Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə14/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   10   11   12   13   14   15   16   17   ...   356
Kitab Turizm

 
 
 
 
 
TURİZM SƏNAYESİNDƏ RİSKLƏR VƏ ONUN 
QİYMƏTLƏNDİRİLMƏSİNİN ELMİ ƏSASLARI 
 
c.e.d., professor Rza MAHMUDOV 
ETSN Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu 
Azərbaycan Turizm və Menecment Universiteti 
 
Abstract: 
In the article there have been analyzed risks in the tourism industry, reasons of their 
formation, their types and their influence to the development of tourism companies. At the same time 
in the article there have been studied the assessment and the management of risks, their forecasting 
and the reduction of damages for these risks. Also there have been considered damages for separate 
characteristic risks in the tourism business, and there have been analyzed scientifically based models 
to prevent them. 
Key words:
 risk, assessment, types of risks, management, forecasting of risks 
 
Son dövrlərdə bütün dünyada turizmin inkişafı daha böyük qlobal xarakter daşıyır. Ümümdünya 
turizm bazarı güclü transmilli proseslərlə müşayiət olunduğundan burada şəxsi kapitallar beynəlxalq 
əlaqələrdə ölkələrarası müxtəlif monopoliyaların güclənməsi turizm sferasında transmilli şirkətlərin 
inkişafına səbəb olur. Bu isə turizmdə beynəlxalq iqtisadi, siyasi əlaqələrin inkişafında beynəlxalq 
standartların işlənilməsini, təkmilləşdirilməsini tələb edir. Bütün bunlar turizmin effektli inkişafı ilə 
yanaşı turizmdə idarə olunma riskinidə artırır. 
Turizmin inkişafı iqtisadi, sosial-siyasi, ekoloji və s. növ risklərin artmasına səbəb olur ki, bu 
turizm bazarının iştirakçılarına təsir etməklə turizm fəallığında özünü göstərir. Məsələnin həllində 
informasiya mənbəyi və onun dəqiqliyi, marketinq araşdırmaları, xarici və daxili təhlillər xüsusi 
əhəmiyyət kəsb edir ki, bu da mümkün risklərin azaldılmasını təmin edə bilər. Bunlarla yanaşı qlobal 
risklərə daxil olan təbii fəlakətlər, böhranlar, beynəlxalq terrorizm, dünyada iqtisadi böhranlar həmişə 
diqqət mərkəzində olmalı, mümkün proqramlardan istifadə edilməlidir. Buna görə turizm sferasında 
risklərin lokal və qlobal növləri nəzərə alınmalı və bunlar ümumiləşdirilərək risklərin kompleks idarə 
oluması prinsipləri işlənilməlidir [1, 2]. 
Turizm sənayesində risk anlayışı turist müəssisələrinin öz ehtiyatlarının və gəlirinin bir hissəsinin 
itirmə ehtimalının göstəricisidir ki, bu gözlənilməz və ya nəzərə alınmayan təbii, siyasi, ekoloji 
böhranların nəticəsində baş verir. İstənilən baş verən gözlənilməz hadisə turizm sənayesində risk 
qrupuna daxil edilir və turizm müəssisəsinin maliyyə fəaliyyətinə mənfi təsir göstərir. Bu baxımdan 
turizm sektorunda fəaliyyətə başlamazdan əvvəl mümkün risklərin baş verməsinin nəzərə alınması 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin