Risklərin idarəolunma sistemi mürəkkəb struktura malikdir. Bu strukturda nəinki çoxsaylı
müxtəlif mənşəli, müxtəlif təbiətli risklərin təhlilinə eyni vaxtda baxılır, eyni zamanda həmin risklər,
onları yaradan səbəblər qarşılıqlı təhlil olunaraq bu risklər arasında əlaqələrə baxılır. Belə
tədqiqatlarda, təhlillərdə risklərin idarəolunma sistemində aşağıdakı aspektlərə xüsusi diqqət verilir:
-
risklərin çoxfunksiyalılığı və universallığı –
burada müxtəlif mənşəli, təbiətli risklərlə
mübarizə aparmaq və onlardan dəyən ziyanları minimuma endirmək zəruri hesab olunur;
-
risk modulu – burada risklərin idarəolunmasında, müxtəlif proseslərin qarşılıqlı əlaqəsi,
konkret vəziyyətin xüsusiyyəti nəzərə alınır ki, burada istifadəçinin təlabatları öz həllini tapır;
-
riskin idarəlunmasının yüksək nəticəsi.
Bu xüsusiyyət özü də dəqiqlik, optimallıq, adaptasiya kimi keyfiyyəti özündə birləşdirir. Burada
başverən gözlənilməz
hadisələrə tez reaksiya vermək, optimal qərarlar çıxartmaq, praktik tədbirlər
görmək vacib şərtlərdən hesab olunur. Bu isə, turizm şirkətini mümkün potensial ziyanlardan qoruya
bilir. Bu tipli risklərin universal həlli turizm şirkətinin imicini artırmaqla onun etibarlığını və təbii ki,
gəlirlərini də artırır. Risklərin belə idarə olunma sistemi turist firmalarının strukturuna daxil olunmalı,
onların prioritet strateji istiqamətini müəyyən etməlıdir. Bu isə, turizm bazarında şirkətin reytinqini
artıran əsas prinsiplərdən biridir. Yəni risklərin uğurlu həlli turist şitkətlərinin
qeyri-müəyyənlik
şəraitində funksional fəaliyyətinin göstəricisidir.
Riskləri kəmiyyətlə qiymətləndirəndə statistik metoddan, ekspert qiymətləndirməsindən, analitik
metoddan, oxşarlıq metodundan istifadə edilir [ 3 ].
Statistik metodda mümkün baş verən hadisələrin sayı (N) ilə, bu hadisələrdən baş verən neqativ
proseslərin (n) nisbətindən istifadə edilir:
(1)
Risklərin ekspert qiymətləndirilmə metodunda mütəxəssis ekspertlərin apardığı sorğulardan,
tədqiqatlardan, onların analiz və qiymətləndirilmələrindən istifadə edilir. Bu metod daha səmərəli,
effektli olmaqla bəzi risklərdən dəyən zərərlərin qiymətləndirilməsində daha çox istifadə edilir.
Analitik metodda risklərin kəmiyyətlə qiymətləndirilməsi aparılır
və burada iqtisadi-siyasi
modellərdən istifadə edilir. Oxşarlıq metodunda risklərin qiymətləndirilməsində faktiki məlumatlardan
və əvvəllər buna bənzər hadisələrdən baş verən məlumatların müqayisəli, oxşarlıq təhlillərindən
istifadə edilir.
Turizm sahəsində risklərin nəzərə alınması və ondan dəyən zərərlərin azaldılması
qərar qəbul
edən şəxslərin peşəkarlığından və münasibətindən çox asılıdır. Risk üzrə menecerlər mümkün risklərin
başvermə ehtimalının düzgün proqnozunu verməli, burada böhran və qəza risklərini xüsusən
qiymətləndirməlidir. Eyni zamanda risklərin idarə olunmasında
texnoloji, iqtisadi, ekoloji təşkilatı,
psixoloji aspektləri nəzərə almaqla risklərin proqnozuna kompleks yanaşmalıdır. Menecer
fəaliyyətinin əsasını risklə bağlı informasiyaların toplanması və onların düzgün analizi təşkil edir. Risk
üzrə menecer digər istehsalat sahəsində çalışanlarla risklərin düzgün qiymətləndirilməsində qarşılıqlı
əlaqədə işləyir. Belə informasiyalarda menecer əsas informasiya
mənbələrinin dəqiqliyini
yoxlamalıdır.
Burada menecerin maliyyə, marketinq,
istehsalat, təchizat innovativ sahələrdəki səhvi risklərin
dərəcəsinin artmasına səbəb olur. Risk menecmentin proqnozu, risk vəziyyətinin formalaşmasına
səbəb olan turobyektin fəaliyyət tendensiyasını, risk amillərinin nəzərə alınmasına əsaslanır. Belə risk
proqnozları turmüəssisənin fəaliyyət proqnozu ilə uyğun gəlməlidir. Proqnozun vacib hissəsi nəqliyyat
sferası ilə bağlı olmalıdır.
Turmüəssisənin effekti, fəaliyyəti risklərin düzgün proqnoz edilməsindən və
risklərə qarşı görülən tədbirlərdən asılıdır. Risklərin azaldılması əsaslandırılmış pasional istiqamətlərin
seçilməsinə eyni zamanda təhlükəsizliyin təmin edilməsinə olan fasiləsiz nəzarətə əsaslanır. Burada
bütün risk yarada biləcək amillərin nəzərə alınması və onların erqonomik idarə olunmasıdır.
Risklərdən turmüəssisələrə dəyə biləcək zərərlərin sığortasıda risk menecerlərin fəaliyyətinə daxil
edilməlidir.
Turizmdə risklərin qiymətləndirilməsi və proqnozu turizm şirkətlərinin fəaliyyətinin
tərkib hissəsi
hesab edilir. Risklərin ədədi qiymətləndirilməsi iki amilin nəzərə alınmasına əsaslanır [ 4 ].
1.
Hər hansı hadisənin mümkün nəticələri
2.
Həmin hadisənin başvermə ehtimalı
Dostları ilə paylaş: