Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

ƏDƏBİYYAT 

1.  Bəydilli (Məmmədov) C. Atalar sözü. Bakı, Öndər nəşriyyatı, 2004, 264 s. 

2.  Zeynallı H. Azərbaycan atalar sözü. Bakı: Elm və təhsil, 2012, 174 s. 

3.  Аскольдов  С.  А.  Концепт  и  слова – Ученые  записки \ серия  языка  и 

литературы\БСУ–Баку: 2009, №-1,с.3-15 

4.  Лихачев Д.С. Концептосфера русского языка // Изв. АН СССР  Сер. Лит. И яз.-

1993.- №1.- c.3-9;  – 26 

5.  Ömer A. A. Atasözleri ve deyimler sözlüğü 1. İnkilap Kitabevi, İstnbul, 2007, 486 s. 

6.  Berkeliyev K.  Nakıllar ve Atalar Sözi.  Asgabat: Ilım Naşriyatı, 1961 

7.  Çarrıyew M. Türkmən xalk nakılları. Aşgabat: Miras, 2005,  

8.  İzbulak V. Atalar Sözü. İstanbul: Devlet Basımevi, 1936 

9.  ekitap.kulturturizm.gov.tr/.../11648,atasozlerive... 



 

Д.Т.АЛИЕВА 

КОНЦЕПТ ОНОМАСТИЧЕСКИХ ЕДИНИЦ 

(НА ОСНОВЕ ПОСЛОВИЦ ТЮРКСКИХ ЯЗКОВ ОГУЗСКОЙ ГРУППЫ) 

 

РЕЗЮМЕ 

Статья  посвящена  изучению  ономастических  концептов  пословиц  и 

поговорок тюркских народов. Здесь в первый раз в азербайджанской языкознание 

ономастическая  единица  рассматривается  как  концепт,  анализируется  ядро 

антропонимов, топонимов и этнонимов азербайджанских, тюркских, туркменских 

и  гагаузских  пословиц,  и  они  рассматривается  как  текст.  Когнитивный – 

концептуальный -стилистический анализ ономастического пространства пословиц 

и  поговорок  тюркских  языков  группы  Огуз,  даёт  нам  возможность  сказать  что, 

ономастическая  единица  это  ядро  содержавшее  в  себе  разных  концептуальных - 

стилистических значения. 

 

D.T.ALIYEVA 

CONCEPT ONOMASTIC UNITS 

(BASED ON PROVERBS OF THE TURKIC LANGUAGES OF  

OGHUZ GROUP) 

 

SUMMARY 

The article is devoted to the study of onomastic concepts proverbs of the Turkic 

peoples. Here for the first time in Azerbaijan linguistics of names unit is considered as a 

concept, is analyzed anthroponyms core, place names and ethnonyms of Azerbaijani, 

Turkish, Turkmen and Gagauz proverbs, and they are considered as text. The cognitive - 

conceptual analysis of onomastic space -stilistichesky proverbs Oguz Turkic language 

groups gives us the opportunity to say that this is the core unit of names containing a 

different concept - stylistic values. 

 

Rəyçi:  prof. İkram Ziyad oğlu Qasımov 


Filologiya  məsələləri – №02, 2015 

 

229



XƏYALƏ  MUSTAFAYEVA  

BDU-nun Ərəb filologiyası kafedrası 

xayala1974@gmail.com 

 

ƏRƏB ƏDƏBİ DİLİNDƏ RƏNG VƏ FİZİKİ NÖQSAN BİLDİRƏN 

SİFƏTLƏRİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər: sifətlər, rəng, bədən qüsuru, əlamət, model. 

Ключевые  слова:  прилагательные,  цвет,  физические  недостатки,  признак, 

модель. 

Key words: adjectives, colour, physical defects, sign, model. 

 

Ərəb dilində sifətlər də isimlərin  əmələ  gəldiyi modellərdən düzəldiyi üçün 



praktiki olaraq onların ayrıca morfoloji seçilmə üsulları yoxdur. Sifətin ayrıca bir nitq 

hissəsi kimi hesab edilməsinə  əsas verən məqamlar mövcud deyil. Buna görə  də 

sifətlərin isimlərdən seçilməsi  əsasən kontekstdə mümkün olur. Lakin çoxsaylı 

düzəltmə sifət modelləri məlumdur ki, onların da içərisində    məhz sırf sifət modelinə 

aid olan bir qrup haqqında danışa bilərik. Həmin qrupa daxil olan isimlər substantiv 

məna daşıya bilər, lakin bu qrupun sözdüzəltmə göstəricilərinin semantik bazası, 

görünür ki, adyektivdir. Bu qrupa daxil olan sifətlər “Rəng və fiziki nöqsan bildirən 

sifətlər” adlanır. Rəng və fiziki nöqsan bildirən sifətlər rəng (məsələn:  رمحأ

ُ َ ْ َ  - qırmızı), 

fiziki qüsur (məsələn:  بدحأ

ُ َ ْ َ  - qozbel) və sadəcə olaraq məlum bir zahiri əlamət 

(məsələn:  ءارفأ

ُ ْ َ  - tüklü) bildirir. Bu sifətlər üçün hazırki vaxta qədər münasib bir termin 

seçilməmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin sifətləri rəng və fiziki nöqsan (və 

ya Yuşmanovun sözləri ilə desək, rəng və qüsur) (13, 255) bildirən sifətlər adlandırmaq 

da tam uğurlu sayıla bilməz. Alman dilçisi H.Wehr “Farben und korperliche 

Gebrechen” – “rəng və  bədən qüsurluğu” variantından istifadə edir, daha sonra isə 

ikinci mənanı  dəqiqləşdirərək “bədən xüsusiyyətləri”  şəklində qeyd edir (27, 570). 

V.Fişer isə onları “rəng və forma” və ya “rəng və bədən forması” xüsusiyyətləri bildirən 

sifətlər kimi qruplaşdırır (22,66). Yeri gəlmişkən, burada qeyd edilməlidir ki, məsələn, 

“lal” sözünün zahiri əlamət bildirməsi mübahisəli görünür. Məhz buna görə  də, 

zənnimizcə, həmin sifətləri “rəng və fiziki əlamət” bildirən sifətlər kimi adlandırmaq 

daha məqsədəuyğun olardı (23, 408). 

Q.Ş. Şərbətovun qeyd etdiyinə görə müasir ərəb dilində bu cür sifətlər “çox nadir 

hallarda insanın müsbət keyfiyyət və  vəziyyətlərini (məsələn, ailə ilə bağlı 

münasibətləri) bildirmək üçün istifadə olunur”. Müəllif bu münasibətlə    فيھأ

ُ َ ْ َ  – qədd-

qamətliboy-buxunlu;  بزعأ

ُ َ ْ َ  – subay  sözlərini misal gətirir (12, 300). Lakin klassik ərəb 

mətnlərinə müraciət etdiyimiz zaman bu mövzu ilə bağlı oradakı misalların kəmiyyəti 

bizə belə bir qənaətə gəlməyə əsas verir ki, bu kimi hallar həmin dövr üçün heç də nadir 

və  təsadüfü hesab oluna bilməz. Həmin mətnlərdə müsbət fiziki əlamətləri bildirən 

kifayət qədər sifətlərə rast gəlmək mümkündür (7, 58; 21, 5-6). 

Bu sifətlərin  ən səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu qrup 

sifətlər təkcə ümumi semantikaya malik olmaqla yanaşı, digər isimlərdən (ad qruplu 

sözlərdən) fərqli olan ümumi sözdüzəltmə xüsusiyyətlərini ehtiva edir. Bu sifətlərin 

xüsusi göstəricilərə malik olması onların ümumiləşdirilərək  ərəb dilindəki digər 

adlardan fərqləndirilməsini təmin edən ən mühüm kriteriyasıdır. 


Filologiya  məsələləri – №02, 2016 

 

230



Bu qrupa daxil olan sifətlər aşağıdakı forma üzrə düzəlir:  

  لعفأ  


ُ َ ْ

  −


رمحا

qırmızı (k.c.) 

  ءلاعف


  −

ءارمح


  qırmızı (q.c.) 

  لعف


  −

رمح


  qırmızılar (hər iki cins üçün) 

Misallardan da göründüyü kimi, digər sifət qruplarından fərqli olaraq bu qrupa 

daxil olan sifətlərin müzəkkər və müənnəsdə (kişi və qadın cinsində) cəm formaları bir-

birindən fərqlənmir, eyni forma üzrə təzahür edir. 

Bu qrupa daxil olan sifətlərin təsniyə formaları digər sifətlərə aid olan qaydalar 

üzrə əmələ gəlir – qeyd olunmuş formanın sonuna adlıq halda  نا◌

ِ َ  , yiyəlik və təsirlik 

hallarda isə  ني◌

ِ ْ َ   şəkilçisinin əlavə edilməsi ilə düzəlir. Məsələn: 

A. 


دوسأ

ُ َ ْ َ  − نادوسأ

ِ َ ْ َ  

Y. 


أَ

دوس


َ َ ْ  − نيدوسأ

ِ ْ ْ


َ َ َ  

T. 


دوسأ

َ َ ْ َ  − نيدوسأ

ِ ْ ْ

َ َ َ  


Bu sifətlərin təsniyə formasının  qadın cinsinə  gəldikdə isə, sifətin sonundakı 

həmzə samiti iki uzun saitin (formaya aid və  təsniyəyə aid uzun saitlərin) arasına 

düşdüyündən  و  samitinə çevrilir. Məsələn:   

A. 


ءادوس

ُ ْ َ  − ناوادوس

ِ

ْ َ  


Y. 

ءادوس


َ ْ َ  − نيوادوس

ِ ْ َ ْ َ  

T. 

ءادوس


َ ْ َ  − نيوادوس

ِ ْ َ ْ َ  

Qeyd etmək lazımdır ki, bu sifətlərin müzəkkər formasının təkdə olan variantı 

elativ (və ya superlativin müzəkkərinin tək) forması ilə eynilik təşkil edir:  لعفأ

ُ َ ْ َ  − ربكأ

ُ َ ْ َ   



daha böyük

Bundan  əlavə, bəzən də elə  məqamlar üzə  çıxır ki, orada eyni kökdən  əmələ 

gəlmiş eyni bir forma qeyd etdiyimiz sifət mənası ilə yanaşı, eyni zamanda müqayisə 

dərəcəsini də bildirmək imkanına malikdir, məsələn:  بسحأ

ُ َ ْ َ  – 1. Albinos. 2. Sarı (qara 

ilə ağ qarışıq) dəvə. 3. Daha hörmətli, daha möhtərəm. 4. Digərini kifayət qədər əvəz 

edə bilən. 5. Cüzam xəstəliyinə tutulmuş adam (kişi). Lakin ərəb dilində bu cür 

misalların sayı barmaqla sayıla biləcək qədər məhduddur.  

Digər tərəfdən,  لعفأ

ُ َ ْ َ   modeli fiziki əlamət bildirməklə yanaşı, həmin fiziki 

əlamətin başqa model vasitəsilə  əmələ  gəldiyi hallarda intensiv dərəcə (elativ / super-

elativ) də bildirir. V.Fişerin qeyd etdiyinə görə, bu zaman digər model vasitəsilə əmələ 

gəlmiş sifət ümumiyyətlə əlamət bildirdiyi halda,  لعفأ 

ُ َ ْ َ  modeli vasitəsilə əmələ gəlmiş 

sifət məhz həmin əlamətin xarakterizə olunan, fərqlənən xüsusiyyətini bildirir. Məsələn: 

 عورأ


ُ َ ْ َ  – qorxu, heyrət yaratmaqda xüsusi şəkildə  fərqlənən adam (qorxuducu, 

heyrətləndirici əxlaq və ya zahiri görkəmə malik olan adam) və  ٌعئار

ِ   sözündən olan − 



xüsusi dərəcədə qorxulu, heyrətləndirici (21, 65). Fişerin fikrinə görə bu misallardan 

belə  nəticəyə  gəlmək mümkündür ki,  لعفأ

ُ َ ْ َ     vəznindəki fiziki əlamət bildirən sifətlər 

“adyektivləşdirilmiş” elativdir. 

Bəzən də  لعفأ

ُ َ ْ َ   modelində olan sifətlərin başqa şəkildəki formasına da rast gəlmək 

mümkündür, məsələn:  kök, qalın – مخضأ 

ُ َ ْ َ  və   مخضأ

ﱡ َ ْ َ   (bədii, poetik variant).  

V.Fişer, bundan əlavə    نلاعف

ٌ ْ ُ     formasını da adı  çəkilmiş model üçün   standart 

sayıla bilən modellər arasında qeyd edir. Lakin əsas formadan müəyyən qədər fərqlənən 

və müəyyən qədər fərqli mənaya gətirib çıxaran bu kimi formalardan az istifadə 

olunmaqdadır. Bir çox hallarda da həmin sifətlərin  əksəriyyətinin eyni zamanda həm 

kanonik, həm də pereferik cəm formaları mövcud olur: məsələn, “qotur”:  k.c. برجأ

ُ َ ْ َ ,  



Filologiya  məsələləri – №02, 2015 

 

231



cəm.  ٌبرج

ْ ُ ,  ىبرج

ْ َ ,  براجأ

ُ ِ َ .  V.Fişer qeyd edir ki, qeyd olunan sifətin  برجأ

ُ َ ْ َ   iki qadın cinsi 

forması vardır: standart hesab olunan  ءابرج

ُ ْ َ     forması ilə yanaşı, həm də    نلاعف

ُ ْ َ    

formasındakı sifətin müənnəs modeli əsasında  əmələ  gəlmiş    ىبرج 

ْ َ  forması da 

mövcuddur (21, 210). Lakin onu da qeyd etməliyik ki, bir çox lüğətlərdə qeyd olunmuş 

müənnəs formasının ikincisi qeyd olunmur. Kazimirskinin lüğətində  hətta eyni 

formanın müxtəlif modellərinin semantik bölgüsü üçün nümunə də tapmaq mümkündür. 

 رمحأ


ُ َ ْ َ  – qırmızı sifəti üçün iki cəm forması verilir:  رماحأ

ُ ِ َ   (superlativ modeli üzrə) və  ٌرمح

ْ ُ   

(standart). Bunlardan birincisindən nəyin isə təbiətən qırmızı olduğunu göstərmək üçün 



istifadə olunduğu halda, ikincisindən isə söhbətin hər hansı bir predmetin qızarması və 

ya qırmızı  rəngə boyanmasını ifadə etmək üçün istifadə olunur. Bununla belə, bu, 

hazırki mərhələdə formaların bu cür bölgüsü üçün əldə etdiyimiz yeganə misaldır. 

Qeyd etmək lazımdır ki, bir çox hallarda da  لعفأ

ُ َ ْ َ   modelli bənzər semantikaya 

malik müxtəlif sifətlər vardır ki, onlar müəyyən dərəcədə kök cəhətdən bir-birinə 

bənzəyir və bir və ya iki ümumi radikala malik olur. Məsələn:  طقرأ 

ُ َ ْ َ


 , 

 

شقرأ 



ُ َ ْ َ ,  عقبأ

ُ َ ْ َ  – ləkəli  

və s. (21, 69). Ümumiyyətlə ərəb dilində radikallarla müxtəlif köklərin bir-biri ilə uyğun 

gəldiyi bu kimi sinonimliyə tez-tez rast gəlmək mümkündür (belə  vəziyyətlərdə 

sifətlərdə adətən iki kök samiti eyni olur və ya artikulyasiya cəhətdən bir-birinə yaxın 

olan samitlər iştirak edir). Bir çox tədqiqatlarda bu kimi sözlər iki hərfli özək 

adlandırılır (14, 42; 5, 49). 

Tədqiqata cəlb etdiyimiz həmin sifətlər insanlara (məsələn,  ərəb poeziyasında 

sevgi predmetlərinin gözəlliyini təsvir etmək üçün:  ضيبأ 

ُ َ ْ َ – ağ, qəşəng, gözəl (qız), فيھأ 

ُ َ ْ َ  

–  qəd-qamətli, qəşəng (11, 23-24), heyvanlara, insana və  təbiət tərəfindən yaradılmış 

əşyalara aid edilə bilər. Sonunculara təkcə rəng deyil, həm də fiziki xüsusiyyət bildirən 

sifətlər daxildir. Maraqlı  cəhət ondan ibarətdir ki, bu sifətlərdən bəziləri  ərəb 

poeziyasına aid işlənən terminə çevrilmişdir (məsələn,  ملثأ

ُ َ ْ َ  – kələ-kötür, aralı: ərəb əruz 

elminə aid  ٌلعف

ُ َ   formasını bildirmək üçün işlədilir) (10, 310). 

V.Fişerin qeyd etdiyinə görə, qeyd olunan fiziki əlamət bildirən sifətlər birinci 

növbədə  bədənin uyğun üzvünü xarakterizə edir, daha sonra isə  həmin xüsusiyyəti 

bildirən  şəxsi ifadə edir, məsələn:  لوطأ

ُ َ ْ َ  – üzün (boğaz)  və  uzunboğaz adam (ceyran 



boğazlı adam);  قرزأ

ُ َ ْ َ  – mavi (göz) və mavi gözlü adam (21, 56). 

N.N. Purtseladzenin əsərinə  gəldikdə isə, müəllif orada ərəb klassik poeziyasına 

aid nümunələrdən müxtəlif  şəxslərə, heyvanlara və  əşyalara aid edilən epitetlərdən 

ibarət  ətraflı siyahını  təqdim edir (8, 44-52). Əsərdə istifadə olunmuş misallar ərəb 

islamaqədərki  ədəbiyyat nümunələri olan “Müəlləqat”lardan götürülmüşdür. Həmin 

epitetlər arasında nəzərdən keçirtdiyimiz sifətlərə də rast gəlinməkdədir. 

Bu cür yanaşma təkcə islamaqədərki “cahiliyyə” dövrü üçün deyil, eyni zamanda 

bütün orta əsr poeziyası üçün də xarakterik hesab oluna bilər. Belə ki, VIII-IX əsrlərin 

ən məşhur şairlərindən hesab olunan Əbu Nuvasın yaradıcılığında “çaxır” məfhumunun 

ifadəsi üçün bu epitetlərdən istifadə olunurdu:  “qırmızı” (ءارمح

ُ

ْ َ ),  “sarı” (ءارفص



ُ ْ َ ),  

“qızılı” (ءابھص

ُ ْ َ ),  “ağ” (ءاضيب

ُ

ْ َ ),  “göy” (ءاقرز



ُ ْ َ ) (8, 250-251). Maraqlı  cəhət ondadır ki, 

burada təkcə rənglə deyil, həm də cansızlara – təbiət hadisələrinə və ya artefaktlara aid 

fiziki əlamətlərlə bağlı epitetlər mövcuddur. 

Həmin  əsərdə eyni epitetin müxtəlif predmetləri, heyvanları  və  şəxsləri  əvəz 

etməsi ilə bağlı halları göstərən nümunələr də mövcuddur (8, 54-56). Bununla bağlı 

olaraq misal kimi  ضيبأ

ُ َ ْ َ  – ءاضيب

ُ

ْ َ   modeli əsasında düzələn sözlərə nəzər salaq: əslində   



Filologiya  məsələləri – №02, 2016 

 

232



 mənasını verən həmin formalı sifət aşağıdakı  mənaları da ehtiva edir: qılınc, (təmiz) 

adam, (əsl-nəcabətli) qadın, ceyran, döyüş, zireh, qısa yunlu (hamar), at, palma, nizə.  

Müəllifin fikrinə görə bu epitetlərin  əksəriyyəti daha çox “gözəlləşdirmə” 

xüsusiyyəti daşıyır və yüksək konnotasiyaya malikdir (8, 52). Yuxarıda qeyd etdiyimiz 

misallarda da bunun şahidi olmaq mümkündür. 

Biz daha aydın fiziki əlamət bildirən “əyri” və ya “dombagöz” kimi sifətlərlə 

“hündür” və ya “kök” mənalar ifadə edən sifətləri tam şəkildə eyni bir qrupda 

birləşdirməyin heç də asan olmadığını etiraf etməliyik. “Böyük”, “uzun”, “nazik” kimi 

sifətlər həm bizim nəzərdən keçirdiyimiz model üzrə düzəlir, həm də digər semantikaya 

məxsus isimlərin  əmələ  gəldiyi digər modellər  əsasında meydana çıxır (5, 79). Ola 

bilsin ki,  لعفأ

ُ َ ْ َ   qrupuna daxil olan və bu qrupa daxil olmayan sifətlər arasındakı  fərq 

ondan ibarətdir ki, birinci halda sifətlər, əsasən canlı varlıqlara aid olur, ikinci halda isə 

onlar hər şeyə aid olan əlamətləri bildirir. Onu da qeyd etmək lazımdır ki, birincisi, ərəb 

dilində bir qayda olaraq heyvanlara aid isimlər insanlara aid isimlərlə morfoloji 

cəhətdən eynilik təşkil etmir. Məsələn, cəmdə olan və insan bildirən isimlə uzlaşan sifət 

ya xüsusi cəm formasında (sınıq cəmdə) olur (ٌرابك  ماكح

ِ ٌ ُ  – böyük hakimlər), ya da (feili 

sifətlərdə olduğu kimi) düzgün cəm şəkilçisi qəbul edir (نوفراع  ماكح

َ ِ

ٌ ُ  – bilən hakimlər), 



digər varlıqları (insandan başqa) bildirən isimlərlə uzlaşdıqda isə onlar təkdə, 

müənnəsdə olur (ةريبك   ٌبلاك

ٌ

َ

ِ  – böyük itlər).  



İkincisi, xatırlayaq ki, bizim nəzərdən keçirtdiyimiz sifətlər arasında da məhz 

cansızlara aid olan mənalar mövcuddur. Onu da qeyd etmək lazımdır ki, rəng və fiziki 

əlamət bildirən sifətlərin cəm forması    ٌلعف   

ْ ُ hər iki cinsə aid canlı  və cansız isimlərin 

cəmini bildirmək üçün işlədilir, məsələn: 

ٌضيب  ٌلاجرِ – ağ kişilər  

ٌضيب   ٌبلاكِ – ağ itlər  

ٌضيب  فايسأ

ٌ

ْ َ  – ağ qılınclar 



Bütün bunlarla yanaşı,  لعفأ

ُ َ ْ َ ,  ءلاعف 

ُ ْ َ  və   ٌلعف

ْ ُ   modelində olan sifətlər rəng və fiziki 

əlamətlə bağlı olmayan başqa mənalar da ifadə edə bilər. Bu hal semantikanın 

özünəməxsus inkişafının nəticəsi ola bilər, məsələn,  عقبأ

ُ َ ْ َ     ləkəli, cüzam ləkələri ilə 

örtülmüş; (quyudan su çəkərkən) üstünə su çilənmiş adam . Lakin bu, bir çox hallarda 

yeganə məna ola bilər, məsələn,  قمحأ

ُ َ ْ َ   axmaq

Bunları nəzərə alsaq, deyə bilərik ki, görünür ki, ərəb dili daşıyıcılarının rəng və 

fiziki qüsur, nöqsan ifadə etmək üçün nəsə elə bir ümumi məna komponenti olmalıdır 

ki, onun əsasında bu cür sifətlər bir modeldə  əmələ  gələ bilsin (20, 192). Fişerin 

fikirlərinə söykənməyimizə müəyyən  əsasların mövcudluğuna baxmayaraq (yeri 

gəlmişkən, qeyd olunmalıdır ki, onun fikirləri A.Vejbitskinin – isim sifətdən fərqli 

olaraq yaxşı hiss olunan mahiyyəti bildirir (highli visibli, noticeable) (29, 356) ) – 

görünür ki, konkret olaraq ərəb dili ilə bağlı məqamlarda hər şey tərsinədir (lakin bunu 

da yaddan çıxarmamalıyıq ki, həmin modelin sifətlərini diqqətlə nəzərdən keçirən Fişer 

elə  əvvəlcədən rəng bildirən sifətləri bütün digərlərindən ayırır). Zənnimizcə, 

K.Brokelmann daha uyğun məna təklif edir: rəng və fiziki əlamət bildirən sifətlər daha 

çox fərqlənən və ya seçilən xüsusiyyəti bildirir (19, 40). 

Ərəb dili leksikoqrafiyasında insanların və  ətraf mühitin fiziki xüsusiyyətlərinə 

həsr olunmuş  əsərlərə rast gəlmək mümkündür. “Bədəvilər onu əhatə edən flora və 

faunanın müxtəlif vəziyyətlərini və bir haldan digərinə keçməsi ilə bağlı dəyişiklikləri  

əsrlər boyu müşahidə etmişdir. Onlar həmin məqamların bütün nüansalarını qeyd etmək 



Filologiya  məsələləri – №02, 2015 

 

233



üçün  ərəb dilinin bütün ifadə imkanlarını  və yaradıcılıq gücünü səfərbər etmişdir. Bu 

əsərlər içərisində təkcə dəvə məfhumunun ifadəsi üçün bütöv bir kitabın (kiçik həcmli 

olsa da) ortaya qoyulması  və orada həmin anlayışın insanın gözləri qarşısında 

canlandırılması  məqsədilə inanılmaz dərəcədə sifətlərdən istifadə edilməsi insanı 

heyrətləndirir. Bu hal o qədər dərinləşir ki, bəzən də  lətifəvari xüsusiyyət alır. Bu 

vəziyyəti digər məfhumların əlamətlərinin ifadəsində də hiss etmək mümkündür. Ətraf 

aləmin o qədər də  zəngin olmadığı bir ərazidə  həmin “kasıblığı” ortadan qaldırmağa 

çalışan müəlliflər bir çox hallarda sözün gücünə üstünlük verməyə can atırdılar. Buna 

görə  də sonrakı dövrlərdə  ərəb leksikoqrafiyası ilə bağlı geniş  həcmli  əsərlərin 

yazılması hərəkatı inkişaf etməyə başladı. Onu da qeyd edək ki, təkcə həmin əsərlərin 

adlarının sadalanması xeyli vaxt aparır” (9, 24-25). Müəllif həmin tədqiqat işində 

insanın, atın və digər heyvanların fiziki xüsusiyyətlərinə  həsr edilmiş müxtəlif 

leksikoqrafik  əsərlərin adlarını qeyd edir. Təbii ki, bu kimi əsərlərdə bizim tədqiqata 

cəlb etdiyimiz çoxlu sayda sifətlərə də rast gəlmək mümkündür. Lakin, həmin əsərdə də 

isimlərin  ətraf aləmi bildirməsi və onların xüsusiyyətlərinin ifadə edilməsi ilə bağlı 

bölgüləri və onların  əmələ  gəlmə üsulları  dəqiq  şəkildə  işlənməmişdir. Onu da qeyd 

etmək lazımdır ki, V.S. Rıbalkinin adı  çəkilən həmin  əsərində bizim tədqiqata cəlb 

etdiyimiz sifətlərə  həsr olunmuş xüsusi bir leksikoqrafik kitab haqqında məlumat 

yoxdur. Bundan əlavə, ümumiyyətlə  ərəb dilində ayrılıqda bu mövzuya həsr edilmiş 

konkret bir əsərlə rastlaşmaq mümkün olmadı. Buradan belə bir qənaətə  gəlmək 

mümkündür ki, ərəb linqvistik ənənəsi bu cür sifətlərin eyni zamanda semantikasını və 

formasını nəzərə alaraq onları ayrı qrup və ya yarımqruplara bölməkdən vaz keçmişdir. 

Ərəb dilində ismi söz yaradıcılığının xüsusiyyətlərinə diqqət yetirdikdə uyğun 

modellər üzrə düzələn isimlər də diqqəti cəlb edir. B.M. Qrandenin qeyd etdiyinə görə , 

لعفأ

ُ َ ْ َ   modeli üzrə  nəzərdən keçirtdiyimiz sifətlərdən, elativ formasından və  təkdə 



müzəkkərdə olan super elativdən başqa, abstrakt mənalı isimlər də, məsələn,  ٌلمزأ

َ ْ َ   − 



vızıltı  (A. de Biberşteyn Kazimirskinin lüğətində bu forma üçün “azseçilən, aydın 

olmayan səs, qarışıq səs” mənası verilmişdir)  əmələ  gəlir (5, 93; 21, 204-205). 

Qrandenin bu model əsasında  əmələ  gələn konkret isimlərdən gətirdiyi misallara, 

məsələn,   ٌبنرأ

َ ْ َ  − dovşan ,  ٌلمرأ

َ ْ َ  − dul kişi ; yaşayış şəraiti olmayan adam  və s. gəldikdə 

isə, onların  əvvəlində  gələn həmzə samitinin sözün kök (əsas) hərflərindən olmaması 

barədə  dəqiq fikir söyləmək mümkün deyil (23, 408; 18, 222). Həmin model üzrə 

düzəlməsi ehtimal edilən isimlər içərisində   ٌعبرأ 

َ َ − dörd  sayının olması da maraqlıdır. 

Həmin forma əsasında əmələ gəlməsi güman edilən bir çox isimlər də vardır ki, Fişerin 

və Barsın  yuxarıda adları çəkilən əsərlərində onlara rast gəlmək mümkündür. 

U. Z. Kariyev bildirir ki,  لعفأ

ُ َ ْ َ   modeli eyni zamanda məsdər, abstrakt isim və 

konkret isim modeli kimi də çıxış edə bilir. 

Bundan əlavə, sınıq cəm formasının bəzi modelləri də həmin modelin əvvəlində 

mövcud olan həmzə samiti ilə başlayır və ümumiyyətlə qeyd etdiyimiz formaya 

bənzəyir. Məsələn:  ٌرحبأ

ُ ْ َ   dənizlər,  

ٌلجرأ


ُ ْ َ

 

 

ayaqlar,  ٌلفقأ 

ُ ْ َ  kilidlər,  ٌراطمأَْ  yağışlar  və s. (5, 

279-280). Ərəb dilində bu kimi misalların çoxluğuna və onların forma baxımından rəng 

və fiziki əlamət bildirən sifətlərə  bənzəməsinə baxmayaraq, bizim məqsədimiz heç də 

onları həmin sifətlərlə eyniləşdirməkdən ibarət deyildir.  

Rəng və fiziki əlamət bildirən sifətlərin müənnəsini (qadın cinsini) ifadə edən 

formanın sonundakı    ءا◌

ُ َ   sonluğuna gəldikdə isə,  ərəb dilində canlılara aid müəyyən 

isimlərin cəm formasının sonunda da həmin sonluğa rast gəlmək mümkündür, məs.,  



Filologiya  məsələləri – №02, 2016 

 

234



ءاملع

ُ َ ُ   alimlər,  ءابرقأ 

ُ ِ ْ َ  qohumlar  və s. (14, 42; 5, 239-240).  ءلاعف 

ُ ْ َ  modelli yer mənasında 

olan bəzi isimləri  لعفأ 

ُ َ ْ َ  − müzəkkər forması ilə müəyyən variantları vardır, məsələn:   

حطبأ

ُ َ ْ َ (ءاحطب



ُ

ْ َ )  vadidə çayın qumlu geniş sahəsi (21, 210). Bəzən də  نا◌

ُ َ   sonluğu ilə bitən 

sifətlərdən   ا◌َ

ءُ   sonluğu vasitəsilə müənnəs variantı olan sifətlərə  də rast gəlinir, 

məsələn:  نلادج 

ُ ْ َ  – ءلادج

ُ ْ َ     şən (30, 185). Göründüyü kimi, burada həm də müənnəsdə 

(qadın cinsində) a ilə bağlı kontaminasiya nümunəsi vardır. V.Fişerin bildirdiyinə görə 

sifətlər üçün bu cür kontaminasiya çox təsadüfi halda baş verir; əksinə substantiv 

mənalar içərisində qoşa  ىلعف

ْ َ /ءلاعف

ُ ْ َ   forması üzrə misallara daha çox rast gəlinir, məsələn: 

ىجيھ


ْ َ

/

    اجيھ



ْ َ

  ءاجيھ


ُ

ْ َ   döyüş vaxtı  əmələ  gələn qarışıqlıq,  ىرحص

ْ َ /ءارحص

ُ

ْ َ   açıq sahə, səhra . 



Məsələdən  ətraflı  bəhs edən V.Fişer digər sami dillərində  də bu cür [-ə: /-ə:’u] 

kontaminasiyanın mövcudluğunu bildirir. Məşhur rus şərqşünası A.Q. Belova da bu 

məsələyə münasibətini bildirərək qeyd edir ki, [-ə:’u] variantı [-ə:] variantından daha 

sonrakı dövrə məxsusdur, belə ki, həmin variant əvvəlkindən fərqli olaraq hal əlaməti 

qəbul edə bilir (4, 123). M.Qodfrua-Demombin və R.Blaçher qeyd edirlər ki,  ءارحص

ُ

ْ َ   



səhra  sözü əslində    رحصأ

ُ َ ْ َ     sarı    sifətinin müənnəs formasından  əmələ  gəlmişdir və 

əvvəllər   ٌضرأ

ْ َ   yer  isminin sifəti mənasında çıxış edərək “sarı yer” mənasını bildirmiş, 

sonradan isə ayrılıqda işlənməyə başlamışdır (25, 113). 

Sözügedən sifətlərin cəm forması olan  ٌلعف

ْ ُ   modeli üzrə xeyli sayda isimlər əmələ 

gəlir: başlanğıc isimləri və ya sadə isimlər (B.M. Qrande həmin isimləri “konkret 

isimlər” adlandırır), məsələn:  نذأ 

ٌ ْ ُ qulaq ,  ٌحمر

ْ ُ   nizə ,   ٌبوك  qədəh , hərəkət isimləri 

(məsdərlər) və abstrakt isimlər, məsələn:  لقثُْ  ağırlıq ,  حبقُْ  pislik, yaramazlıq ,  بھر

ْ ُ  

qorxaqlıq

 

kəsr ifadə etmək, məsələn:  ثلثُْ üçdə bir ,  عبر

ْ ُ  dörddə bir ,  سمخ

ْ ُ  beşdə bir 

(24, 297), sifətlər (az-az hallarda), məsələn:  بلص

ْ ُ  möhkəm

 

,  ولح


ْ ُ  şirin ,  رم

ّ ُ  acı  və s. Bəzi 

hallarda da  ٌلعف

ْ ُ     forması ilə    ٌلعف

ُ ُ     forması arasında bir növbələşmə  nəzərə çarpır, 

məsələn:  نذأ

ٌ ْ ُ   və ya  نذأ

ٌ ُ ُ   qulaq  (5, 79-80). C.Ç. Foks onu da bildirir ki, qeyd olunmuş 

model  لعف 

َ َ ,  لعف 

ْ َ ,  لعف

ْ ِ   modelləri ilə duplet (qoşa) çıxış edir, məsələn:  لخب

َ َ  , لخب 

ْ َ ,  لخبُْ 



simiclik ,  دلو

َ َ  , دلوَْ , دلوُْ , دلوِْ övlad ,  لفس

ْ ِ  , لفس

ْ ُ  aşağı hissə  (24, 294). 

Bu mövzunu təhlil edərkən ümumilikdə  ərəb dilində çox mühüm hesab olunan 

ikihallılıq probleminə nəzər salmağın lazım olduğu hiss olunur. Ərəb dilində  əksəriyyət 

təşkil edən təkdə üç hal əlaməti qəbul edən (üçhallı) isimlərdən fərqli olaraq bir neçə 

qrup isimlər də vardır ki, onlar təkdə, lakin qeyri-müəyyənlikdə iki hal əlaməti qəbul 

edir. Bundan əlavə, həmin isimlər qeyri-müəyyənlikdə əksər ərəb isimləri üçün standart 

olan və hal fleksiyasından sonra əlavə edilən qeyri-müəyyənlik əlaməti ◌ٌ (tənvin) qəbul 

etmir. Digər vəziyyətlərdə isə, yəni müəyyənlikdə (müəyyənlik artikli qəbul etdikdə) və 

tərkibi vəziyyətdə sözügedən isimlər hər üç hal əlaməti sonluğunu qəbul edir. Rəng və 

fiziki  əlamət ifadə edən sifətlər (müzəkkər və müənnəsdə) və müqayisə  və üstünlük 

dərəcəsi bildirən sifət formaları da ikihallı isimlər qrupuna məxsusdur. Bu qrupa 

həmçinin  لئاعف

ُ ِ َ   formasında olan sınıq cəm modeli (məsələn,  سراوف

ُ ِ َ  süvarilər ,  رئازج

ُ ِ َ  


adalar), digər sınıq cəm formaları (məsələn,  فراعم

ُ ِ َ  bilgilər),  لعف

ُ َ ُ   formasında olan cəm 

modelləri (məsələn,  ربك

ُ َ ُ  ən böyüklər),  ءلاعف

ُ َ ُ   formasında olan cəm modelləri (məsələn, 

 ءارزو

ُ

َُ  nazirlər),  ءلاعفأ



ُ ِ ْ َ   vəznində olan modellər (məsələn,  ءاقدصأ

ُ ِ ْ َ  dostlar) və s. ad qruplu 

sözlər daxildir. 

Ərəb dilində ikihallı hallanmanı daha sonrakı dövrlərə aid edən K.Brokelmanla 

polemikaya girən N.V. Yuşmanov, əksinə bu hallanma növünü ərəb dilində daha qədim 

hesab edir. Yuşmanov daha sonra qeyd edir ki, ikihallılıq dildə müəyyənliyin xüsusi 

göstəricisi kimi müəyyənlik artiklinin olmadığı bir dövrdəki dil qalıqlarından hesab 


Filologiya  məsələləri – №02, 2015 

 

235



olunur və  həmin dövrdə ikihallı isimlər ya mənaca (alınma xüsusi isimlər, feil 

formalarından düzələn xüsusi isimlər və s.), ya da formaca (qəbilə göstəriciləri daşıyan 

isimlər, həmçinin qadın cinsində rəng və fiziki əlamət bildirən isimlər) isimlər qrupunu 

birləşdirirdi (13, 259-263).  

Bununla belə, N.V. Yuşmanovun 1941-ci ildə sami dillərində qeyri-müəyyənliklə 

bağlı  dərc olunmuş  məlum məqaləsindən sonra həmin dillərdə qeyri-müəyyənliyin 

göstəricisi və  əlamətləri ilə bağlı görüşlər xeyli dəyişdi: artıq qeyd olunur ki, nun-

laşdırma (tənvin) (digər sami dilərində isə mimləşdirmə)  əvvəllər,  əksinə müəyyənlik 

vəziyyətinə uyğun olmuşdur, sonralar isə digər müəyyənlik  əlamətləri vasitəsilə 

sıxışdırılaraq aradan çıxarılmışdır (13, 267). Onu da qeyd etmək lazımdır ki, Qərb 

şərqşünaslıq məktəbinin nümayəndələrindən olan H.Vehr və C.Kuriloviç də 

Yuşmanovun sözügedən məqaləsindəki bəzi məqamlara  şübhəli yanaşsalar da, 

ümumilikdə onun fikirlərini dəstəkləyirlər (28, 60; 26, 157-160). 

V.Fişer də    لعفأ

ُ َ ْ َ   modelini analiz edərək bildirir ki, bu modelin yaranması daha 

sonrakı dövrlərlə bağlı olmuşdur. O özünün arqumentlərində, əsasən Karl Brokelmanna 

istinad etməyə çalışır (21, 16).  

Lakin qeyd etmək lazımdır ki, bizim zənnimizcə N.V. Yuşmanovun ikihallılığın 

da müənnəs və cəm formaların yaranmasında suppletivlik kimi ərəb dilində daha qədim 

olması fikri daha doğrudur. 

Ərəb dilində bənzər semantik mənalı və digər şəkildə əmələ gələn sifətlərə də rast 

gəlinir. Məsələn:  يلاقترب

ﱞ ِ ُ ْ ُ   narıncı ([burtuqa:lun] −  portağal sözündən yuxarıda qeyd 

olunmuş nisbi sifət  şəkilçisi [-iyyun] vasitəsilə  əmələ  gəlmişdir),  نوذأ

ُ

َ   palaz qulaq 



([’uẕnun] – qulaq  sözündən əmələ gəlmişdir),  مھاف

ٌ ِ


 

 kömür kimi qara ([fəhmun] − kömür  

sözündən əmələ gəlmişdir) və s. (5, 91-93). 

Burada bənzər mənalı çox nadir sözdüzəltmə qruplarına nəzər salmaq yerinə 

düşər:  ةروروح 

ٌ َ َْ َ  ağbəniz qadın  (müzəkkərdə isə   ٌروروح

َ َْ َ   sözü  nə isə, bir şey   mənasını 

verir: müqayisə üçün bildirək ki,  ﱞيروح

ِ َ َ   sifəti ağ    mənasında işlənir),  ءاجوجش

ٌ

ْ َ َ  (qadın 



cinsində    ىجوجش 

ْ َ َ )  çox arıq  və  uzun, uzun ayaqlı  (bununla yanaşı, bu modeldə olan 

isimlər arasında başqa mənalara da rast gəlmək mümkündür, məsələn:   ٌبصبصع

َ َْ َ  çox isti , 

 ةانونر

ٌ ْ َ َ  dairəvi qədəh ,  ٌروصرص



ْ ُ  əzəmətli dəvə ,  ٌروقرق

ْ ُ  uzun gəmi  və s.) (5, 90-91). 

Burada üçüncü radikalın (kök samitinin) reduplikasiyası ilə yaranan digər 

modelləri də müqayisə etmək olar. Məsələn:  جوجرخ

ْ ُ  böyük, güclü və sürətli dəvə (5, 89). 

Uyğun semantikalı çox nadir modelləri də ayrıca qeyd etməliyik ki, onların 

içərisində ikinci və ya üçüncü samitin geminasiyası ilə yaranan müxtəlif modellər 

mövcuddur, məsələn:   ٌبانخ

ﱠ ِ  yekəburunlu  ,   ٌباندﱠِ karlik  (həmçinin onların uzunluqsuz 

variantları   ٌبنخ

ﱠ ِ  uzun, dəli  ,   ٌبندﱠِ qısa, kiçik),  قفد

ﱞ َ ِ  sürətli addımlarla gedən at  ,  فجھ

ﱞ َ ِ  kök 

və ləng  ,  ﱞلفر

َ ِ  uzun quyruqlu  ,  ﱞرفذِِ möhkəm dəvə; güclü iyi olan (24, 562). 

Bundan əlavə, əvvəlində [y] olan xüsusi bir model də mövcuddur, məsələn:  مومحي

ٌ

ْ َ  


qara,  tünd  (müqayisə et:  ممح

ٌ َ ُ  kömür) ,  مخري

ٌ ُ ْ َ   ağ-qara mərmərlərlə  bəzədilmiş  ,  ٌلمري

ُ ْ َ  


qum rəngli  ,   ٌبكني

ُ ْ َ  istiqaməti dəyişmiş  ,  دقري

ٌ ُ ْ َ  çox yatan  ,  قمري

ٌ ُ ْ َ  donmuş, axmaq baxış 



sahibi  ,   ٌرخمي

ُ ْ َ  uzun boğaz  . Həmin modellərlə bəzi heyvan və bitki adları da düzəlir, 

məsələn:  تبني

ٌ ُ ْ َ  qabıqlı bitki

 

,  عوبري


ٌ

ْ َ  ərəbdovşanı (21, 191-192). 

Rəng bildirən modellərdən [-iyyun] şəkilçisi vasitəsilə düzələn daha iki formaya 

nəzər sala bilərik. Məsələn:  مخس

ٌ َ ُ  – 

سُ

يمخ



ﱞ ِ َ   tünd rəngli 

 

,   ٌبھص



َ ُ  – يبھص

ﱞ ِ َ ُ ,  بھصأ

ُ َ ْ َ  – يبھصأ

ﱞ ِ َ ْ َ  



sarışın  . V.Fişerin qeyd etdiyinə görə,  يلعفأ 

ﱞ ِ َ ْ َ  modelli sifətlər,  əsasən heyvanlara aid 

əlamətləri bildirir (21, 385). Bununla yanaşı,  لعف

ُ َ ُ   (لعفأ

ُ َ ْ َ   sifət modelinin cəm forması) 


Filologiya  məsələləri – №02, 2016 

 

236



formasından həmin suffiks vasitəsilə yaranıb, yuxarıdakı iki model vasitəsilə düzələn 

sifətlərə  mənaca yaxın olan az sayda sifətlər də mövcuddur. Məsələn:  ٌردك

َ ُ  – ﱞيردك

ِ َ ُ   


tutqun (21, 415). Bu  يلعف 

ﱞ ِ َ ُ  formalı sifətlər də daha çox heyvanlara aid xüsusiyyətləri 

bildirir. Bir çox hallarda da göstərilən həmin üç modeldə olan sifətlər aid olduqları 

heyvanların adını əvəz edərək substantiv mövqedə dayanırlar.  

H.Flyayş ərəb dilində  ٌلوعفإ

ْ َ ْ ِ   modelində olub həmin sözügedən mənaları ifadə edən 

sifətlərin olduğunu da bildirir, məsələn:   نوردإ

ٌ ْ َ ْ ِ  çirk  (23, 417). 

Qeyd etmək lazımdır ki, rəng və fiziki əlamət ifadə etmək üçün yuxarıda nəzərdən 

keçirilmiş müxtəlif modellər  لعفأ 

ُ َ ْ َ , ءلاعف

ُ ْ َ   və   ٌلعف 

ْ ُ  modeli ilə müqayisədə periferik (qeyri-

əsas) yer tutur. Məhz bu göstərilən modellər vasitəsilə bütün əsas rəng və bir çox rəng 

çalarları və həmçinin zahiri və fiziki əlamət ifadə edən çox böyük sayda sifətlər əmələ 

gəlir. Yuxarıda qeyd olunmuş  həmin nadir modellər nə  qədər işlək olsalar da, öz 

xüsusiyyət və  işlənmə tezliyinə görə  əsas modeldən  (لعفأ

ُ َ ْ َ )  çox geridə qalmaqdadır. 

Bundan başqa, bu əsas model başlanğıc (baza) modeli olmaqla yanaşı, həm də müənnəsi 

və cəmi ifadə etmək üçün ayrıca formaya malikdir. 

Burada adektivə aid olan daha bir modeli diqqətlə  nəzərdən keçirək. Söhbət 

müzəkkərdə  نلاعف

ُ ْ َ   (məsələn,  ناركس

ُ

ْ َ  sərxoş kişi), müənnəsdə isə  ىلعفَْ  (məsələn,  ىركس



ْ َ  

sərxoş qadın) olan sözlərdən gedir. Bu qrupa daxil olan sözlər də  tədqiqatın 

obyektlərindən olan rəng və fiziki əlamət bildirən sifətlər kimi həm müzəkkər, həm də 

müənnəsdə və eləcə də hər iki cinsin cəmi üçün ayrıca formaya malikdir. Bundan əlavə, 

sözügedən sözlər də ikihallılar qrupuna mənsubdur. Həmin modelin müzəkkərdə [-

ə:nun], müənnəsdə isə [-ə:tun] ilə bitən (məsələn, 

دنَْ


 نام

ٌ

 − تانامدن 



ٌ

ْ َ təəssüf edən) həmçinin 

üçhallı variantı da vardır. B.M. Qrandenin dediyinə görə dialektdən ədəbi dilə keçmiş 

bu modeldə olan yeni sifətlər də üçhallıdır:  نلاعز

ٌ ْ َ  acıqlı, narazı

 

,  ناقرغ



ٌ ْ ُ  batan  (5, 95). 

Lakin biz  نلاعف

ُ ْ َ   modelində olan sözlərin formalarına diqqətlə baxsaq, onların müzəkkər 

formalarının (hətta eyni köklülərdə də) müxtəlif olduğunu görə bilərik. Bu sözlərin cəm 

formalarının da müxtəlif qeyri-müntəzəm variantları vardır. Məsələn, yuxarıda qeyd 

olunmuş  ناركس

ُ

ْ َ  sərxoş  sözünün ىركس



ْ َ   və  ةنركس

ٌ َ َ َْ   formasında iki müənnəs şəkli və  راكس

َ َ   

və  راكس  



َ ُ formasında iki müzəkkər şəkli mövcuddur. 

Beləliklə də, biz görə bilirik ki, bu qrupa daxil olan sözlər rəng və fiziki əlamət 

bildirən sifətlərdən fərqli olaraq müzəkkər və müənnəs cinslərinin  əlamətlərinin və 

cəmlik göstəricilərinin bölgüsünü ciddi bir sistem kimi qoruya bilməmişdir. Artıq 

yuxarıda gördüyümüz kimi onların bəzilərində mütəmadi olmayan formalara aid 

misallar da nəzərə çarpır. Lakin qeyd olunmalıdır ki, buna çox nadir hallarda rast 

gəlmək mümkündür. Mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, rəng və fiziki 

əlamət bildirən sifətlərin müənnəs formaları dilin daha sonrakı dövrlərinə aid standart 

göstəricilərdən olan ةَ  [-ətun] vasitəsilə düzəlmir. 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin