ABŞERON TURİZM BÖLGƏSİNDƏ KURORT-MÜALİCƏ TURİZMİNİN MÜASİR VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏR b/m SULTANOVA Gülşən Abdul qızı müəllim VƏLİYEVA Günel Vahid qızı Bakı Dövlət Universiteti Abstract: Absheron resort tourism zone offers favorable comfort, climatic, conditions, rich mineral springs along the Caspian Sla, pomegranate beaches, and therapenfic mud resources. The complek resort factors available on the Absheron Peninsuela allow the treatment of diseases of the nerkes, cardiovascular system, gastrointestinal tract, pacemaker. Strategic planning of treatment tourism is carried out taking into account economic reforms taking place in the country. In this point of view, the expansion of economic reforms in the region and the high rates of economic growth play a key role in the development of domestic and foreign tourism. Key words: tourizm, resort, recreation, balneological, cure-health Kurort-müalicə müəssisələrinin tiplərinə balneoloji, iqlim və palcıq kurortları daxildir. Respubli-
kamizda balneoloji kurort ehtiyatlari bol olsada bu sektor hələ lazımı səviyyədə inkişaf etməmisdir.
Lakin,Abşeron əlverişli mikroiqlim ehtiyatları komfort şərait, müalicə imkanları baxımından böyük
əhəmiyyət daşıyır. Abşeronda əlverişli iqlim şəraiti iqlimlə müalicənin aero və helioterapiya növlə-
rinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. [6, s.383].
Bölgənin mikroiqlim ehiyatlarının turizmin təşkili baxımından qiymətləndirilməsi, əsasən,
komfortlu günlərin təkrarlanması, günəşli günlərin cəmi kurort-müalicə turizminin inkişafi ücün
əlverişlidir. Əlverişli subtropik iqlim şəraiti, narın qumlu çimərliklər, isti dəniz, həmçinin mineral
bulaqlar və müalicəvi palçıq ehtiyatları burada istirahət və müalicənin təşkili üçün əlverişlidir,Abşeron
yarımadasının şimal hissəsində Novxanı, Bilgəh, Pirşağı; şimal-şərqində Zaqulba, Buzovna, Şüvəlan,
Mərdəkan, cənubunda isə Sahil, Hövsan və Şıx kurort qəsəbələri yerləşir. Balneloji turizm
resurslarından ən geniş yayılanı mineral və termaıl sulardır. Abşeronda termal su mənbələri daha çox