Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə105/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   101   102   103   104   105   106   107   108   ...   356
Kitab Turizm

Key words:
agroturism, economic development, political essence, introduction of the country, 
protection of local traditions. 
Hazırda Avropada aqroturizm daha çox populyarlaşıb. Turistlər tətillərini fermer təsərrüfatlarında 
keçirməyə üstünlük verirlər. Avropa Birliyində belə fermer təsərrüfatlarının sayının 600 mini keçdiyi 
qeyd olunur. Aqroturizm səsli-küylü şəhər həyatından kənarlaşmaqla, ekoloji baxımdan təmiz kənd 
təsərrüfatı məhsulları, həm də mənzərəli yerlərin seyrinə yaranan ehtiyacdan irəli gəlir. Qafqaz 
dövlətləri arasında dağ turizmi, aqroturizm və qorunan ərazilərdə ekoturizmin inkişafı ilə bağlı 
Azərbaycanın imkanları daha yüksəkdir. Kənd təsərrüfatı bütün ev təsərrüfatlarının 45 faizini əhatə 
edir. Ölkəyə gələn qonaqlara xidmət göstərilməsi üçün fermerlərə təlimlərin keçilməsi mümkün deyil, 
lakin Qafqaz dağları fonunda mənzərəli kəndlər yaxınlığındakı evlərdə qalmaq imkanları mövcuddur. 
Şimal rayonlarında lalə və çöl gülləri vardır. Ölkənin cənub rayonlarda (xüsusilə Lənkəranda) aqro-
turların təşkil edilməsi və bu qəbildən olan digər tədbirlərin keçirilməsi üçün böyük imkanlar 
mövcuddur. 
Aqroturizmin sosial-iqtisadi mənası çoxşahəli və kompleks göstəricilərlə ifadə olunur. Onun əsas 
məqsədi kommersiya gəlirləri gətirmək, yerli resurslardan istifadə etmək, əhalinin rifahı üçün 
infrastrukturu genişləndirməkdən ibarətdir. Aqroturizm fəaliyyət dairəsi olmaqla sahibkarlığa şərait 
yaradır. Aqroturizm biznesin və korporativ idarəetmənin obyekti olaraq genişlənir. Aqroturizmin 
sosial mənası iş yerlərinin açılması, ev təsərrüfatının inkişafı və kəndin sosial-iqtisadi inkişafını təşkil 
etmək vəzifəsi təşkil edir. İqtisadi və sosial inkişafın problemləri, həmin resurslardan istifadənin 
səmərəli təşkili və məşğulluğun artması məqsədlərinə uyğun olaraq təşkil olunur. Aqroturizm fəaliyəti 
xidmət sferası olmaqla turistlərin ehtiyacını ödəmək üçün fəaliyyət göstərir. Aqroturizm fəaliyyətinin 
təşkilinin təşkilnin resurs potensialı, regionun resurs potensialı, əhalinin rifahının yüksəldilməsi 
problemlərinin həlli üçün aparıcı amil rolunu oynayır. Aqroturizmin dünya təcrübəsi hər bir ölkəni 
iqtisadi quruluşu və əhalinin sosial-demoqrafik tərkibi ilə ixtisaslaşır. İctimai əmək bölgüsündə 
Aqroturizm sferası iqtisadi rol oynamaqla ÜDM-in və əhalinin rifahının əsas istiqamətlərini 
müəyyənləşdirir. Aqroturizm sferası ölkə iqtisadiyyatının sahə və ərazi strukturunun tərkibi olmaqla 
iqtisadi potensialın formalaşması və sosial inkişafın əsas istiqaməti olaraq müasir şəraitdə yeni bazar 
tipli xüsusiyyətlər kəsb edir. Aqroturizmin tədqiqi və proqnozu müxtəlif yanaşma və məqsədli inkişaf 
strategiyası baxımından öyrənilir. Beynəlxalq Aqroturizm əlaqələrin inkişafına əhalinin tələbatının 
ödənilməsinə və ölkənin iqtisadi potensialının xaricilər üçün istifadəsi yolu ilə ixracat potensialının 
artırılmasına yönəldilir. Aqroturizmin tədqiqi və proqnozu, onun təşkili və idarə edilməsi müasir 
iqtisadi inteqrasiyanın və inkişafın perspektiv istiqaməti olaraq öz əhəmiyyətini artırır. Aqroturizmin 
inkişafı həyat tərzi və həyat şəraitinin inkişafı ilə zəruriləşən və yeni potensial mənbələrinə yönəldilən 
sahə kimi inkişaf edir. Ölkədə olan iqtisadi artımın mənbəyi və sosial problemlərin həlli üçün 
aqroturizm sferası əlaqələndirici rol oynayır. Aşağıdakı istiqamət lər aqroturizmin yeri və rolunun 
nəzəri-metodoloji aspektlərini formalaşdırır [1, s. 28]: 
-
Aqroturizmin iqtisadi artımda rolu və ölkə iqtisadiyyatının inteqrasiya amili olaraq 
-
zəruriliyini formalaşdırır; 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin