Tourism and recreation in the XXI century: problems and prospects


Mikromaliyyələşmə sahəsində beynəlxalq təcrübə



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə23/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   19   20   21   22   23   24   25   26   ...   356
Kitab Turizm

Mikromaliyyələşmə sahəsində beynəlxalq təcrübə
Maliyyə sektorunun yüksək inkişaf səviyyəsi ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə dayağı 
kimi çıxış edir. Maliyyə xidmətləri iqtisadiyyatda iqtisadi inkişafın təmin edilməsində mühüm rol 
oynayır. Bu kapital yığımı və texnoloji proqres tempinə müsbət təsir göstərə bilir. İqtisadi artımı 
stimullaşdırmaq və dəstəkləmək məqsədilə kommersiya bankları, yığım və kredit təşkilatları kimi 
vasitəçi banklar aşağıda qeyd edilən effektləri nəzərə almalıdır (DFID, 2004): 
-
yığımın mobilləşdirilməsi 
-
iqtisadi artımı stimullaşdırmaq və yardım məqsədilə kreditlərin verilməsi 
-
risklərin idarə olunması 
-
investisya imkanları barədə məlumatların təqdim olunması
-
borc alanların monitorinqi
-
əmtəə və xidmətlərin mübadiləsinə yardım etmək. 
Yaxşı 
fəaliyyət göstərən maliyyə sektoru iqtisadi artımın səviyyəsinə müsbət təsir göstərir. Eyni 
zamanda müəyyən olunmuşdur ki, bu sektor gəlirlərin daha yaxşı bölgüsünə imkan yaradır (Beck et 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
12
Baku, Azerbaijan


al., 2004). Bu o zaman baş verir ki, əhalinin aşağı gəlirə malik təbəqəsi bank kreditləri və digər əmanət 
xidmətlərindən istifadə etmiş olsunlar. Onlar potensial kapital yığımında öz paylarına sahib olmaq 
imkanı qazanırlar.
Qeyd olunanlar nisbətən az inkişaf etmiş ölkələrə şamil edilmir, burada banklar əhalinin aşağı 
gəlirli təbəqəsinin maliyyə tələblərinə az maraq göstərir. Banklar müştəriləri xidmətlərlə təmin etmək 
məqsədilə fərz edilən risk və kreditqabiliyyətliliklə bağlı məlumata əsaslanan kredit qərarlarını qəbul 
edirlər. Yoxsul əhali adətən leqallaşmayan müəssisə və bazarlarda qeyri formal işlədikləri üçün 
kreditqabiliyyətlilikləri haqqında informasiyanı itirmiş olurlar. Bu halda borc alanlar və yüksək 
tranzaksiya xərcləri haqqında asimmetriya da yaranır (Phillips et al., 2005) və bu maliyyə bazarlarının 
qeyri-təkmilliyinə və nisbətən az inkişaf etmiş ölkələrdə kreditləşmə normasının səmərəliliyinin aşağı 
düşməsinə gətirib çıxarır. Nəticə etibarilə, banklar da zənn edirlər ki, kiçik həcmli kreditlərin, depozit 
xidmətlərinin təqdim olunması mənfəətli deyil və bununla da yoxsul əhali maliyyə bazarına çıxış 
imkanlarından məhrum olunurlar.
İnkişaf etməkdə olan ölkələrdə kommersiya bankının yoxsul müştərilərə və kiçik biznesə kredit 
xidmətləri göstərilməməsinin səbəbləri vardır. Belə müştəri siyasəti, mərkəzi bankların rezervləşmə və 
kreditləşmə siyasətinə uyğun nəzarət ilə kamil biznes qərarı hesab olunur. Maliyə xidmətlərinə, 
xüsusən kreditlərə təklif və tələb arasındakı uyğunsuzluq əhalinin aşağı gəlirli seqmentinə, həmçinin 
biznesin inkişafına mənfi təsir kimi qiymətləndirilir..
“Mikromaliyyə inqilabı”nın müasir uğuru inkişaf etməkdə olan ölkələrin bu yanaşmasının səhv 
olduğunu sübut etdi. Mikromaliyyə Təşkilatları bank olmasalar da, gəlirləri aşağı olan əhali qrupuna 
maliyyə dəstəyi göstərməkdə ixtisaslaşmışlar. Bu qurumlar göstərdilər ki, düzgün seçilmiş maliyyə 
xidmətləri təklif etməklə maliyyə vasitəçiləri üçün stabil mənfəətli müştəri bazası yaratmaq olar: aşağı 
gəlilrli əhali qrupu
 
kredit borclarını vaxtlı-vaxtında geri qaytarırlar və onların qənaəti bacarmama 
fikirləri
 
mifə çevrildi (Robinson, 2001). Mikromaliyyə Təşkilatlarının yaratdığı imkanlardan istifadə 
etməklə qənaətin təmin edilməsi müştərilərə vəsaitlərin yığımı və gələcəkdə iri investsiya və xərcləri 
dəyərləndirmək bacarığı verir. Yığım və digər maliyyə xidmətlərinin əlçatanlığı əhalinin aşağı gəlirli 
təbəqəsinin həssaslığını aşağı endirir və ailənin gəlirlərinə və rifahına uzunmüddətli təsir göstərir. 
Mikromaliyyə Təşkilatları çox kasıb əhali qrupuna maliyyə xidmətləri göstəərməklə yanaşı 
investorları daimi ödəmələrlə təmin edirlər (Robinson, 2001). Onlar maliyyə sektorunda Korporativ 
Sosial Məsuliyyət konsepsiyasına müraciət edir, maliyyə sektorunun real artımına və yoxsulluq 
miqyasının azalmasına da təsir göstərməyə çalışırlar. Nəticə etibarilə inkişaf etməkdə olan ölkələrdə 
maliyyə sektorunun modernləşməsi baş verir. 
 
Nisbətən az inkişaf etmiş ölkələrdə daha peşəkar və iri Mikromaliyyələşdirmə Təşkilatların 
fəaliyyətləri dəstəklənir. Bu yolla az gəlirli müştərilərə müxtəlif maliyyə xidmətləri təklif etməklə 
ölkədə fəaliyyət göstərən digər maliyyə müəssisələrinə sanki nümunə göstərməyə çalışırlar. Məşhur 
nümunə kimi Nobel mükafatı laureatı Məhəmməd Yunisin təşəbbüsü ilə yaradılan “Grameen Bank”ı 
misal göstərmək olar. Grameen Bank müştəri bazasına (3,7 milyon müştəri) 4,5 milyard dollar 
həcmində vəsait verilmişdir.
Nəticə olaraq bütün dünya üzrə 70 milyona qədər aşağı gəlirli müştəri kreditlər, yığım və 
mikrosığorta kimi maliyyə xidmətlərindən yararlanmağa başamışdır (Robinson, 2001). Göstəricinin 
təsirli olmasına baxmayaraq bu bütün dünyada potensial tələbin çox az payını təşkil edir. Bu səbəbdən 
mikromaliyyələşdirmə xidmətlərinin nisbi təklifi yoxsulluğun azalmasına məhdud təsir göstərmişdir 
və yoxsul təbəqənin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli olmamışdır. Lakin bununla 
belə inkişaf etməkdə olan ölkələrdə Mikromaliyyələşdirmə Təşkilatları yenə də bankçılığa nisbətən az 
fəaliyyət göstərir.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin