Hələlik iqtisadi rayonun mövcud turizm potensialının yalnız bir hissəsindən istifadə edilir.
Turizm ehtiyatlarından daha səmərəli istifadəyə və turizm təsərrüfatının inkişafına mənfi təsir göstərən
bir sıra amillər var ki, bu da mövcud problemlərin daha da genişlənməsinə və ya əlavə problemlərin
yaranmasına səbəb olur. Meşə ərazilərdə turizm obyektlərin düzgün qurulmaması meşə ehtiyyatının
kor təbii qırılmasına və ekologiyanın çirklənməsinə səbəb olur. Obyektlərdə təbii bulaqlar hesabına
süni şəlalələrin yaradılması ətraf kənd əhalisinin susuz qalması ilə nəticələnir. Nabran-Yalama
ərazisinin komunal və çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması, dəniz kənari qumlaq
ərazilərində qida və digər tullantılar üçün ərazilərin seçilməməsi, ərazinin gigiyenik və insan
sağlamlığı baxımından çirkilənməsinə səbəb olur. Həm də iqtisadi rayonun təbii və əmək
ehtiyyatlarından səmərəli istifadə etmək, istehsal və xidmət sahələrinin müasir tələblərə uyğun şəkildə
inkişaf etdililməsi üçün regionun infrastrukturun inkişafını tələb edir.
Təklif:
Quba-Xaçmaz iqtisadi rayonunda region turizmin inkişaf sahəsində
aşağıda göstərilmiş
istiqamətlər üzrə ardıcıl olaraq işlərin görülməsi vacibdir.
Turizm bağımından potensial ərazilərin müəyyənləşdirilməsi və milli, regional və beynəlxalq
amillər nəzərə alınmaqla yeni turizm yol xəritəsinin hazırlanması.
Müəyyənləşdirilmiş ərazilərin sosial və iqtisadi infrastrukturunun qurulması.
Regionda turizmin müxtəlif sahələrin inkişafını (ailə turizmi, ekoturizm, ekstrimal turizm)
təbliğ etmək.
Turizm sektorunda işləyən mütəxəssislər vasitəsilə dağ kəndlərində turizmin inkişafı
məqsədilə treninq və xarici dil kursların təşkli edilməsi.
Turizmin inkişafı baxımından əhəmiyyətli olan ərazilərdə əhalinin əl işlərini və yerli
məhsulları özündə əks etdirən sərgilərin və ya turizm günlərin təşkili.
Region turizmini ölkə daxilində və beynəlxalq səviyyədə kütləvi informasiya və sosial
şəbəkələr vaistəsi ilə reklam və təbliğ etmək.
Nəticə:
Bütövlükdə region əhalisinin yaşayış səviyyəsi yaxşılaşacaq. Yeni iş yerləri yaradılaraq
əhalinin məşğulluq səviyyəsi yüksələcək, eyni zamanda onların bir çoxunun yaradıcılıq məhsulları və
əl işləri üçün yeni satış bazarı açılacaq. Əhali arasında regionun təbiətinə xas olan kənd təsərrüfatı
məhsulların istehsalına maraq artaraq iqtisadi artım müşahidə olunacaq. Regionun ekoloji təmizliyi və
sağlamlığı qorunub saxlanılaçaq, flora və faunası zənginləşəcək. Nəticə etibari ilə əhalinin gəlirləri
artacaq, sosial-iqtisadi vəziyyəti yaxşılaşacaq və dayanaqlı istisadiyyat formalaşacaq.
Dostları ilə paylaş: