Bu ərazidə fəaliyyət göstərən turizm obyektləri və ya istirahət zonaları əsasən Xəzər dənizinin
meşə - çəmən landşaftı ilə qovuşduğu zonada, çay dərələri boyunca və müalicə əhəmiyyətli mineral
bulaqların yayılqığı ərazilərdə yerləşmişlər.
Quba və Qusar rayonlarının dağlıq və dağətəyi ərazilərdə məskunlaşmış azsaylı xalqların
mədəniyyətləri, adət-ənənələri və ərazinin füsunkar təbiəti ilin bütün fəsillərində
turistlərin istirahət
məkanına çevrilib. Xüsusəndə Xınalıq, Qırız, Laza kimi yüksək dağlıq ərazilərdə yerləşən dağ
kəndləri daha çox xarici turistlərin görmək və gəzmək istədikləri ərazilər olsa da, turistlərin istəklərinə
uyğun xidmətləri təklif edən və müəyyən istirahət obyektləri olan ancaq Laza kəndidir. Digər iki kənd
isə müəyyən səviyyədə tələb olunan xidmətləri qarşılaya bilir. Buna səbəb isə həmin ərazilərdə turizm
və mehmanxana obyektlərinin olmamasıdır. Böyük turizm potensialına malik həmin kəndlərdə fərdi
evlərdə ailə turizmini daha da inkişafı etdirməklə təklif olunan xidmətlərin növlərini artırmaq və
keyfiyyətin yaxşılaşdırmaq olar.
Alp çəmənliklərə ekoturlar, dağlıq ərazilərdə ekstrimal səyahətlərin
və Şah dağ milli parkının ərazisində lisenziyalı ovçuluq turları təşkil etməklə əraziyə gələn turistlərin
sayını, xüsusəndə xarici turistlərin sayını bir neşə dəfə artırmaq olar. Və yaxud da ki, Xınalıq kəndi
ərazisində olan mineral tərkibli kükürdlü sular, kükürdlü palçıqlar və yay
fəsilində bitən müxtəlif
dərman bitkiləri çoxlu xəstəliklərin müalicəsi üçün istifadə olunsa da, bunlardan səmərəli istifadə
olunmur. Məsələn, qonşu ölkələrin təcübəsinə nəzər yetirsək Şimali
Qafqazda olan mineral və
kükürdlü sulardan, müalicəvi palçıq vannalarından istifadə üçün təşkil olunan kurort sanitoriyalara,
hələ Azərbaycanın özündən minlərələ turistlərin həmin məkana üz tutmasına səbəb olur.
Mineral
suları və təbii dərman bitkilərini qablaşdıraraq ölkə və xarici bazarlara satış üçün çıxarmaq da olar və
ya həmin ərazilərdə mineral su və palçıq vannalarında, təbii dərman bitklərindən çay dəsgahları təşkil
edən sanitoriyalar inşa etməklə daha çox yerli və xarici turistləri cəlb etmək olar.
Həmçinin Quba rayonunun Xaltan və Çimi kəndləri ətrafında olan mineral isti bulaqlardan əsasən
yerli və ətraf rayonların əhalisi müalicə məqsədilə primitiv bir formada istifadə edir. Təklif olunan
turist xidmətlərinin keyfiyyəti, turistlərin saxlanılması şəraiti və gigiyenik sanitar qaydalar qənaətbəxş
deyildir. Bu da turistlərin həmin ərazilərdən və xidmətlərdən istifadəsinin azalmasına təsir edir. Amma
həmin ərazilərdə müasir sosial və iqtisadi infrastruktur qurmaqla, daha səmərəli istifadə etmək, daha
çox iqtisadi gəlir götürmək olar.
Demək olar ki iqtisadi rayonun mövcud potensilından xüsusəndə dağlıq ərazinin imkanlarından
düzgün istifadə etmirik. Bu da həm yerli, həm də xarici turistlərin digər
ölkələrə səyahət etməsinə
səbəb olur. Digər bir tərəfdən də yerli məhsulların alıcıların sayı azalır və bütövlükdə region əhalisinin
sosial iqtisadi vəziyyətinə təsir edir.
Regionda turizmin inkişafı əhalini sosial və iqtisadi vəziyyətini yaxşılaşacaq bir sira amillərlə
bağlıdır.
Yeni iş yerlərin açılması səbəbilə əhali arasında məşğulluğun səviyyəsi artacaq.
Kiçik və orta sahibkarlığın inkişafı nəticəsində dayanıqlı və davamlı regional iqtisadiyyat
formalaşacaq.
Yerli istehsal nəticəsində əmtəlik məhsul və xidmətlərin çeşidi genişlənəcək.
Yerli məhsul üçün yeni alıcılar formalaşdığından istehsalın təşkili və satışı üçün yeni bazarlar
yaranacaq.
Əhalinin gəlirləri artaraq sosial – iqtisadi vəziyyətləri yaxşılaşacaq.
Son illər Quba-Xaçmaz iqtisadi rayonunda turizm sənayəsində bir neçə iri xüsusi layihələr həyata
keçmişdir ki, bu da regionda turizmin inkişafına böyük tövhə vermişdir.
Qusar rayon Şahdağ Milli
parkının ərazisində inşa edilən Qusar Şahdağ qış-yay turizm kompleksi ölkədə dağ-xizək idman və
digər idman növlərin inkişafı üçün hərtərəfli imkanlar açıdı. Şahdağ qış-yay turizm kompleksi
Azərbaycan tarixində ilk dağ-xizək kurortudur və regionda yeni otellər şəbəkəsinin yaradılmasına
önəm vermişdir. Quba rayonun Əski İqriğ kəndində inşa olunan beşulduzlu “Riksos” otelidə regionun
ən böyük turizm məkanlarında birisidir. 200 yerlik
otel kompleksində restoranlar, hovuz, köməkçi
obyektlər və golf idman meydançası bölgəyə üz tutan turistlərin istirahətinin yüksək səviyyədə və
asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitlə təmin olunmuşdur. Xəzər dənizi sahili boyu 35-
40 km məsafədə uzanan Nabran-Yalama kurort zonasıda respublika əhalisinin əsas istirahət yeridir.
Unikal memari stili ilə digər istirahət mərkəzlərindən seçilən turizm kompleksidən
birisidə Şabran
rayonunda yerləşən Qalaaltı Hotel & Spa müalicəvi – bərpa kurort kompleksidir. Kompleksdə Qalaaltı
müalicəvi suyu, müasirliyi və rahatlığı ilə turislərin ixtiyarına verilmişdir (5).
Dostları ilə paylaş: