növlərinin inkişafına imkan vermiş olur. Mineral suların, müalicə nefti və palçığının olması kurort
yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, onların il boyu fəaliyyət göstərməsinə şərait yaradır. Bu
xidmət sahəsi çox gəncdir. Bu gün respublika ərazisində 27 minə qədər yeri olan 132 sanatoriya və
istirahət müəssisələri və 4 minə yaxın yeri olan 10 turist bazası yaradılıb. Sağlamlıq ocaqlarında ildə
orta hesabla 600 mindən artıq adam müalicə oluna bilər. Azərbaycanın kurort ehtiyatları burada
müalicə olunan və istirahət edənlərin sayını 2 milyona qədər artırmağa imkan verir. Bu baxımdan
Xəzər sahili zonanın əhəmiyyəti daha böyükdür. Bu zonanın çox böyük üstünlükləri var. Abşeron
sahillərindəki hidrogen-sulfidli termal və yodlu-bromlu müalicəvi suların zənginliyi onlardan
kompleks itifadə etməyə imkann verir. Bölgədə qeyd olunan termal suların potensialından az
miqdarda istifadə olunur, termal sulardan əsasən dayaq-həkət orqanları, dəri xəstəlikləri müalicə
olunur. Təbii müalicəvi sulara olan tələbatın artması, otellərdə və SPA mərkəzlərində ondan istifadə
olunması imkanların nəzərə alaraq regionda yerli termal mənbələrdən istifadfə etmək mümkündür.
Abşeron yarımadası kurortlar qrupu rayonu respublikamızda məşhur kurort guşəsidir. Təxminən 53
kilometr dənizin içərisinə doğru irəliləyən bu yarımada çimərliklərlə əhatələnib. Abşeron yarımadası
iqliminə görə subtropik iqlimə çox yaxındır. Burada isti yay, günəşli payız, mülayim qış keçir, yazı
nisbətən qısa olur. Abşeron təkcə qumlu sahil və dənizlə xarakterizə edilmir, burada həm də çoxlu şəfa
bulaqları qaynayır. Belə ki, Suraxanı, Sabunçu və Şıx burnunda çıxan və tərkibi yod, brom və böyük
müalicə təsiri gücünə malik çoxlu başqa maddələrlə zəngin mineral sular həm də böyük müalicə
əhəmiyyətinə malikdir. Təəssüf ki, ərazidəki palçıq vulkanlarının müalicə palçıqları balneoloqlar və
kurortoloqlar tərəfindən lazımınca tədqiq olunmayıb.
Bunlara metan və kükürdlü oksigen suları, mineral palçıq, mineral göllər, çimərliklər, dənizkənarı
iqlim stansiyaları daxildir. Yarımadada böyük sayda metan və kükürdlü mineral sular vardır. Zığ
qəsəbəsində və Şıxda mineral suların xüsusilə müalicəvi əhəmiyyət daşıyır.
Respublikada əsas turizm tələbatının qeyd olunan regionda formalaşması və onalr arasında müalicə və
sağlamlıq turizminə maraqların artması bölgəbnin termal sularının potensialından geniş istifadə olunmasına
imkan vermiş olardı. Bu baxımdan qeyd olunan potensialdan istifadə rerspektivlərinin çox olmasın nəzərə
alaraq gosterilən imkanların təklif etmək olar – ölkədə fəaliyyət göstərən otellərin əksəriyyətinin Abşeronda
cəmlənməsi onların SPA xidmətlərində yerli mənbələrdən istifadə etməyə imkan vermiş olardı. Bu
məqsədlə otellərin müalicə-sağlamlıq mərkəzlərində yerli etiyatlardan istifadə olunması üçün onların
müalicəvi xüsusiyyətlərinin öyrənilməsi və SPA xidmətlərində istifadə imkanları müəyyən olunmalıdır.
Termal suların bazasında fəaliyyət göstərən müəssisələrin müasirləşdirilməsi, yeni SPA texnolojiyası
ilə təmin olunması vacibdir. Dövlət proqramına uyğun olaraq Abşeronda mövcud sanatoriyaların
xidmətlərinin genişləndiriılməsi üçün investisiyaların cəlb olunması mümkündür.
Termal suların bazasında yeni kompleks kurort xidmətlərinin yaradılması. Dövlət və yerli investisiya
fondları hesabına, bu sahədə mövcud olan iqtisadi güzəştlərdən istifadə etməklə sahibkarlıq subyektlərin bu
sahəyə cəlb etmək mümkündür.
Bölgənin termal suılarla zəngin olamsına baxmayaraq onlardan istifadənin səviyyəsi aşağı olaraq
qalır. Bölgədə turizmin müxtəlif növləri inklişaf etsə də, müalicəvi turizmə maraq aşağı olaraq qalır.
Müqayisə üçün qeyd edək ki, Avstriyadakı termal suların tərkibi Abşeron bölgəsində ki, sularla oxşardır.
Avstriyanın balneloji kurortları ilboyu fəaliyyət göstərir. Bu kurortlarda müalicə xidmətləri ilə yanaşı
müxtəlif turizm tədbirlərindən istifadə olunur. Zalsburdan cənubda Sell və Zalbax dağ idman mərkəzləri
termal kurortları fəaliyyət göstərir.
Dağ kurortları olan Lex və Lankendə kurort turizmlə bağlı olan tədbirlər yay mövsmü ilə yanaşı qış
idman turizminidə əhatə edir ki, nəticədə bölgəyə gələn turistlərin sayının ilbəil artmasına səbəb olur.
Ştiriya turizm bölgəsində Bat-Qleyhenburq balneloji kurortu, şimalda isə mənzərəli Marsel kurort mərkəzi
yerləşir. Buradakı mineral suların tərkibi karbonlu və sulfidli, karbonlu sulardan ibarətdir. Temperaturu 40-
50 dərəcədən yüksək olan vanna müalicəsi aparılır. Bunlardan ən məşhurlarına Xayptukle termal suyudur.
Bölgədə eyni tərkibli suların olması və əlverişli coğrafi mövqedə yerləşməsi onlardan müalicə-sağlamlıq
turizmində istifadə olunmasına imkan verir. İrandan gələn turistlərində bu kurortlara cəlb olunması
mümkündür.
Respublikanin digər regionalrında termal sularından istifadə vəziyyəti eyni olaraq qalır. Bölgələrdə
termal suların bazasında yerli əhəmiyyətli müalicə vannaları fəaliyyət göstərir.
Müalicəvi turizm üzrə Azərbaycana rəqib ola biləcək və bu sahədə ixtisaslaşmış, münasib qiymətlər
təklif edən ölkələr çoxdur. Bizim vətəndaşlarıın bir qismi Şimali Qafqaz, Gürcüstan və ya Ukraynada, daha
Dostları ilə paylaş: