Mühazirə 10
Torpağın buferliyi və onun əhəmiyyəti
Torpaq içərisinə daxil edilən turşu və qələvilərə və ya turş və qələvi
duzlara qarşı müqavimət göstərmə qabiliyyətinə torpatın buferliyi deyilir.
Bütün torpaqlar onun içərisinə daxil edilən turşu və qələvi birləşmələri
müəyyən dərəcədə neytrallaşdırıcı olub o maddənin təsirini azaldır. Müəyyən
olunmuşdur ki, bir zəif turşunun məhlulu bir qüvvətli əsasa malik olan duz ilə
birlikdə yüksək buferlik qabiliyyətinə malikdir.
Çürüntü ilə zəngin torpaqlar eyni zamanda yüksək buferliyə malikdir.
Buradan aydın olur ki, torpağın sistematik olaraq üzvi maddələrlə
zənginləşdirməsi onun buferlik qabiliyyətinin artmısna səbəb olur.
Kolloidlərin müvazinətləşdirilən (kompensasiya) qatında olan kationlara
udulmuş kationlar deyilir və çox -
+
2
Ca
və
+
2
Mg
, az miqdarda isə -
+
2
K
və
+
4
Na
kationları olur (bəzi torpaqlarda
+
H
,
+
3
Al
və ya
+
Na
) olur.
Udulmuş kationların ümumi miqlarına torpağın udma tutumu deyilir və
ya torpağın suda həll olunmuş və bulanan bərk cisimləri və habelə buxar
suyunu və qazı özündə tutub saxlamasına onun udma qabiliyyəti deylir.
Torpaq içərisindən kçən maddələr onunla təmasa gəldikdə torpaqda
mürəkkəb fiziki, kimyəvi və fizik-kimyəvi proseslər gedir.
Akad.K.K.Hedroys torpağın beş növ: mexaniki, fiziki, fiziki-kimyəvi,
kimyəvi və bioloji udma qabiliyyətini ayrımışdır.
Mexaniki udma dedikdə torpaqların öz boşluqlarında, kapilyarlarında
müxtəlif maddələrin kiçik hissələrini tutub saxlaması qabiliyyəti anlaşılır. Bu
tutulub saxlanmanın başlıca səbəbi həmin hissəciklərin ölçüsünün məsafə və
kapilyarların ölçsündən böyük olmasıdır. Məsələn, yağış suları bulanlıq səth
suları kimi süzülərək torpağın alt qatlarına keçir və müəyyən şəraitdə şəffaf
bulaq suları kimi yenidən səthə çıxır.
Fiziki udma prosesində torpaqda bitkiyə lazım olan birləşmələr udulub
Behruz Melikov
Behruz Melikov
saxlanılır və bitkilərin qidalanması üçün sərf olunur. Fiziki udma prosesində
udulmuş maddələr əsasən bilavasitə torpağın sülb fazası ilə təmasda yox,
onun ətrafında maye qatında torpaq məhlulunda olurlar. Fiziki udma
prossində torpaqda bitkiyə lazım olan birləşmələr udulub saxlanılır və
bitkilərin qidalanması üçün sərf olunur.
Kimyəvi udma prosesində torpaqda gedən reaksiyalar nəticəsində suda
çətin həll olan birləşmələr kationların torpağın bərk fazasına keçməsi
nəticəsində əmələ gəlir. Torpağın sülb fazasındakı, kationlarla onlarla
təmasda olan məhlul kationlarının ekvivalent miqdarda bir-birini əvəz
etmələrinə torpaqların fiziki-kimyəvi (mübadiləvi) udma qabiliyyəti deyilir.
Torpaq tərəfindən tam molekulların mənimsənilməsindən başqa suda
asan həll olunan birləşmələr başqa yol ilə tutulub saxlanıla bilər. Torpaqdakı
bitki, mikroorqanizm və heyvanlar tərəfindən onların həyat fəaliyyəti üçün
vacib olan qida maddələrinin tutulub saxlanmasına torpağın bioloji udma
qabiliyyəti deyilir.
Bioloji udma prosesində canlı orqanizmlər digər udma növlərindən fərqli
olaraq özlərinə lazım olan elementləri seçilərək udulurlar. Bioloji udma
qabiliyyətinin bütün torpaq zonalarında böyük əhəmiyyəti vardır. Buioloji
amil torpaq təşkili prosesində əsas istiqamət verici amildir. Bioloji udmanın
xüsusilə nəmli iqlimə malik olan vilayətlərdə böyük rolu vardır.
Torpağın qaz fazası havadır. Su olmayan torpaq məsamələrini dolduran
qazlar qarışığına torpaq havası deyilir. Torpaq havası torpağın mürəkkəb
hissələrindən biridir. Torpaq havasının əsas tərkib hissəsi azot, oksigen,
arqon, karbon qazından ibarətdir. Qazlar və uducu üzvi birləşmələr torpaqda
bir neçə fiziki vəziyyətdə olurlar: sərbəst və sıxılmış, adsorbsiya olunmuş və
həll olunmuş torpaq havası. Hava tutumu və hava keçirmə torpaqların əsas
hava xassələri hesab edilir.
Torpaq məhlulu. Torpaq məhlulu tərkibində bu və ya başqa miqdarda
Behruz Melikov
Behruz Melikov
həll olunmuş halda maddə saxlayan və torpaqda hərəkət edən kapilyar-maye
suya deyilir. Torpaq məhlulu torpağın ən aktiv və hərəkətedici əsas tərkib
hissəsidir. Torpaq məhlulu topaq əmələgəlmədə və bitkilərin qidalanmasında
çox mühüm rol oynayır və bu səbəbdən də o torpağın qanı adlandırılır.
Torpaq məhlulunda birləşmələrin çoxu ionlar şəklində olurlar. Əsas ionlar:
[
]
−
3
HCO
,
[
]
−
2
HO
və
[
]
−
3
HO
torpağa bioloji proseslər nəticəsində
[
)
+
−
+
+
+
H
NH
K
Mg
Ca
,
,
,
,
4
2
2
kationları daima kifayət qədər olur. Torpaq
məhlullarının osmotiq təzyiqli bitkilər üçün çox böyük əhəmiyyətə malikdir.
Ş
orlaşmış torpaqlarda osmotik təzyiq şorlaşmamış torpaqlarda olduğundan 3-
4 dəfə yüksək olur. Məhlulun osmotik təzyiqi məhlulun vahid həcmində olan
hissəciklərin (ion, molkul, yaxud mitsellalar) miqdarı ilə müəyyənləşidirilir.
Behruz Melikov
Behruz Melikov
Mühazirə 11
Torpağın radioaktivliyi.
Ə
traf mühitin çirklənməsində ən təhlükəli vəziyyətin yaranması
radioaktiv çirklənmə ilə əlaqədardır. Radioaktiv çirklənmə bir çox kimyəvi
elementlərin – uran, torium, radium, kalifornium, tarnsuran və b. təbii və
yaxud da süni parçalanması yolu ilə baş verir. Ən böyük dəhşətlər insanlar
tərəfindən toplanmış maddələrin süni parçalanması (istehsal qəzaları, nüvə
silahlarının sınaqdan keçirilməsi) zamanı baş verir. Bütün hallarda
radioaktivliyin yayılması coğrafiyanın tədqiqat obyekti olan mühitin təbii-
təsərrüfat xüsusiyyətləri ilə bağlıdır. Bir çox halda radioaktiv maddələr
biosferin bir komponentinə (atmosferə, hidrosferə, torpaq, bitki örtüyünə)
düşməklə mühitə yayılır. Radioaktivliyin aktivlik dərəcəsi ilə müəyyən vaxt
ə
rzində radioaktivliyin çevrilmə dərəcəli (parçalanması) ilə bağlıdır. Ağır
elementlər əsasən
α
parçalanması üçün səciyyəvidir (məsələn, uran, torium,
polonium, plutonium və s.).
Dünyanın bir çox rayonlarında və eləcə də Abşeronda radioaktivliyin
dözüm həddini aşması halları tez-tez təkrar olur. Dünyanın şimal
yarımkürəsi, əsasən mülayim qurşaq radioaktiv çirklənməyə daha çox məruz
qalmışdır.
Torpaq əmələgətirən amillər və onların mahiyyəti. Bioloji amilləri.
Torpaqlar üçün yüksək biogenlik xasdır. Yerdə canlı orqanizmlərin meydana
gəlməsi planetimizin xarici qabığının tərkibində ciddi dəyişikliklərin
meydana gəlməsi üçün şərait yaratmışdır.
Torpağın bioloji prosesləri mikroorqanizmlərin, bitkilərin və heyvanat
aləminin fəaliyyəti ilə əlaqədardır.
Mikroorqanizmlər üzvi və mineral maddələri sintez edir, onların geniş
surətdə dəyişilməsinə səbəb olur. Torpaqdakı mikroorqanizmlər tərkibinə və
bioloji fəaliyyətinə görə müxtəlifdir və onların torpağın üst qatındakı
Behruz Melikov
Behruz Melikov
kütləsinin1 ha-da miqdarı bir neçə tona çatır.
Torpaqda mikroorqanizmlərdən bakteriyalar, göbələklər, aktinomit-
setlər, yosunlar və bir sıra bəsit orqanizmlər fəaliyyət göstərirlər.
Bakteriyalar ölçüsü bir neçə mikrometr (millimetrin mində bir hissəsi)
olan bir hüceyrəli, orqanizmlər kimi torpağın üzvi və mineral hissələrinin
biokimyəvi dəyişilməsinə səbəb olurlar.
Formasına görə kök (yumru) çöp, silindr, sap və s. şəkilli bakteriyalar
fərqləndirilir. Qidalanmasına görə avtotrof və heterotrof bakteriyalar havanın
(karbon qazının) tərkibində olan karbonu mənimsəyirlər. Heterotrof
bakteriyalar isə karbonu hazır üzvi birləşmələrdən alırlar. Karbonu öz
bədənində üzvi maddəyə çevirmək üçün batareyalar günəş enerjisindən və ya
bəzi mineral madələrin oksidləşdirilməsi prosesində yaranan enerjidən
istifadə edirlər. Məlumdur ki, bakteriyalar tənəffüs etmə xüsusiyyətlərinə
görə aerob və anaerob bakteriyalara bölünüblər. Aerob bakteriyalar sərbəst,
yeni molekulyar oksigen ilə tənəffüs edirlər. Sərbəst oksigensiz şəraitdə
yaşayan
bakteriyalara
isə
anaerob
bakteriyalar
deyilir.
Torpaq
mikroorqanizmləri arasında torpaq göbələklərinin böyük əhəmiyyəti vardır.
Torpaq bakteriyalarının əksəriyyəti hemotrof qidalanmaya mənsubdurlar.
Aerob bakteriyalar sərbəst, yəni molekulyar oksigen ilə qidalanır. Sərbəst
oksigensiz şəraitdə yaşayan bakteriyalara isə apaerob bakteriyalar deyilir.
Avtotrof bakteriyalar torpaqda nitrifikasiya sulfofikasiya proseslərini,
həmçinin dəmirin və hidrogenin oksidləşməsini təmin edir.
Nitrifikasiya – ammonium duzlarının nitartlara kimi oksidləşməsi
prosesinə də deyilir. Bu proses iki mərhələdə gedir:
1.
Ammoniumun oksidləşməsindən nitrit turşusu yaranır
kkal
O
H
HNO
O
NH
158
2
2
3
2
2
2
2
3
+
+
=
+
2.
Nitrit turşusu oksidləşərək nitrat turşusu əmələ gəlir:
kkal
HNO
O
HNO
48
2
2
3
2
2
+
=
+
Behruz Melikov
Behruz Melikov
Aktinomitsetlər – bəzən şüa göbələkləri adlanırlar. Bu bir hüceyrəli
mikroorqanizmlər torpaqda humus əmələgəlmə prosesində iştirak etməklə
bərabər üzvi qalıqların parçalanmasında mühüm əhəmiyyətə malikdir.
Yosunlar – torpağın mühüm bioloji komponentləridir. Torpaqda mavi-
yaşıl, sarı-yaşıl, yaşıl və diatome yosunları olur. Yosunların üzvi kütləsinin
miqdarı 1 hektar torpaqda 500-600 kq-a çatır. Yosunlar atmosfer azotunu ala
bilir, bataqlıq torpaqlarda karbon qazını mənimsəyərək mühitdə oksigeni
artırırlar.
Ş
ibyələr – simbioz bitki orqanizmləri olmaqla göbələk və yosunlardan
ibarətdir.
Ali bitki lərin torpaq əmələgəlmədə rolu üzvi maddələri yaradan əsas
generatoru rolunu oynamasıdır. Üzvi maddənin yaranması fotosintez prosesi
ilə əlaqədardır. Hər il bitkilərin ölmüş yeraltı və yerüstü hissələri töküntü
şə
klində torpağa daxil olur. Bitkilərin yer kürəsində təkamülü prosində
onlarda müəyyən kimyəvi elementləri saxlama xüsusiyyəti meydana
gəlmişdir. Bitkilərin kimyəvi tərkibi müxtəlif olduğu üçün bioloji dövranda
iştirak edən qida elementlərinin və kül elementlərinin miqdarı da müxtəlifdir.
Ekologi şəraitdən asılı olaraq müxtəlif torpaq tiplərində torpaq
heyvanlarının sayı, növ tərkibi, eləcə də ölçüləri xeyli dəyişir. Heyvan
orqanizmlərinin əsas funksiyası üzvi qalıqları dəyişdirməkdən ibarətdir.
Heyvan orqanizmlərinin əsas funksiyası üzvi qalıqları dəyişdirməkdən
ibarətdir.
qlim – torpaq əmələgəlmə prosesinin ən mühüm amillərindən biridir.
Torpağın istilik enerjisi və rütubətlə təmin olunması iqlimdən asılıdır.
Torpağın coğrafi yayılması, xüsusi üfiqi zonallıq iqlim şəraiti ilə sıx
ə
laqədardır. qlimin bilavasitə təsiri nəticəsində torpağın su və istilik rejimi
yaranır. qlimlə torpaq tipləri arasında sıx əlaqə vardır. Müəyyən ərazidə
torpaq tiplərinin birinin digəri ilə əvəz olunması ilə iqlim elementlərinin
Behruz Melikov
Behruz Melikov
dəyişilməsini əsas tutaraq bəzi amillər iqlimin torpaq əmələgətirən amillər
içərisində başlıca rol oynadığını və onun torpaqların təkamül və inkişafında
ə
sas amil olduğunu söyləyirdilər.
stilik rejimi torpaq əmələgəlmənin fiziki, kimyəvi və bioloji
proseslərinə təsir edir. Temperaturun bioloji proseslərə təsiri daha çoxdur.
Temperatudan asılı olaraq üzvi maddənin çürüməsinin sürəti arta və azala
bilər. Günəş radiasiyası yer səthində istiliyin əsas mənbəyidir. Orta hesabla
yer səthinin 1 sm
2
sahəsinə, 1 dəqiqə ərzində 1 coul miqdarda enerji düşur.
Günəşin şüa enerjisi torpaq səthi ilə udularaq istilik enerjisinə çevrilir.
Torpağın əsas istilik xassələri bunlardır: istilik tutma (şüaudma), istilik
tutumu, istilik keçirmə. Torpağın günəşin şüa enerjisini udma qabiliyyətinə
istilikudma (şüaudma) qabiliyyəti deyilir. Bu qabiliyyət albedonun miqdarı
ilə tyəin olunmaqla, albedonun kəmiyyətinə əsasən torpağın rəngindən,
strukturundan, rütubətliliyindən, səth quruluşundan, bitkilərdən, onların
yarpaq və gövdələrinin xüsusiyytələrindən asılıdır.
Torpağın istilik tutumu. Torpağın çəki və həcm vahidini (
q
1
və ya
3
1 sm
)
1
0
C qızdırmaq üçün sərf olunan istiliyin miqdarına istilik tutumu deyilir.
stilik tutumunun miqdarı coul və yaxud kalorilərlə ifadə olunur.
Torpağın istilik keçirməsi – onun istilik keçirmə qabiliyyətini xarakterizə
edir. Bu göstərici kəsiyi
2
1 sm
olub,
sm
1
qalınlıqda torpaqdan 1
0
C
temperaturda 1 saniyədə keçən istiliyin coulla (kalori ilə) miqdarı ilə ölçülür.
Torpağın istilik keçirməsi torpaqların qızma və soyuma dərinliklərini
müəyyənləşdirir. Torpağın istilik keçirməsi havanın istilik keçirməsindən 20
dəfə yüksəkdir.
Torpaqların qranulometrik tərkibi də istilikkeçirməyə bilavasitə təsir
göstərir. Məsələn, eyni məsaməlik və nəmlik şəraitində iri qum
fraksiyalarının istilik keçirməsi iri toz fraksiyasına nisbətən 2 dəfə yüksək
olur. Torpağın bərk fazasının istilik keçirməsi havanın istilik keçirməsindən
Behruz Melikov
Behruz Melikov
100 dəfə yüksəkdir.
Torpağın istilik rejimi. Torpağa istiliyin daxil olması, onun hərəkəti və
torpağın istiliyi verməsi proseslərinin məcmuu torpağın istilik rejimi adlanır.
stilik rejiminin əsas göstəricisi temperaturdur. stilik rejiminjə torpağın hansı
en dairəsində olması, yamacın baxarlığı, torpağın qranulometrik tərkibi,
strukturluğu və s. böyük rol oynayır.
Torpağın istilik balansı aşağıdakı cəmlənməsindən yaranır:
b
T
- radiasiya
balansı olub torpaq səthinə daxil olan (mədaxil) və sərf olunan (məxaric)
günəş enerjisinin cəmi,
k
T
- torpaq səthi ilə hava arasında istilik mübadiləsi
ilə əlaqədar olan istiliyin turbulent axını,
t
T
- rütubətin transpirasiyası və
fiziki buxarlanmaya sərf olunan istilikdir.
n
T
- torpaq qatları arasında istilik
mübadiləsidir.
0
=
+
+
+
n
t
k
b
T
T
T
T
Torpaqların istilik balansı orta illik dövrdə sıfıra bərabərdir, belə ki,
ildən-ilə torpağın getdikcə qızması və ya soyması müşahidə edilmir.
Torpağın istilik rejiminin tipləri. V.N.Dimo (1972) istilik (temperatur)
rejiminin aşağıdakı tiplərini ayırırdı: donuşluq, uzun müddətli mövsumu
donuşluq, donmayan. Donuşluq tipi torpaq profilinin orta illik
temperaturunun mənfi olduğu ərazilər üçün xarakterikdir. Uzun müddətli
mövsümü donuşluq tipi torpaq profilinin müsbət orta illik temperaturasının
üstünlük təşkil etdiyi ərazilərə xasdır. Doymayan donuşluq tipi torpaq
profilinin donmadığı ərazilərə xasdır. Respublikamızın ərazisində bu istilik
rejimi üstünlük təşkil edir.
Behruz Melikov
Behruz Melikov
Mühazir_ə_12'>Mühazirə 12
Torpağın su xassələri və su rejimi.
Torpaq suyunun əsas mənbəyi maye və bərk halda torpağın səthinə
düşən atmosfer yağıntılarıdır. Atmosfer çöküntüləri buxarlanır, torpaq səthi
ilə axaraq səthi axın yaradır, torpağın dərinliklərinə süzülərək qrunt və yeraltı
suların tərkibinə daxil olur. Torpaq əməlgəlmə prosesində suyun bütün bu
formaları mühüm əhəmiyyət kəsb edir. A.A.Rode torpaq rütubətini 3 formaya
– buxar halında olan, birləşmiş və sərbəst suya bölür. Torpaq havasında su
buxarı şəklində olan rütubətə buxar halında olan su deyilir. Bərk hissəciklərin
səthi tərəfindən udulmuş suya birləşmiş su deyilir. Torpaqdakı sərbəst su
fiziki-mexaniki qanunların fəaliyyəti ilə bağlı olur.
Torpaq kapilyarlarını tutan və torpaqda kapilyarlıq qüvvəsinin təsirilə
saxlanan suya sərbəst su və yaxud kapilyar su deyilir. Suyun torpağa
hopması xarakterindən asılı olaraq kapilyar, asılı və kapilyar dayaqlı su
formaları ayrılır.
Torpağın su xassələri. Torpağın özündə saxladığı suyun miqdarına
rütubət tutumu deyilir. Rütubət tutumu bir neçə növə ayrılır və ya tam
maksimal rütubət tutumu torpağın bütün məsamələrinin su ilə tutulduğu
vəziyyətdə rütubətin miqdarını xarakterizə edir və aşatıdakı düsturla
hesablanır:
%
V
P
W =
.
Burada
W
- rütubət tutumu (%-lə),
P
- məsaməlik (%-lə),
V
- isə
3
1 sm
-
də həcm çəkisidir (%-lə).
Torpağın su sızdırma və su qaldırma qabiliyyəti onun su və hava rejimini
xarakterizə edən ən mühüm su-fiziki xasələrindəndir. Torpağın su sızdırması
– onun səthinə daxil olan suyu hopdurması və özündən keçirməsi
qabiliyyətinə deyilir. Kapilyar qüvvələrin təsirilə torpaq rütubətinin
kapilyarlar vasitəsilə qalxması qabiliyyətinə torpağın su qaldırma qabiliyyəti
Behruz Melikov
Behruz Melikov
deiylir. Torpağın su balansını aşağıdakı bərpbərliklə ifadə etmək olar:
b
TA
SA
B
D
T
K
Y
±
+
+
+
=
+
+
Burada
Y
- atmosfer yağıntılarının cəmi,
K
- kondensasiya rütubəti,
Q
-
qrunt sularından torpağa daxil olan rütubət,
D
- desuksiya kəmiyyəti,
B
-
fiziki buxarlanma,
SA
- səth axını,
TA
- torpaqdaxili axın,
b
- torpaqda olan
rütubət ehtiyatını xarakterizə edən əmsaldır. Su rejiminin aşağıdakı tipləri
ayrılır: Su rejiminin yuyucu tipi, yuyucu olmayan tipi, buxarlanma su rejimi,
durğun su rejimi tipi, su rejiminin donuşluq (krikogen) tipi.
Relyefin torpaq əmələgəlmədə və torpaq coğrafiyasında rolu
Hər hansı bir ərazidə torpaq əmələgətirən amillərin qarşılıqlı təsiri
müəyyən mənada relyefdən asılıdır. V.V.Dokuçayev relyefi torpaq
ə
mələgəlmənin mühüm amillərindən biri hesab edərək Yer səthi formaları ilə
ə
razinin torpaqlarının xassələri arasında daimi mütənasiblik qanuni aşkar
etmişdir.
nsan cəmiyyəti amili. Kənd təsərrüfatı istehsalının getdikcə
intensivləşdiyi şəraitdə insanın və onun ixtiyarında olan təsir vasitələri ətraf
mühitə, o cümlədən torpağa təsir edir, təbii ekoloji sistemlərin xeyli
dəyişilməsinə səbəb olur.
nsan öz təsərrüfat fəaliyyəti prosesində düzgün becərmə üsulları,
növbəli əkinlər, eroziyaya qarşı müxtəlif meliorativ tədbirlər, üzvi və mineral
gübrələrin verilməsi, torpaqların yuyulması və qurudulması və s. vasitələrlə
torpaqları yaxşılaşdırmağa, onun münbitlik səviyyəsinin yüksəldilməsinə,
yüksək məhsul almağa çalışır və onların bu səviyyələri çox vaxt müsbət
nəticələr verir.
Lakin təəssüf ki, insanın təsərrüfat fəaliyyəti heç də həmişə torpaqların
yaxşılaşdırılmasına və torpaq əmələgəlmə prosesinə müsbət təsir göstərmir.
Behruz Melikov
Behruz Melikov
Mühazirə 13
Torpağın fiziki və fiziki-mexaniki xassələri
Torpaq daima inkişaf edir, onda arası kəsilmədən mürəkkəb fiziki-
kimyəvi və bioloji proseslər gedir. Buna görə bu və ya başqa torpağın fiziki
xassələri sabit qalmır, həm təbii şəraitlər, həm də aqrotexniki tədbirlərin
təsirilə fasiləsiz dəyişir. Bitkilərin həyatına və inkişafına torpağın fiziki
xassələri bilavasitə təsir göstərir. Torpağın fiziki xassəsi dedikdə onun əsas
fiziki xassəsi və fiziki-mexaniki xassələri nəzərdə tutulur. Torpağın əsas
fiziki xassələri onun həcm çəkisi, xüsusi çəkisi və məsaməlilik aiddir.
1)
Torpağın xüsusi çəkisi. Torpağın bərk fazası çəkiçinin bərabər
həcmdə suyun çəkisinə olan nisbətinə torpağın xüsusi çəkisi deyilir.
Torpağın xüsusi çəkisi mineralların tərkibindən və çürüntünün
miqdarından asılı olaraq 2,4-2,8 arasında dəyişir. Torpaqların
müxtəlif qatlarının xüsusi çəkisi də müxtəlif ola bilərö. Torpağın
xüsusi çəkisi aşağıdakı düsturla hesablanır:
M
m
a
=
.
Burada
m
- mütləq quru (105
0
C qurudulmuş) torpağın çəkisi,
M
- n qram torpaq hissəciklərinin ümumi həcminə bərabər olan
suyun çəkisidir. Torpağın xüsusi çəkisi adi fiziki üsulla piknometrdə təyin
olunur.
Torpağın xüsusi çəkisinin müəyyən edilməsi ümumi məsaməliyinin
hesablanması üçün lazımdır.
2)
Torpağın həcm çəkisi.Quruluşu pozulmamış torpağın vahid həcminin
havada quru halda mütləq çəkisinə torpağın həcm çəkisi deyilir.
Deməli, torpağın həcm çəkisi onun təbii quruluşda həcm vahidinin
çəkisidir. Torpaq çürüntü ilə nə qədər zəngin strukturu yaxşı və
məsaməliliyi yüksəkdirsə, onun həcm çəkisi də o qədər azdır və
ə
ksinə. Torpaqda rütubət ehtiyatını, qida maddələrinin miqdarını və
torpağa veriləcək gübrənin miqdarını hesablamaq lazım gəldikdə
Behruz Melikov
Behruz Melikov
həcm çəkisini bilmək lazımdır (ölçü vahidi, q/sm
3
). Deməli, 1 sm
3
torpağı təbii halda qurutduqdan sonrakı (bütün məsamələrlə birlikdə)
çəkisinə torpağın həcm çəkisi deyilir. Az humuslu qumlu podzol
torpaqların üst qatının həcm çəkisi 1,2-1,4 q/sm
3
, alt qatındakı isə
1,6-1,8 q/sm
3
olur.
3)
Torpağın məsaməliliyi. Torpağın ümumi həcminə nisbətən faizlə
ifadə olunan bütün məsamələrin ümumi həcminə məsaməlik deyilir.
Torpaq qatının yuxarı hissəsində məsaməlik adətən çox olur, dərinliyə
getdikcə azalır. Strukturalı torpağın ümumi məsaməliyi, torpağın
müəyyən həcminin 55-65 %-i bəzən də 70 %-ə qədərdir.
N.A.Kaçinski torpaq məsaməliyini aşağıdakı qruplara ayırır: ümumi
məsaməlik, aqreqat məsaməliyi, aqreqatlararası məsaməlik; kapilyar
məsaməliyi, su ilə dolmuş məsaməlik, hava ilə dolmuq məsaməlik (aerasiya
məsaməliyi). Məsamənin kəmiyyətinin torpağın meliorativ xarakterində
böyük əhəmiyyəti vardır.
Bitişgənlik. Torpağın mexaniki təsirə davamlı olması qabiliyyətinə
bitişgənlik deyilir. Bitişkənlik kəmiyyəti hissəciklərin ilişmə qüvvəsindən
asılıdır. Ümumiyyətlə, torpaq hissəciklərini mexaniki olaraq ayırmağa və
onun müqavimət göstərmə qabiliyyətinə bitişgənlik deyilir. Bitişgənlik hər
ş
eydən əvvəl torpağın mexaniki tərkibindən asılıdır. Torpaqda gil hissəcikləri
nə qədər çox olarsa, bitişgənlik o qədər yüksək olur və əksinə. Strukturalılıq
torpağı yumşaq edir, onun bitişgənliyini kəskin surətdə azaldır və onunla da
torpağın becərilməsini yüngülləşdirir.
Torpağın kinliyi. Torpağın kinliyi xüsusi aparatın vasitəsi ilə müəyyən
edilməklə, 1 sm
2
-ə düşən dağılma ağırlığının kq-la ölçüsünə deyilir. Kip
torpaqlarda bitkilər yaxşı inkişaf edə bilmir, kiplik torpaq nəmliyi ilə sıx
ə
laqədardır. Ağır gillicəli torpaqlar quruduqda, onların bərkliyi 1 sm
2
-da 150-
180 kq-a qədər yüksəlir ki, belə torpaqların becərilməsinə güclü enerji sərf
Behruz Melikov
Behruz Melikov
edilir.
Torpağın yapışma qabiliyyəti. Torpağın nəm halda kənd təsərrüfatı
alətlərinə, yaxud başqa cisimlərə yapışmaq qabiliyyətinə torpağın yapışması
deyilir. Torpaqların rütubəti su ilə tam doyma dərəcəsinin 80 %-nə çatana
qədər artdıqca, yapışması da yüksəlir, sonra isə azalır. Torpağın yapışması
becərmə keyfiyətinə və torpağın xüsusi müqavimətinə bilavasitə təsir
göstərir.
Torpağın plastikliyi. Kənar qüvvələrin təsirilə torpağın öz şəklini
dəyişmə qabiliyyətinə onun plastikliyi deyilir. Deməli, torpağın plastikliyi
yaş halda onun müəyyən şəklə salına bilməsi və bu şəkli saxlaması
qabiliyyətinə deyilir. Torpaqda ən xırda hissəciklər nə qədər çox olarsa,
plastiklik o qədər yaxşı ifadə olunur.
Torpağın şişməsi. Rütubətlənən zaman torpağın həcmini artırma
qabiliyyətinə onun şişməsi deyilir. Torpaq quruyarkən həcminin kiçilməsi
xassəsinə isə sıxılma deyilir. Ağır torpaqlar, xüsusilə natriumla doymuş
torpaqlar rütubətlənəndə çox şişir və quruyanda sıxılır.
Torpağın sıxılma qabiliyyəti. Torpaq quruduqda onun həcminin
azalmasına onun sıxılma qabiliyyəti deyilir. Torpaqda nə qədər güclü şişmə
olarsa, bir o qədər də onun sıxılma qabiliyyəti yüksək olur. Torpağın sıxılma
qabiliyyəti maşınların çəkici qüvvəsinə, yanacağa, yağlayıcı materialların
sərfinə əsaslı təsir göstərir.
Torpağın xüsusi müqaviməti. Layın kəsilmə və çevrilməsinə sərf olan
qüvvəyə torpağın xüsusi müqaviməti deyilir. Bunun ölçü vahidi 1 sm
2
-a
düşən kiloqram qüvvə ilə ölçülür. Ən yüksək xüsusi müqavimət isə udulmuş
ə
sasların 20-30 %-nin
Na
təşkil edən ağır gillicəli – şorakət torpaqlarda
olur. Xam torpaqlar şumlandıqda xüsusi müqavimət 45-50 % adlanır.
Torpaqlardan kənd təsərrüfatı bitkilərinin əkilməsində istifadə etdikdə
onların fiziki və fiziki-mexaniki xassələrini aşağıdakı tədbirlərlə dəyişmək
Behruz Melikov
Behruz Melikov
olar: aqrotexniki kimyəvi və bioloji. Aqrotexniki tədbirlər vasitəsilə (şum,
mala, kultivasiya, kətmənləmə və s.) torpağın kipliyini, məsaməliliyini və
xüsusi müqavimətini dəyişmək olar.
Kimyəvi tədbirlər vasitəsilə torpağın uducu kompleksinin tərkibini
dəyişmək olur ki, bu da torpağın fiziki xassələrinə kəskin təsir göstərir.
Bioloji tədbirlərə bitkilərin növbə ilə əkilməsi, üzvi və mineral
gübrələrin verilməsi, mikrobioloji proseslərin tənzimi və s. aiddir. Bu
tədbirlərin kompleks tətbiqi torpaqların fiziki-kimyəvi xassələrini
yaxşılaşdırır.
Behruz Melikov
Behruz Melikov
|