sektorunda mövcud iqtisadi hadisələrin qarşılıqlı əlaqə və asılılığının təhlili;
seqmentlərin müəyyən-
ləşdirilməsi istiqamətində ardıcıl müşahidələrin aparılması və əsaslandırılması; turizm bazarının
təhlilində müəyyən ardıcıllığa
riayət edilməsi, o cümlədən vəziyyətin proqnozunun hazırlanması.
Cədvəl 1. Dayanıqlı turizmin kütləvi (ənənəvi) turizmdən fərqləndirici xüsusiyyətləri
Müqayisəli faktorlar
Dayanıqlı turizm
Kütləvi (ənənəvi) turizm
Turistlərin cəlb
olunması
Turizm xidmətlərinin həcmi, turizm
sahəsinin təbiətini müəyyən edən
destinasiyaların sosial-iqtisadi və ekoloji
imkanlarına uyğun gəlir.
Turizm fəaliyyəti turist axınının daimi
artmasına istiqamətlənib. Turizm
xidmətlərinin həcmi yalnız
maddi-texniki
bazanın tutumu ilə məhdudlaşır.
Turistlərin davranışı
Turistlər səyahət zamanı destinasiyaların
mədəniyyətinə uyğun müəyyən davranış
tərzinə əməl edirlər. Turistlərin
davranışları yerli əhalinin təbii
qaynaqlarına və ənənələrinə zərər
yetirmir.
Turistlər həyat tərzi və davranışlarını
istirahət sahəsinə gətirirlər.
Təbiət və ətraf
mühitə münasibət
Turistlər üçün təbii obyektlərin
mövcudluğu onların istehlak dəyərindən
daha əhəmiyyətli hesab olunur.
Turistlər təbiət obyektlərində istehlakçı
münasibətinə hakimdir. Təbiət obyektləri
insanlar üçün faydalı olduğuna görə
qiymətləndirilməlidir.
Turistlərlə yerli əhali
arasındakı münasibətlər
Dostluq, qonaqpərvərlik, hörmətə layiq
münasibətlər, yeni mədəniyyətlərin
öyrənilməsi əsas
göstəricilərdən hesab
olunur.
Formal əlaqələr zəmnində ziyarətçilər
özləri xidmət göstərməyə məcburdurlar.
Turizmin iqtisadi fəaliyyətini xarakterizə edən göstəricilərdən ən geniş yayılanı xidmət həcmidir.
Statistikanın qiymətləndirdiyi turizm xidmətlərinin praktiki olaraq xeyli hissəsi turizmin deyil, xidmət
sferasının fəaliyyəti kimi təqdim edilir. Müasir qloballaşma şəraitində dünya ölkələri sahib olduqları
turizm ehtiyatlarından səmərəli istifadə etməklə onun dayanıqlılığına
nail olmaq,
bununla da təbiət,
cəmiyyət, iqtisadi inkişaf və ekoloji vəziyyət arasında dayanıqlı əlaqələr yaratmağa çalışırlar.
Dostları ilə paylaş: