincəyə, namaz qılıncaya, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Elə ki, bunu etdilər, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olurlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir”1274. Ubadə İbn Samit – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim Allahdan başqa ibadətə layiq heç bir İlahın olmadığına, Onun Tək olduğuna və heç bir şəriki olmadığına, Muhəmmədin Onun qulu və Elçisi olduğuna, İsanın Allahın qulu və elçisi olduğuna, Məryəmə göndərdiyi kəlməsi və Ondan gəlmə ruh olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, nə əməl etmiş olursa-olsun (və ya əməlindən aslı olmayaraq), Allah onu Cənnətə daxil edər”. Başqa rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: "Cənnətin səkkiz qapısından hansından istərsə, onu oradan içəri salar"1275. İtban İbn Məlik – radıyallahu anhu – rəvayət edir ki: “Biz Peyğəmbəri – sallallahu aleyhi və səlləm – bir qədər yubatdıq ki, onun üçün hazırladığımız Xəzirəni1276 (yeyə bilsin). Namaz qıldıqdan sonra Peyğəmbərin – sallallahu aleyhi və səlləm – gəldiyini eşidən insanlar bizə axışmağa başlaılar. Onlardan biri: “Malik b. Duxşun (Duxşum) haradadır? onu heç görmürəm» deyə soruşdu. (Cəmaatda) onlardan biri: «O, münafiq, hansı ki, Allah və Rəsulunu sevmir (Başqa rəvayətdə: Kaş ki, ona dua edərdi və o həlak olardı, kaş ki, ona bir şey olardı)». Peyğəmbər: “Belə demə! Məgər sən bilmirsən ki, o, Allahın Üzünü diləyərək “ İlahə İlləllah (Başqa rəvayətdə: Onun Rəsulu olduğunu)” – demişdir? Adam: “Allah və Onun Elçisi daha yaxşı bilir! (Başqa rəvayətdə: O, qəlbində olmadığı bir şeyi deyir)”. İtban: “Biz onun münafiqlərə qarşı (mehriban) mövqedə olduğunu və onlara məsləhət verdiyini görürük”. Peyğəmbər: “Allah, həqiqətən də, Onun Üzünü diləyərək “Lə İlahə İlləllah (Başqa rəvayətdə: Onun Rəsulu olduğunu)” deyən kimsəyə, Cəhənnəm odunun toxunmasını haram etmişdir (Başqa rəvayətdə: Cəhənnəmə girməz və ya dadmaz)”1277. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – xidmət edən Yəhudi bir uşaq var idi. Bu uşaq (bərk) xəstələnmişdir. Onu ziyarət edən Peyğəmbər – sallallahu aleyhi və səlləm – uşağın baş tərəfində duraraq buyurdu: «İslamı qəbul et!». Uşaq yanında dayanmış atasına baxdı. Atası: «Əbul Qasimə itaət et!» dedi. O, da İslamı qəbul etdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – uşağın yanından çıxaraq deyərdi: «Onu Cəhənnəm odundan qoruyan Allaha həmd olsun»1278. Cundub İbn Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – müsəlmanlardan təşkil edilmiş bir dəstəni müşriklərin bir qövmü üzərinə göndərir. İki ordu bir-biri ilə qarşılaşdılar. Müşriklərdən biri müsəlmanlardan istədiyini göz-altı edib izləyərək onu öldürürdü. Müsəlmanlardan bir nəfər isə (biz deyirik ki, bu Usamə İbn Zeyd) idi. O, müşrüki izləyərək münasib (bir an) yetişdikdə Usamə qılıncını o, müşrikin üzərinə qaldırdıqda o: «Lə İləhə İlləllah» deyərək qışqırdı. Usamə buna əhəmiyyət vermədən o, kimsəni zərbə ilə öldürdü. (Döyüşdən sonra) Müjdəçi Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gələrək ona döyüşdə baş verən hadisələri və (Usamə) haqqında məlumat verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Usaməni yanına çağıraraq: «Nə üçün onu öldürdün?» deyə buyurdu. Usamə: «Ya Rəsulallah! O, müsəlmanlara əziyyət verərək filankəsi-filankəsi öldürdü deyə (bir çox müsəlmanların isimlərini zikr etdi)» dedi. Mən də onun üzərinə hücum etdikdə o, qılıncımı görəcək Lə İləhə İlləllah deyə qışqırdı. Peyğəmbər: «Sən də onu öldürdünmü?» deyə buyurdu. Usamə: «Bəli» deyə cavab verdi. Peyğəmbər: «Qiyamət günü qarşına Lə İləhə İlləllah kəlməsi ilə gəldikdə onda sən nə edəcəksən?» deyə buyurdu. Usamə: «Ya Rəsulallah! Mənim üçün Allahdan bağışlanma dilə!» dedi. (Lakin) Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir söz demədən bu kəlimələri bir neçə dəfə təkrar edirdi: «Qiyamət günü qarşına Lə İləhə İlləllah kəlməsi ilə gəldikdə onda sən nə edəcəksən?»1279. Usamə İbn Zeyd – radıyallahu anhu – rəvayət edir ki, vaxtı ikən Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizi Cuheynə qəbiləsinin Huraqa qolu üzərinə göndərmişdir. Sübh tezdən biz onlar su hövuzlarının yanında olarkən onlara basqın etdik. Ənsarlardan bir nəfər ilə onlardan birini izləyərək ona yaxınlaşdıqda (o, kimsə qorxudan) Lə İləhə İlləllah kəliməsini dedi. Mənimlə olan ənsar yoldaşım ondan əl çəkdi, mən isə qılıncımla onu vurub öldürdüm. Mədinəyə gəldikdə isə artıq bu xəbər Peyğəmbər – sallallahu aleyhi və səlləm – çatmışdır. Peyğəmbər: «Ey Usamə! Sən onu Lə İləhə İlləllah dedikdən sonramı öldürdün?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! O, canını qurtarmaq üçün belə dedi» dedim. O, mənə yenə də: «Ey Usamə! Sən onu Lə İləhə İlləllah dedikdən sonramı öldürdün?» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu sözləri dayanmadan mənə o, qədər təkrar etdi ki, mən kaş ki, bu günə qədər müsəlman olmazdım təmənna edənə qədər peşman oldum (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Lə İləhə İlləllah dedikdən sonramı sən onu öldürdün?» Mən: «Ya Rəsulullah! O, bu kəliməni mənim silahımın qoxusundan söylədi» dedim. Peyğəmbər: «İçindən söyləyib söyləmədiyini öyrənmək üçün qəlbinimi yarıb baxdın?» deyə buyurdu və bu kəlimələri o, qədər təkrar etdi ki, mən kaş ki, elə o günü müsəlman olardım deyə təmənna etdim)»1280.

Usamə b. Zeyd – radıyallahu anhu – «Lə İləhə İlləllah» deyəni şübhə əsasında öldürdü. Peyğəmbər - sallallahu aleyhi və səlləm – onu qınayaraq: «Sən zahiri ilə kifayətlənməli idin. Batini isə Allaha aiddir». İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: «Bizlər zahiri ilə mühakimə edirik, batini isə Allah mühakimə edir». Peyğəmbər - sallallahu aleyhi və səlləm – qəti etirazını görən səhabə gör özünə nə arzulayırdı. Bu da bir dəlildir ki, insanlara hökm verərkən işi dəqiqləşdirmək və təmkinli olmaq lazımdır. Hökm elmə əsaslanmalı və hökm verilən kimsənin vəziyyəti dəqiqləşdirilməlidir. Saleh əl-Fovzan – Allah onu qorusun - deyir ki: «Elmə yeni qədəm qoymuş tələbələrin sadəcə Quran oxuya bilənlərin və ya hansısa insanın kiməsə kafir deməsi, kimisə İslamdan çıxarmaq hüququ yoxdur. Onlar İslamdan çıxaran amilləri bilmədikləri halda bu hökmü necə verə bilərlər? Bu çox təhlükəli məsələdir. Kim belə bir iş tutubsa o, əməlindən Allaha tövbə etməli, dilini təkfirdən qorumalı, danışmazdan əvvəl öyrənməli, elm adamların-dan soruşmalı, tutduğu iş haqda düşünməli, qarşısındakı adamın vəziyyətinə üzürlü olub-olmamasına baxmalıdır. Ona görə də məsələnin təfsilatının düzgün açıqlanmasına və düzgün anlayışa ehtiyacı vardır. Haqsız olaraq bir insanı öldürmək ən böyük günah olduğu halda, başqasına küfr hökmü vermək bundan daha böyük cinayətdir. Bilərəkdən mömin bəndəni öldürmək haqda şiddətli əzab vəd edilmişdir: «Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!». (ən-Nisa 93). Bu qana olan hörmətdir. Dinə olan hörmət isə daha önəmlidir. Kimisə dindən, İslamdan çıxarmaq Allah yanında onu öldürməkdən daha böyük günahdır. Əgər kiminsə bütün malını götürüb müsadirə etsən haram iş tutmuş olarsan. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin qanınız, malınız və namusunuz bir-birinizə haram edilmişdir»1281. Onun malını zalımlıq və düşmənçiliklə qəsb etməyin, haqsız yerə ona kafir və mürtəd deməyindən daha yüngüldür». Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Onlar bütpərəstləri tərk edərək, iman əhli ilə döyüşərlər»1282. Saleh əl-Fovzan – Allah onu qorusun - deyir ki: «Deməli onlar kafirlərə qarşı deyil, müsəlmanlara qarşı döyüşürlər. Tarix boyu Xəvariclərin halı belə olmuşdur. Kim bu məzhəbə qulluq edibsə müsəlmanlara, onların rəhbərlərinə, alimlərinə kafir deyərsə demək o, da bu azğın tayfanın yolçusudur… Bu çox təhlükəli və pis bir fitnədir. Müsəlman bu işdə ehtiyatlı olmalı, Allahdan qorxmalıdır. Heç kəsə elmsiz, ehtiyatsız, araşdırmadan kafir və ya mürtəd hökmü verilməməlidir. Alimlər Allahın və Rəsulunun təkfir etdiyindən başqasına kafir demirlər. Elmdə qüvvətli olanlar Quran və Sünnədə açıq-aşkar küfr olması deyilən və bu küfrü edəndən başqasını təkfir etmirlər. Çox təəssüf ki, cahillər, təmkinli olmayanlar və adi öyrənənlər üçün ən ucuz şey təkfirdir. Kim onların fikrinə, məzhəbinə müxalifdirsə ona kafir hökmü verirlər. Həqiqətən bu ən alçaq və ən pis xislətdir… Xülasə: Bu məsələ çox təhlükəli məsələdir. Ona görə də elmsiz, bəsirətsiz müsəlmanları və onların rəhbərlərini təkfir edən, müsəlmanların qanlarını, mallarını halal hesab edən, bu azğın firqə ilə oturub-durmaq, dostluq və ya yoldaşlıq etmək insana yaraşmaz. Biz belələrindən uzaq olmalı, onların sözlərini dinləməməli, onlara arxa çevirməli, onlardan uzaq olmalı, onlarla yoldaşlıq etməməliyik»1283.

Əbu Mabəd əl-Miqdad b. əl-Əsvəd – radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər - sallallahu aleyhi və səlləm – soruşdum: «Ya Rəsulullah! Əgər (döyüşlərin birində) kafirlərdən biri ilə qarşılaşsam və biz bir-birimiz ilə vuruşsaq və o, (döyüş əsnasında) mənim iki əlimdən birini qılınc ilə vurub kəssə, sonra da məndən canını qurtarmaq üçün qaçıb bir ağaca dırmaşsa və mən Allaha təslim oldum (müsəlman oldum) desə mən onu bu sözü söylədikdən sonra öldürə bilərəmmi?». Peyğəmbər: «Onu öldürmə» deyə buyurdu. Mən: «Ya Rəsulullah! Axı o, bu sözləri mənim əlimi kəsdikdən sonra söyləmişdi» dedim. Peyğəmbər: «Xeyr! Onu öldürmə. Əgər sən onu öldürsən (o) sən onu öldürməzdən əvvəl o, sənin durumunda olacaqdır (sən onu müsəlman olaraq öldürmüş olacaqsan). Sən isə onun (Kəlimeyi Şəhadəti) söyləməmişdən əvvəlki durumuna (vəziyyətinə) düşəcəksən»1284. Əbu Mabəd əl-Miqdad b. əl-Əsvəd – radıyallahu anhu – öz hisslərinə əsasən mühakimə yürütdü və dedi ki: «Ya Rəsulullah! Axı o, bu sözləri mənim əlimi kəsdikdən sonra söyləmişdi». Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – onu başa saldı ki, İslam dini bizim hisslərimizə görə deyildir. İslam dini Allah və Rəsulunun buyurduğu kimidir. Buna görə də Lə İləhə İlləllah – kəliməsini söylədiyi andan sonra bu kəlimə onun malını və canını qoruma altına almışdı. Artıq sənin onu öldürməyin bir müsəlmanı öldürmək kimidir. İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: «Bir insan şəhadət kəliməsini açıq şəkildə dilinə gətirərsə o, həmin şəxsin canını qoruyar və onu söyləməklə o müsəlman olur»1285. Usamə – radıyallahu anhu – məsələ ilə bağlı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mövqeyini bildikdən sonra İləhə İlləllah deyəni bundan sonra öldürməyəcəyinə and içmişdir»1286. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbərlərin gətirdiyi dində məcburiliyi məlum olan və ümmətin barəsində bir rəydə olduğu məsələ, İslamın əsli və insanların deməsi buyrulmuş: «Lə İləhə İlləllah Muhəmmədin Rəsulullah» kəliməsidir. Bu kəliməni söyləməklə kafir müsəlmana, düşmən dosta, adamın canı və malı halal olduğu halda harama çevrilir. Bu kəlməni söyləyərkən qəlbində təsdiq olan şəxs mömin, təsdiq yoxdursa o zahirən müsəlman olur, batində isə mömin deyildir»1287.



Fayda: Bütün alimlər ittifaq etmişdir ki, “Lə İləhə İlləllah” kəliməsini söyləyən İslam dininə daxil olur və müsəlman olur. Lakin müxaliflər elə anlayıblar ki, kim bu kəliməni deyərsə, fəqət heç bir əməl etməzsə, bununla kafir olar, yəni bu kəlimə ona heç bir fayda verməz. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hədislərdə yalnız bu kəlməni deməyi bildirmişdir. Bu hədislər onu göstərir ki, günahkar bu kəliməni deyibsə, cəhənnəmdə yansa belə, onun son mənzili Cənnət olacaqdır. Bu dəlillərin heç birində Rasulullah – sallallahu aleyhi və səlləm – əməli qeyd etmədi, söyləmədi ki: “Əməli sözünü təsdiqləyərsə”, əksinə söylədi ki: “Dili qəlbində olanı təsdiqləyərsə”. Və əgər desək ki, şəhadət kəlməsinin fayda verməsi üçün mütləq əməl lazımdır, onda bu hədislərin əhəmiyyətini itir. Hamı bilir ki, iki Şəhadət kəlməsini deyib əməl etmək cənnətə girmək üçün səbəbdir. Bunu bütün səhabələr bilirdi, çünki buna Quran və Sünnə dəlalət edir. Lakin bu hədislərdə başqa bir müjdə, yeni bir müjdə var idi ki, iki şəhadət kəlməsini sadiq qəlblə demək Cənnətə girmək üçün səbəbdir, hətta müvəqqəti Cəhənnəmdə yanarsa belə... Bu zikr etdiyimiz hədislər dəlalət edir ki, Rasulullah – sallallahu aleyhi və səlləm – qurtuluşu, nicat tapmağı “Lə İləhə İlləllah” kəlməsinə bağlayıb. Əgər bu kəlməni dedikdən sonra, heç bir əməl etməyənə bu kəlimə fayda verməsə idi, Rasulullah – sallallahu aleyhi və səlləm – mütləq onu bildirərdi. Yəni, kim “Lə İləhə İlləllah” söyləmək kifayət deyildir - söyləyirsə, Peyğəmbərə – sallallahu aleyhi və səlləm – qarşı həddi aşmışdır. Axı Rasulullah – sallallahu aleyhi və səlləm – açıq-aşkar buyurur: قُولُوا :لاَ إِلَهَ إِلاَّ اللَّهُ تُفْلِحُوا - Lə İləhə İlləllah deyin və nicat tapın. Və yaxud: أمرت أن أقاتل الناس حتى يقولوا لا إله إلا الله - Mənə əmr olundu ki, insanlar Lə İləhə İlləllah deyənə qədər onlarla vuruşum. Diqqət edin! Peyğəmbər – sallallahu aleyhi və səlləm – “Əməl edənə qədər vuruşum!” söyləmədi, “bu kəlməni söyləyənə kimi vuruşum” söylədi. Eləcə də bu hədis: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Hureyraya – radıyallahu anhu – buyurur: “Get qəlbi ilə yəqin inanaraq “Lə iləhə illəllah” deyən kəsləri Cənnət ilə müjdələ! Ömər – radıyallahu anhu – buyurur: “Yə Rasulullah! أخشى أن يتكل الناس عليها فخلهم يعملونQorxuram ki, insanlar buna arxayınlaşıb, əməlləri tərk etsinlər”. Yəni, Ömər bilirdi ki, hədisin zahiri mənası götürülür, əgər bura əməllər də daxil olsa idi, o zaman Ömər – radıyallahu anhu – nədən ehtiyatlanırdı? Həmçinin müxaliflər iddia edir ki, əməl “Lə İləhə İlləllah” kəliməsinin daxilindədir və ya bu kəlimə əməl edilməsinə vadar edir. Şübhə yoxdur ki, bunlar xətadır. Çünki əməl başqa növdən, söz də başqa növdəndir. Bunların cinsi başqadır. Yəni heç bir hədisdə varid olmayıb ki, Rasulullah – sallallahu aleyhi və səlləm – söyləsin ki, Lə İləhə İlləllah kəliməsini deyib, əməl edən. Bu cür hədis varid olmamışdır.

Həmçinin, bilirik ki, hər bir nəticənin bir səbəbi vardır və bu səbəb ya tam, yaxud da naqis səbəb olur. Bunun izahı: Tam səbəb, müəyyən bir nəticənin olması deməkdir. Və ya tam səbəb, müəyyən bir nəticəyə çatdırandır. Misal üçün: Günəşin zəvalı zöhür namazının vacibliyi üçün tam səbəbdir.Naqis səbəbə isə misal məs: Bir insan ağıllı olsa, lakin həddi buluğa çatmasa o hələ mükəlləf olmuş sayılmır. Həmçinin həddi buluğa çatsa, lakin ağıllı olmasa bu kəs mükəlləf olmuş sayılmır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: “Nəmmam cənnətə daxil olmayacaqdır”. Deməli burda “Nəmmamlıq” səbəbdir ki, insan Cənnətə daxil olmasın. Lakin naqis səbəbdir, nəmmamlıqla yanaşı başqa səbəbdə olmalıdır, o da bunu halal saymaqdır və ya küfr etməkdir. Həmçinin, nəticənin hasil olması üçün maneələrin itməsi gərəkdir. Məsələn: Təkəbbürlük Cənnətə daxil olmamaq üçün səbəbdir, lakin eyni anda tövhidin olması Cəhənnəmdə əbədi qalmaq üçün bir maneədir. Həmçinin məşhur hədisdə o kişi ki, öləndən sonra yandırılmasını əmr edir, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir kişi haqqında buyurur: “O insan heç vaxt xeyir əməl etməmişdir”. Lakin bununla yanaşı Allah onu bağışladı. Çünki o insanda təsdiqdən əlavə Allah qorxusu var idi. Həmin o qorxu Cəhənnəm əzabından qurtulmaq üçün bir səbəb oldu. Deməli mükəlləflik üçün hər ikisinin bir yerdə cəm olması zəruridir. Biri olsa digəri olmasa artıq səbəb - naqis səbəb sayılır. Bunu bildikdən sonra isə Rasulullahın – sallallahu aleyhi və səlləm – bu sözünü aydın şəkildə anlayırıq: “Lə İləhə İlləllah” deyən Cənnətə daxil olacaqdır”. Burada “Lə İləhə İlləllah” kəlməsi Cənnətə əzabsız girmək üçün səbəbdir, lakin naqis səbəbdir, nəticənin baş verməsi üçün və ya hasil olması üçün, bununla yanaşı başqa bir səbəbə, yəni əmələ ehtiyac vardır. Lakin bir insanın son mənzili Cənnət olması üçün “Lə İləhə İlləllah” demək tam bir səbəbdir.



Burada bir mühüm məsələni də qeyd edim: Bəzi kəslər elə anlayırlar ki, biz deyirik ki, “Lə İləhə İlləllah” kəliməsini söylə və heç bir əməl etmə, Cənnətə düşəcəksən!”, “Səndən gözəl oğlan yoxdur”. Xeyr, bu belə deyildir! Bu batildir və murciənin əqidəsidir. Biz deyirik ki, insan Lə İləhə İlləllah kəliməsi ilə İslam dininə daxil olur, yəni o insanda imanın əsli hasil olur. “İmanın şöbələrindən bir hissəsinin getməsi ilə, imanın əsli getmiş sayılmır, o vaxta qədər ki imanın əsli getməyincə”. Yəni bir insanda iman o vaxt olmur ki, ondan imanın əsli getsin. Yoxsa ki hansısa bir hissəsinin olmaması, imanın əslinin getməsi demək deyil. Məs: Ağacın kökü və budaqları olur və əgər ağacın budaqları kəsilərsə, o demək deyil ki, ağac məhv oldu. Xeyr, sadəcə olaraq budaqların olmaması ağacın naqisləşməsinə səbəbdir. Amma ağacın kökü, yəni əsli gedərsə, artıq ağac məhv olmuş sayılar. Eləcə də iman. İmanın Əsli Qəlb ilə təsdiq edib dil ilə demək, budaqları isə bədən üzvlərinin əməlləridir. Yəni əməllərin olmaması imanın tam getməsi demək deyil. Əsli gedərsə isə tam getmiş sayılar. Əgər əməl etməyəcəksə günahkar olacaqdır, Allaha asilik, üsyan edəcəkdir, Cəhənnəmə düşməyə, Cəhənnəmdə əzab çəkməyə səbəbdir, bunların hamısına etiqad edirik. Sadəcə incəlik budur ki, insan Şəhadət kəlməsini söylədikdən sonra əməl etməsə İslam dinindən çıxmır. Yəni bir kəsdə imanın əsli getməsi üçün o mütləq küfr və ya şirk etməlidir. Əhli-Sünnənin əqidəsinə görə insan günah etməklə İslam dinindən çıxmır. Şəhadət kəlməsini söylədikdən sonra əməl etməzsə o insan günah etmişdir – deyə İslam dinindən çıxmır. Çünki ondan imanın əsli getməmişdir və bu cür yaşayarsa günahkar sayılır, imanın əsli onda qaldığı üçün günahlara görə əzab çəksə belə son mənzili Cənnət olacaqdır. Hafiz İbn AbdulBərr – rahmətullahi aleyhi – deyir ki: “...Məgər sən görmürsən ki, İslamı qəbul edən kimsə namaz və orucdan öncə müsəlman olur. Səbəb təsdiq, etiqad və niyyətinə görə. Ona görə insan onu müsəlman edən bir şeyi tərk etmədikcə kafir olmur”1288. İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – İslamı qəbul etmək istəyən hər bir kəsdən iki şəhadət ilə onun qanının haram olmasını və müsəlman olmasını qəbul edirdi. Usamə İbn Zeydə – radıyallahu anhu – Lə İləhə İlləllah deyən bir kimsəni öldürdüyü üçün sərt etirazını bildirmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – İslamı qəbul edən kimsə üçün namaz və zəkatı ilə gəlməsini şərt etməmişdir. Əksinə rəvayət olunur ki, İslamı qəbul etmək üçün zəkat (sədəqə) verməyəcəklərini şərt qoşan kimsələrdən də İslamı qəbul etmişdir. Cabir rəvayət edir ki, Səqif qəbiləsi Peyğəmbərin – sallallahu aleyhi və səlləm – qarşısında şərt qoymuşlar: Sədəqə və Cihad etməyəcəklər”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İslamı qəbul etsələr, sədəqə də verəcəklər, Cihad da edəcəklər”1289. Nasr İbn Asim rəvayət edir ki, bir səhabə İslamı qəbul etmək üçün Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına gəlir və iki vaxt namaz qılacağı təqdirdə İslamı qəbul edəcəyini şərt qoşur”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ondan bu şərti qəbul edir”1290. İmam Əhməd – rahmətullahi aleyhi – bu hədisə əsasən deyir ki: “İslamın qəbul edilməsi şərtin düzgün olmaması ilə də mümkündür. Lakin bir müdəətdən sonra belə insanlara başa salınmalıdır. Həkim İbn Hizam – radıyallahu anhu – deyir ki: “Mən Peyəmbərə – sallallahu aleyhi və səlləm – beyət edərək şərt qoşdum ki, namazı yalnız ayaq üstə qılacam”. Muhəmməd İbn Mərvəzi – rahmətullahi aleyhi - Zəif isnad ilə - rəvayət edr ki, Ənəs dedi: Peyğəmbər bir kimsədən İslamını namaz qılmadan zəkat vermədən qəbul etməzdi. Çünki bu iki fərz Muhəmməd – sallallahu aleyhi və səlləm – və İslamı qəbul edən üçün vacibdir”. “Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır. (əl-Mucadələ 13).1291.

Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: «Buna görə də hər bir kəs bu sözlərin nə qədər təhlükəli olması haqqında düşünməlidir. Allahın rəhməti və mərhəməti genişdir və hər bir şeyi də əhatə etmişdir. Allah öz qulunu Cəhənnəmə salmamışdan qabaq onun cüzi bir yaxşı əməlini axtaracaqdır ki, qulunu bağışlasın. «Subhənəllah! Alimin sözlərinə fikir verin». Ey mənim qardaşım! Sənin üçün daha yaxşı olardı ki, sən deyəsən Allah filankəsi bağışlayacaq, nəinki filahkəs Cəhənnəmlikdir və ya kafirdir». Təəccüblü orasıdır ki, onlar öz asiliklərini görmürlər, lakin insanları asiliklərini izləməklə məşğuldular. Özlərini kamil mömin, İslamın keşiyində duran sayırlar. Lakin zahirən fasiqdirlər. Öz etdiklərinə üzr qazandıra bilirlər, lakin digərlərinin üzürlərini keçmirlər. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki: «Sizdən biriniz qardaşının gözündə çöp görür, öz gözündə olan kötüyü isə unudur»1292.



Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar. Əgər dediyi kimidirsə heç bir eybi yox. Əksi təqdirdə bu söz onun özünə geri dönər»1293. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər»1294. Cundub b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə: «Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq» dedi. Bunun üzərinə Allah: «Filankəsi bağışlamayacağam deyərək mənim adımla and içən kimdir? Həqiqətən də Mən onu bağışladım, lakin sənin əməllərini isə puç etdim»1295. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə belə olmadığı halda başqa bir kimsəni kafir və ya ey Allahın düşməni deyə çağırarsa bu söz mütləq onu söyləyənə geri dönər»1296. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir mömini küfrdə ittiham edərsə bu onu öldürmək kimidir»1297. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah etdiyini gördükdə: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kisə üçün: «Götürün bunu Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə – radıyallahu anhu – deyir ki: «O, kimsə dünyasını da, axirətini də məhv edən bir söz söyləmişdir»1298. Əbu Abdurrahman Bilal b. əl-həris əl-Muzəni – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «(Allahın qullarından) bir qulu əhəmiyyət vermədən və fikirləşmədən Allahın razı qaldığı və sevdiyi elə bir kəliməni söyləyər ki, (Yəni: O, insan ağlına da belə gətirməz ki, Allah bu kəliməni elə bir dərəcəyə yüksəldər ki) Allah onunla görüşəcək günə qədər ona rəhmət və mərhəmət diləyər. Bəzən də (Allahın qullarından) bir qulu əhəmiyyət vermədən və fikirləşmədən Allahın qəzəbinə səbəb ola biləcək elə bir kəlimə söyləyər ki, (Yəni: o, insan ağlına da belə gətirməz ki, Allah bu kəliməni elə bir dərəcəyə yüksəldər ki) Allah onunla görüşəcək günə qədər ona qəzəb edər»1299. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Mömin bir kimsə təhqir edən, alçaldan, lənətləyən və söyüş söyən olmaz (həm söz, həm də əməllə)»1300. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Allah buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim hüzuruma yer üzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik qoşmasan mən də sənə yer üzü qədər bağışlanma verərəm»1301. Əbu Zərr – radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – sübh namazına qədər bir Quran ayəsini təkrarladı: «Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət və hikmət sahibisən» (əl-Maidə 118) və sonra belə buyurdu: «Mən ümmətim üçün elə bir dua etdim ki, bu dua qəbul edildi. Lakin ümmətimdən bir çox kimsələr bunu bilsələr namazı tərk edərdilər». Əbu Zərr: «Bununla insanları müjdələyimmi?». Peyğmbər: «Bəli, müjdələ!» deyə buyurdu. Ömər: «Sən əgər bunu insanlara desən onlar ibadətlərini buraxırlar». Ömər – radıyallahu anhu – onu arxadan geri dönməsi üçün səslədi. O, da geri döndü1302. İbn Məcə – rahmətullahi aleyhi – öz kitabı olan «Sünən İbn Məcə» əsərində - Lə İləhə İlləllah deyən kimsəyə əl vurmamaq - adlı fəsl də açmışdır. Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – öz Rəbbindən rəvayət edərək buyurur: «Kim bir xeyir əməl edərsə, onun (mükafatı) on qat artırılar. Və ya (Allah) bu əməlin qarşılığını daha da çox mükafatlandırar. O, ki qaldı bir pis əmələ onun qarşılığı ona qarşılıq olaraq bir cəzadır və ya Mən onu bağışlayaram. Kim ki, Mənə qarşı bir qarış yaxınlaşarsa, Mən ona qarşı bir qulanc yaxınlaşaram. Kim ki, Mənə qarşı yürüyərək gələrsə, Mən ona qarşı qaçaraq gələrəm. Kim ki, Mənə heç bir şeyi şərik qoşmadan lakin dünyalar dolusu qədər günahlarla qarşıma çıxarsa, Mən də onu bağışlanma ilə qarşılayaram»1303. Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına bir Bədəvi ərəb gələrək soruşdu: «Ya Rəsulullah! O, hansı iki səbəbdir ki, (sonları bəllidir). Peyğəmbər: «Allaha heç bir şeyi şərik qoşmadan ölən kimsə Cənnətə girər, Allaha şərik qoşaraq ölən kimsə isə Cəhənnəmə girər»1304. Bəra b. Azib – radıyallahu anhu – rəvayət edir ki, (Uhud döyüşündə) üzü dəmir dəbilqə ilə bağlı bir nəfər Peyğəmbər - sallallahu aleyhi və səlləm – yaxınlaşaraq: «Ya Rəsulullah! (Düşmənlə) döyüşüb, sonra İslamı qəbul edim?» deyə soruşdu. Peyğəmbər: «(İlk öncə) İslamı qəbul et, sonra döyüş» deyə buyurdu. Həmin şəxs İslamı qəbul edərək müsəlman oldu. sonra döyüşə atılaraq şəhid oldu. Bunun üzərinə Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Çox az bir əməl etdi, lakin çox əcir qazandı»1305.

Bütün Din – Lə İləhə İlləllah – kəliməsinin ətrafında dövr edir. Bütün Peyğəmbərlərin göndərilməsinin əsasıdır. Bu kəlimənin əzəmətini heç kəs kiçiltmək iqtidarında deyildir. “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür”. (ən-Nisa 116). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Allah kafir kimi ölən bir kimsənin bağışlanmasını qadağan etmişdir. Bununla Muvahhidlərə ümid verərək, ümidsiz olmalarına imkan verməmişdir”1306. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bu ayədə yalnız Şirk seçilmişdir. Yerdə qalan hər bir şeyin bağışlanmağını Allah öz istəyi ilə başlamışdır”1307.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin