AZƏRBAYCANDA TURİZMİN DAYANIQLI İNKİŞAFININ
SOSİAL-İQTİSADİ ROLU VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
b/m KÖÇƏRLİ Yalçın Ənvər oğlu
müəllim KÖÇƏRLİ Leyla Rais qızı
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Abstract
: The sustainable development of tourism in Azerbaijan is designed to provide for the
development of tourism needs of the modern world, without undermining the ability of future
generations to meet their tourism needs. The article assesses the socio-economic role of elements such
as sustainable tourism development, enhancing the role of active tourism, dynamic growth of tourism
quality and strengthening of environmental protection measures on the welfare of the population.
Raising the living standards of vulnerable families by encouraging tourism resources as a whole is an
indispensable condition for sustainable development. The key features of sustainable tourism
development are the attraction of investments and the formation of tourism potential based on
innovative technologies.
Key words:
Qlobalization, sustainable development, welfare of the population, tourism needs,
quality indicators of tourism
Turizmin iqtisadiyyatda rolu onun iqtisadi artımda, tarazlı iqtisadi siyasətdə və beynəlxalq
iqtisadi əlaqələrdə xüsusi çəkisi ilə müəyyənləşir. İqtisadi inkişafın müasir mərhələsində həm ənənəvi
sahələr üzrə, həm də yüksək texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı sahələrində
müqayisəli üstünlüklərin təyin edilməsi ilə qlobal iqtisadi sistemdə ölkənin iştirakı və ixtisaslaşması
təmin edilməlidir. Ölkəmizdə turizmin inkişaf etdirilməsi üçün həyata keçirilən dövlət proqramlarında
turizmin inkişafına təminat yarada biləcək maddi-texniki bazanın yaradılması, turizm sahələrinin
proporsional inkişafının təmin edilməsinə, müasir tələblərə cavab verə biəcək sistemin
formalaşdırılmasına xüsusi yer verilir. Bütün bunları nəzərə alaraq turizmin hərtərəfli inkişaf
etdirilməsi üçün kiçik və orta sahibkarlığa geniş səlahiyyətlərin verilməsi, turistlərə xidmət göstərəcək
obyektlərin yenidən qurulması və dünya standartlarına uyğunlaşdırılması, respublikanın beynəlxalq və
daxili turizm bazarında rəqabət qabiliyyyətinin artırılması, turizmin inkişaf etdirilməsi üçün mütərəqqi
və səmərəli metodlardan istifadə edilməsi əsas prioritetlər hesab olunur [5, səh.425]. Turizmdə
sahibkarlıq fəaliyyətinin davamlı inkişafında müəssisədəki işçilərin sayı, peşəkarlıq səviyyəsi, əsas
kapitalın dəyəri, fondlar, turizm xidmətləri bazarına çıxarılan məhsul və xidmətlərin dəyər ifadəsində
həcmi, rəqabətə davamlılıq və s. göstəricilər proqnozlaşdırılmalıdır.
Turizm sahibkarlığının inkişafı turizmin dayanıqlı inkişafınin təməli hesab edilir. Qloballaşma
şəraitində milli iqtisadiyyatının şaxələndirilməsində özünəməxsus rolu ilə seçilən turizm sənayesinin
dəqiq və kompleks planlaşdırılmasının davam etdirilməsi mühüm məsələlərdən biridir.
Turizmin dayanıqlı inkişafı qloballaşmanın intensivləşməsi nəticəsində Azərbaycanda yeni
çağırışlar doğurur. Bu çağırışlara cavab vermək turizmin dayanıqlı inkişafının sosial-iqtisadi rolunun
qiymətləndirilməsində vacib tələblərdən biri kimi əsaslandırılır. Turizmin beynəlxalq rolunun artması
şəraitində təsisatlar bu çağırışlara vaxtında yerli imkanları obyektiv qiymətləndirməklə cavab vermək
və formalaşan yeni imkanlardan faydalanmaq üçün birgə fəaliyyət göstərməyə məcburdurlar.
Beynəlxalq turizmin inkişafında tələb-təkliflə əlaqəli olan amillərin, o cümlədən milli destinasiyaların
inkişafına dövlət investisiyalarının yatırılması, turizm fəaliyyətində əlaqələndirmənin rolunun
yüksəldilməsi, turizm sferasının kadr təminatı, turizm biznesinin inkişafına şərait yaradılması, turizm
xidmətlərinin həyata keçirilməsi və reklam prosesində kütləvi informasiya vasitələrinin rolunun
yüksəldilməsi kimi amillərin fərqləndirilməsi zəruridir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azər-
baycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə
əksini tapmış konkret məqsədlər davamlı inkişafın təmin edilməsinin perspektiv inkişaf modelini
təşkil edir. Yol Xəritəsində 2020-ci ilədək olan dövrdə regionun turizm potensialından səmərəli isti-
fadə, milli səviyyədə peşəkar idarəetmənin təşkili, destinasiyaların formalaşdırılması, mövsümiliyin
aradan qaldırılması məqsədilə turizm infrastrukturlarının inkişafı, turizm formallıqlarının sadələşdiril-
Dostları ilə paylaş: