Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə100/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   96   97   98   99   100   101   102   103   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
78
Baku, Azerbaijan


məqsədlə, sanatoriya-kurort müəssisələrində animasiya, aktiv istirahət formaları, SPA xidməti təşkil 
olunmalıdır.
Ölkədə kurort təsərrüfatının inkişafı üçün əsaslı dəyişiklərin olunmasına ehtiyac duyulur. Kurort 
təsərrüfatının öz əvvəlki şöhrətini bərpa etməsi məqsədilə, 2007-ci ildə Azərbaycan Respublikası 
Prezidentinin fərmanı ilə 2009-2018-ci illərdə ölkədə kurort təsərrüfatının inkişafı məqsədilə dövlət 
proqram qəbul edilmişdir. Bu dövlət proqramında ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarının 
öyrənilməsi, onlardan səmərəli istifadə olunmasının təşkili, sanatoriya-kurort müəssisələrində göstərilən 
xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə səmərəliliyinin artırılması, bu 
sahədə zəruri infrastrukturun yaradılması, yeni idarəetmə və marketinq üsullarının tətbiqi, özəl sektorun 
fəaliyyətinə dəstəyin artırılması ilə bağlı işlərin görülməsi nəzərdə tutulur [3, s.12]. 
Kurortlara gələnlərin yaş xüsusiyyətlərinə və maraqlarına uyğun olaraq müxtəlif animasiya 
proqramlarını təşkil etməklə həm gələnlərin istirahətini mənalı etmək, həm də istirahət və müalicə 
müddətini uzatmaqla bu sahədən əldə olunan gəlirləri artırmaq mümkündür. Ölkədə fəaliyyət göstərən 
müalicə-sağlamlıq müəssisələrində müxtəlif mədəni (festivallar, konsertlər, musiqi gecələri, teatr 
tamaşaları, sərgi və s.) və idman (fərdi və qrup idman növləri) animasiya proqramlarının təşkili vacibdir, 
xüsusilə, "Kurort" Səhmdar Cəmiyyətinin nəzdində olan dövlət sanatoriyalarında bu cür proqramlar 
təşkil olunmalıdır.
Hal-hazırda dünya təcrübəsində sanatoriya və kurortlarda SPA-Wellness xidmətlərinin göstərilməsi 
geniş yayılmışdır. Abşeronda isə, SPA xidmətləri yalnız son illərdə yaradılmış bəzi özəl müalicə-
sağlamlıq müəssisələrində Yengicə (Qəbələ), Chinar Hotel & Spa Naftalan, Qaşaltı (Naftalan) göstərilir. 
Dövlətə məxsus müəssisələrdə isə bu cür xidmətlər göstərilmir. Gələcəkdə bu tip xidmətlər göstərən 
SPA mərkəzlərinin yaradılması böyük önəm daşıyır, xüsusilə, Abşeronda yerləşən balneoloji kurortlarda 
SPA xidmətləri göstərən mərkəzlərin yaradılması xidmətin keyfiyyətinin yüksəldilməsi, istirahət və 
müalicənin effektivliyinin atırılması baxımından vacibdir.
Ölkədə sanatoriya-kurort xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və səmərəli fəaliyyətin təmin 
edilməsi məqsədilə, dövlət müəssisələrinin özəlləşdirilməsi bu sahənin inkişafına təkan verə bilər. Belə 
ki, sanatoriya-kurort müəssisələrinin fəaliyyəti yalnız müalicə ilə məhdudlaşmamalıdır. Onlar dünya 
praktikasında olduğu kimi müştərilərin istirahətinə istiqamətli müxtəlif xidmətlərin göstərilməsinə 
diqqəti artırmalıdırlar. Bununla bağlı olaraq, həmin müəssisələrdə müxtəlif əyləncə, idman ləvazimatları, 
ekskursiya (kiçik miqyasda), sakit istirahətə üstünlük verənlər üçün yaşıllıq ərazilərin və parkların olması 
önəmlidir. 
Ölkədə fəaliyyət göstərən kurort-sanatoriya müəssisələrinin özəlləşdirilməsi məqsədilə ilk öncə 
"Kurort" Səhmdar Cəmiyyətində dəyişiklər edilməli, mövcud kurort müəssisələrinin bərpası həyata 
keçirilməli və orada məskunlaşmış qaçqınlar başqa ərazilərdə köçürülməlidirlər. Kurort müəssisələrinin 
özəlləşdirilməsindən sonra bu sahəyə xarici investisiyaların cəlb olunması mümkün ola bilər. Lakin 
özəlləşdirmə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin tabeliyində olan bərpa 
müəssisələrinə aid olmamalıdır. Digər müalicə-sağlamlıq müəssisələrindən fərqli olaraq, bu müəssisələr 
əhalinin sosial təminatının təmin edilməsi məqsədinə xidmət edir və əksər ölkələrdə özəlləşdirilmir. [2, 
s.38] 
Bu sahənin dirçəldilməsi üçün təbii-rekresiya ehtiyatlarından istifadəyə şərait yaradılması, ilk 
mərhələdə sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, onları bu sahəyə investisiya 
qoymağa stimullaşdırmaq üçün bir çox güzəştlərin edilməsi, yeni özəl sanatoriyaların açılmasının 
dəstəklənməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan özəlləşdirməyə ilk öncə Abşeronda yerləşən 
kurortlardan başlanılması və model olaraq kompleks xidmətlər göstərən kurort müəssisələrinin 
yaradılması lazımdır. 
Müalicə-sağlamlıq müəssisələrinə yerli və xarici turistlərin cəlb olunmasında dövlət və özəl 
müəssisələr marketinq tədbirləri həyata keçirməlidirlər. Beləliklə, bölgədə müalicə-sağlamlıq 
müəssisələrinin yenidən qurulması, göstərilən xidmətlərinin keyfiyyət və kəmiyyətinin artırılmasına 
yönəldilmiş bir çox işlərin görülməsinə ehtiyac var. Bu tədbirlər həyata keçirilərsə, gələcəkdə ölkəmiz 
müalicə-sağlamlıq turizminin inkişafı ilə seçilən ölkəyə çevrilə və bu sahədən əhəmiyyətli gəlirlər əldə 
edə bilər. 
Müalicəvi turizminin strateji planlaşdırılması ölkədə baş verən iqtisadi islahatlar nəzərə alınmaqla 
aparılır. Bu baxımdan bölgədə iqtisadi islahatların genişlənməsi, iqtisadi artım templərinin yüksək 
olması daxili və xarici turizmin inkişafında baza rolu oynayır. Buna görə də, müalicəvi-sağlamlıq 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin