Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə107/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   103   104   105   106   107   108   109   110   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
84
Baku, Azerbaijan


mənası onun yaratdığı son məhsul, iş yerlərinin təşkili və ərazi iqtisadiyyatının təşkili forması kimi 
fəaliyyət dairəsi olmaqla özünü göstərməsidir. Aqroturizm sferasının təşkili iqtisadi kateqoriya və 
proseslərin təbii-coğrafi, insan amilləri ilə sıx əlaqə olması ilə qiymətləndirilir. Aqroturizmin tədqiqi 
onun əsas formalaşma amillərinin dəyişmə dinamikası və nəticələrinin istifadəsi yolları və səmərəsi ilə 
ölçülür. Aqroturizmdə səyahət və mənəvi dəyərlərin təkrar istehsalı baxımından tədqiq olunur. 
Aqroturizmin sahə kimi rolu və iqtisadi amil olaraq tənzimlənilməsi müxtəlif kriteriyalardan və tarixi 
xüsusiyyətlərdən asılıdır. Turist anlayışı, Aqroturizm bazası və potensialı Aqroturizm ölkəsinin 
məkanını, onun coğrafiyasını formalaşdırır. Ölkənin coğrafi vəziyyəti, onun təbii şəraiti və iqtisadi 
durumu turistlərin mənbəyinə çevrilə bilir. Belə ki, təcrübə və münbit şərait Aqroturizmin inkişafına 
şərait yaradır. Onun potensialı, iqtisadi potensialın Aqroturizm dövriyyəsinə cəlb edilməsi yolu ilə 
Aqroturizm sferasını, onun dövriyyəsini və istehsal güclərini formalaşdırmaq olar. Onun coğrafiyası 
resursların yerləşməsi və onların istifadəsi yolları ilə ixtisaslaşır. Ona görə də Aqroturizmin sahə-ərazi 
və funksional məqsədləri baxımından tədqiq olunması, onun sosial-iqtisadi mahiyyətini və əsas 
istiqamətlərini özündə birləşdirir. Aqroturizmin tarixi ölkə və ərazilərin resursları və onlardan istifadə 
üçün yararlı şərait ilə formalaşıb və inkişaf edib. Ona görə də Aqroturizm çox funksiyalı fəaliyyət dai-
rəsi olmaqla xidmət göstərən və əhalinin (turistlərin) tələbatına uyğun olaraq peşəkar ixtisaslaşan 
fəaliyyət dairəsi kimi qiymətləndirilir. Aqroturizm sferasının çoxfunksionallığı istehlakçı və region 
tələbatının müxtəlifliyi ilə formalaşır və inkişaf edir. Aqroturizmin beynəlxalq əhəmiyyəti inteqrasiya 
və əməkdaşlıq funksiyası, istehsal və coğrafi potensialın dövriyyəyə cəlb olunması üçün istehsal 
funksiyası və Aqroturizmin özünün istehlak amili kimi xidmət funksiyası, onun çoxmeyarlı idarəetmə 
obyekti olmasını formalaşdırır. Çoxfunksionallıq meyarları təbii ki, məqsədlərin aliliyinə və onların 
iqtisadi səmərəsinə görə ierarxik quruluşunu formalaşdırır. Nəzəri baxımından Aqroturizmə 
çoxfunksiyalı və həmçinin resursların əvəz edilməsi yolu ilə fəaliyyət göstərən sahələr kimi 
qiymətləndirilir. Çoxkriteriyalı tənzimləmə obyekti olaraq Aqroturizmin inkişafı qlobal, beynəlxalq, 
yerli və ərazi maraqları üzərində tənzimlənən və uzlaşdırılan sistem kimi formalaşır. Aqroturizmin 
qlobal maraqları insan inkişafı indeksini və potensialını artırmaq, dünya ekoloji sistemini qorumaq və 
dünya əhalisinin sağlamlığını təmin edən meyarlar üzərində qurulur. Qlobal maraqlar ölkələrin resurs 
potensialını nəzərə almaqla, dünyavi dəyərlərə söykənən və tələbləri təmin edən maraqlar 
prizmasından həll olunur. 
Qlobal maraqlar beynəlxalq səviyyəli qrupların, beynəlxalq təşkilatların, assosiasiyaların və 
dövlət orqanlarının məcmuu və üzvü birləşməsi və kommersiya məqsədləri üzərində qurulur. 
Aqroturizmin qlobal maraqları inteqrasiya amili olmaqla formalaşır və əməkdaşlığın növləri üzrə ixti-
saslaşır. Ona görə də dövlətin iqtisadi və sosial siyasətinin əsas istiqaməti olaraq Aqroturizmin tənzim-
lənməsi problemləri inkişaf edir. 
Aqroturizmin mikroiqtidasi problemləri, onun sahə, ərazi və funksional vəzifələrinə uyğun olaraq 
təşkilati-iqtisadi və idarəetmə problemlərini əhatə edir. Belə ki, region daxili iqtisadi potensiala və 
xüsusi Aqroturizm potensialına söykənən siyasət regionların kompleks inkişafı məqsədi və əhalinin 
rifahının yüksəldilməsi fəaliyyəti kimi qəbul olunur. Aqroturizmin fəaliyyəti həmin sahənin rəqabət 
qabiliyyətli sosialyönlü və səmərəli təşkili kimi meyarlar və idarəetmə mexanizmləri üzərində qurulur 
[2, s. 11]. Ona görə də Aqroturizmin idarəetdiyi sahələrarası və regional prinsipləri əhatə etməklə 
tədqiqat obyekti olaraq genişlənir. Müxtəlif sahələrdə bir çox tədqiqatçılar iqtisadi inkişafın amili 
olaraq Aqroturizmə daha çox diqqət yetirmişlər. Bir çox inkişaf modellərinin hazırlanmasına, yenidən 
təşkilinə və ya dəyişdirilməsinə baxmayaraq inkişaf planı kimi istifadə olunan heç bir vahid yanaşma 
əldə olunmamışdır. Sınaq və nöqsanlar onilliklərlə davam etmiş və alternativ inkişaf vasitələri irəli 
sürülmüş və həyata keçirilmişdir. Onların bəziləri iflasa uğrayarkən, bəziləri uzunmüddət işlək 
vəziyyətdə qalmışdır, lakin bu gün istinad edilən və inkişaf etməkdə olan dövlətlərin iqtisadiyyatlarını 
yaxşılaşdırmaq üçün heç bir inkişaf modeli mövcud deyil. Dövlətin iqtisadiyyat ilə məşğul olarkən 
əsas diqqəti digər iqtisadiyyatların təcrübələrinə deyil, müəyyən fəaliyyətlərin hər hansı bir dövlətin 
iqtisadiyyatına necə təsir etdiyinə yönəltmək lazımdır. Bunun üçün müəyyən fəaliyyətlərin ümumi 
iqtisadi fəaliyyətə təsirini başa düşmək, araşdırmaq və dəyərləndirmək lazımdır ki, siyasətçilər öz 
strategiyalarından ən yaxşı şəkildə yararlana bilsinlər. Başqa sözlə, mikroiqtisadi qərarların artırılması 
və stimullaşdırılmasından əvvəl, iqtisadiyyat ilk növbədə makroiqtisadi səviyyədə dəyər-
ləndirilməlidir. Dövlətin iqtisadi rolu, onun sahə və ərazi funksiyası ilə reallaşır. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin