Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə119/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   115   116   117   118   119   120   121   122   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
94
Baku, Azerbaijan


məsi, turizm sahəsində müasir təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməklə insan 
kapitalının rolununun gücləndirilməsi prioritet kimi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Yol 
xəritəsinin reallaşdırılmasının ən mühüm cəhətlərindən biri səmərəli və optimal təhsil və elm sistemi-
nin tətbiqidir [1, səh.9]. 
Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meylləri davam 
etdirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Fərmanla 2008-2015-ci illərdə Azərbaycan 
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə və regional inkişafa dair Dövlət 
Proqramlarının qəbul edilməsi regonal turizmin makrosəviyyədə dayanıqlı inkişafına zəmin yaratdı. 
İnvestisiya fəallığının artırılması və investisiya mühitinin yaxşılaşdırılması hesabına ümumilikdə 
ölkədə, o cümlədən ayrı-ayrı regionlarda turizm sahibkarlığının inkiıafının sürətləndirilməsi, turizm 
sferasında əhəmiyyətli sayda yeni iş yerlərinin yaradılması və məşğulluq səviyyəsinin yüksəldilməsi, 
region əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə 
inteqrasiyasının sürətləndirilməsinə təkan verdi.
Dayanıqlı turizmin inkişafını tənzimləyən normativlər turizm bazarında rəqabət və risq 
amillərinin hökmran olduğu şəraitdə xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə vahid göstəricilərin 
müəyyən edilməsini mürəkkəbləşdirir. İqtisadi, sosial, siyasi, təşkilati, texniki və innovasiya xarakterli 
amillərin təsiri turizm fəaliyyətinin müxtəlif növlərində xidmət keyfiyyətinin eyni göstəricilərini 
qiymətləndirməyə imkan vermir [4, səh.319]. Geniş imkanlarla yanaşı, özü ilə böyük riskləri gətirən 
qloballaşma beynəlxalq miqyasda turizm məhsulu və xidmətlərinin istehsalı ilə yanaşı ticarətin, kapital 
axınının və əmək miqrasiyasının sərbəstləşməsi tendensiyalarını kəskin artırmışdır [2, səh.150]. 
Beynəlxalq turizmin inkişafının qeyri-müəyyən xarakteri daha da güclənmiş, dünyada iqtisadi 
dinamikanın müəyyənləşməsində həlledici rola malik güc mərkəzləri sayılan ölkələr sırasına yeni 
ölkələr qoşulmuşlar. Bu isə öz növbəsində iqtisadi və ticarət əlaqələrinə təsir edir, resursların yenidən 
bölüşdürülməsinə, həmçinin turizm sferasında beynəlxalq rəqabətin güclənməsinə gətirib çıxarır. Belə 
bir nəticəyə gəlmək olar ki, dünya turizm bazarında rəqabət və risq amillərinin hökmran olduğu 
şəraitdə Azərbaycanda turizmin dayanıqlı inkişafının təmin olunmasına elmi yanaşmalar mövcud 
olmalıdır. 
Turizmdə uzunmüddətli dayanıqlıq prinsiplərinin təmin olunması turizmin iqtisadi və sosial-
mədəni aspektləri ilə yanaşı ətraf mühitin qorunması ilə yanaşı baş verməlidir. Beləliklə, dayanıqlı 
turizmin sosial-iqtisadi rolu və qiymətləndirilməsi aşağıdakı aspektlərə əsaslanmalıdır: 
1) ekoloji prosesləri dəstəkləyən təbii miras və bioloji müxtəlifliyin qorunmasına kömək edən 
ekoloji resursların optimal istifadəsi turizmin inkişafında zəruri element kimi təmin olunmalıdır; 
2) destinasiyalar tolerantlığı qorumaqla ərazini ziyarət edən turistlərin spesifik sosial-mədəni 
xüsusiyyətlərinə hörmətlə yanaşmalı, mədəni irs və ənənəvi amilləri əsas götürməklə, fərqli 
mədəniyyətlərin qarşılıqlı anlaşmasına, davranışlara həssas yanaşmalıdır; 
3) uzunmüddətli iqtisadi proseslərin dayanıqlığını təmin etmək, daimi məşğulluq və gəlir 
imkanları, destinasiyalarda sosial xidmətlərin təşkil olunması və yoxsulluğun azaldılmasına töhfə 
verən bütün tərəflərin maraqları çərçivəsində reallaşmalıdır.
Dayanıqlı turizm zəruri hallarda müvafiq profilaktik tədbirləri həyata keçirməklə ətraf mühitə 
təsirlərin davamlı monitorinqini tələb edən davamlı prosesdir. Dayanıqlı turizm turistlərin ehtiyaclarını 
ödəmək, çoxölçülü tələblərindən istifadə edərək, nəticələrin davamlılığı barədə məlumatlılığını 
artırmaq və onlar arasında dayanıqlı turizmə dair praktik fəaliyyətlərin təşviqini özündə birləşdirir. 
Kütləvi (ənənəvi) və dayanıqlı turizm modelləri arasında əsas fərq turizmin dayanıqlı inkişafı 
nəticəsində əldə olunan gəlirlərin bir hissəsinin resurs bazasının bərpasına və turizm xidmətlərinin 
innovativ texnoloji strukturunun təkmilləşdirilməsinə istiqamətlənməsidir. 
Destinasiyalarda turizmi inkişaf etdirərkən regional, milli və beynəlxalq turizm mütləq nəzərə 
alınmalıdır. Regional və milli səviyyədə sosial-iqtisadi siyasət, inkişaf proqramları, habelə marketinq 
strategiyası turizmin dayanıqlı inkişafına təsir göstərir. Çox vaxt beynəlxalq turizmin 
stimullaşdırılması bu istiqamətdə uğurlu addım sayılmış olur ki, turizm bazarının vəziyyətinin 
qiymətləndirilməsi məhz bazar indikatorları əsasında aparılır. Bazar indikatorlarına turizm xidmətləri 
təklifi, satış həcmi, qiymətlər və rentabellik daxildir. Turməhsul və xidmətlər üzrə qiymətlərin 
diskriminaiyasının aradan qaldırılması dayanıqlığın təmin olunasında əvəzedilməz rol oynaya bilər
 
[3, 
səh.243]. Çox vaxt bu göstəricilər statistik göstəricilər deyil, dinamiklik indeksi sayılır. Qloballaşma 
şəraitində turizm bazarının vəziyyətinin tədqiqində müxtəlif zəruri elementlər əsas sayılmalıdır: turizm 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin