Torpaqşünaslıq fənninin məqsədi, medodları və inkişaf tarixi


 XX əsrin 90 – cı ilindən bu günə kimi (müstəqillik dövrü)



Yüklə 286,87 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix08.06.2023
ölçüsü286,87 Kb.
#127027
1   2   3   4   5   6   7   8   9   10
1.torpaqsunasliq fenninin meqsedi

5. XX əsrin 90 – cı ilindən bu günə kimi (müstəqillik dövrü). Müstəqilliyimizin ən böyük 
nailiyyətlərindən biri olan torpaq islahatları torpaqşünaslıq sahəsində ciddi elmi 
axtarışların həyata keçirilməsi və elmi nailiyyətlərin təsərrüfatda geniş tətbiqi üçün şərait 
yaratdı. Qısa vaxt ərzində torpaqşünaslığın müxtəlif sahələrinə həsr olunmuş onlarla 
monoqrafiya, kitab, xəritə, tövsiyələr çap olundu. Bunlardan 1998-ci ildə Q.Ş.Məmmədov, 
M.P.Babayev və S.G.Həsənovun redaktəsi ilə H.Ə.Əliyev, M.E.Salayev, Q.Ş.Məmmədov, 
M.P.Babayev, S.G.Həsənov, B.Y.Həsənov və Ç.M.Cəfərova tərəfindən tərtib edilmiş 
“Azərbaycan Dövlət Torpaq Xəritəsi” (1:100000) xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 
Respublikasının insanın çoxillik təsərrüfat fəaliyyəti nəticəsində dəyişilmiş antropogen 
torpaqların 
beynəlxalq standartlara və torpaq islahatlarının tələbinə uyğun təməl təsnifatı və 
biomorfogenetik diaqnostikası hazırlanmış, antropogen torpaqların 1:500000 miqyasında 
xəritəsi tərtib edilmişdir. Tədqiqatların böyük hissəsi yeni şəraitlərdən irəli gələrək ilk 
növbədə torpaq islahatı nəticəsində ortaya çıxmış xırda torpaq mülkiyyətçilərinin tələbinə 
uyğun aparılırdı.
Torpaqşünaslığın yeni perspektiv istiqaməti olan torpaq informatikasının konseptual 
elmi əsaslarının işlənməsi də müasir tələblərdən irəli gəlirdi. Müasir elektron avadanlıqlar 
və proqram vasitələrindən geniş istifadə etməklə Azərbaycanda torpaq tədqiqatlarının 
operativ, obyektiv və riyazi əsaslarla aparılmasını təmin edən İnformasiya Sistemi 
yaradılması torpaq tədqiqatlarının yeni inkişaf mərhələsinə qalxmasından xəbər verirdi. 
Artıq XXI əsrin əvvəllərində kompüter texnologiyalarından istifadə etməklə torpaq-ekoloji 
sistemlərin əsas informativ göstəricilərinə əsaslanan məlumatların təsvir dili tərtib edilmiş 
və torpaq təsnifatının informasiya bazası təklif olunmuşdur (A.İsmayılov). Bu 
texnologiyalar elektron torpaq xəritələrini tərtib etməyə də imkan vermişdir. Əldə olunmuş 
elmi nəticələr təkcə elmi-nəzəri deyil, həm də təcrübi əhəmiyyət kəsb etmişdir. Belə ki, bu 


12 
nəticələr vahid torpaq kadastrının tərtibində, torpaq qeydiyyatı sisteminin 
avtomatlaşdırılmış informasiya bazasının yaradılmasında, müasir proqram təminatı 
əsasında kartoqrafik materialların tərtibində geniş tətbiq olunmuşdur. XXI əsrin 
əvvəllərində də əvvəlki dövrlərdə olduğu kimi respublikada torpaq biologiyasının müasir 
istiqamətləri - torpaq biokimyası, mikrobiologiyası, onurğasız heyvanların fəaliyyətinin 
təbii və antropogen torpaqəmələgəlmə prosesində rolu və biotik amillərin 
qiymətləndirilməsi üzrə tədqiqatlar aparılmışdır. 
XXI əsrin əvvəllərində bəşəriyyət qlobal, o cümlədən ekoloji problemlərin 
görünməmiş miqyasda kəskinləşməsi ilə üzləşmişdir. Bütün dünyada olduğu kimi, 
respublikamız da «ekoloji böhran dövrünü» yaşamaqdadır. Təbiəti mühafizə tədbirlərini 
həyata keçirmək və ekoloji qanunları gözləməklə təbii ehtiyatlardan ağılla və səmərəli 
şəkildə istifadə bütün bəşəriyyət və həmçinin respublikamız qarşısında duran ən vacib 
məsələlərdən biridir. Ekoloji problemlərə ekoetik yanaşma «cəmiyyət-təbiət» 
münasibətlərində etik əsasların pozulması nəticəsində yaranmışdır. Q.Ş.Məmmədov 
tərəfindən irəli sürülmüş «Azərbaycanın ekoetik problemləri» konsepsiyasında həm bu 
problemlər, həm də onların həlli yolları müxtəlif bloklarda qruplaşdırılmışdır. Birinci 
qrupa Azərbaycanın bilavasitə ekoloji problemləri və onların həlli yolları daxildir. Bunlar 
aşağıdakılardan ibarətdir:
1.Meşələrin mühafizəsi və onların bərpası problemləri 
2.Torpaqların eroziyası və ona qarşı mübarizənin təşkili problemləri 
3.Təbii yem sahələrinin deqradasiyası və onlardan düzgün istifadə 
problemləri 
4.Texniki pozulmuş torpaqlar və onların rekultivasiyası problemləri 
5.Torpaqların radionuklidlərlə çirklənməsinə qarşı mübarizə problemləri 
6.Mineral gübrələrdən və pestisidlərdən istifadənin problemləri 

Yüklə 286,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin