beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə
tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı. 2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam
genişliyi ilə təbliğ edən “Welcome to Azerbaijan” adlı xüsusi disk hazırlandı və ÜTT-nin Baş
Assambleyasına təqdim olundu. Bununla yanaşı, diskin “Turizm in Azerbaijan” adlı veb səhifəsi
yaradıldı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq
Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Birinci beynəlxalq sərginin açılışı zamanı
ulu öndər Heydər Əliyevin sərgi iştirakçılarına təbrik məktubu oxunarkən necə fərəhləndiyimizi və
qürur hissi duyduğumuzu izah etmək çətindir. Deməli, Azərbaycan adlı vətənimiz bütün dünyada
turizm məkanı kimi qəbul olunmuş və tanınmağa başlamışdı.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə
respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-
2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu.
Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici
qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün
regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist
xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin
ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və
istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri
ötüb keçib.Turizmin inkişafı Azərbaycanın regionlarının iqtisadi inkişafının prioritet istiqamətlərindən
biri kimi qəbul edilib və beynəlxalq təşkilatların rəyinə görə, həyata keçirilməsi üçün gözəl imkanlar
var. Son on ildə ölkəmizin iqtisadi, siyasi, sosial, mədəni və turizm sahələrində əldə etdiyi nailiyyətlər
Azərbaycan dövlətinin qurucusu və memarı dahi Heydər Əliyevin və bu gün onun daxili və xarici
siyasətini layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin böyük zəhməti hesabına
qazanılmışdır.
2003-cü ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında”, 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı
yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir.
2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin
aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində artıq 8-ci dəfə Beynəlxalq
Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir. Azərbaycanda
2011-ci ilin “ Turizm ili” elan edilməsi isə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına
gətirib çıxardı. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət
Proqramı” ölkəmizdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli
istifadəsinə zəmin yaradır.
Xarici turizmlə yanaşı, daxili turizmin inkişafına da diqqət yetirilir. Xüsusilə də sosial turizmin –
aztəminatlı ailələrin, əlillərin istirahət və sağlamlıqlarının bərpasına yönələn turizmə önəm verilir.
Turizmin bu növlərinin genişlənməsində Turizm Departamenti, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası, Dövlət Sosial Müdafiə Fondu və digər əlaqədar təşkilatlar dövlətimizin siyasətini
uğurla həyata keçirirlər.Əminliklə demək olar ki, Azərbaycan Respublikasında turizm tədricən iqtisadi
siyasətin ən qabaqcıl istiqamətlərindən birinə çevrilir. Təbiət bizə Azərbaycanın turizm sənayesini
beynəlxalq səviyyəyə qaldırmaq üçün bütün imkanları bəxş etmişdir, bundan sonrakı işlər isə
insanların fəaliyyətindən və bu işə münasibətlərindən asılıdır.
Dostları ilə paylaş: