“Ölkəmizin dayanıqlı inkişafı üçün gəlir gətirən sahələr inkişaf etməlidir. Onların içərisində
turizm xüsusi yer tutur. Turizmin inkişafı üçün birinci şərt ölkədə beynəlxalq irimiqyaslı tədbirlərin
keçirilməsidirsə, ikinci şərt ölkədə infrastrukturun inkişaf etdirilməsidir”, – deyən ölkə başçısının
rəhbərliyi ilə son illər Azərbaycanın bütün regionlarında
yeni turizm obyektləri, yay-qış turizm
kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni-tarixi qoruqlar yaradılmışdır. İcrası uğurla həyata
keçirilən “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət
Proqramı” turizm-kurort sahələrinin inkişafında mühüm hadisə oldu. Naxçıvan kəndləri təmiz havası,
saf suyu və ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti, abad yol və
müasir rabitə xidməti ilə
turizmin inkişafı üçün böyük imkanlar açır. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət
Mərkəzinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
2012-ci ildə Naxçıvan şəhərindəki 17-ci əsrə aid Zaviyyə-Mədrəsə binası əsaslı təmir olunmuş və
Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlamışdır. Mərkəz öz fəaliyyətini
turizm məlumat bankının hazırlanması, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin
yaradılması, buraya müraciət edənlərə otellər, tarixi və mədəniyyət abidələri, tur firmalar və bələdçilər
haqqında məlumat verilməsi, həmçinin internet resurslarından səmərəli istifadə vasitəsilə muxtar
respublikanın inkişaf edən turizm potensialının təbliği istiqamətində qurmuşdur.
Turistlər o ölkələrə səfər edirlər ki, orada inkişafla yanaşı, həm də sabitlik olsun.
Bu gün
ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında sabitlik və əmin-amanlıqdır. Naxçıvan
şəhəri cinayətsiz region statusunu uzun illərdir qoruyub, saxlayır. Muxtar respublikadakı sabitlik
imkan verir ki, turistlər öz istirahətlərini mənalı və təhlükəsiz keçirsinlər. Naxçıvan artıq mötəbər
beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. 2017-2018-ci illər qədim diyara “Naxçıvanı
tanıyaq və tanıdaq” lahiyəsi çərçivəsində info-tur təşkil olmuşdur. Bu info-tur
çərçivəsində Türkiyə
İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən gəlmiş 220 sahibkar və turizmçi
Naxçıvanın turizm imkanları, tarixi, dini abidələri, müalicəvi yerləri ilə tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə
təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət
Proqramı”nın icrası da bu sahədə fəaliyyətin güclənməsinə əlverişli şərait yaratmışdır ki, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli
“Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı
regionda bu sahənin
inkişafına göstərilən diqqət və qayğının növbəti ifadəsidir. Naxçıvan Muxtar respublikamızda turizm
işinin təkmilləşdirilməsi, həmin sahənin gələcək perspektivlərinin müəyyənləşdirilməsi üçün qəbul
edilən hüquqi sənədlər isə turizm quruculuğu istiqamətində görüləcək işlərin ümumi məzmununu
özündə əks etdirilməsi üçün 23 aprel 2018-ci il tarixində muxtar respublikada turizm sahəsində dövlət
idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin
müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması, Naxçıvan Dövlət Universitetində və
“Naxçıvan” Universitetində “Turizm və otelçilik” ixtisaslarının açılması, İran İslam Respublikası və
Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, yeni beynəlxalq marşrutların təşkili
turizmin inkişafına əlverişli şərait yaradıb.
2018-ci ildə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin xətti ilə kənd turizminin
inkişafı mövzusunda keçirilən maarifləndirici tədbirlər bu sahənin inkişafına təsir edib. Əhalinin
iştirakı ilə keçirilən tədbirlərdə kənddə istirahət etmək istəyən turistlər
üçün minimum şərait
yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etməyin mümkünlüyü diqqətə çatdırılıb.
Həmçinin Naxçıvan Muxtar Respublikası kənd turizminin inkişafı istiqamətində də ardıcıl tədbirlər
görülməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Ağbulaq Kənd Turizm-
İstirahət Bölgəsinin yaradılması haqqında 2018-ci il 29 noyabr tarixli Sərəncamına
əsasən Ağbulaq
Kənd Turizm-İstirahət Bölgəsi yaradılmış, kənd abadlaşdırılmış, 65 ev yenidən qurularaq müasir
şəraitlə təmin edilmişdir. Həmçinin, Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılmışdır.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Ağbulaq Kənd Turizm-İstirahət
Bölgəsinin turist marşrutu xəritəsi hazırlanmış, kənddə yaradılmış müasir infrastruktur və geniş turizm
potensialı barədə məlumatlar Azərbaycanda və 20-dən çox xarici ölkədə fəaliyyət göstərən 100-dən
çox mehmanxana və turoperatorun elektron poçt ünvanlarına göndərilmişdir. Həyata keçirilən
tədbirlər nəticəsində indi muxtar respublikanın ən səfalı kəndlərində – Biçənəkdə, Ağbulaqda,
Dırnısda, Şahbulaqda, Küküdə və onlarca belə yaşayış məntəqələrində evlər turistlərə təklif olunur. Bu
Dostları ilə paylaş: