1
I
Torpaqşünaslıq fənninin məqsədi, medodları və inkişaf tarixi
PLAN:
1.Torpaqşünaslıq fənninin məqsədi
2.
Torpaqşünaslıq fənninin metodları
3.Torpaqşünaslıq fənninin inkişaf tarixi
4.Torpaqşünaslıq fənninin Azərbaycanda inkişafı
Torpaqşünaslıq – torpaqlar, onların əmələgəlməsi (genezisi), quruluşu, tərkibi və
xassələri; torpaqların coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi
olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı
əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli
istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində
dəyişkənliyi haqqında elmdir.
Torpaqşünaslıq elmi təlim kimi XIX əsrin sonlarında tanınmış rus alimləri
V.V.Dokuçayev, P.A.Kostıçyev və N.M.Sibirtsevin əməyi nəticəsində formalaşmışdır.
Azərbaycanda isə H.Ə.Əliyev, V.R.Volobuyev, M.E.Salayev, K.A.Ələkbərov,
M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin inkişafında əməyi
danılmazdır. Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: “
Dağ
süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin
birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş“açıq” və ya xarici qatına torpaq
deyilir”. O müəyyən etmişdir ki, yer
səthindəki bütün torpaqlar “yerli iqlimin, bitki və
heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və
nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri” nəticəsində
yaranmışdır.V.V.Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji
mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral
(“biokos”) dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir.
Torpağın əsas xassəsi
münbitliyidir.
Münbitlik torpağın bitkini normal yaşaması və məhsul
yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək
2
qabiliyyətidir. V.R.Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz
bu əhəmiyyətli keyfiyyəti onu
“yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil
olan üst horizontu kimi təyin edir”. Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin
münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan
cəmiyyətinin müxtəlif təsirləri ilə,
onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial
şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır. Torpaqəmələgəlmədə canlı orqanizmlərin, ilk
növbədə yaşıl bitkilərin və mikroorqanizmlərin xüsusi rolu var. Onların fəaliyyətinin təsiri
altında dağ süxurlarının torpağa çevrilməsi və münbitliyinin formalaşması ilə bağlı
əhəmiyyətli proseslər, o cümlədən bitki qidasının əsasını təşkil edən elementlərin və azot
birləşmələrinin konsentrasiyası, üzvi maddələrin sintezi və parçalanması, bitkilərin və
mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulları ilə dağ süxurlarının mineral
birləşmələrinin qarşılıqlı təsiri və s. baş verir.
İqlim şəraitinin,
bitki örtüyünün, dağ süxurlarının və relyefin müxtəlifliyi və ayrı-
ayrı ərazilərin yaşındakı fərqlər torpaqların təbiətdə müxtəlifliyini şərtləndirir. Onların
yayılmasının cöğrafi qanunauyğunluqları torpaqəmələgətirən amillərin ahəngi ilə müəyyən
olunur. Yer kürəsi və onun ayrı-ayrı materikləri üçün bu qanunauyğunluqlar iqlim və bitki
örtüyünün zonal dəyişikliyi ilə əlaqədardır. Bu cəhət torpaqların üfüqi və şaquli zonallıq
qanununa uyğun inkişafında özünü göstərir. Kiçik ərazilərin torpaq örtüyünün
xüsusiyyətləri ilk növbədə relyefin, ana süxurun tərkib və xassələrinin torpağın iqliminə,
bitki və torpaqəmələgəlməyə təsiri ilə bağlıdır. Özünün xüsusi keyfiyyəti sayəsində torpaq
üzvi aləmin həyatında mühüm rol oynayır. Landşaftın həm məhsulu və həm də elementi –
xüsusi təbiət cismi olmaqla, o, yer kürəsi təbiətinin inkişafında əhəmiyyətli mühit kimi
çıxış edir.
Atmosfer, biosfer, hidrosfer və litosfer ilə fasiləsiz maddə və enerji mübadiləsi
halında olan torpaq örtüyü bütün bu sferalar arasında Yerdə təşəkkül tapmış və özünün
çoxçeşidli formalarında həyatın inkişaf və mövcudluğu üçün
zəruri olan müvazinətin
saxlanmasında əvəzsiz şərt kimi çıxış edir. Münbitlik xassəsinə malik olmaqla torpaq kənd
təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edir.
Torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, insan torpaqların xassələrinə,
rejimlərinə və münbitliyinə, həmçinin torpaqəmələgəlməni müəyyən edən təbii amillərə
bilavasitə təsir etməklə torpaqəmələgəlməni əhəmiyyətli dərəcədə dəyişir;
meşələrin
3
salınması və qırılması, kənd təsərrüfatı bitkilərinin becərilməsi təbii bitkiliyin görkəmini,
qurutma və suvarma isə ərazinin nəmlik rejimini dəyişir və s. Torpağın
becərilməsi,gübrələrin tətbiqi və kimyəvi meliorasiya tədbirləri (əhəngləmə, gipsləmə və
s.) də torpaqlara az təsir göstərmir.Nəticə etibarilə, torpaq təkcə insan əməyinin tətbiq
predmeti deyil, eyni zamanda bu əməyin məhsuludur. Beləliklə,
torpaqşünaslıq torpağı
xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya
edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir.
Kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi torpaq aşağıdakı mühüm xüsusiyyətləri
ilə səciyyələnir:
torpaq əvəzedilməzdir; torpaq məhduddur, yəni onu böyütmək,
çoxaltmaq, artırmaq olmaz; torpağın yerini dəyişmək olmaz; torpağa məxsus xüsusiyyət
yalnız onun münbitliyidir. Bu xüsusiyyətlər torpaq resurslarına son dərəcə diqqətli
yanaşmağı və daim torpaqların münbitliyinin artırılması qayğısına qalmağı tələb
edir.Torpaqşünaslıq bir çox məsələləri əhatə edən təbii-elmi təlimdir. Torpaqşünaslığın
təmasda olduğu və metodlarından geniş istifadə etdiyi fundamental elmlərə fizika, kimya,
riyaziyyat, daim nəzəri mübadilə halında olduğu elmlərə isə təbiət, kənd təsərrüfatı və
iqtisadi elmləri aiddir. Sonunculara geoloji-coğrafi tsiklə (mineralogiya və
petroqrafiya ilə
birgə geologiya, hidrogeologiya, fiziki coğrafiya, geobotanika, biogeosenologiya),
aqrobioloji tsiklə (biologiya, mikrobiologiya, biokimya,
aqrokimya, bitki fiziologiyası,
bitkiçilik, əkinçilik, çəmənçilik, meşəçilik) və nəhayət aqrar – iqtisadi tsiklə (siyasi-
iqtisad, kənd təsərrüfatı iqtisadiyyatı, yerquruluşu və s.) daxil olan elmlər aid edilir.
Torpaqşünaslıq elmi iki hissəyə ayrılır:
1.Ümumi torpaqşünaslıq-buraya torpaqəmələgəlmə prosesinin ümumi sxemi, torpağın
münbitliyi, tərkibi, qruluşu, su, hava və istilik rejimləri aiddir.
2.Xüsusi torpaqşünaslıq-buraya torpağın genezisi, torpaqəmələgəlmə prosesinin əsas
mahiyyətini, onun təsnifatını, diaqnostikasını, torpağın coğrafi yayılmasını və s. aid etmək
olar.
Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: