Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə110/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   106   107   108   109   110   111   112   113   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
86
Baku, Azerbaijan


Ekoturun əsas əlamətləri onun məqsədi və obyektidir. Məqsədinə görə ekoturların aşağıdakı 
növləri vardır: 
-
“Vəhşi” və ya “mədəniləşdirilmiş” təbiətin (ekoloji təhsil və tərbiyə elementləri ilə) 
müşahidəsi və öyrənilməsi. 
-
Emosional və estetik məqsədlərə təbiət qoynunda istirahət. 
-
Təbii faktorlarla müalicə. 
-
İdman və macəra məqsədləri ilə təşkil edilən turlar.
Turun proqramının məzmununu qismən əks etdirən əsas obyektə görə və onun təşkili formasına 
görə ekoturların aşağıdakı növləri mövcuddur: 
-
Botaniki, zooloji, geoloji və bu kimi digər turlar 
-
Ekoloji-etnoqrafik və ya arxeoloji ekoloji-mədəni turlar 
-
Aqroturlar 
-
Speleoloji, su dağ turları və s. 
Turistlərin daha çox üstünlük verdikləri ekoturlar isə parklara səyahət, piyada yürüşlər, xüsusi 
qorunan ərazilərə səyahət, vəhşi heyvanların müşahidə edilməsi, təbii cığırlar üzrə yürüşlər 
(ekocığırlar), ekoloji maarifləndirici turlar, quşların müşahidəsi (birdwatching), velosiped turları, şirin 
sularda balıq ovu, dayvinq su-bataqlıq hövzələrinə səyahət, dağlara səyahət, alpinizm, kanoe ilə 
səyahət, fermada yaşayış, üzgüçülük, qayıqda səyahətlər, sahilboyu turlar, kempinqlərdə yaşayış, 
təbiətin görməli yerlərinə səyahət və s. ibarətdir [6]. 
Ekoturların effektiv və təhlükəsiz planlaşdırılması və təşkili, həmçinin ərazinin ekoloji-turistik 
mənimsənilməsi regionun müxtəlif xüsusiyyətləri haqqında düzgün və ətraflı məlumat toplamadan 
mümkün deyil. Bu xüsusiyyətlər aşağıdakılardır: 
-
Ekoloji-rekreasiya resusrlarının xüsusiyyətləri: cəlbedici təbiət obyektlərinin, milli parkların, 
qoruqların, yasaqlıqların, təbiət abidələrinin mövcudluğu, botanika ve zooloji parkların əraziləri, təbii-
tarixi muzeylər, dəniz havası, əlverişli iqlim şəraitinin, mineral resursların, müalicəvi palçıqların, 
dərman bitkilərinin, meşə mikroiqliminin, heyvan və bitki aləminin, balıq ovunun mümkünlüyünün 
mövcudluğu və s.; 
-
Sanitar-epidemoloji şəraitin xarakteristikası: atmosfer havasının, yerüstü və yeraltı suların, 
içməli su mənbələri, torpaq ehtiyatlarının vəziyyəti, epidemoloji xəstəliklər, insan üçün zərərli 
həşəratlar, ilanlar, zəhərli balıqlar, bitkilər, göbələklər haqqında məlumatlar və s.; 
-
Təbiət hadisələrinin dəyişkənliyinin xarakteristikası: havanın, atmosfer təzyiqinin dəyişməsi, 
maqnit fırtınası, çovğun, qasırğa, vulkan püskürməsi, zəlzələ, daşqın, kənd və meşə yanğınlarının və s. 
hadisələrin baş verməsi; 
-
İnsan təhlükəsinə səbəb olan faktorların regionda və ya rekreasiya ərazisində mövcudluğu: 
zibillik, zəhərli məişət və sənaye tullantıları, mineral və üzvi gübrələrdən istifadə edən aqroistehsal, 
heyvandarlıq təsərrüfatı, sənaye tədbirləri (kimyəvi, neft-kimyəvi, mikrobioloji) və s. ; 
-
Tibbi və xilasedici xidmət infrastrukturunun xarakteristikası: travmotoloji punktlar, xüsusi 
tibbi məntəqələrin, xəstəxana, ixtisaslı həkim və personalın mövcudluğu, ekstremal vəziyyətdə təcili 
tibbi yardımın göstərilməsi, yanğınsöndürmə və xilasetmə xidmətlərinin olması və s.; 
-
Turun həyata keçirilməsini formalaşdıran vasitələrin xarakteristikası: ekoloji cəhətdən təmiz
keyfiyyətli nəqliyyat, turistləri yerləşdirmə vasitələri ( otel, motel, kempinq, sanatoriya, pansionat, 
vizit-mərkəz və s.), qidalanma müəssisələri, ixtisaslı gid-ekoloqların, tərcüməçilərin, peşəkar 
fotoqrafların, yerdəyişməni təmin edən xüsusi individual vasitələrin( velosiped, at və s. ), lazımi 
ləvazimatların mövcudluğu ; 
-
Ətraflı məlumat: regionda təbiəti mühafizə faəliyyəti, təbiət komplekslərində mümkün ola 
biləcək rekreasiya yükü, siyasi və sosial stabillik, regiondakı problemlər haqqında məlumat toplanması 
[6]. 
Ekoloji turizmin ən mühüm obyeklərindən biri Milli parklardır. Milli parklar bir neçə ekosistemi 
əhatə edən geniş ərazilərdir. Bu ərazilər dünyanın çox yerində mövcuddur və turizm-rekreasiya 
cəhətdən estetik görünüşə və böyük əhəmiyyətə malikdir. Milli parklar hökümətin qərarı ilə yaradılır, 
bu parklarda təbii ətraf mühitin qorunması və mühafizəsi üçün tədbirlər həyata keçirilir.
Milli parklar indiki - Xüsusi Qorunan Təbiət Ərazisi statusunu dərhal əldə etməyib. Milli 
parkların əksəriyyəti əvvəlcə təbiəti qorumaq üçün yox, məhz istirahət və əyləncə üçün yaradılmışdır. 
ÜTT-nın verdiyi məlumatlara əsasən dünya ərazisinin təxminən 12%-i mühafizə olunan ərazilərdir ki, 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin