Торпаг ъоьрафийасы торпагшцнаслыьын ясаслары иля 45 с



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix31.01.2017
ölçüsü1,91 Mb.
#6893
1   2   3   4

Mühazirə 14 

Torpaq kadastrı və torpaqların banişirovkası. 

Torpaq yer qabığının bitki  bitən üst qatına deyilir. Bizdə torpaq xüsusi 

mülkiyyətdədir,  ölkənin  sərvətini  artırmaq  üçün  tükənməz  mənbədir.  Heç 

vaxt  yaddan  çıxmamalıdır  ki,  insanlar  yer  üzərində  yaşaması,  həyatın 

mövcudluğu  torpağın  varlığından  asılıdır.  O,  təbiətdən  bizə  bəxş  edilən  ən 

qiymətli  sərvət  olub,  yaşayışımızın  ibtidasını  təşkil  edir.  Bu  mənada  insan 

üçün torpaqdan kənar təbiət anlayışı yoxdur. Torpaq yer qabığının canlı aləm 

yaşadığı  üst  qabığına  deyilir.  Hər  cür  inkişaf  öz  başlanğıcını  bu  təbii-tarixi 

töhfədən götürdüyü üçün bəşər cəmiyyəti mövcud olduğu dövrdən başlayaraq 

bu nemət uğrunda həmişə mübarizə olmuş, onun hər bir qayğısını çəkmişdir. 

Eramızdan    səkkiz  əsr  əvvəl  yaşamış  Zərdüşt  demişdir:  «Torpağın  üzərində 

zəhmət  çəkməyənə  torpaq  deyir  ki,  mənim  üstümdə  sağ  və  sol  əlinlə 

işləmədiyin  üçün  ömür  boyu  dilənçilərlə  birlikdə  insanların  qapısında 

duracaq, başqalarının tör-töküntüsü ilə dolanacaqsan».  

Torpağa daha yaxşı qayğı göstərmək – ondan yüksək keyfiyyətli məhsul 

götürmək  üçün  daha  mühüm  bir  amil  –  torpağı  elmi  əsaslarla  öyrənmək 

vacibdir.  Torpaq  öz  tərkibinin  müxtəlifliyi  ilə  bağlı  olaraq,  müxtəlif  elmlər 

tərəfindən 

öyrənilir. 

Kənd 

təsərrüfatı 



bitkilərinin 

məhsuldarlığının 

yüksəldilməsi  və  yeni  torpaq  sahələrinin  mənimsənilməsi  işində  torpaqların 

keyfiyyətcə  qiymətdəndirilməsi  mühüm  yer  tutur.  Torpaq  kadastrı  bu 

baxımdan çox böyük əhəmiyyətə malikdir.  

«Kadastr» sözu fransızca olub lüğəti mənası «qeydiyyat» deməkdir.  

Torpaq  kadastrı  dedikdə  torpağın  pasportu  başa  düşülməlidir.  Əvvəllər 

«Qaytanlaşmış  kitab»  adı  ilə  tanınan  torpaq  pasportunda  hər  hansı  ərazinin 

sahəsi,  hansı  xüsusiyyətlərə  malik  olması,  nə  qədər  sahədə  hansı  bitkilərin 

bitməsi,  nə  qədər  sahənin  eroziyaya  məruz  qalması,  şorlaşması,  meliorasiya 

işi və s. kimi xüsusiyyətlər öz əksini tapır. Torpaq kadastrını bilmədən, daha 

Behruz Melikov

Behruz Melikov


doğrusu,  hər  zansı  ərazinin  torpaq  pasportu  ilə  tanış  olmadan  yeni  kənd 

təsərrüfat  tədbirləri  keçirmək,  bitkilərin  məhsuldarlığını  artırmaq,  təbiəti 

mühafizə  işlərini  düzgün  aparmaq  mümkün  deyildir.  Çünki,  məsələn,  zəif 

ş

oranlığa  davamlı  bitkilər  şorlaşmamış  torpaqlarda  və  yaxud  əksinə, 



ş

orlaşmamış  torpaqlarda  əkiləcək,  hər  iki  halda  səmərəsiz  iş  görülmüş  olar. 

Yaxud hər hansı ərazidə eroziyaya uğramış torpağın faydalı hala salınması və 

bunun  hesağına  kənd  təsərrüfatı  bitkisi  əkilməsi  üçün  əldə  dəqiq  kadastr 

məlumatları olmalıdır.  

Başqa  bir  misal:  şoranlaşmış  torpaqda  şoranlığa  davamsız  bitki    əkmək 

lazımdırsa,  birinci  növbədə,  həmin  ərazinin  sahəsini  bilmək,  buna  əsasən 

meliorasiya  işləri  aparmaq,  nəhayət,  bu  sahəyə  nə  qədər  bitki    əkməyin 

mümkün olduğunu bilmək vacibdir.  

Deməli,  torpağın  pasportu  bizə  müəyyən  ərazi  haqqında  nəinki  ətraflı 

hesabat  verir,  hətta  təbiəti  mühafizə  tədbirlərini  həyata  keçirmək  üçün  də 

geniş imkan yaradır.  

Deyilənlərdən  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  hər  hansı  təsərrüfat 

ə

razisində  müəyyən  bitkini  əkərkən  həm  bitkinin  xarakterik  xüsusiyyətləri 



ilə, həm də həmin rayonun torpaq pasportu ilə yaxından tanışlıq vacibdir.  

Deməli, 


torpaq  kadastrı 

yalnız 


torpaqların 

pasportu 

olmaqla 

məhdudlaşmayıb,  həm  də  əkinə  yararsız  torpaqların  aşkara  çıxarılıb 

yaxşılaşdırılmasına, yəni təbiətin mühafizəsinə doğru yönəldilən səmərəli bir 

vasitədir.  

Torpağın, kadastrının aşağadakı tərkib hissələri vardır ki, bunlar da ayrı-

ayrılıqda onun müxtəlif sahələrini təşkil edir:  

1.

  Torpağın qeyd olunması. Bu hər hansı bir təsərrüfatın (rayon, kolxoz, 



sovxoz) 

istifadə 

üçün 

torpağın 



dövlət 

sənədi 


vasitəsilə 

ə

saslandırılmasıdır.  



2.

  Torpağın  kəmiyyət  və  keyfiyyətcə  uçota  alınması  (inventarizasiya, 

Behruz Melikov

Behruz Melikov



siyahıya  alma).  Buraya  respublikanın,  rayonun,  kolxozun,  sovxozun 

ümumi  torpaq  fondu,  meliorasiya  olunmuş  torpaqların  sahəsi,  təbii 

təsərrüfat  sahələri  (əkin,  çoxillik  bitki  lər,  dincə  qoyulmuş  sahələr, 

biçənəklər, otlaqlar) aiddir.  

Torpağın  keyfiyyətcə  qeydə  alınmasında  isə  onun  eroziyaya  uğrama 

dərəcəsi (zəif, orta, şiddətli, yuyulmuş), mexaniki tərkibi (gillicələri, qumsal 

və qumlu), daşlılıq dərəcəsinə görə (zəif, orta, şiddətli) və s. öz əksini tapır. 

«Eroziya» latın sözu olub, «hamarlanmaq», yaxud «qoparmaq» deməkdir.  

Eroziyanın aşağıdakı növləri var:  

a) Səthi eroziya. Yamaclarda yağmurlar düşdükdə əmələ gəlmiş səthi su 

axınlarının  torpağı  yuyub  aparması  nəticəsində  müxtəlif  ölçülərdə 

ş

ırımlar əmələ gəlir.  



b)  rriqasiya  (suvarma)  eroziyası.  Dağətəyi  və  düzənlik  rayonlarda 

suvarılan  sahələrdə  su  eroziyasının  başqa  bir  növü  olan  irriqasiya 

eroziyası yayılmışdır.  

v)  Külək  eroziyası.  Külək  eroziyası  xalq  təsərrüfatına  ziyan  vuraraq, 

relyefin formalaşmasında böyük rol oynayır.  

Su  və  külək  eroziyasının  təsiri  torpaqların  strukturundan,  mexaniki 

tərkibindən və relyefdən çox asılıdır.  

Torpaqların  qorunması,  onlardan  səmərəli  istifadə  olunması  üçün 

suvarma  sistemlərinin,  meliorasiya  və  irriqasiya  işlərinin  düzgün  təşkil 

edilməsi  olduqca  vacibdir.  Kənd  təsərrüfatının  müxtəlif  sahələri  üçün  vahid 

suvarma normasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.  

3.

  Torpaq  kadastrının  tərkib  hissəsindən  biri  də  torpaq  baniteti  və  ya 



torpaqların  keyfiyyətcə  qiymətləndirilməsindən  ibarətdir.  Torpaq 

baniteti  bu  və  ya  başqa  kənd  təsərrüfatı  bitkilərinin  inkişafı  və 

məhsuldarlığı  üçün  torpağın  nə  dərəcədə  yararlı  olduğunu  müəyyən 

edən 


ə

sas 


göstəricidir. 

Torpaqların 

iqtisadi 

cəhətdən 

Behruz Melikov

Behruz Melikov



qiymətləndirilməsi  işi  də  torpağın  bonitirovkası  əsasında  aparılır. 

«Bonitirovka» 

latınca 

 

«bonitas» 



sözündən 

götürülmüşdür, 

«keyfiyyətlilik»  deməkdir.  Deməli,  torpağın  bonitirovkası  torpağın 

münbitliyini, başqa sözlə keyfiyyətini müqayisəli tərzdə ballarla ifadə 

edən  nisbi  kəmiyyət  göstəricisidir.  Torpaq  baniteti  isə  torpağın 

keyfiyyət – məhsuldarlıq göstəricisidir.  

Torpağın  bonitirovkası  torpaqşünaslıq  elminin  praktiki  hissəsi  olub, 

torpaq  kadastrı  tərtib  edilməsi  işinin  əsas  mərhələ  və  tərkib  hissələrindən 

biridir.  Torpağın  tərkibində  baş  verən  proseslər  və  keyfiyyət  dəyişmələri 

yalnız  onun  xüsusiyyətlərini  dəqiq  öyrənməklə  müəyyən  edilə  bilər.  Buna 

görə  də  torpağın  bonitirovkası  zamanı  əsas  meyar  olaraq  onun  daxili 

keyfiyyətli, yəni təbii münbitliyi yaradan amilləri (humus, azot, fosfor, udma 

tutumu, turşuluq və s.) əsas götürülür. Bu təbii münbitlik amilləri ilə yanaşı, 

həm də orada becərilən bitkilərin potensial yetişmə imkanı və məhs uldarlığı 

nəzərə alınır.  

Torpaq  boniteti  işləri  aparılarkən  bitkinin  qidalanmasında  mühüm  rol 

oynayan  aqrokimyəvi  göstəricilər  və  və  iqlim  amili  bir  ölçü,  meyarı  kimi 

götürülməlidir. 

Hər 

hansı 


ə

razinin 


torpaq 

örtüyünün 

keyfiyyətcə 

qiymətləndirilməsinə  başlamaq  üçün  vacib  məsələlərdən  biri  torpağın 

keyfiyyət  və  iqlim  göstəricilərinə  görə  əsas  qiymət  şkalasının  tərtib 

edilməsidir.  

Alınmış keyfiyyət balları torpağın aqronomik cəhətcə qiymətli potensial 

münbitliyinin  kəmiyyət  göstəricisi  olub,  yem  bitkilərinin  tələbatı  üçün  bir 

torpağın  o  birilərdən  nə  dərəcədə  yararlı  olduğunu  ədədi  qiymətlərlə  aydın 

ifadə edir.  

4.

  Torpağın  iqtisadi  cəhətdən  qiymətləndirilməsi.  Bu,  torpağın 



keyfiyyətinin pula ifadəsinə deyilir.  

5.

  Torpaq  kadastrının  beşinci  –  yekunlaşdırıcı  hissəsi  torpaq  kadastrı 



Behruz Melikov

Behruz Melikov



xəritələridir.  Bunlarda  torpağın  kəmiyyət  və  keyfiyyət  qeydiyyatı, 

onun  qiyməti  göstərilir.  Torpaq  kadastrı  və  onun  əsas  tərkib 

hissələrindən  biri  olan  bonitirovka  aparmağın  təsərrüfat  əhəmiyyəti 

aşağıdakılardan ibarətdir:  

1.

  Kadastr xəritələri, məlum olduğu kimi, torpaq kadastrının yekunudur.  



2.

  Torpağın bonitirovkası onun münbitlik və məhsuldarlığını hərtərəfli, 

obyektiv müəyyən etməyə imkan verir.  

3.

  Torpağın  bonitirovkası  hər  bir  təsərrüfatın  torpaqlarının  başqa 



təsərrüfatın  torpaqlarından  nə  dərəcədə  pis  və  yaxşı  olmasını 

müqayisəli 

tərzdə 

müəyyənləşdirməyə 



və 

təsərrüfatın 

planlaşdırılmasında subyektivliyi aradan qaldırmağa, məhsul istehsalı 

üçün ehtiyat mənbələrini üzə çıxarmağa imkan verir.  

4.

  Torpağın bonitirovkası torpaq-iqlim sərvətlərindən asılı olaraq, kənd 



təsərrüfatı bitkilərinin yerləşdirilməsi üçün optimal şəraitli rayonların 

müəyyən edilib ixtisaslaşdırılmasına imkan verir.  

5.

  Torpağın bonitirovkası uzun müddət üçün kənd təsərrüfatı məhsulları 



istehsalını proqnozlaşdırmağa xidmət edir.  

6.

  Torpağın  bonitirovkası  torpaqları  aqroistehsal  baxımından 



qruplaşdırmağa imkan verir.  

7.

  Torpağın  bonitirovkası  təsərrüfatlarda  və  rayonlarda  torpağın 



müqayisəli dəyərlilik əmsalını müəyyən etməyə imkan verir.  

8.

  Torpağın  bonitirovkası  torpaq  ehtiyatlarından  səmərəli  və 



təsərrüfatçılıqla  istifadə  olunmasına  kömək  edir.  Respublikamızda 

torpağın  münbitliyini,  məhsuldarlığını  yüksəltmək  üçün  çox  iş 

görülür.  

 

Behruz Melikov



Behruz Melikov

Mühazir_ə_16'>Mühazir_ə_15'>Mühazirə 15 

Torpaqların zonallığı 

Torpaqşünaslıq 

elmində 


V.V.Dokuçayevin 

müəyyən 


etdiyi 

qanunauyğunluqların  ən  əsaslısı  torpağın  zonallıq  qanunauyğunluğudur. 

Dokuçayev bu qanunu belə formalaşdırmışdır: «bütövlükdə götürülmüş bütün 

təbiət – həm bitki  və heyvanat aləmi, həm də hava, qismən də mineral aləm – 

xüsusilə də yerüstü dağ süxurları, asan həll olunan minerallar, zonaldırlar, yer 

üzərində az-çox qırılmaz zolaqlarla qərbdən-şərqə doğru yayılaraq, bütün yer 

kürəsini  müxtəlif  torpaq  zolaqlarına  bölmüşlər.  Onların  rəngləri  də  günəş 

ş

üasının  və  istiliyinin  artması  ilə  paralel  ekvatordan  qütblərə  doğru 



kəskinləşir.  Bu  zonallıq  şimalda  podzollardan  başlayaraq,  mülayim  isti 

enliyinin  boz  torpaqları,  qara  torpaqları,    şabalıdı  torpaqları,  sutropik  və 

ekvatorial  enliklərində  sarı  və  qırmızı  (laterit)  torpaqlarında  qurtarır». 

Sonralar  torpaq  zonallığına  bəzi  dəyişikliklər  edilmişdir.  S.A.Zaxarov, 

S.S.Neustruyev  göstərmişlər  ki,  yüksəklik,  şaquli  torpaq  zonaları  enlik  və 

ş

aquli zonaların sadə təkrarı deyil, özünəməxsus dağ torpaqları və düzənlikdə 



rast gəlinməyən (dağ-çəmən torpaqları) və yaxud kəskin fərqlənən dağ zonal 

torpaqlarından ibarətdir.  

Ə

kinçilikdə  torpaq  coğrafiyasının  əhəmiyyəti.  Torpaq  əhalini  ərzaq, 



sənayeni  çoxlu  xammal  ilə  təmin  edən  əsas  kənd  təsərrüfatı  istehsalı 

vasitəsidir. Ona görə də, torpağın yayılmasını və tərkibini bilmək əksər kənd 

təsərrüfat tədbirlərinin həyata keçirilməsi üçün çox vacibdir:  

1)

 Torpağın kəmiyyət  və keyfiyyət  uçotunu və onların əkin sahələrində 



düzgün yerləşdirilməsi (şum, biçənək, otlaq, meşə və s.) üçün;  

2)

 Mənimsənilməmiş,  xam,  dincə  qoyulmuş  torpaq  ehtiyatının  uçotu 



(qeydiyyatı) və onların gələcəkdə istifadəsi üçün;  

3)

 Təbii torpaq- iqlim və iqtisadi şərtlər nəzərə alınmaqla düzgün növbəli 



ə

kin sistemi tətbiq etmək üçün;  

Behruz Melikov

Behruz Melikov



4)

 Aqrotexniki  tədbirləri  (torpağın  becərilməsi  və  gübrələnməsi  və  s.) 

düzgün tətbiqi üçün;  

5)

 Hidrotexniki  qurğuları  layihələndirmək  və  tikməklə,  torpaqların 



meliorasiyasına aid tədbirlər (qurutma, suvarma və s.) üçün.  

 

Behruz Melikov



Behruz Melikov

Mühazirə 16 

Tundra zonasının torpaqları 

Tundra  zonasına  şimal  buzlu  okeanındakı  adalar  və  Rusiyanın  şimal 

dəniz  kənarı  zonaları  daxildir.  Ümumi  sahəsi    1.688  min km

2

  və  ya  keçmiş 



SSR   ərazisinin  7,6  %-i  daxildir.  Tundra  zonası  arktik  və  subarktik  iqlim 

iqlim  qurşağına  daxildir.  Tundra  zonasının  əksər  relyefi  dalğavari,  təpəli  və 

düz  düzənlikdir.  Bitki    örtüyündə  meşələr  yalnız  cəqub  sərhədlərdə  meşə 

tundrada  rast  gəlinir.  Əksəriyyəti  şibyə  və  mamırlar,  cənub  rayonlarda  isə 

kolluqlara rast gəlinir. Şimal ərazilər – materik hissələri – arktik tundra, bir 

az  cənubda  kolluq  tundra  –  o  da  meşə  tundraya  keçir.  Dağlarda  dağ  tundra 

yayılıb.  

Tundra zonasının torpaqları. 

Düzənlik zonası:  

1)

 Poliqon arktik tundra torpaqları  



2)

 Bataqlıq-tundra torpaqları  

3)

 Qleyli-podzol torpaqlar  



4)

 Çimli-çəmən torpaqlar  

Dağ torpaqları.  

5)

 Qarışıq daşlıq  



6)

 Dağ-tundra torpaqları  

Məsələn, qleyli-podzol torpaqların üstündə yaxşı hiss olunan torf qatı 

olmur.  Onlarda  şibyə-mamır  qatının  çimi  altında  birbaşa  qley  qatı  yerləşir 

(rəngi ağımtıl mavi, xırda pas ləkəli rəng). Torflu – qleyli tarpaqlarda isə üst 

qatda  nazik  torf  qatının  olmasıdır.  Qleyli  və  torflu-qleyli  torpaqlar  neytrala 

yaxın  reaksiyaya  və  bəzən  zəif  qələvili  olurlar.  Onlar qalın  donuşluq  çatları 

ilə örtülmüşlər. Bu çatlar 5-15-dən 50 sm-ə qədər olurlar.  

Dağ-tundra  torpaqları  çox  daşlı,  qısa  profilli  və  qatların 

(horizontların) zəif seçilməsilə səciyyələnir.  

Behruz Melikov

Behruz Melikov



Tundra torpaqlarının bütün növ müxtəlifliyində, üstünlük təşkil edən 

torpaq əmələgəlmə prosesi, sözsüz ki, bataqlıq qley prosesidir. Bu proses, su 

keçirməyən,  daimi  donuşluq  qatının  səthə  yaxın  olması,  həmçinin,  havada 

yüksək nisbi rütubətin olması, deməli, üst səthdən buxarlanmanın az olması 

və s. şəraitində gedir.  

Tundrada  torpaq  əmələgəlmənin  ikinci  əsas  xüsusiyyəti,  biokimyəvi 

proseslərin  zəif  getməsi  və  bununla  əlaqədar  torpaq  minerallarının  zəif 

kimyəvi aşınmasıdır.  

 

Behruz Melikov



Behruz Melikov

Mühazirə 17 

Tayqa zonasının podzol torpaları 

Podzol  və  çimli-podzol  torpaqlar  zonası  keçmiş  SSR -nin  Avropa 

hissəsinin  şimalı  (tundra  və  meşə  tundradan  aşağı)  və  keçmiş  SSR -nin 

Asiyanın  böyük  hissəsində  yayılmışlar.  Ümumi  ərazisi  6998  min  kv

2

  düzən 



zonada  və  dağlıq  zonada  (şərqi  Sibirdə  –  Yeniseydən  Oxot  dənizinə  kimi) 

4522  min  km

2

  –  cəmisi  11620  min  km



2

  təşkil  edir  ki,  bu  da  keçmiş  SSR  

ə

razisinin 51,7 %-ni təşkil edir.  qlimə görə bu zona mülayim zonaya aiddir 



(əsasən meşə altındadır).  

Podzollar tayqanın iynəyarpaqlı meşələr altındakı torpaqlarına aiddir. 

Meşə  altında  podzol  qatı  bilavasitə  üstdən  meşə  döşənəyinin  altından 

başlayır. O ağımtıl və ya ağ rəngdə, bulanıq rəngdə, struktursuz və ya plastik 

quruluşlu müxtəlif dərinlikli olur ki, bununla əlaqədar qısa profilli (A

2

  qatı, 



15 sm-dən az), orta (A

2

 qatı 15-25 sm)  və qalın  podzollar (A



2

  qatı 25 sm-

dən çox) adlandırılır. Podzollarda humus çox az olur, üst A

2

  - qatında faizin 



onda biri qədər olur. Həmçinin mübadiləli kalsium, maqnezium az olmaqla, 

udma  tutumu  20  %  olur.  Torpağın  reaksiyası  turşdur,  podzol  qatının    pH-ı  

5,0-5,5  olur.  Dərinə  getdikcə  udulmuş  əsasların  cəmi  və  doyması  artır, 

turşuluq isə müvafiq olaraq azalır.  

Podzol  torpaqlar  –  podzoldan  onunla  fərqlənir  ki,  onlarda  podzol 

qatının  üst  hissəsi  çürüntü  ilə  rənglənib.  Bu  rəng  meşə  döşənəyinin 

parçalanmasından sızılan hissələrdir ki, bununda nəticəsində tünd-boz rəngli 

A

1



 – qatı əmələ gəlir ki, bu da ondan aşağıdakı ağımtıl -  A

2

  - qatından aydın 



fərqlənir. Çimli-podzollu torpaqlara uyğun olaraq, podzol torpaqlarda orta və 

qüvvətli podzollaşmış növlər ayrılır. Məlumdur ki, çimli-podzol torpaqlarda 

da  çürüntü  qatı  olan  –  A

1

  – qatı  da  genetik  xarakter  daşımır  və  yalnız  yerli 



xarakter  daşıyır  və  yerli  xüsusiyyətlə  təyin  olunur.  Qüvvətli  podzollaşmış 

torpaqlar  əsas  orta  tayqa  zonasında  müxtəlif  mexaniki  tərkibli  ana  süxurlar 

Behruz Melikov

Behruz Melikov



üzərində yayılmışlar. Onların  A

1

  qatında humus  1,5 %-ə qədər və daha çox 



olmaqla doyması 50 %-ə qədər olur.  

Podzol  əmələgəlmənin  mahiyyəti.  Bu  prosesi  daha  yaxşı 

V.R.Vilyamsın  bioloji  nəzəriyyəsi  izah  edilir.  Bu  nəzəriyyəyə  görə  podzol 

ə

mələgəlmə  prosesi  ağac  bitkiləri  ilə  əlaqədar  olmaqla  qapalı  iynəyarpaqlı 



(yolka)  meşələr  altında  gedir.  Belə  meşədə  kifayət  qədər  işığın  olması  ilə 

ə

laqədar  torpağın  səthi  –  meşə  döşəməyi  ilə,  yəni  göbələk  florası  yayılmış 



bitki    töküntüsü  (döşənəyi)  ilə  örtülmüş  olur.  Göbələklərin  fəaliyyəti 

nəticəsində, meşə döşənəyinin üzvi hissəsinin parçalanması prosesində  kren 

turşusunun  ayrılması  baş  verir  ki,  bu  da  podzol  əmələgəlmənin  əsas  amili 

rolunu  oynayır.  Yağıntının  çox  olmasından  meşə  altında  demək  olar  ki, 

fasiləsiz  olaraq  enən  su   cərəyanı  göbələklərin  inkişafı  ilə  əmələ  gələn  kren 

turşusunun aşağıya yuyulması baş verir. Bu enən su cərəyanı ilə həll olmuş 

duzlar  –  krenatlar  –  meşə  döşənəyinin  (töküntüsünün)  kül  elementləri  də 

aşağı  qatlara  aparılır  (yuyulur).  Podzollarda  turş  reaksiyaya  şərait  yaradan 

sərbəst  kren  turşusu  ana  süxurda  xeyli  kimyəvi  dəyişmə  yaradır  ki,  bu  da 

podzol qatının yaranmasına səbəb olur. Bu dəyişikliklər üç fazada gedir:  

1)  Kalsium  karbonatın  kren  turşusu  vasitəsilə  həll  olması;  2)  Onun 

dəmir  və  manqan  birləşmələrilə  reaksiyası  və    3)  Kaolinitin  (gilin)  kren 

turşusu  ilə  dağıdılması  (parçalanması).  kinci  fazada  kren  duzları  şəklində 

dəmir və manqanın suda həll olması baş verir, onlar da enən su cərəyanı ilə 

aşağı aparılır, nəticədə ana süxur öz qırmızı rəngini itirərək, ağımtıl, bəzən də 

müxtəlif  rənğli  kvarsın  və  ya  amorf  silisiumun  üstünlük  təşkil  etməsindən 

asılı  olaraq  sarı  rəng  alır.  Üçüncü  fazada  kren  turşusunun  kaolinitə  (gilə) 

təsirilə  sərbəst  silisium  (kremnezem)  ayrılır,  alüminium  isə  krenat  əmələ 

gətirərək ki, bu da həll olandır və suyun enən cərəyanı ilə aşağı yuyulur. Qum 

hissəcikləri  özünün  nazik  pudra  şəkilli  amorf  kütləsilə  süxurun  bütün 

məsamələrinə  dolur  (tutur)  və  ona  ağımtıl  rəng  verərək  podzol  qatının 

Behruz Melikov

Behruz Melikov


struktursuzlaşmasına şərait yaradır.  

Ona görə də podzoləməlgəlmə prosesi torpağın həm üzvi və həm də 

mineral  hissəsinin  dərin  parçalanması  ilə  təzahur  edərək,  əvvəlcə  üst  qatda, 

sonra isə aşağı qatlara yayılır.  

 

Behruz Melikov



Behruz Melikov

Mühazirə 18 

Qara torpaqlar zonası 

Qara  torpaqlar  zonası  Avro-Asiyada  geniş  ərazi  tutmaqla 

Moldaviyanın  cənub  hissəsini,  Ukraynanın  cənub  vilayətlərini,  Don  çayının 

cənub axarlarında, Şimali Qafqazın qərb yarısını, Volqanın aşağı hissələrini, 

Qərbi-Sibir  ovalığının  cənub  qurtaracağı,  Qazaxstanın  şimalını  əhatə  edir, 

şə

rqə  gekdikcə  ayrı-ayrı  adalar  şəklində  qara  torpaqlar  Orta  Sibirin  cənub 



rayonlarında,  Zabaykalıdə.  Qara  torpaqlarının  ərazisi  MDB  çərçivəsində 

1.431  min  km

2

    və  ya  MDB  ərazisinin    6,3  %-ni  təşkil  edir.  Bundan  əlavə, 



MDB-nin 2,1 %  ərazisində meşə-çöl zonasında yerləşən qara torpaqlar var. 

Beləliklə,  bütün  qara  torpaqlar  MDB  ərazisinin    6,8  %-ni  təşkil  edir  və 

dünyada bu torpaq sahələrinin 48,4 %-ni təşkil edir.  

Qara torpaq zonanın relyefi düzənlik və zəif dalğavaridir.  

Qara  torpaqlar  çəmən-çöl  bitkilərindən  ibarət  otlar  altında  əmələ 

gəlirlər. Hazırda çöl-çəmən bitkiləri yayılan ərazilərin əksər hissəsi şumlanır. 

Sonra qara torpaqlar Çinin şimalına keçir.  

 

Rütubətli meşələrin ferralit (laterit) torpaqları 



Rütubətli  tropik  zonaların  torpaq  örtüyü  başqa  torpaq  zonalarına 

nisbətən daha müxtəlif (rəngarəng) toppaq örtüyünə malikdir.  

Bu  zonada  ən  çox  (geniş)  yayılmış  torpaqlar  qırmızı-sarı  ferralit 

(laterit)  torpaqlardır.  Onlar  əsasən  ferralit  və  allit  (daha  rütubətli  zonalarda) 

tərkibli  qalın  aşınma  qabığının  üzərində  əmələ  gəlirlər.  Afrikada  bu 

torpaqların  içərisində  az  lateritləşmiş  və  dəmir  birləşmələri  ilə  dah  çox 

zənginləşmiş  qırmızı-sarı  alferrit  torpaqlara  rast  gəlinir.  Bunları  çox  vaxt 

«ferrisol»  adlandırırlar.  Qırmızı-sarı  torpaqların  profilində  hər  yerdə 

dəmirləşmiş  təbəqəyə  (qat-lateritlərə)  rast  gəlinir  ki,  onlarda  səthdə  laterit 

aşınma  qabığı  əmələ  gətirirlər.  Yüksək  rütubətlənmə  şəraitində,  qırmızı-sarı 

Behruz Melikov

Behruz Melikov



laterit  torpaqlar  içərisində  qleyli  laterit  torpaqlara  rast  gəlinir.  Amma  əsas 

süxurlar (bazalt  və  b.)  üzərində  isə  tünd-qırmızı  laterit  torpaqlar  əmələ  gəlir 

ki, onlar da münbit dəmir oksidləri ilə zəngindirlər.  

Yağıntılı  meşə  zonasının  torpaqları  –  əsasən  qırmızı-ferralit  (laterit) 

torpaqlar,  geniş  zolaqlar  şəklində  dövri  rütubətli  tropik  meşələrin  qırmızı 

ferralit (laterit) torpaqları ilə dövrələnmişlər. Bitki  brtüyü ilə əlaqədar olaraq 

ekvatorial  afrikada  adətən  podzollaşmış  laterit  və  daimi  rütubətli  meşələrin 

qırmızı  torpaqları  yayılıb.  Savannalarda  yüksək  otlar  bitir.  Bu  torpaqlar 

ümumiyyətlə,  ekvatordan  şimalda  və  cənubda  dəyişkən  endə  yayılmışlar. 

Qvineya  körfəzi,  Konqo  çayı  hövzəsi  daxildir.  Burada  müxtəlif  palmalar, 

fikuslar, çörək ağacı, banan, müskat ağacı və s. bitir.  

Tropiklər  ən  xarakterik  laterit  torpaqlardır  ki,  yalnız  tropik 

vilayətlərdə rast gəlinir. Qırmızı torpaqlar isə tropikdən əlavə subtropiklərdə 

də  rast  gəlinir.  Ona  görə  də  bütün  bu  torpaq  əmələgəlməni  –  latrit 

adlandırırlar. Laterit latın sözü olub  later-kərpic adlandırılır və 1807-ci ildə 

F.Byükkenen  tərəfindən  Hidisman  torpaqlarına  deyilib  və  tikinti  materialı 

kimi  istifadə  olunub.  Bu  torpaqların  əsas  əlaməti  sərbəst  alminiuma 

hidrooksidin yüksəkdərəcədə olmasıdır.  

 

Behruz Melikov



Behruz Melikov

Mühazirə 19 

Subtropik qurşağın torpaq örtüyü 

Ümumi  sahəsi  təqribən  2,5  mlyr.  ha  olan  subropik  qurşaq  sahəsinə 

görə tropik qurşaqdan təqribən 3 dəfə kiçikdir. Bu qurşaq həm şimal, həm də 

cənub  yarımkürəsində  yayılmışlar.  Qurşaq  daxilində  dağlıq  sahələrin  çəkisi 

xeyli  böyük  olub  29,2  %-ə  çatır.  Subtropik  qurşağı  bir  çox  hallarda 

kserotermal,  yəni  quru  və  isti  qurşaq  da  adlandırırlar.  Tropik  qurşaqla 

müqayisədə bu qurşaqda rütubətli meşələr vilayətinin sahəsi nisbətən az olub 

ümumi  ərazinin  25  %-ni  təşkil  edir.  Kserofit  meşə  və  kolluq-bozqır  (çöl) 

vilayətlər qurşaq ərazilərinin 34 %-ni, yarımsəhra və səhra vilayəti isə daha 

geniş olub 41 %-dək təşkil edir.  

Tropik  qurşaq  üçün  xarakterik  olan  ferralıt  aşınma  qabığı  subropik 

qurşaq  səthinin  ancaq  16,6  %-ni  təşkil  edir.  Ərazidə  karbonatlı  sialit  və 

karbonatlı səhra qumlarının da daxil olduğu duzlu qabıq üstünlük təşkil edir.  

Subtropik qurşaqda torpaqların yayılmasında üfiqi zonallıq zəif, fasial 

xüsusiyyətlər  isə  aydın  ifadə  olunmuşdur.  Landşaftların  dəyişməsi  birinci 

növbədə rütubətlənmənin dəyişməsi ilə əlaqədardır.  

Subtropiklər  üçün  aşağıdakı  torpaq  əmələgəlmə  prosesləri 

xarakterikdir:  1)  Subtropik  ferralizləşmə;    2)  qəhvəyi  torpaq  əmələgəlmə;   

3) boz torpaq əmələgəlmə;  4) subtropik bərkimə.  

Subtropik  ferralitləşmə  prosesi  ümumi  xüsusiyyətlərinə  görə  tropik 

ferralitləşməyə  yaxındır.  Lakin  bu  proses  zəif  intensivliklə  getməklə  suxur 

qatının az hissəsini əhatə edir və başlıca olaraq çöküntü süxurları üzərindəki 

sarı torpaq əmələgəlmədə özünü daha aydın göstərir. 

3

2

2



O

R

SiO /



  nisbəti sarı 

torpaqda çox vaxt 2.0-dan böyük olmur.  

Qəhvəyi  torpaq  əmələgəlmə  prosesi  torpaq  qatında  humusun  zəif 

toplanması, onun həll olan duzlardan azad olması, torpaq quruluşunun biogen 

dəyişməsi (su keçirmənin və rütubət tutumunun yaxşılaşması istiqamətində), 

Behruz Melikov

Behruz Melikov


metamorfik gilləşmənin zəif ifadə olunması və s. ilə xarakterizə olunur.  

Subtropik  bərkimə  prosesi  üçün  bütün  torpaq  qatının  gilləşməsi 

xarakterikdir.  Bu  proses  torpağın  mineral  hissəsilə  az  əlaqəli  olan  humusun 

daha  çox,  montmorillontin  isə  az  toplanması  ilə  səciyyələnir.  Subtropik 

bərkimiş torpaqlar çox vaxt səthə çıxmış ağır gilli süxurlarla əlaqəli olur.  

Subtropik  qurşaq  aşağıdakı  torpaq  aqroekoloji  vilayələrə  ayrılır:  

1)  Rütubətli  subtropik  meşə;    2)  Subtropik  kserofit-meşə  və  kolluq  çöl;   

3) Subtropik yarımsəhra və səhralar vilayəti.  

Rütubətli  subtropik  meşələr  vilayəti.  Rütubətli  subtropik  meşələr 

materiklərin  musson  xarakterli  iqlimə  malik  rütubətli  şərq  kənarları  üçün 

daha  xarakterikdir.  Vilayətdə  yay  dövründə  və  payızda  –  2000  mm-dək  və 

bundan  da  artıq  yağıntı  düşür.  Materiklərin  qərb  rayonlarında  rütubətli 

subtropiklərə  xüsusi  redional  oroqrafik  şəraitə  malik  ərazilərdə  (Qafqazın 

Qara dəniz və Xəzər sahillərində, cənub-şərqi Avropanın bəzi rayonları və s.) 

təsadüf olunur.  

 

Tropik rütubətli və dəyişən rütubətli meşə vilayətlərinin torpaqları 



Tropik  qurşaqda  üç  rütubətli  meşələr  vilayəti  ayrılır:  Mərkəzi 

Amerikanın  və  Cənubi  Amerikanın  böyük  hissəsini  əhatə  edən  Amerika 

vilayəti; Konqo çayı hövzəsini, Qvineya körfəzi sahəllrini əhatə edən Afrika 

vilayəti; Cənubi Asiya yarımadalarını (Hindistan yarımadasının bir hissəsi və 

Hid-Çin),  Avstraliyanın  şimal  sahilləri  və  bu  materiklər  arasındakı  adaları 

ə

hatə  edən  Avstraliya-Asiya  vilayəti.  Bu  vilayətlərin sahəsi  çox böyük  olub 



2,5 mlyd/ha  təşkil edir. Ferralit aşınma qabığı üstünlük təşkil edir (95,5 %). 

Rütubətli  tropik  vilayətlərin  torpaq  örtüyündə  2  torpaq  zonası  fərqləndirilir: 

yağışlı  tropik  meşələrin  qırmızı-sarı  ferralit  torpaqları  və  dəyişən  rütubətli 

(musson) tropik meşələrin və hündür otların savannaların qırmızı torpaqları.  

Qırmızı-sarı  ferralit  torpaqlar  yer  kürəsində  daha  isti  və  rütubətli 

Behruz Melikov

Behruz Melikov


şə

raitdə formalaşırlar. Temperatur adətən 25-27

0

 olur.  


Yağıntılar da mövsümlər üzrə bərabər paylanır və onun miqdarı 1800-

2500 mm arasında dəyişir.  llik rütubətlənmə əmsalı demək olar ki, hər yerdə 

1-dən böyükdür.  

Qırmızı  ferralit  torpaqlar  qırmızı-sarı  ferralit  torpaqlarla  müqayisədə 

bir  sıra  fərqləndirici  xüsusiyyətlərə  malikdir.  Bunlardan  birinci  növbədə  su 

rejiminin il ərzində dəyişməsi və quru mövsümdə dərindən qurumasını, quru 

mövsümdə  üst  horizontun  qırmızı  rəngə  malik  olmasını  göstərmək  olar. 

Bundan  başqa  humus  qatının  qalınlaşmasını  (savannalarda  30-40  sm-dək), 

onun  tünd  rəngə  malik  olmasını,  humusun  4  %-ə  çatmasını,  dəmir 

hidrooksidlərin konkresiyalar formasında ayrılmaq imkanının artmasını və s. 

göstərmək olar.  

Laterit  horizontunun  quruyarkən  bərkimək  xüsusiyyəti  vardır.  Bu 

horizont  birinci  dəfə    Byukenen  (1807)  tərəfindən  təsvir  edilmiş  və  laterit 

(lat. later-kərpic) adlandırılmışdır.  

Amazon  və  Konqo  çayları  hövzələrinin  geniş  rayonlarında  qleyli-

ferralit meşə torpaqları inkişaf etmişdir.  

Rütubətli  tropik  Amerika  vilayətində  rütubətli  tropik  meşələr  geniş 

sahələri tutur. Bu meşələrə Amazon və Qrinoko ovalıqlarından, Braziliya və 

Qviana  dağlıq  rayonlarının  yamaclarında  rast gəlmək  mümkündür.  Müxtəlif 

lian, palma, bambuk növlərinin də təmsil olunduğu zəngin, bəzən 12 yarusa 

malik  olan  bu  məşhur  həmişəyaşıl  tropik  meşələri  A.Humbolt  qley,  yerli 

ə

hali isə selvas adlandırır. Amazon ovalığında, selvasda ferralit aşınma qabığı 



üzərində  gilli  qırmızı-ferralit  torpaqlar,  bəzi  ərazilərdə  qleylənmiş 

(bataqlaşmış)  torpaqlar  əmələ  gəlmişlər.  Quru  savannaların  qırmızı-qonur 

torpaqları  yağıntıların  miqdarının  bir  qədər  az  (300-800  mm),  quraq 

mövsümün  isə  6  ay  və  ondanda  çox  olduğu  şəraitdə  əmələ  gəlir.  Quru 

savannaların bitki  örtüyü əsasən kserofitlərdən təşkil olunmuşdur.  

Behruz Melikov

Behruz Melikov


Avstraliya,  Hindistan  və  Afrikada  qırmızı-qəhvəyi  və  qırmızı-qonur 

torpaqlar arasında qara torpaqlar yayılmışdır. Onlar müxtəlif adlar daşıyırlar.  

Tropik qurşaqların torpaq örtüyü 

Tropik  qurşaq  tropik  və  ekvator  yanı  enlikləri  əhatə  edir.  Bu  qurşaq 

sahəsinə  görə  ən  böyük  qurşaqdır  (5,6  mlrd.ha).  Onun  ərazisinin  12,8  %-ni 

(0,7 mlrd.ha) dağlıq sahələr təşkil edir.  

Tropik  qurşağı  isti  iqlimə  malikdir.  Ən  soyuq  ayvn  temperaturu  20-

22

0



C-dən  aşağı  deyildir.  Qurşaq  daxilində  termik  şərait  oxşar  olduğu  üçün 

torpaqların  yayılmasında  rütubətləşmə  şəraiti  və  torpaq  əmələgəlmə  gətirici 

süxurların xarakteri həlledici rol oynayır. Termik şəraitdən asılı olaraq qurşaq 

daxilində  yağıntıların  paylanmasında  böyük  fərqlər  müşahidə  edilir.  Burada 

susuz səhralarla yanaşı yağıntıların miqdarının 5000 mm və daha artıq olduğu 

ekvatoryanı daimi rütubətli tropik meşələrə də rast gəlinir. Sonuncu zonadan 

ş

imala və cənuba rütubətlənmənin aşağı olduğu, atmosfer çöküntülərinin çox 



qeyri-bərabər yayıldığı passat və musson sirkulyasiyası vilayətləri yerləşir.  

Tropik  qurşaqların  su  rejimi  müxtəlifdir.  Yağışlı  dövrdə  torpaq 

profilinin  tam  islanması,  quraq  dövrdə  isə  güclü  quruması  müşahidə  edilir. 

Tropik  qurşaq  daxilində  daimi  rütubətli  tropik  meşələr,  seyrək  meşə  və 

hündür  otlu  savannalar,  kserofit  meşə  və  quru  savannalar,  tropik  səhra  və 

yarımsəhralardan  ibarət  bitki    zonaları  üstünlük  təşkil  edir.  Rütubətli 

vilayətlər  qurşaq  ərazisinin  yarıya  qədərini  (45  %)  təşkil  edir.  Qurşaq 

daxilində  rütubətli  vilayətlər  daxilində  ferralit,  quraq  vilayətlərdə  isə 

ferrosiallit  tipli  aşınma  qabığı  üstünlük  təşkil  edir.  Bu  qurşaqda  torpaq 

ə

mələgəlmədə  yalnız  həmin  qurşaq  üçün  xarakterik  olan  bir  sıra  proseslər 



müşahidə  edilir.  Bu  proseslərdən  birinci  növbədə  ferrelitləşmə,  lateritləşmə, 

ferrisialitləşmə  və  profildə  (orta  hissədə)  bərkimə  proseslərini  misal 

göstərmək olar.  

Tropik  ferralitləşmə  –  prosesi  zamanı  torpaq  kütləsinin  mineral 

Behruz Melikov

Behruz Melikov



hissəsi dərindən dəyişir, ilkin (kvars istisna olmaqla), həm də törəmə alümo 

və  ferrosilikat  minerallarının  parçalanması  baş  verir.  Bu  proses  adətən 

yağıntıların 800-1000 mm-dən çox olduğu rütubətli tropik iqlim sahələrində 

müşahidə  edilir.  Ferralitləşmə  zamanı  parçalanma  məhsullarının  yuyularaq 

qatdan çıxarılması və torpaq qatında mütəhərrik hidrat və kaolin formasında 

törəmə  alüminum  və  dəmirin  formalaşması  baş  verir.  Dəmir  torpağın 

rəngində və strukturunun yaranmasında əhəmiyyətli rol oynayır.  

Lateritləşmə    -  zamanı  dəmirli-kvarslı  konkresiyalar  yaranır.  Əmələ 

gəlmiş  konkresiyalar  torpaqların  müxtəlif  yerlərində  və  aşınma  qabığında 

toplaşırlar.  Torpaq  əmələgəlmə  zamanı  yaranmış  mütəhərrik  dəmirin  böyük 

hissəsi  maddələr  dövranından  çıxaraq  tədricən  dağ  süxurlarına  (kankar) 

çevrilən qat sərt qabıq əmələ gətirirlər.  

Quraq  mövsümün daha  uzun  (8  ayadək),  yağıntıların  isə  nisbətən  az 

(800-1000 mm-dək)  olduğu ərazilərdə lateritləşmə prosesi inkişaf edir.  

Tropik  qurşaq  daxilində  aşağıdakı  torpaq  –  bioiqlim  vilayətləri 

fərqləndirilir:    1)  tropik  rütubətli  və  dəyişkən  rütubətli  meşələr  (humit  və 

semihunit);  2)  tropik  quraq  kserofit-meşə  və  savannalar  (semiarid);  

3) tropik səhra və yarımsəhra (arid).  

 

Behruz Melikov



Behruz Melikov

Mühazirə 20 

Subborial rütubətli meşə vilayətləri 

Subborial  humid  meşə  vilayətlərində  qonur  torpaq  əmələgəlmə 

üstünlük  təşkil  edir  və  adətən  materikin  okean  sahilboyu  zolaqlarını  əhatə 

edir.  Bu  vilayətlər  çox  vaxt  meridional  istiqamətdə  uzanırlar.  Şimal 

yarımkürəsində Qərbi və Mərkəzi Avropanı əhatə edən qərbi Avropa vilayəti 

daha  geniş  ərazilər  tutur.  ABŞ-ın  şimal-şərq  ştatlarının  ərazisini  əhatə  edən 

şə

rqi (Atlantik sahili), Şimali Amerika vilayəti öz sahəsinə görə qərbi (Sakit 



okean  sahili)  Şimali  Amerika  vilayətindən  xeyli  genişdir.  Əsasən  dağlıq 

relyefə  malik  Şərqi  Asiya  vilayətinin  sahəsi  də  nisbətən  kiçikdir.  Cənub 

yarımkürəsində  Cənubi  Amerika  və  Yeni  Zelandiya-Tasmaniya  subborial 

rütubətli  meşələr  vilayətləri  ayrılır.  Subborial  meşə  vilayətlərinin  ümumi 

sahəsi  –  601  mln.  hektara  yaxındır.  Bu  sahənin  38  %-i  dağlıq  ərazilərdir. 

Vilayətlərin ərazisində siallit karbonatsız aşınma qabığı üstünlük təşkil edir. 

Vilaytələrin  torpaq  örtüyündə  qonur  meşə  torpaqları  daha  geniş  təmsil 

olunmuşdur.  Bu  torpaqlar  enliyarpaqlı  meşələr  altında  torpağın  dərin 

islandığı  və  gilli  aşınmanın  getdiyi  şəraitdə  formalaşır.  Qonur  torpaq 

ə

mələgəlmə  aşağıdakı  elementar  proseslərdən  ibarətdir:    1)  hidroslyudalı 



minerallar  və  illit  toplanması  ilə  müşahidə  olunan  siallit  gilləşmə,  yaxud 

siallit  gəiləmələgəlmə;    2)  meşə  töküntüləri  hesabına  hulmat-fulvat  tipli 

humusun toplanması.  

Qonur  meşə  torpaqları  öyrənilərkən  ellüvial  proseslərin  genezisi 

aydınlaşdırılmalıdır.  Fransız  torpaqşünasları  bu  prosesin  inkişafında  üç 

mərhələni fərqləndirirlər:  1) karbonatların yuyulmasıdır.  2) turş məhsulların 

təsiri  altında  kollodilər  peptizasiyasiyaya  uğrayır  və  aşağı  horizontlara 

müqayisə  edirlər  (lyösləşmə).  F.Dyuşofr  loslaşmanı  kollodilrəin  kimyəvi 

dəyişikliyə  uğramadan  mexaniki  hərəkəti  kimi  izah  edir.    3)  həqiqi  podzol 

prosesi  inkişaf  edir.  Üzvi  turşular  ilkin  və  törəmə  minerallarla  təsir  edir, 

Behruz Melikov

Behruz Melikov



onların  kimyəvi  pozulması  baş  verir.  Qeyd  olunanlarla  yanaşı  dördüncü 

mərhələdə  əhəmiyyətli  rol  oynayır.  Bu  mərhələdə    B  –  horizontu    A

horizontundan  gətirilmiş  materiallar  materiallar  hesabına  bərkiyir,  su 



sızdırması  çox  zəifdir.  Təsvir  olunan  torpaqlarda  humus  horizontunun 

qalınılığı  10-40 sm, humusun miqdarı 4-6 % arasında dəyişir.  

Şə

rqi  (atlantikboyu)  Şimali  Amerika  və  Şərqi  Asiya  (Uzaq  Şərq) 



vilayətlərində,  meridional  istiqamətdə  uzanan  prerilərin  qaratorpağa  bənzər 

torpaqlar  zonası  müşahidə  edilir.  Göstərilən  torpaqlar  meşə  örtüyündən 

məhrum olub zəngin müxtəlifotlu bitkilər altında inkişaf edirlər.  

 

Subborial bozqır vilayətləri 



Yer kürəsində qara və şabalıdı torpaqların geniş yayıldığı üç subborial 

bozqır vilayəti ayrılır. Bu vilayətlərdən sahəcə ən böyüyü enlik istiqamətində 

uzanan Avrasiya vilayətidir. Bu vilayət Qərbi Avropadan başlayaraq Ukrayna 

və  Rusiya  ərazilərindən  keçməklə  Monqolustan  və  Çinə  kimi  uzanır. 

Sahəsinə  görə  ikinci  yeri    tutan  Şimali  Amerika  subborial  vilayəti  ABŞ-ın 

orta  qərb  ştatalrını  və  Kanadanın  cənubunu  əhatə  etməklə  meridional 

istiqamətdə uzanır. Şorlaşma əlaməti olan torpaqlar düzən ərazilərin 20 %-ni, 

yarımhidromorf və allüvial torpaqlar isə 11 %-ni təşkil edir.  

Subborial qurşağın quru bozqır zonolarında əsasən  şabalıdı torpaqlar 

inkişaf  etmişdir.  Demək  olar  ki,  yalnız  şimal  yarımkürəsində  yayılmış  bu 

torpaqların ümumi  sahəsi 269.2  mln.ha yaxındır. Vilayət daxilində şabalıdı 

torpaqlar  Moldaviya,  Ukraynanın  cənubunda,  orta  və  aşağı  Volqa  boyunda, 

Qazaxıstanda,  Qərbi  Sibirin  cənubunda  ayrı-ayrı  massivlər  şəklində,  Orta 

Sibir və Zabaykaledə daha geniş yayılmışdır. Şabalıdı torpaqlar yay fəslinin 

isti, quraq və davamiyyətli, qışın isə soyuq və az qarlı oduğu quru kontinental 

iqlim  şəraitində  əmələ  gəlirlər.  Orta  illik  temperatur  2-10

0

C,  fəal 



temperaturun  cəmi  2200-3500

0

,  yağıntıların  miqdarı  200-400  mm, 



Behruz Melikov

Behruz Melikov



rütubətlənmə  əmsalı  0,3-0,5-dir.  Zonanın  relyefi  əsasən  düzənlik  və  zəif 

dalğavaridir. Burada bozqır çökəklikləri də geniş yayılıb. Torpaq əmələgəlmə 

prosesində  şabalıdı  torpaqların  profili  aydın  seçilən  bir  sıra  genetik 

horizontlara  ayrılır:   

C

B

B



B

A

A



k

r





2

1



.  Becərilən  torpaqlarda   

m

A



    qatı 

ayrılır.  

Cənubi Amerika subborial bozqır və səhra vilayətləri. Materikin ucqar 

cənubunda  sahil  ilə  pataqoniya  yaylası  arasında  dağların  ətəklərini  və 

dağətəyi  düzənlikləri  əhatə  edir.  Torpaq  örtüyündə  karbonatlı  şabalıdı 

torpaqlar üstünlük təşkil edir.  



 

Behruz Melikov



Behruz Melikov

Document Outline

  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1

Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin