-
ölkəyə dönərli valyuta axınını gücləndirməklə ixracın şaxələndirilməsinə
müsbət təsir göstərir;
-
istirahət və əyləncə tələbatlarını daha yaxşı ödəməklə yerli əhalinin xarici turizmə meylini
azaldır və bununla da ölkədən vayuta axınını məhdudlaşdırır.
Əlbəttə, turizmin inkişafı ilə ölkənin yüksək iqtisadi artım templərinə nail olacağını iddia etmək o
qədər də yaxşı ideya deyil. Hər bir ölkənin iqtisadi inkişafı liberallaşma və qanunların
aliliyi ilə
xarakterizə olunan mühitdə və daha çox elm, əmək və kapital tutumlu sahələr hesabına yaranır.
Azərbaycanda turizm sektorunun klasterial inkişaf potensialının təhlili
Azərbaycanda turizm sektorunun inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən
biridir. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standarlar səviyyəsində yenidən qurulması,
müxtəlif bölglələrdə hava və dəniz limanlarının
tikintisi, yeni magistral avtomobil yollarının
salınması, dəmir yolllarının təkmillşdirilməsi kimi irimiqyaslı tədbirlərlə yanaşı turistlər üçün maraq
oyada biləcək tarixi abidələrin bərpası və tanıdılması istiqamətində də dövlət investisiyaları öz
səmərəsini verməkdədir. Son illərdə Azərbaycanda təşkil olunan beynəlxalq incəsənət tədbirləri və
idman yarışları da ölkəmizin turizm baxımından cəlbediciliyinin yüksəlməsinə
və yerli turizm
bazarının inkişafında mühüm rol oynamışdır. Əgər mehmanxana və mehmanxana tipli müəssisələrin
iqtisadi göstəricilərinin dinamikasını turizmin inkişaf barometri kimi qəbul etsək,
onda görərik ki,
2006-2017-ci illərdə mehmanxan biznesinin gəlirlərinin həcmi təxminən 4 dəfə artmış və 2017-ci ildə
284 miyon manat səviyyəsinə çatmışdır.
Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlir və xərclərinin həcmi (min manatla)
Mənbə: www.stat.gov.az
Mehmanxanaların gəlirlərin strukturuna diqqət yetirdikdə görünür ki, bu gəlirlərin 65-70%-
nömrələrin satışından, 22-25%-i qida və içkilərin satışından, 2-3%-i müalicə-sağlamlıq xidmətlərindən
daxil olmuşdir.
Qrafikdən görünür ki, Azərbaycanda müalicə-sağlamlıq xidmətlərindən turizm
gəlirərinin səviyyəsi demək olar ki, dəyişməz qalır.
Dostları ilə paylaş: