Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
1   2   3   4   5   6   7   8   9   ...   45

AZERBAIJANI 

 

SUMMARY 

The article speaks about the usage of the latin language, its purpose in the period 

described by W. Scott in his novel “Ivanhoe” and the methods of how they have been 

translated into Azerbaijani. The author says that the translator has transformed the said 

elements into Azerbaijani in three ways, first, by neutralizing the Latin elements, 

second, by giving their meaning in brackets, third, by giving their translations directly 

after those elements by adding Azerbaijani yəni, which means “that is”.   

 

Rəyçi: prof. Q.H.Bayramov 


Filologiya  məsələləri – №02, 2016 

 

16



              

     İLAHƏ MƏMMƏDOVA 

                                                                                            ADU 

                                                                                      ilaha_1976 @ mail.ru 

 

İNGİLİS DİLİNDƏ PREFİKSLƏR VASİTƏSİLƏ SÖZDÜZƏLTMƏ 



 

Açar sözlər: söz yaradıcılığı, məhsuldar, suffiks, prefiks, kök, linqvistika, söz.  

Key words: word-formation, productive, suffix, prefix, stem, linguistics, word.  

Ключевые  слова:  словообразование,  продуктивный,  суффикс,  префикс,  корень, 

лингвистика, слово. 

 

Xalqın elmi və bədii təfəkkürünün güzgüsü dilin lüğət tərkibidir. Lüğət tərkibinin 



zənginliyi bu və ya digər xalqın təfəkkürünün dərinliyindən və genişliyindən xəbər 

verir. Xalqın ictimai şüurunun inkişafı, ümumi intellektual səviyyəsinin yüksəlməsi və 

s bu kimi faktorların təsiri ilə dilin lüğət tərkibi durmadan dəyişir və zənginləşir. Dilin 

lüğət tərkibi həm dilin öz milli bazası, yəni öz lüğət fondu hesabına, həm də başqa 

dillər hesabına zənginləşə bilir. Qeyd etmək lazımdır ki, dilin öz milli bazası – lüğət 

fondu hesabına lüğət tərkibinin zənginləşməsi daha mütərəqqi haldır. Belə ki, elmi, 

ədəbi-bədii dil və ümumiyyətlə, milli ədəbi dilin bütün üslubi sahələri milli mənbə 

hesabına zənginləşdikdə daha anlaşıqlı  və ifadəli olur. İngilis dilində söz yaradıcılığı 

dillərdə olduğu kimi dilin yarandığı dövrdən başlayaraq daim inkişafda olmuş,bir 

proses kimi insanların bir tarixi quruluşdan digərinə keçidi zamanı özünü daha aydın 

büruzə vermış  və yeni anlayışları ifadə etmək üçün yeni sözlərin meydana gəlmə 

ehtiyacını təmin etmişdir. 

Artıq çoxdan sübut olunmuşdur ki, dünyada heç bir dil təcrid edilmiş  şəkildə 

inkişaf etmir. Xarici aləm daim ona təsir edir və onun müxtəlif sahələrində diqqəti cəlb 

edən izlər buraxır. Qeyd etmək lazımdır ki, dillərin qarşılıqlı  əlaqə  və münasibətləri 

hələ  qədim zamanlardan  mövcud olmuşdur. Dünyada başqa xalqlardan tam təcrid 

olunaraq yaşamış xalq təsəvvürə  gətirmək çətindir. Cəmiyyət yaranandan müxtəlif 

tayfa, qəbilə, xalq və millətlər hə- mişə bir- biri ilə  təmasda olmuşdur.Bu təmasın 

forma və məzmunundan asılı olmayaraq, güclü etnik birləşmələr zəif etnik birləşmələri 

özünə tabe etmiş, müxtəlif xalqlar arasında müxtəlif  əlaqələr yaratmışlar. Bütün 

bunların nəticəsində xalqlar, onların dilləri qaynayıb- qarışmış, bir- birinə qarşılıqlı 

təsir və bir- birindən sözalma prosesləri baş vermişdir. Ona görə də xalqların həyatında 

dil  əlaqələrinin rolu inkaredilməz dərəcədə böyükdür. Dil əlaqələrini xalqlar və 

millətlər arasındakı digər əlaqələrdən ayırmaq mümkün deyil. Qeyd etdiyimiz kimi bu 

əlaqələr  nəticəsində dilin lüğət tərkibi kifayət qədər zənginləşmişdir. 

Dilin söz ehtiyatının zənginləşməsi yollarından biri də söz yaradıcılığıdır. Söz 

yaradıcılığı dilçilik elminin yeni sözlərin yaranması ilə  məşğul olan sahəsidir. Söz 

yaradıcılığının aşağıdakı üsulları vardır:  

a) Sözlərin kökünə müxtəlif şəkilçilər artırmaqla yeni sözlərin düzəldilməsi;  

b) Sözlərin kökünə söz artırmaqla yeni sözlərin düzəldilməsi;  

c) Sözün bir nitq hissəsindən başqa nitq hissəsinə keçməsi ilə yeni sözlərin 

düzəldilməsi;      

d) Sözə yeni məna verməklə yeni sözlərin düzəldilməsi.  


Filologiya  məsələləri – №02, 2015 

 

17



Bunlardan birincisi, dilçilik ədəbiyyatında morfoloji üsulla söz yaradıcılığı da 

adlanır. Müxtəlif dillərdə  şəkilçilər müxtəlif olduğundan bu üsulun müxtəlif növləri 

vardır:  

a) son şəkilçili söz yaradıcılığı;  

b) orta şəkilçili (infeksial) söz yaradıcılığı;  

c) önşəkilçili (prefiksal) söz yaradıcılığı. 

Yuxarıda qeyd edildiyi kimi söz yaradıcılığında, ingilis dilinin lüğət ehtiyatının 

zənginləşməsində prefikslərin də xüsusi yeri, əhəmiyyəti vardır. Sözün əvvəlinə artırılan 

şəkilçilərə prefikslər deyilir. Prefiklər ən çox flektiv dillərdə olur. Məsələn, rus dilində 

вход,  выход,  доход,  проход,  приход,  уход,  заход,  переход,  преход,  сход,  отход 

sözlərində  в,  вы,  до,  про,  при,  у,  за,  пере,  пре,  с,  от  morfemləri prefikslərdir. Fars 

dilində basəfa, namərd, binəsil, miqoft sözlərində  ba, bi, na, mi morfemləri də 

prefikslərdir.  İngilis dilində disappear, overwork, rewrite, subdivision, uncomfortable 

sözlərində dis, over, re, sub, un morfemləri prefikslərdir. 

İngilis dilinin qrammatik quruluşuna aid ingilis dilində yazılmış monoqrafiya, 

dərslik və  dərs vəsaitlərində, habelə digər dillərdə (məsələn, Azərbaycan və rus 

dillərində) yazılmış əsərlərdə, ingilis dilinin praktik və nəzəri qrammatikalarında ingilis 

dilində  işlənən prefisklər haqqında məlumata rast gəlmək olar. Azərbaycan dilçiləri 

İ.Rəhimov və T.Hidayətzadə  “İngilis dilinin praktik qrammatikası” kitabında ingilis 

dilində  işlənən prefikslərə aid geniş  məlumat verilir: “İngilis dilində düzəltmə sözlər 

törəmə və mürəkkəb sözlər qrupuna bölünür. Törəmə sözlər aşağıdakı qayda ilə əmələ 

gəlir: a) sözdəki vurğunun dəyişməsi vasitəsilə əmələ gələn sözlər; b) sözün tələffüzü və 

yazısı  dəyişmədən  əmələ  gələn yeni sözlər; c) səslərin  əvəzlənməsi vasitəsilə  əmələ 

gələn yeni sözlər; ç) şəkilçilər vasitəsilə əmələ gələn yeni sözlər” Müəlliflər şəkilçiləri 

iki qrupa ayırırlar: prefikslər və suffikslər. Onlar prefisklər haqqında  ətraflı danışır, 

habelə göstərirlər ki, prefisklər sözün mənasını dəyişir, lakin sözü bir nitq hissəsindən 

başqa bir nitq hissəsinə çevirmir; məsələn:  happy (sifət) “xoşbəxt” – unhappy (sifət) 

“bədbəxt”, to like (feil) “xoşlamaq” – to dislike (feil) “xoşlamamaq”, comfortable 

(sifət) “rahat” – uncomfortable (sifət) “narahat”, to load (feil) “yükləmək” – to 

overload (feil) “həddindən artıq yükləmək və s. 

Prefikslərin təsviri zamanı bəzən belə bir faktı xüsusilə vurğulayaraq qeyd edirlər 

ki, suffikslərdən fərqli olaraq, guya prefikslərin bir nitq hissəsini digərinə  nəql etmə 

xüsusiyyətləri yoxdur və onlar yalnız sözlərin mənalarını  dəyişməyə xidmət edirlər. 

Müəlliflərin bəziləri bu barədə  kəskin  şəkildə fikir yürüdərək deyirlər ki, prefikslərlə 

suffikslər arasında prinsipial fərq mövcuddur. Bu təkcə onunla izah olunur ki, 

suffikslər söz kökündən sonra, prefikslər isə söz kökündən əvvələ qoyulur. Əsas fərq 

ondan ibarət olur ki, suffikslər bu və ya digər nitq hissəsinin kökünə qoşularaq, onları 

digər qrammatik kateqoriyalara (to eat-eatable, home – homeless, happy – happiness, 

to develop – development və s.) aid edə bildikləri halda, prefikslər bu cür 

xüsusiyyətlərə malik deyil (to like-dislike, comfortable-uncomfortable, to divide – to 



subdivide, to act – to interact, to connect – to disconnect, reliable – unreliable və s.). 

İngilis dilində prefikslər yalnız və yalnız sözlərin leksik mənasını yenidən qurma 

vasitəsi olma funksiyasını yerinə yetirirlər”. Digər linqvistlər isə prefikslərin bir nitq 

hissəsinin digərinə nəql etmə xüsusiyyətlərinə malik olduğunu qəbul edirlər, lakin belə 

hesab edirlər ki, bu funksiyada prefikslər yalnız istisna hallarda çıxış edirlər.  


Filologiya  məsələləri – №02, 2016 

 

18



Rus dilçisi M.A.Belyayev ingilis dilində məhsuldar işlənən prefiskləri aşağıdakı 

kimi təsnif edir: 

 1. İsim və sifətlərə artırıldıqda inkarlıq mənası əmələ gətirən prefikslər: un, dis.  

 2. Fellərə artırıldıqda hərəkətin əksi mənası yaradan prefikslər:  dedis,un.  

Bundan başqa müəllif  pre, re, sub prefiklərini də araşdırır. Tanınmış dilçi-alim 

M.Y.Blox “İngilis dilinin nəzəri qrammatikası kursu”  adlı  əsərində prefikslərə aid 

geniş  məlumat verir. İngilis dilində  işlənən prefikslərə aid müfəssəl məlumata 

V.L.Kauşanskayanın “İngilis dili qrammatikası” adlı əsərində də rast gəlmək olar. K.A. 

Levkovskaya  “Sözdüzəltmə sistemində prefiksasiyanın spesifikliyi haqqında” (alman 

dilinin materialı əsasında) əsəsrində  prefiksləri  sözdüzəldici morfemlər adlandırır və 

onların söz kökündən  əvvəl gəldiyini və sözün leksik mənasını  dəyişdiyini və  əksər 

hallarda onun bu və ya digər leksik-qrammatik sinfə  məxsus olmasına təsir 

göstərmədiyini qeyd edir. Başqa bir Azərbaycan dilçisi  O.Musayev “İngilis dilinin 

qrammatikası” adlı  dərsliyində ingilis dilində prefisklərin mövcudluğundan bəhs edir 

və        unhappiness, reconstruction tipli sözlərin  un+happi+ness, re+construct+ion 

şəklində bölgüsünü  göstərir. 

 Yuxarıda qeyd etdiyimiz məlumatları ümumiləşdirərək ingilis dilində prefiksləri 

(ön şəkilçiləri) aşağıdakı kimi təsnif etmək olar. 

 

I.  Prefiks + feil  → feil 

 

1.Un – ziddiyyət, əks məna, inkarlıq bildirir. Məs: 

To button (düymələmək) – to unbutton (düyməni açmaq) 

      To dress (geyinmək) – to undress (soyunmaq) 

      To believe (inanmaq) – to unbelieve (inanmamaq) 

      To bend (əyilmək) – to unbend (düzəlmək, dikəlmək) 

      To fasten (bağlamaq, bərkitmək) – to unfasten (açmaq) və s. 

2.Dis – həm inkar, həm də əks məna əmələ gətirir. Məs: 

      To like (xoşlamaq) – to dislike (xoşlamamaq) 

      To appear (meydana gəlmək, peyda olmaq) – to disappear (yoxa çıxmaq, gözdən        

      itmək) 

      To  connect  (əlaqə yaratmaq) – to disconnect (əlaqəni ləğv etmək,  əlaqəni 

kəsmək) 

       To arm (silahlanmaq) – to disarm (tərk-silah etmək) 

      To agree (razılaşmaq) – to disagree (razılaşmamaq) və s. 

3.Re – yenidən, təkrar mənasını əmələ gətirir. Məs: 

To write (yazmaq)n -  to rewrite (yenidən yazmaq) 

To build (tikmək) - to rebuild (yenidən tikmək) 

To visit (baş çəkmək, getmək) – to revisit ( yenidən baş çəkmək) 

To open ( açmaq) – to reopen (yenidən açmaq) 

To read (oxumaq) – to reread (yenidən oxumaq) və s. 

4.Mis – düzgün olmayan, səhv mənasını ifadə edir. Məs: 

To understand (başa düşmək, anlamaq) – to misunderstand (səhv başa düşmək, 

yanlış anlamaq) 

To inform (məlumat vermək) – to misinform (səhv məlumat vermək) 

To hear (eşitmək) – to mishear (səhv eşitmək) 



Filologiya  məsələləri – №02, 2015 

 

19



To lead (rəhbərlik etmək) – to mielead (çaşdırmaq, azdırmaq, yolundan çıxarmaq) 

To pronounce ( tələffüz etmək) – to mispronounce (səhv tələffüz etmək) 

5.Over – daha çox, həddindən artıq mənasını ifadə edir. Məs: 

To load (yükləmək) – to  overload (həddindən artıq yükləmək) 

To sleep (yatmaq) – to oversleep (çox yatmaq) 

To cook (bişirmək) – to overcook (çox bişirmək) 

To work (işləmək) - to overwork (həddindən çox işləmək) 

To produce (istehsal etmək) – to overproduce (həddindən çox istehsal etmək) və s. 

6.Under – az, kifayət etməyən mənasını ifadə edir. Məs: 

To value (qiymətləndirmək) – to undervalue (az qiymətləndirmək) 

To pay (ödəmək, haqqını vermək) – to underpay (az ödəmək, qiymətindən kəsmək) 

To feed (yedizdirmək) – to underfeed (kifayət qədər yedizdirməmək) 

To develop (inkişaf etmək) – to underdevelop (zəif inkişaf etmək) 

To sell (satmaq) – to undersell (dəyərindən aşağı qiymətə satmaq) və s. 

7.Co – birlikdə mənasını bildirir. Məs; 

To operate (əməliyyat etmək) – to cooperate (əməkdaşlıq etmək) 

To exist ( mövcud olmaq) – to coexist (bir yerdə yaşamaq) 

To own (yiyələnmək, sahibi olmaq) -  to coown (birlikdə sahiblik etmək) və s. 

8.Inter – arasında, qarşılıqlı mənasını bildirir. Məs: 

To act (hərəkət etmək, fəaliyyət göstərmək) – to interact (qarşılıqlı  fəaliyyət 

göstərmək) 

To face (üzləşmək, qarşılaşmaq) – to interface (qarşı-qarşıya gəlmək) 

To mix (qarışdırmaq) – to intermix (qarşılıqlı şəkildə qarışdırmaq) və s. 

 

II.  Prefiks + isim → isim 



 

1.  Ex – keçmiş, sabiq mənasını ifadə edir. Məs: 

President (prezident) – ex-president (keçmiş prezident, eks- prezident) 

Minister ( nazir) – ex-minister (keçmiş nazir) 

Chairman (sədr) – ex-chairman (keçmiş sədr) və s. 

2.  Co – birgə mənasını bildirir. Məs: 

Author (müəllif) – co-author (həmmüəllif) 

Operation (fəaliyyət) –cooperation ( birgə fəaliyyət) 

Existence (mövcud olma, mövcudiyyət) – co-existence (birgə yaşama) və s. 

3.  Counter - əks, kontr mənasını ifadə edir. Məs: 

Attack (hücum) – counter-attack (əks hücum) 

Blow (zərbə) - counter-blow (əks zərbə) 

Proposal (təklif) – counter-proposal (əks təklif) 

Example (nümunə) – counter-example (əks nümunə) və s. 

4.  Mis – səhv mənasını bildirir. Məs: 

Pronunciation (tələffüz) – mispronunciation (səhv tələffüz) 

Management (menecment, idarəçılık) – mismanagement (səhv idarəetmə) 

Behavior (davranış) – misbehavior (səhv davranış) və s. 

5.  Dis – əks mənasını bildirir. Məs: 

Comfort (rahatlıq) – discomfort (narahatlıq) 

Like (xoşlama) – dislike (xoşlamama) 


Filologiya  məsələləri – №02, 2016 

 

20



Agreement (razılıq) – disagreement (razılaşmama) 

Advantages (üstünlüklər) – disadvantages (çatışmazlıqlar) və s. 

 

III.  Prefiks + sifət → sifət 

 

1.  Un – ziddiyyət, əks məna əmələ gətirir. Məs: 

Known (tanınmış) – unknown (naməlum) 

Happy (xoşbəxt) – unhappy (bədbəxt) 

Certain (müəyyən ) – uncertain (qeyri-müəyyən) 

Believable (inanılan) – unbelievable ( inanılmaz)  

Able ( bacarıqlı) – unable ( bacarıqsız) və s. 

2.  Im, ir, il, in - əks məna ifadə edir. Məs: 

Definite (müəyyən) – indefinite (qeyri-müəyyən) 

Regular (qaydalı) – irregular (qaydasız) 

Patient (səbirli) – impatient (səbirsiz) 

Legal (qanuni) illegal ( qeyri-qanuni) 

Direct (vasitəsiz) – indirect ( vasitəli) 

Visible (gözə görünən) – invisible ( gözəgörünməz) və s. 

3.  Dis - əks mənanı ifadə edir. Məs: 

Honest (vicdanlı) – dishonest ( vicdansız) 

Loyal (sadiq) – disloyal (qeyri-sadiq) 

Similar (oxşar) – dissimilar ( fərqli, oxşar olmayan) və s. 

4.  Non - əks məna ifadə edir. Məs: 

Effective (effektli) – non-effective (effektsiz) 

Productive (məhsuldar) – non-productive (qeyri-məhsuldar) 

Political (siyasi) – non-political ( qeyri-siyasi) 

Neutral (neytral) – non-neutral ( neytral olmayan) və s. 

5.  Pre -əvvəl, post – sonra, anti - əleyhinə mənasını ifadə edir. Məs: 

War  (müharibə) - prewar  (müharibədən əvvəl) 

                              postwar  (müharibədən sonra) 

                              antiwar (müharibə əleyhinə) və s. 

 

Bəzi hallarda sözə prefix əlavə etdikdə söz bir nitq hissəsindən başqa bir niyq 



hissəsinə keçir. Məs: en – large (geniş) – to enlarge ( genişləndirmək), rich (varlı, 

dövlətli) – to enrich ( varlanmaq). Bəzi hallarda isə prefikslər tarixən sözdüzəltmədə 

istifadə edilsə də bu gün onları  kökdən ayırmaq olmur. Məs: remain, reduce, discuss, 

submit, prepare və s. Buna səbəb həmun prefikslər ayrıldiqdan sonra kökün heç bir 

mənaya malik olmaması  və ya prefikslə  işlənən sözün mənası ilə  üst-üstə 

düşməməsidir. Bu səbəbdən bu sözlər artıq düzəltmə deyil, sadə sözlər hesab edilirlər. 

 

ƏDƏBİYYAT 

1.  Babayev A. “Dilçiliyə giriş”  Bakı, 1992  

2.  Məmmədov N., Axundov A. Dilçiliyə giriş, Bakı, 1980.  

3.  Rəhimov İ., Hidayətzadə T. İngilis dilinin praktik qrammatikası, Bakı, 1965.  

4.  Musayev O. İngilis dilinin qrammatikası. Bakı, 1986.  

5.  Каушанская В.Л. Грамматика английского языка. Ленинград, 1973. 



Filologiya  məsələləri – №02, 2015 

 

21



6.  О.Д.Мешков. «Словообразование  современного  английского  языка». 

Издательство, «Наука», Москва, 1976. 

7.  Беляев М.А. Грамматика английского языка. М., 1976. 

8.  Bloch M.Y. A Course in Theoretical English Grammar. M., 2006.  

9.  Oxford Dictionary 2010 

10.  http://en.wikipedia.org/wiki/prefix 

11.  www.azerdict.com. 

12.  http://www.homeenglish.ru/prefix 

 

              ILAHA MAMMADOVA 

WORD-FORMATION IN ENGLISH BY MEANS OF  PREFIXES 

 

SUMMARY 

The article deals with the prefixes and their role in word-formation in English. 

English is a very flexible language and you can build on your vocabulary and learn how 

to make new words. 

One way of doing this is to add prefixes  before the word. Prefixes are added to the front 

of the base.  Prefixes usually do not change the class of the base word. We also speak 

about the differences between prefixes and suffixes. In the article we give  a list of 

common prefixes with their meanings and some examples. 

              

ИЛАХА МАМЕДОВА 

 

ПРЕФИКСАЛЬНОЕ СЛОВООБРАЗОВАНИЕ  В АНГЛИЙСКОМ ЯЗЫКЕ 

 

РЕЗЮМЕ 

В  статье  говорится  о  префиксах  и  об  их  роли  в  словообразовании  в 

английском  языке.  Словообразование  имеет  большое  значение  среди  отраслей 

лингвистики,  особенно  среди  языковых  уровней.  Все  языковые  уровни  имеют 

свои  собственные  единицы.  Словообразование  является  отраслям  лингвистики, 

которая  занимается  образованием  новых  слов.  Префиксы  имеют  также  важные 

значение в словообразовании и обогащении английского словаря. И так в статье 

рассматривается  префиксы,  даны  некоторые  продуктивные  префиксы,  их 

значения и примеры. 

 

Rəyçi: prof. Qaraşarlı Çingiz 


Filologiya  məsələləri – №02, 2016 

 

22



fil.f.d. NURİYYƏ ƏLİYEVA 

KÖNÜL FƏRƏCBƏYLİ 

ADU 

konul@mail.ru 

 

DİL MATERİALLARININ TƏDRİSİNƏ DAİR BƏZİ QEYDLƏR 

 

Açar sözlər: fonetika, intonasiya, tələffüz 

Ключевые слова: фонетика, интонация, произношение 

Key words: phonetics, intonation, pronunciation 

 

Müstəqilliyimizə yenidən qovuşdugdan sonra olkəmizdə bir çox  nailiyyətlər əldə 



edilmiş ,xüsusən xalq   maarifi və  təhsil sahəsində qazanılan uğurlar  bunu  deməyə  

əsas  verir.Milli təhsil  elm  və mədəniyyətin inkişafına  gostərilən  qayğı  bu xeyirxah 

missiyanın  həyata keçirilməsinə  təkan verdi. Azərbaycanda milli təhsil sahəsində 

islahatlrın aparılması ,təhsil in inkişafına dovlət təminatının verilməsi yüksək  

qiymətləndirilir. Dövrü müzün qloballaşma prosesi   məhz bu gün müxtəlif dilli xalqları 

bir-birinə yaxınlaşdırır.Onların bir-birinə  təsirini gücləndirir. Bu təsir yalnız dilin 

leksikasında deyil, həm də digər sahələrdə özünü kəskin şəkildə göstərir. Hər bir dilin 

elmi cəhətdən öyrənilməsinin böyük əhəmiyyəti vardır. Dil çox mürəkkəb 

xüsusiyyətlərə, dərin və gizli sirlərə malikdir. Bütün bu xüsusiyyətləri mənimsədikdən 

sonra dil insan həyatında fikrin ifadəsində daha da güvvətli vasitəyəyə çevrilir.   Dil  

bəşəriyyət tarixində insanların əldə etdiyi ən böyük nailiyyətdir. İnsanlar dil vasitəsilə 

qazandıqları  təçrübəni nəsildən-nəsilə ötürərək,çəmiyyət dilin vasitəsilə inkişaf edir. 

Dilcilik elminin tədrisi  adətən fonetikadan başlayır. Yazılı  və  şifahi nitq vahidlərdən 

ibarətdir-səslər, sözlər, cümlələr  və s.  

Yeri gəlmişkən qeyd edək ki,sözün məntiqi və semantik tərifi belədir:söz 

müəyyən məfhum ,anlayış ifadə edən  səslər  kompleksidir. (toplusudur). Sözə verilən 

bu tərif  hamı  tərəfindən  qəbul olunmasa da(məsələn ,nidalar,səs təqlidi olan sözlər 

məfhum ifadə etmir,lakin söz hesab olunur), bu gün  ən az qüsuru olan məhz bu 

tərifdir.Burada bir məsələni də qeyd etmək lazımdır  ki, bir qayda olaraq dil cilər sözü  

müxtəlif  cəhətdən tədqiq edirlər.  Fonetika dilcilik elminin  bir sahəsi kimi  dil 

səslərinin əmələ gəlməsini, onların fiziologiyasini, bir-birinə münasibətini, keyfiyyət və 

kəmiyyətini,nitq prosesindəki funksiyasını, keyfiyyət və  kəmiyyətində baş verən  

dəyişikliklərin səbəb və  təbiətini öyrənən bir sahədir. Fonetika umumiyyətlə ,səsdən 

deyil, ancaq danışıq səslərindən bəhs edir.İnsanın yaratdığı danışıq səsləri  digər 

səslərdən fərqli olaraq ,ictimai mahiyyət daşıyır.Söz fonetik baxımdan tədqiq edilir,səs 

və ya səslər toplusu şəklində öyrənilir.Bu zaman hər hansı dildə vurğu ,heca,sözün 

tərkibində sait və samitlərin sıralanma qaydaları,sözün əvvəlində və ya sonunda bu və 

ya digər səsin işlənə bilib bilməməsi və s. məsələlər diqqət mərkəzində 

durur.Fonetikanın həm nəzəri, həm də  əməli  əhəmiyyəti vardır. Fonetikanı bilmədən 

dilin lüğət tərkibini, qrammatik quruluşunu istənilən  şəkildə öyrənmək mümkün 

deyildir.Fonetika  dilin tarixini öyrənməyə, ayrı-ayrı    sözlərin etimologiyasını 

aydınlaşdırmağa və dillərin qohumluğunu müəyyən etməyə geniş imkan 

yaradır.Fonetikanın dərindən öyrənilməsi  əsasında ana dilimizin düzgün tələffüz 

qaydaları  mənimsənilir. Fonetika orfoqrafik normaların qaydaya salınması  və 



Filologiya  məsələləri – №02, 2015 

 

23



mənimsənilməsində  də müəyyən  əhəmiyyət kəsb edir. Fonetikanın tədrisi ilə  əlaqədar 

olaraq, tələbə  və  şagirdlərdə  səs sisteminin xüsusiyyətləri haqda aydın təsəvvür 

yaradılmalı,onlara  ədəbi tələffüz qaydalarının mənimsənilməsinə xüsusi diqqət  

yetirilməlidir.Qeyd edək ki,ingilis dili hansı    səviyyədə  öyrənilirsə öyrənilsin, çətin 

tələffüz xüsusiyyətlərinə, mürəkkəb və çoxcəhətli qrafik sistemə,  yazı  və oxu 

qaydalarına  yiyələnmədən  bu dildə şifahi və yazılı formada  ünsiyyət  saxlamaq  çox 

çətindir.Ünsiyyətdə əsas cəhət ünsiyyətə girən tərəfdaşrların  dil-danışıq zəminində bir-

birini başa düşüb anlamasıdır.Əgər ünsiyyət prosesində anlama yoxdursa ,ünsiyyət baş 

tutmayacaq.  İngilis dilinin çətin tələffüz xüsusiyyətlərini nəzərə alan görkəmli ingilis 

fonetisti  D aniel Counz 1917-ci ildə ilk dəfə olaraq tələffüz lüğəti çap etdirir.  80 ildən 

artıq zaman  kəsiyində  həm yerli ,həm də bütün dünyada ingilis dilini xarici  dil kimi 

öyrənən insanlar ondan istifadə etmişlər və etməkdədirlər. Hal-hazırda bu lüğətin 17-ci 

nəşri  (Cambridge Enqlish  pronouncing  dictionary 2009)çapdan çıxmışdır.  İngilis 

dilinin orfoepik  və qismən də orfofonik qaydalarını  özündə  əks etdirən bu lüğətin  

yeniliyi ondan ibarətdir ki,bu model BBC tələffüz modelinə əsaslanır və ingilis dilinin 

Amerikan tələffüz variantı ilə paralel verilir. BBC tələffüz modeli bir növ “invariant” 

ruhunda olan modeldir və bu modelə  əsaslanan  tələffüz dünyanın  hər yerində eşidilib 

anlaşılır. Digər tələffüz modelləri (Amerikan, Kanada,Avstraliya, Yeni Zelandiya

Cənubi Afrika) BBC tələffüz modelinin variantlarıdır ki, onlara əsaslanan  tələffüz 

xarici  dinləyicilər tərəfindən çətin  başa düşülür. Odur ki, BBC ixtisası ingilis dili olan 

tələbələrə BBC modelinə  əsaslanan tələffüz qaydalarının öyrənilməsi  başlıca məqsəd 

kimi qarşıya qoyulur. Beləliklə, fonetika bəhsinin tədrisi   qarşısında qoyumuş başlıca 

vəzifələr aşağıdakılardır: 1.Bu bəhsin tədrisi ilə  əlaqədar tələbə  və  şagirdlərdə aydın 

təsəvvür yaradılmalıdır ki, fonetika dilçilik elminin bir bölməsi olmaqla dilin səs 

sistemini,səslərin  əmələ  gəlməsi və  xüsusiyyətləri,bunların hərflərlə ifadəsi, heca, 

vurğu və s. haqqında məlumat verir. 2.Bu tələbə  və  şagirdlərə səs və hərfin, səsli dillə 

yazılı dilin, orfoepiya ilə orfoqrafiyanın fərqini, eləcə də bunların qarşılıqlı münasibətini 

elmi surətdə anlamaq, dərk etmək üçün möhkəm əsas verməlidir. 

3.Fonetikanın  tədrisi prosesində  tələbələrə dil qrafikasının  əsas xüsusiyyətləri  

haqqinda möhkəm bilik verilməlidir. Onlarda müvafiq orfoqrafik vərdişlərin 

möhkəmlənməsi təmin edilməlidir.                                                        

Fonetikaya aid bilik və  vərdişlərin verilməsində müəyyən sistem yaratmağın, 

həmin bilikləri nitq təcrübəsi ilə daha möhkəm  əlaqələndirməyin mühüm rolu, 

əhəmiyyəti xüsusi olaraq, nəzərə alınmalıdır. Düzgün tələffüz vərdiş lərinin aşılanması 

linqvistik,  o cümlədən, fonetik-fonoloji səviyyədə müəyyən bilik bacarıqla müşahidə 

olunmalıdır. Burada tələbələrə dilin fonetik quruluşunun komponentlərinə  və  əsas 

tələffüz vahidlərinə rabitəli danışıqda, o cümlədən,  yazı  və oxu qaydalarına bu 

komponent və element ləri müşayət edən fonetik və fonoloji hadisələrə dair bilik 

bacarıq  verilməli və onların əsasında düzgün tələffüz vərdişləri  aşılanmalıdır. Bu bir 

tərəfdən tələbələrə filoloji təfəkkürün formalaşmasına və inkişafına, digər tərəfdən 

tələbələrdə  ədəbi dilin tələffüz normalarının  şüurlu mənimsənilməsinə  zəmin yaradır. 

Fonetika dilçiliyin bütün sahələri ilə üzvi surətdə bağlıdır. 

 Fonetikanın leksika ilə əlaqəsi  onunla izah  olunur ki,səslərdən məhrum olmuş 

söz yoxdur və ola da bilməz. Tələbələr  səslə  hərf arasındakı  fərqin nədən ibarət 

olmasını, bu fərqin mahiyyətini bilməlidirlər. Onlar bilməlidirlər ki, biz səsi tələffüz 

edirik və eşidirik,hərfi isə yazır və oxuyuruq. Səslə hərfi, bunların arasındakı qarşılıqlı 



Filologiya  məsələləri – №02, 2016 

 

24



münasibətin mahiyyətini bilmədiklərinə görədir ki, onlarda bir sıra orfoqrafik  

vərdişlərin formalaşması  və möhkəmləndirilməsi ciddi surətdə  ləngiyir, tələffüzləri  

nöqsanlı olur. Odur ki, tələffızın qoyuluşunda  və aşılanmasında ünsiyyətin  baş tutması 

üçün  müəyyən fonetik hadisələrin  öyrənilməsi  və  fərqləndirilməsi zərurəti ortaya 

çıxır. Buna görə də tələffüzün qoyuluşunda aşılanmasında  onun əsasını təşkil edən dilin 

fonetik quruluşunun komponentlərinin (fonem və fonemlərin birləşməsi, distribusiyası, 

heca, vurğu, intonasiya) aspektləri barədə  tələbələrə bilik,bacarıq verilməsi zərurəti 

ortaya çıxır. Başqa sözlə, tələffüz normalarının danışıqda düzgün realizasiyası fonoloji-

fonetik tələffüz tipindən, onların sintezindən keçir.İngilis dilini ixtisas kimi öyrənən 

kadrlara, o cümlədən ,müəllimlərə, tərcüməçilərə, regionşünaslara, politoloqlara BBC 

tələffüz modeli  tövsiyyə olunur, çünki bu model bir növ “invariant” ruhunda olub, 

dünyanın hər yerində  eşidilib anlaşılır və başa düşülür. Bununla bu ixtisas sahibləri  

ingilis dilinin yerli və milli  regional variantların (Amerikan, Kanada, Avstraliya, Yeni 

Zelandiya, Cənubi Afrika) tələffüz xüsusiyyətlərindən də halı olmalıdır, çünki  bu  

regionlardan olan insanların tələffüzündə  ingilis  ədəbi tələffüz normalarından kənara 

çıxma halları-variasiyalar vardır və onlarla canlı ünsiyyət prosesində olduqda anlamada 

çətinlik olmasın deyə, milli variantların tələffüz xüsusiyyətlərindən halı olmaq tövsiyyə 

edilir.Qeyd edək ki, dilin öyrənilməsində  səslə  hərfin fərqinə xüsusi diqqət 

yetirilməsinin mahiyyətini prof.Y.K.Qrot çox düzgün qiymətləndirərək yazmışdır: 

“Dillərin  öyrənilməsində daima nəzərdə tutmaq lazımdır ki,səs və hərf  heç də həmişə 

bir-birinin eyni olmur”.Tələbələrə  danışıq səslərinin (sait və samitlərin) nitqdəki məna 

əhəmiyyəti  haqqında müəyyən  anlayış  vermək  lazımdır.Hər bir səsin (fonemin) sözün  

ən kiçik, lakin son dərəcə mühüm  mənalı    hissəsi olduğunu onlara dərk etdirmək  

mühüm  əhəmiyyət kəsb edir. Səslə    hərfin, sözün  səslənməsi ilə yazılış formasının, 

fərqini tələbələrə yaxşı öyrətmək  üçün fonetikadan ilk dərslərdə  müvafiq sözləri onlara 

səs tərkibinə görə  təhlil etdirmək daha əlverişli dir. Görkəmli rus alimi Q.P. Firsova 

görə, belə halda tələbələrə sözü yazdırmadan, yəni, sözü görərək yox, eşidərək səs 

tərkibinə görə təhlil etdirməyə xüsusi diqqət yetirilməlidir. Onu da qeyd etmək lazımdır 

ki, səslərin  əmələ  gəlməsi haqqında tələbələrə verilən bilik fonetikadan onların ilk 

dərsdə aldıqları məlumatla  məhdudlaşmır. Saitlərin və samitlərin öyrənilməsi daha da 

genişləndirilir və  dəqiq ləşdirilir. Məsələn, saitlərlərlə samitlərin, dodaqlanan saitlərlə 

dodaqlanmayan saitllərin, kar samitlərlə  cingiltili samitlərin fərqi öyrədilərkən tələbələr 

bunların əmələ gəlməsində danışiq üzvlərinin iştirakı üzərində müşahidə və müqayisələr 

çıxarırlar. Tələbələrə sait  və samitlər haqqında məlumat verərkən mütləq onlara 

Azərbaycan dilindəki sait  və samitlər arasındakı  oxşar və fərqli cəhətləri də göstərmək 

lazımdır.  Əgər  gələcək müəllimlər “thin-sin” qəbildən olan  fonemləri  və onların  

fonetik realizasiyasının, pea-stalks-pace-talks qəbildən olan birləşmələrdə aspirasiyanın 

(nəfəslənməni) vvritten-retain qəbildən olan sözlədə vurğunun yerini, i have a plan to 

leave – i have a plan to leave cümlələrində  tonik vurğunun yerini və neçə-neçə fonetik 

–fonoloji hadisələr haqqında bilik və bacarığa malik deyilsə, o ingilis ədəbi tələffüz 

normaların ınecə mənimsəyə bilər, axı  ünsiyyət prosesində bütün  leksik, qrammatik, 

intonasiya  ilə ötürülən  münasibət, mənalar və üslubi  xüsusiyyətlər  fonetik baxımdan, 

daha doğrusu, fonoloji-fonetik tip tələffüzlə  ifadə olunur,onun zəminində anlaşılıb başa 

düşülür. Beləliklə, fonetikanın tədrisinin ilkin mərhələsində qarşıda duran əsas məqsəd 

tələbələrdə düzgün artikulyasiya yaradılması  və nitqin intonasiya cəhətdən  

formalaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün müəllim tədrisin ilkin mərhələsində bəzi 



Filologiya  məsələləri – №02, 2015 

 

25



faktorları  nəzərə almalıdır. Belə ki, dil ünsiyyət vasitəsi funksiyasını yerinə 

yetirdiyindən tələffüz üzərindəki iş tələbələrin nitq vərdişləri və bacarıqlarından asılıdır. 

Bu o deməkdir ki,eşitmə və artikulyasiya vərdişlərinin yaradılmasına kömək etməlidir. 

İngilis və azərbaycan dili fonemlərinin spesifik xüsusiyyətləri dərk edilməlidir. 

Tələbələrdə düzgün tələffüz  vərdişlərinin yaradılması ilk növbədə lap birinci dərsdən 

hər bir səsin tələffüzünü dəfələrlə, yorulmadan məşq etdirməkdən çox asılıdır. 

Tapşırıqlar fonemləri düzgün anlamaqda, onların oxşar fonemlərdən fərqləndirilməsində 

mühüm əhəmiyyətə malikdir. Lakin ayrı-ayrı sözlərin öyrənilməsi ilə də kifayətlənmək 

o qədər də səmərəli  nəticə verə bilmir, həmin səslərin  sözlərdə işlədilməsi, onların da 

dərk edilərək mənimsənilməsinə çalımaq lazımdır. Beləliklə, fonetikanın məqsədi dilin 

səs tərkibini aşağıdakı üsullarla öyrənməkdən ibarətdir: 1.Səslərin fikrimizin 

ifadəsindəki rolunu göstərmək; 2.Dil materiyasının  təzahür formalarında fiziki xassələri 

müəyyənləşdirmək və dil səslərinin danışıq orqanları vasitəsilə yaranması  və  eşitmə 

üzvləri vasitəsilə  qavranılmasındakı anatomik və fizioloji xüsusiyyətlərini müəyyən 

etməkdir.   

Beləliklə, düzgün  tələffüz olunan hər bir söz müxtəlif məna çalarları ,səs 

tembrləri, melodikliklərlə və s.  şərtlənir. 

Bununla da ,rəngarəng akustika, mənalı nitq, rəvan danışıq formalaşır. Öyrənilən 

dillə  ana dili arasındakı oxşar və  fərqli cəhətlərin aşkarlanması daha da dərin 

mənimsənilməyə  səbəb olur. Bundan başqa deyə bilərik ki, adətən tələbə diqqətli 

olduqda fəaliyyətin nə dərəcədə  düzgün yerinə yetirildiyini dərk edir. Tələbənin  təlim 

prosesində diqqətini cəlb edən amillərdən biri də yeniliyin kifayət qədər intensivliyə 

malik olması, yəni Pavlovun dediyi kimi bələdləşmə reaksiyasının yaradılmasıdır. 

Müasir təlimdə problemin qoyuluşu ,müəllimin verdiyi yönəldici suallar, auditoriyaya 

gətirilən  əyani və texniki vasitələr, yoldaşlarının söylədiyi fikirlər bir tələbə üçün daim 

yenilikdir.  Şərhetmə zamanı  müəllim intonasiya, məntiqi vurğu, fasilə surəti, 

mimikanın köməyi ilə    şagirdlərin diqqətini fəallaşdırır, sözün həqiqi mənasında onu 

idarə edir. Müəllim dərs müddətində öz şagirdlərində  və  tələbələrində  nəzarət 

mexanizmini  aktuallaşdırmalıdır. Bundan əlavə, ölkəmizin xarici ölkələrlə  əlaqələrini 

möhkəmlətmək üçün xarici dil tədrisinin, xüsusilə, düzgün  şifahi  nitqin inkişafının 

böyük  əhəmiyyəti vardır. Qarşıya qoyulan  yeni məqsədləri həyata keçirmək üçün 

istiqaməti  şifahi nitqə yönəltmək lazımdır. Bu  məqsədlər üçün eksperimental iş 

aparmaq, yeni-yeni üsullar tapıb tətbiq etmək məqsədə uyğundur. Şifahi nitqə başlamaq 

üçün  şagirdə müəyyən dil materialı vermək lazımdır. Bu mə’nada xarici dillərin 

tədrisində müəllim dil öyrənənlərin danışığında  nəzərə çarpan hər bir yayınmanı 

tutmalı, düzgün variantı öz səliqrast danışığı ilə düzəltməli, həssas eşitmə qabiliyyətinə 

malik olmalıdır. Xarici dildə artıq ilk gündən danışıq etiketləri ilə rastlaşan tələbə 

kommunikativ məqsədin tələbinə  əsasən  həm tələffüz vərdişlərinə, həm qrammatik 

qaydalara yiyələnməlidir. Deməli, canlı nitq prosesində müxtəlif kommunikativ tipli 

cümlə  və ibarələr  intonasiyanın müxtəlif funksiyalarının kəmiyyətcə nisbi fəaliyyəti 

nəticəsində meydana gəlir.  İntonasya vasitəsilə nitqimiz məna tərkibindən asılı olaraq  

cümlələrə, cümlələr də öz növbəsində sintaqmlara ayrılır. Müxtəlif tipik quruluşa malik 

cümlələr, onların müxtəlif növləri formalaşır. Beləliklə, xarici dillərin tədrisində dil 

öyrənən tələbə öz arsenalında olan dil qaydalarından səmərəli istifadə etməli,öz fikrini 

ifadə etməyə, başqasının nitqini başa düşməyə çalışmalı, leksik ehtiyyatdan qrammatik 

və leksik, fonetik qaydaları bilməklə danışıq vərdişlərini inkişaf etdirməlidir. Beləliklə, 



Filologiya  məsələləri – №02, 2016 

 

26



nitqlə bağlı canlı qar şılıqlı  əlaqələr  və qarşılıqlı  təsir prosesi şəraitində    cümlənin 

kommunikativ funksiyası aparıcı yer tutur. Buna görə  də cümlənin təhlili məhz 

funksional baxımdan həyata keçirilir. Sintaktik təhlil zamanı  həmişə cümlə üzvləri 

fərqləndirilir, məntiqi təhlildə cümlənin (fazanın) informasiya mənası aydın olur. Aktual 

təhlildə isə konkret ünsiyyət  şəraitində fazanın anlam dairəsi müəyyənləşdirilir. Bu 

mənada xarici dillərin tədrisində tədris edən müəllimin öhdəsinə ciddi vəzifələr düşür. 

Xarici dili tədris edən müəllim  yaradıcı və çevik mütəxəssis kimi  fəaliyyət göstərməyi 

bacarmalı,ana dilinin tədrisdə yeri və rolu məsələsinə yaradıcı  şəkildə yanaşmalı, dilin 

tədrisi prosesini hər bir konkret şəraitdə düzgün şəkildə  təşkil etməli və  tələbələri 

müxtəlif fəaliyyət növlərinə cəlb edərkən, izahatların ingiliscə verilməsi, lazım gəldikdə 

Azərbaycan dilinə tərcümə edilməsi, dərsdə  xarici  dil mühitini yaratmaqla  tələbələri 

həmin mühitə fəal  iştirakçı qismində cəlb etmək və eyni zamanda  verilən tapşırıqların  

düzgün şəkildə başa düşülməsi və yerinə yetirilməsi üçün təminat verə bilər.  

Qeyd etməliyik ki, uzun illər  şifahi nitqin inkişafı ilə, intensiv öyrədilməsi ilə 

məşğul olmuş alimlər  şifahi nitqin inkişafını birinci dərəcəli hesab etmişlər. 

Müşahidələr göstərir ki,şifahi nitqin inkişafında müəllim əsas simadır. 

Beləliklə,  şifahi nitqin düzgün inkişaf etdirilməsi işində  əsas məsələlərdən  biri 

düzgün tələffüz vərdişlərinin öyrədilməsidir. 

Tədrisin ilk mərhələsində  şifahi nitqi inkişaf etdirmək üçün daxil olan 

informasiyaların optimal dil materialları düzgün müəyyən edilməlidir. Bu materiallar 

proqram tələblərinə uyğun olduqda öyrəncilər dil materiallarını  yaxşı  mənimsəyir və 

onu şifahi nitqdə işlədə bilirlər. 

Bu bir həqiqətdir ki,müəyyən informasiyaların  verilməsində tələffüz müəyyən rol 

oynayır.Öz təbiəti etibarilə səslə nitq genetikaya əsasən birinci olur. Əvvəl eşidilən səs 

əsasında söz yazıya çevrilir. Ona görə  də  şifahi nitq əvvəlcə  eşitmə vasitəsilə 

başlanmalıdır. 

İngilis dili müəllimi qarşısında duran mühüm problemlərdən biri də  eşitmə 

vasitəsilə  şifahi nitqə alışdırmaqdır. Bu işi lazımi səviyyədə yerinə yetirmək üçün 

müəllim  şifahi nitq vərdişini aşılamalıdır, hekayələr oxunmalı, daha sonra da 

hekayələrin məzmunu soruşulmalıdır.  

Beləliklə, materiallar tələbələrin maraq və idrak dairəsinə uyğun olması dərsi daha 

canlı  təşkil etməyə imkan verir,həvəslə  fəaliyyətə qoşulan tələbələrin təlim nəticələri 

sevindirici olur, onlar asanlıqla dilə və nitqə yiyələnirlər. 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin