Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə114/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   110   111   112   113   114   115   116   117   ...   356
Kitab Turizm

 
Key words:
 Heydar Aliyev, tourism, hotel, excursion, Azerbaijan
 
 
Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə 
qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün 
sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində 
daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və 
gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və 
sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ 
sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb 
etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi 
fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. 
Bütün sahələrdə olduğu kimi turizm sahəsində də Heydər Əliyevin rolu çox böyükdür.Azərbay-
canda turizmin inkişafı, turizm və ekskursiyaların coğrafiyasının genişlənməsi 1970-1980-ci illərə aid 
edilir. Bu, ümummilli lider Heydər Əliyevin həmin sahəyə bilavasitə diqqətinin və qayğısının 
nəticəsində mümkün olmuşdur. Turizm işinin təşkili üçün Azərbaycan əlverişli coğrafi şəraiti, tarixi-
memarlıq və mədəniyyət abidələri, qonaqpərvərliyi, milli adət və ənənələri, zəngin, ləziz mətbəxi və 
digər amilləri ilə seçilməsinə baxmayaraq, 1950-1960-cı illərdə SSRİ məkanında turizm infrastruktu-
runun ən zəif inkişaf etdiyi bölgələrdən biri idi.
Həmin dövrlərdə məzuniyyət və istirahətlərini Qafqazda keçirmək istəyən xarici turistlər və 
SSRİ-nin müxtəlif regionlarından, iri sənaye şəhərlərindən olan insanlar əsasən, Gürcüstana, Qara 
dəniz sahilində yerləşən kurort şəhərlərinə və Şimali Qafqaz kurortlarına üstünlük verirdilər. Faktlara 
nəzər saldıqda görərik ki, 1969-cu ilədək Azərbaycanda turizm sahəsinə aid olan obyektlərin miqdarı 
da çox az olmuşdur. Azərbaycan Həmkarlar İttifaqlarının Turizm İdarəsinin nəzdində cəmi 3 turist 
bazası: Nabran zonasında1963-cü ildə yaradılmış və əsasən çadır şəhərciyindən ibarət olan “Xəzər” 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin