Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə95/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   91   92   93   94   95   96   97   98   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
74
Baku, Azerbaijan


Naxçıvan Muxtar Respublikası və rayonları qədim tarixə malikdir. Muxtar respublika ərazisində bir 
çox tarixi abidə mövcuddur. Bunlardan Nuh peyğəmbərin məzarüstü türbəsi, Möminə Xatın və Yusif 
Küseyr oğlu türbələri, Naxçıvanqala abidəsi, Qarabağlar Memarlıq Kompleksi, "Xanəgah" Abidə 
Kompleksi, adı Nuh peyğəmbərin gəmisi ilə əlaqələndirilən Gəmiqaya ərazisindəki qayaüstü rəsmlər, 
əfsanəvi Haçadağ, abidələrlə zəngin olan "Ordubad" Tarix-Memarlıq Qoruğu, haqqında müqəddəs Qurani-
Kərimdə bəhs edilən "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, 5000 ildən çox yaşı olan 
Naxçıvan şəhər mədəniyyəti, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, xalq sənətkarlarının 
günümüzə qədər qorunub saxlanılmış sənətkarlıq nümunələri və s. turistlər üçün cəlbedicidir. Naxçıvan 
Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən 700-ə yaxını dünya və ölkə 
əhəmiyyətli abidə olmaqla, ümumilikdə 1202 daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. 
Naxçıvan ərazisində bəşəriyyətin bütünlüklə qəbul etdiyi Nuh peyğəmbərin qəbrinin olması, “Əshabi-
Kəhf” ziyarətgahının yerləşməsi turistləri cəlb edən əsas amillərdəndir. Naxçıvan şəhərinin 2018-ci il üçün 
İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi də onun zəngin tarixə və mədəniyyətə malik olmasından 
qaynaqlanır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son 
illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən 
abadlıq-quruculuq işləri turizm sahəsinin də inkişafına təsir etmiş, muxtar respublikaya gələn turistlərin 
sayı ilbəil artmışdır. Hazırda muxtar respublikada 21 mehmanxana və mehmanxana tipli müəssisə, 
Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-
Batabat, Naxçıvan-Gülüstan turizm marşrutları fəaliyyət göstərir. Qədim diyarımızın bütün bölgələrini 
əhatə edən müasir infrastrukturun qurulması, istirahət və əyləncə mərkəzlərinin yaradılması, tarixi-mədəni 
irsə qayğı, yaşayış məntəqələrinin abadlaşdırılması, enerji, nəqliyyat, rabitə xidmətinin yüksəldilməsi 
muxtar respublikada turizmin inkişafını şərtləndirir.
Muxtar respublikada müalicə turizminin inkişafı üçün də geniş imkanlar vardır. Duzdağ Fizioterapiya 
Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılmışdır. 
Buraya hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi həm də onun turizm əhəmiyyətini 
artırır. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. 
Azərbaycanın mineral su ehtiyatlarının 60 faizi muxtar respublikanın payına düşür. “Badamlı”, “Sirab” 
mineral sularının eləcə də 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələrinin mövcudluğu
zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş imkanlar açır. 
Muxtar respublikanı turizm cəhətdən cəlbedici edən amillərdən biri də burada mövcud olan minlərlə 
tarixi-mədəni abidələrdir. Təbii ki, abidələrin qorunması, bərpası və təbliği sahəsində görülən işlər bu 
baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan 
Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin 
təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq, muxtar respublika ərazisindəki 
1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Naxçıvanı dünyada tanıdan, yüksək turizm 
imkanlarına malik olan bu abidələrin bərpası diqqət mərkəzində saxlanılmış, yüzlərlə tarixi-mədəni abidəyə 
yeni həyat verilmişdir. Bərpa olunan Əlincəqala və Gülüstan türbəsi qədim diyara gələn turistlərin 
marağına səbəb olmuşdur.
Hər turist özlüyündə bir informasiya daşıyıcısıdır. Turist səfər etdiyi ölkənin təbiəti, mətbəxi, tarixi və 
mədəniyyəti, qonaqpərvərliyi ilə bağlı məlumatları öz ölkəsinə aparır və təbliğ edir. Muxtar respublikadakı 
tarixi abidələr bura səfər edən alim, tədqiqatçı, jurnalist və turistlərin diqqətini cəlb edir, onlar ölkələrinə 
qayıtdıqdan sonra muxtar respublikanın zəngin mədəniyyəti, qədim tarixi və abidələri barədə məqalə və 
reportajlar hazırlayıb dünya ictimaiyyətinə çatdırırlar.
Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və 
qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu 
oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf” Ziyarətgahı Dini-
Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir. Burada 
bərpa işləri və abadlıq işləri 1998-ci ildə Umummilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 
aparılmış, turistlərin ziyarəti üçün lazımi şərait yaradılmışdır. Onu da qeyd etmək yerinə düşər ki, Murtar 
Resspunlikamız dini ziyarətgahlarla zəngindir.burada 140 ziyarətgah mövcuddur.Belə ki, burada müxtəlif 
dini obyektlər-pirlər,imamzadələr var və imanlı insanları bu obyetləri ziyarət edirlər.Bütün bunlar onu 
göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin