turizm bazarlarının konkret hədəf seqmentləri üzrə ixtisaslaşırlar. Uğur qazandıqları halda kiçik
müəssisələr fəaliyəti genişləndirir, öz bizneslərini qeydiyyata alır, torpaq və binalara investisiya
yatırırlar.
Gəlir və maliyyələşdirilmə strategiyalarına gəldikdə isə bu müəssisələrə əsasən
mikromaliyyələşdirmə institutları deyil məhz adi kommersiya bankları tərəfindən xidmət göstərilir.
Lakin, kiçik mehmanxana seqmentinə baxsaq görərik ki, onların əsas vəsaitlərin ümumi həcmində
aktivlərinin payı çox aşağı olaraq qalır. Görünür, onlar daha çox öz fəaliyyətlərində nağd pul vəsaitləri
və cari aktivlərdən asılıdır nəinki mikromüəssisələr.
Kiçik müəssisələrin bu kateqoriyası iqtisadi inkişaf üçün vacibdir, amma kifayət qədər dövlt
dəstəyini qazana bilmirlər. Bu kateqoriyanın maliyyə ehtiyaclarının qiymətləndirilməsi üçün bir çox
tədqiqatlar həyata keçirilmişdir. Afrika ölkələrinin müqayisəli təhlili KOM-lərin maliyyələşdirilmə
əlaqələrini aşağıdakı məhdudiyyətlərlə ümumiləşdirir (Beyene, 2002):
yüksək faiz dərəcələri (30-40% illik)
uzunmüddətli kreditlərin olmaması
girov və zəmanət sxemləri üzrə mhdidiyyətlər
bürokratik bank prosedurları
mövcud olan maliyyələşdirilmə mənbələri haqqında informasiyanın olmaması (maliyyə
bazarlarında şəffaflıq məhdudiyyətləri)
maliyyələşdirilmə şəhər yerlərində konsentrasiyası
şaxələndirilmiş maliyyə məhsullarının azlığı (sığorta, pay maliyyələşdirilməsi, xarici valyuta
əməliyyatları).
Ticarət və İnkişaf üzrə Birləşmiş Millətlər Təşkilatı Konfransı (TİBMTK) kimi bəzi təşkilatlar bu
biznes seqmentini
"boşluq"
kimi adlandırırlar. İnkişaf etməkdə olan ölkələrdə isə bu sıraya daxil olan
firmaların sayı çox məhduddur və onların uzunmüddətli iqtisadi artım və kapital yığımında əhəmiyyəti
güclüdür: Şərqi Asiya ölkələrində ÜDM-in artımının bir qisminin kiçik və orta müəssisələrə (KOM)
aid olmasına baxmayaraq, bu ölkələrdə mikromüəssisələrin rolu azalıb (Bannock, 2005). İnkişaf
etməkdə olan ölkələrdə hökumət bir qayda olaraq, öz iqtisadiyyatlarının ilk iki seqmentləri barədə
unudurlar. Onlar 9-250 əməkdaşdan ibarət müəssisələri xüsusilə qiymətləndirirlər. Əsas arqumentləri
ondan ibarətdir ki, bu müəssisələr orta hesabla layiqli səviyyədə performansa çatırlar və bu zaman
nisbətən böyük həcmdə iş yeri yaradırlar.
Beləliklə, kiçik müəssisələr məhsuldarlıq qabiliyyətinə (performansa) görə özünü məşğul edən
mikromüəssisələrdən, iş yerlərini yaratma qabiliyətinə görə isə iri müəssisələrdən daha effektli
görünür. Hökumətin bu seqmentə diqqətinin artırılması üçün bu əsaslandırma kifayət qədər
qənaətbəxşdir. Lakin bir çox ölkələrdə kiçik müəssisələrin məşğulluğun artmasında, gəlirlərin
bərabərsiziyinin və yoxsulluğun azaldılmasında rolu lazımi səviyyədə qiymətləndirimir (Bannock,
2005).
Dostları ilə paylaş: