Torpaqşünaslıq fənninin məqsədi, medodları və inkişaf tarixi



Yüklə 286,87 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix08.06.2023
ölçüsü286,87 Kb.
#127027
  1   2   3   4   5   6   7   8   9   10
1.torpaqsunasliq fenninin meqsedi





Torpaqşünaslıq fənninin məqsədi, medodları və inkişaf tarixi 
 
PLAN: 
1.Torpaqşünaslıq fənninin məqsədi 
2.Torpaqşünaslıq fənninin metodları 
3.Torpaqşünaslıq fənninin inkişaf tarixi 
4.Torpaqşünaslıq fənninin Azərbaycanda inkişafı 

Torpaqşünaslıq – torpaqlar, onların əmələgəlməsi (genezisi), quruluşu, tərkibi və 
xassələri; torpaqların coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi 
olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı 
əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli 
istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində 
dəyişkənliyi haqqında elmdir. 
Torpaqşünaslıq elmi təlim kimi XIX əsrin sonlarında tanınmış rus alimləri 
V.V.Dokuçayev, P.A.Kostıçyev və N.M.Sibirtsevin əməyi nəticəsində formalaşmışdır. 
Azərbaycanda isə H.Ə.Əliyev, V.R.Volobuyev, M.E.Salayev, K.A.Ələkbərov, 
M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin inkişafında əməyi 
danılmazdır. Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: “Dağ 
süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin 
birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş“açıq” və ya xarici qatına torpaq 
deyilir”. O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar “yerli iqlimin, bitki və 
heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və 
nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri” nəticəsində 
yaranmışdır.V.V.Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji 
mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral 
(“biokos”) dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. 
Torpağın əsas xassəsi münbitliyidirMünbitlik torpağın bitkini normal yaşaması və məhsul 
yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək 



qabiliyyətidir. V.R.Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz 
bu əhəmiyyətli keyfiyyəti onu “yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil 
olan üst horizontu kimi təyin edir”. Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin 
münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan 
cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial 
şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır. Torpaqəmələgəlmədə canlı orqanizmlərin, ilk 
növbədə yaşıl bitkilərin və mikroorqanizmlərin xüsusi rolu var. Onların fəaliyyətinin təsiri 
altında dağ süxurlarının torpağa çevrilməsi və münbitliyinin formalaşması ilə bağlı 
əhəmiyyətli proseslər, o cümlədən bitki qidasının əsasını təşkil edən elementlərin və azot 
birləşmələrinin konsentrasiyası, üzvi maddələrin sintezi və parçalanması, bitkilərin və 
mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulları ilə dağ süxurlarının mineral 
birləşmələrinin qarşılıqlı təsiri və s. baş verir. 
İqlim şəraitinin, bitki örtüyünün, dağ süxurlarının və relyefin müxtəlifliyi və ayrı-
ayrı ərazilərin yaşındakı fərqlər torpaqların təbiətdə müxtəlifliyini şərtləndirir. Onların 
yayılmasının cöğrafi qanunauyğunluqları torpaqəmələgətirən amillərin ahəngi ilə müəyyən 
olunur. Yer kürəsi və onun ayrı-ayrı materikləri üçün bu qanunauyğunluqlar iqlim və bitki 
örtüyünün zonal dəyişikliyi ilə əlaqədardır. Bu cəhət torpaqların üfüqi və şaquli zonallıq 
qanununa uyğun inkişafında özünü göstərir. Kiçik ərazilərin torpaq örtüyünün 
xüsusiyyətləri ilk növbədə relyefin, ana süxurun tərkib və xassələrinin torpağın iqliminə, 
bitki və torpaqəmələgəlməyə təsiri ilə bağlıdır. Özünün xüsusi keyfiyyəti sayəsində torpaq 
üzvi aləmin həyatında mühüm rol oynayır. Landşaftın həm məhsulu və həm də elementi – 
xüsusi təbiət cismi olmaqla, o, yer kürəsi təbiətinin inkişafında əhəmiyyətli mühit kimi 
çıxış edir. 
Atmosfer, biosfer, hidrosfer və litosfer ilə fasiləsiz maddə və enerji mübadiləsi 
halında olan torpaq örtüyü bütün bu sferalar arasında Yerdə təşəkkül tapmış və özünün 
çoxçeşidli formalarında həyatın inkişaf və mövcudluğu üçün zəruri olan müvazinətin 
saxlanmasında əvəzsiz şərt kimi çıxış edir. Münbitlik xassəsinə malik olmaqla torpaq kənd 
təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edir. 
Torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, insan torpaqların xassələrinə, 
rejimlərinə və münbitliyinə, həmçinin torpaqəmələgəlməni müəyyən edən təbii amillərə 
bilavasitə təsir etməklə torpaqəmələgəlməni əhəmiyyətli dərəcədə dəyişir; meşələrin 



salınması və qırılması, kənd təsərrüfatı bitkilərinin becərilməsi təbii bitkiliyin görkəmini, 
qurutma və suvarma isə ərazinin nəmlik rejimini dəyişir və s. Torpağın 
becərilməsi,gübrələrin tətbiqi və kimyəvi meliorasiya tədbirləri (əhəngləmə, gipsləmə və 
s.) də torpaqlara az təsir göstərmir.Nəticə etibarilə, torpaq təkcə insan əməyinin tətbiq 
predmeti deyil, eyni zamanda bu əməyin məhsuludur. Beləliklə, torpaqşünaslıq torpağı 
xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya 
edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. 
Kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi torpaq aşağıdakı mühüm xüsusiyyətləri 
ilə səciyyələnir: torpaq əvəzedilməzdir; torpaq məhduddur, yəni onu böyütmək, 
çoxaltmaq, artırmaq olmaz; torpağın yerini dəyişmək olmaz; torpağa məxsus xüsusiyyət 
yalnız onun münbitliyidir. Bu xüsusiyyətlər torpaq resurslarına son dərəcə diqqətli 
yanaşmağı və daim torpaqların münbitliyinin artırılması qayğısına qalmağı tələb 
edir.Torpaqşünaslıq bir çox məsələləri əhatə edən təbii-elmi təlimdir. Torpaqşünaslığın 
təmasda olduğu və metodlarından geniş istifadə etdiyi fundamental elmlərə fizika, kimya, 
riyaziyyat, daim nəzəri mübadilə halında olduğu elmlərə isə təbiət, kənd təsərrüfatı və 
iqtisadi elmləri aiddir. Sonunculara geoloji-coğrafi tsiklə (mineralogiya və petroqrafiya ilə 
birgə geologiya, hidrogeologiya, fiziki coğrafiya, geobotanika, biogeosenologiya), 
aqrobioloji tsiklə (biologiya, mikrobiologiya, biokimya, aqrokimya, bitki fiziologiyası, 
bitkiçilik, əkinçilik, çəmənçilik, meşəçilik) və nəhayət aqrar – iqtisadi tsiklə (siyasi-
iqtisad, kənd təsərrüfatı iqtisadiyyatı, yerquruluşu və s.) daxil olan elmlər aid edilir. 
Torpaqşünaslıq elmi iki hissəyə ayrılır: 
1.Ümumi torpaqşünaslıq-buraya torpaqəmələgəlmə prosesinin ümumi sxemi, torpağın 
münbitliyi, tərkibi, qruluşu, su, hava və istilik rejimləri aiddir. 
2.Xüsusi torpaqşünaslıq-buraya torpağın genezisi, torpaqəmələgəlmə prosesinin əsas 
mahiyyətini, onun təsnifatını, diaqnostikasını, torpağın coğrafi yayılmasını və s. aid etmək 
olar. 
Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: 

Yüklə 286,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin