Key words: Microfinance, tourism, financial markets, developing countries, micro and small
enterprises
Giriş Hazırda bir çox inkişaf etməkdə olan dövlətlər turizmin inkişafını iqtisadi artıma nail olmanın strateji
xətlərindən biri kimi qiymətləndirir. Turizm sektoru xüsusiyyətlərinə görə mikro və kiçik müəssisələr üçün
mövsümi və lokal xarakterli tələbat yaradan sahə kimi qəbul olunur. Mikro və kiçik müəssisələrinin bu
şəraitdən yararlanma qabiliyyətləri əksər hallarda onların kreditləşmə və digər maliyyələşmə mənbələrinə
çıxışı imkanları ilə məhdudlaşır. Mikro və kiçik müəssisələrin maliyyələşmə imkanlarının məhdudluğu
yerli turizmin inkişafı ilə yaranan sinerji imkanların istifadəsiz qalmasına və bu sektorun ümumi rəqabət
qabiliyyətinin azalmasına gətirir. Maliyyə bazarları mikro və kiçik müəssisələri əhəmiyyətli müştəri kimi
qəbul etmir, dövlət tənzimlənməsi isə adətən yerli turizmin investisiya cəlbediciliyinin yüksəlməsinə
istiqmətlənir.
Son illərdə bəzi inkişaf etməkdə olan ölkələrdə Mikromaliyyələşdirmə Təşkilatlarının (MT) köməyi
ilə maliyyə sektorunun müasirləşdirilməsi həyata keçirilir. Bu qurumlar mikro və kiçik müəssisələri
maliyyə xidmətlərindən istifadə etmə imkanı ilə təmin edərək əhalinin məşğulluq səviyyəsinin və rifahının
yüksəlməsinə müsbət təsir göstərirlər.
Bu baxımdan turizm sektorunda mikro və kiçik müəssisələrin tələblərinə cavab verən maliyyə
alətlərinin işlənib hazırlanması, investisiya subsidiyaları, vergi güzəştləri, uzunmüddətli kreditlər, lizinq və
sığorta məhsulları bazarında təklifin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Kommersiya bankları
turizm bazarında maliyyə innovasiyaları tətbiq etməklə maliyyə bazarında yeni seqmentlər yarada və
Mikromaliyyələşdirmə Təşkilatlarının iş təcrübəsindən istifadə edə blərlər.
Müasir dövrdə turizm sektorunun inkişafının ölkə iqtisadiyyatına təsirini aşağıdakı kimi
qruplaşdırmaq olar:
-
yüksək ixtisas səviyyəsini tələb etməyən işçi qüvvəsinə tələbatı artırmaqla işsizlik probleminin
həllinə və rifahın yüksəlməsinə müsbət təsir göstərir;
-
yerli qida, sənətkarlıq və əyləncə məhsulları üçün lokal xarakterli əlavə tələb yaratmaqla bu
sahədə fəaliyyət göstərən mikro və kiçik müəssisələrin inkişafını dəstəkləyir;