Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə103/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   99   100   101   102   103   104   105   106   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
81
Baku, Azerbaijan


yaxşı imkanları olanlar isə Çexiyada müalicəyə üstünlük verir. Bu ölkələr bu sahədə böyük uğurlar əldə 
ediblər və yaxşı pul qazanırlar. Bu ölkələr Azərbaycanın bu sahədə ən güclü rəqibləridir. 
Onu da qeyd edek ki, müalicə mərkəzlərindəki qiymətlər də müştəri cəlbində böyük rol oynayır. 
Azərbaycanın mineral suları Şimali Qafqazdakı müalicə sularının bənzəridir. Bu bölgədə üçulduzlu 
oteldə 21 günlük kursun qiyməti 1500 manatdır. Təyyarə biletinin qiyməti bu tarifə daxil deyil. 
Ukraynada qiymətlər 1300-1800 manat arasında dəyişir. Çexiyada qiymətlər 2000 manatdan başlayır. 
"Bilgəh" sanatoriyasında xidmətlərin dərəcəsindən asılı olaraq paketlər 520 manatdan başlayır. 
Rəqəmlərdən göründüyü kimi, dövlət tabeliyindəki müəssisələrdə müalicə turizmi daha ucuzdur. 
Amma bu mərkəzlərdə əlavə turizm xidmətlərinin heç biri göstərilmir. Adıçəkilən ölkələrdə isə paketə 
ən populyar turizm xidmətləri (ekskursiya, əyləncə xidmətləri və s.) daxildir. Rentabelliyi saxlamaq 
üçün digər xidmətlərində olması vacibdir. Respublikada özəl sanatoriyalarda bir sıra turizm xidmətləri 
göstərilsə də, qiymət münasib deyil. Məsələn, Qəbələdəki özəl müalicə müəssisəsində birgünlük seans 
70 manatdır. Bu da əhalinin kütləvi hissəsinion maraqların təmin etmir. [2, s.45]. 
Termal sulardan istifadənin perspektivləri ücün-termal sulardan kompleks istifadə etmək
investisiyaları cəlb etmək,termal suların bazasında yeni müasir xidmətlər göstərən müalicə-sağlamlıq 
komplekslərinin yaradılması, ölkədən xaricə müalicə-sağlamlıq məqsədilə gedən turistlərin cəlb 
olunması üçün marketinq fəaliyyətinin genişləndirilmək,otellərdə SPA xidmətlərində termal sulardan 
istifadə, rekreasiya zonalarının daxində müalicəvi-sağlamlıq turizmi ilə bağlı olan mərkəzlərin təşkili 
və s.nəzərdə tutulur 
Son dövrlərdə müalicə-sağlamlıq turizm bazarı dəyişikliklərə məruz qalmış və daha fərqli anlam 
kəsb etməyə başlamışdır. Daha çox yaşlı nəslin müalicə və sağlamlıq yeri olan ənənəvi sanatoriya-
kurort müəssisələri hal-hazırda daha geniş istehlakçı kütləsinə istiqamətlənən çoxfunksiyalı sağlamlıq 
mərkəzlərinə çevrilmişlər.
Kurort mərkəzlərində baş verən müasir dəyişikliklər iki başlıca hadisə ilə əlaqədardır. Hər şeydən 
öncə onu qeyd etmək lazımdır ki, müalicə və sağlamlıq turizminə tələbinin xarakteri dəyişmişdir. 
Turizmə dövlət və bələdiyyə orqanları tərəfindən göstərilən maliyyə yardımının da daxil olduğu 
ənənəvi yardımların tədricən azaldılmasıdır. Buna görə də, müalicə mərkəzləri daha çox müştəri cəlb 
etmək məqsədil ə öz xidmətlərinə və məhsullarına çeşid və keyfiyyət dəyişikliyi edərək istehlakçı 
bazarına uyğunlaşmalı olurlar.
İnsanlar istirahət üçün sanatoriya seçərkən tibbi – müalicəvi xidmətlə yanaşı, müəsisənin 
animasiya və idman proqramları çeşidliliyini də nəzərə alırlar. Əhalinin rekreasiya xidmətlərinə və 
istirahətin keyfiyyətinə tələbatının artması, əsas məqsədi insanların həyat keyfiyyətinin 
yaxşılaşdırılması, ömür müddətinin uzadılması və sağlamlığının bərpası olan kurort-rekreasiya 
sisteminin böyüməsinə səbəb olmuşdur. Müasir müalicə-sağlamlıq turizm bazarı özündə müalicə 
xidmətlərini təşkil edən müəssisələri və bu xidmətləri istehlakçılara əlçatan edən vasitəçi turizm 
müəssisələrini ehtiva edir. Olduqca qiymətli müalicəvi təbii resursları, bu resursların hasilatı və 
emalını təmin edən bahalı tibbi texnikanı əhatə etdiyi üçün müalicə xidmətləri bahalı xidmətlər 
kateqoriyasına daxildir. Effektiv müalicə xidmətinin təşkili həm də xüsusi hazırlanmış tibbi 
mütəxəssis heyəti olmadan mümkün deyildir. Əlavə olaraq qeyd etmək lazımdır ki, müalicə 
müəssisələrində istirahət edənlər üçün xüsusi dietik yemək proqramları da hazırlanır. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin