Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə99/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   95   96   97   98   99   100   101   102   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
77
Baku, Azerbaijan


yayılmışdır. Burada olan termal su mənbələri əsasən yodlu-bromlu və hidrogen-sulfidlidir. Abşerondakı 
məşhur termal sulara "Qala", "Bilgəh", "Şıx" və "Suraxanı" və s. aiddir. Bu suların ümumi debiti 240 mln 
l/gündən çoxdur. Bu termal su mənbələrində temperatur 25-35

C-yə çatır.Masazır və Böyük Şordakı 
palçıqlı, yodlu-bromlu, minerallaşması yüksək olan müalicəvi sular da mühüm balneoloji ehtiyatlar sayılır. 
Xalq arasında bu sulara kükürdlü sular da deyilir. Bu suların temperaturu yüksək olur. Ölkədə kükürdlü 
suların bütün növlərinə təsadüf edilir. Bu sular neft və bitumlu rayonlarda, hidrogen-sulfid qazlı sular 
Abşeron bölgələsində geniş yayılmışdır.
Abşeron yarımadasında mövcud olan kompleks kurort amilləri sinir, ürək-damar sistemi, mədə-
bağırsaq, dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə imkan verir. Burada dənizsahili boyunca 
sanatoriya, pansionat və istirahət mərkəzləri fəaliyyət göstərir. Masazır və Böyük Şordakı palçıqlı, yodlu-
bromlu, minerallaşması yüksək olan müalicəvi sular da mühüm balneoloji ehtiyatlar sayılır. Bu göllərdə 
olan müalicəvi palçıqlar və suyunun tərkibi Gürcüstanın "Axtala" palçıq vulkanı kurortunda olan balneoloji 
ehtiyatlara oxşardır. 
Masazır və Böyük Şorda müalicəvi palçıqların ümumi hesablanmış ehtiyatı 133

106 m
3
təşkil edir. 
Hazırda bu müalicəvi palçıqlar əsasında yerli əhəmiyyətli müalicə vannalarından Abşeronun bir sıra 
sanatoriyalarında, müxtəlif müalicə müəssisələrində Masazır və Böyük Şorun müalicəvi palçıqlarından 
istifadə olunur. "Binəqədi" gölünün də müalicəvi əhəmiyyəti vardır. Gölün suyunun tərkibində müxtəlif 
minerallar, yod-brom vardır. Abşeronun digər palçıq vulkanlarından olan "Axtarma", "Qaradağ", 
"Daşqılın" da müalicəvi xassələrə malik olsada, hazırda qeyd olunan müalicəvi palçıqlardan istifadə 
edilmir.
Azərbaycanda balneoloji rekreasiya ehtiyatlarından istifadə qənaətbəxş səviyyədə deyildir. Bunların 
cəmi 5-10%-i kurort müəssisələrində istifadə olunur. Respublikada "Kurort" Səhmdar Cəmiyyətinin 
tabeliyində 11130 yerlik balneoloji sanatoriya kompleksi vardır. Bundan başqa, özəl şirkətlərə məxsus 
müalicə vannaları, balneoloji müəssisələrdə ümumi yerlərin sayı 1325-yə çatır. Özəl balneoloji kurortlarda 
xidmət müalicə ilə yanaşı, digər istirahət növləri ilə birlikdə aparılır ki, bu da onları sanatoriya-kurort 
kompleksi adlandırmağa imkan vermir. "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan sanatoriya-kurort 
müəssisələrində faktiki olaraq, fəaliyyət göstərə bilən yerlərin sayı 7594-ə çatır ki, bunun da 5910-u il boyu 
xəstələri qəbul edə bilər.. Bunların əsas hissəsi Abşeron kurortlarının payına düşür (65%).[1, s.32]. 
Hal-hazırda "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Bilgəh", "Abşeron", "Qaranquş", 
"Günəşli", "Şıx", "Qalaaltı" sanatoriyaları, həmçinin "İlisu" pansionatı fəaliyyət göstərir. "Bilgəh" 
sanatoriyası 460 yerlik olmaqla, kardioloji xəstəliklərin müalicəsi üzrə ixtisaslaşmışdır. Bu sanatoriyada 
əsas təbii müalicə faktorları kimi iqlim, dəniz, narın qumlu çimərliklər və kurort ərazisisində mövcud olan 
yodlu-bromlu və sulfidli mənbələridir. Burada iqlimlə müalicə, talassoterapiya (dənizdə çimmə may ayının 
ortalarından sentyabrın ortalarınadək həyata keçirilir), balneoterapiya (Suraxanıdakı mənbədən əldə 
olunmuş yodlu-bromlu və sulfidli su vannaları) müalicəsi tətbiq olunur. Sanatoriya kompleks xidmət 
göstərmək imkanlarına malikdir. 
"Abşeron" sanatoriyası Mərdəkan qəsəbəsində yerləşir və mədə-bağırsaq xəstəlikləri üzrə 
ixtisaslaşmışdır. Bu sanatoriya 740 yerlik çarpayı tutumuna malikdir. Burada balneopalçıq müalicəxanası 
fəaliyyət göstərir. "Qaranquş" sanatoriyası
 
uroloji xəstəliklər üzrə ixtisaslaşmış Mərdəkan qəsəbəsində 
yerləşir, sanatoriya 510 yerlikdir.
Sanatoriyada balneopalçıq müalicəxanasında təbii müalicəvi palçıq və yodlu-bromlu sularla müalicə 
həyata keçirilir. Son illərdə həyata keçirilən təmir-bərpa işləri ilə əlaqədar olaraq xidmət səviyyəsi 
yüksəlmişdir. 
"Günəşli" sanatoriyası
 
Mərdəkan qəsəbəsində yerləşir və nevroloji xəstəliklərin müalicəsi üzrə 
ixtisaslaşmışdır. Sanatoriya 735 yerlik çarpayı tutumuna malikdir, lakin tam gücü ilə işləmir. "Şıx" 
sanatoriyası Bibiheybət qəsəbəsində yerləşir , 210 yerlik balneoterapevtik sanatoyada dayaq-hərəkət 
sistemi və dəri xəstəlikləri müalicə olunur. 
Bununla yanaşı, ayrı-ayrı özəl klinikalarda (xüsusilə Bakıda) müalicəvi palçıqlardan, mineral və 
termal sulardan istifadə etməklə də xəstələrin müalicəsi aparılır. Balneoloji kurort ehtiyatlarından istifadə 
etmək üçün kompleks sanatoriya-kurort və sağlamlıq mərkəzlərinin yaradılması mümkündür. Nəzərə 
almaq lazımdır ki, balneoloji kurortlardan əsasən ölkə vətəndaşları istifadə edir, bu da yaxın gələcəkdə 
kurort təsərrüfatının inkişafına təkan verən amillərdən sayıla bilər.
Bölgədə fəaliyyət göstərən kurortların səmərəliliyinin və müasir tələblərə uyğun fəaliyyətinin 
təmin olunması məqsədilə kompleks xidmətlərin təqdim olunmasına diqqət artırılmalıdır. Bu 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin