Tourism and recreation in the XXI century: problems and prospects


Turizm və mikro və kiçik müəssisələr: xüsusiyyətləri və məhdudiyyətlər



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə24/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   20   21   22   23   24   25   26   27   ...   356
Kitab Turizm

Turizm və mikro və kiçik müəssisələr: xüsusiyyətləri və məhdudiyyətlər 
Lokal səyahət xidmətlərinin əksəriyyəti mikro və kiçik biznes vasitəsilə təmin edilir. 
Hesablamalara görə, yalnız yataqxanada yataqların 80%-i kiçik, ümumiyyətlə ailə müəssisələrindədir. 
Kiçik müəssisələr turizm zəncirinin müxtəlif komponentləri arasında yerli nəqliyyat, ərzaq və içkilər, 
kiçik otellər, mağazalar və alış-veriş xidmətləri mühüm bir əlaqə yaradır. Biznes əlaqələrinin və 
maliyyə axınının mürəkkəbliyini təhlil etmək üçün aşağıdakı konseptual çərçivəni tətbiq etmək və onu 
turizm sektoruna tətbiq etmək uyğun görülür. 
Turizmdə özünü məşğul edən aşağı gəlirli əhali təbəqəsinə nümunə olaraq küçə satıcıları, baqaj 
daşıyıcıları, təmizlik xidmətləri göstərənləi misal göstərmək olar. Yoxsul insanlar əsasən turizm 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
13
Baku, Azerbaijan


mövsümündə (potensial turistlərin və satışların sayından asılı olaraq), bu xidmətəri göstərir, digər 
vaxtarda isə əsasən titkinti və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. 
Cədvəl 1. Müəssisələrin növləri 
Tipi 
İşçi sayı 
Xarakteristikalar 
Yığımı üçün aktivlər 
Fərdi 
sahibkarlıq 
Özünə-
məşğulluq 
Əsas fəaliyyət növünə əlavə olaraq, 
mövsümi və lokal tələbatları ödəməklə 
ailə büdcəsini əlavə gəlir gətirir.
Maliyyə xidmətlərinə tələbatları mövsümi, 
qeyri-münətəzm xarakter daşıyır və kiçik həcmli 
olur. Adətən likvidli aktivlərə malik olmurlar. 
Mikro 
müəssisələr 
1 – 9 nəfər 
Məhdud həcmli istehsal obyektlərinin 
işlədilməsi, böyümə imkanlarının 
məhdudluğu. Turizmlə bağlı gəlirlərin 
ailə büdcəsində payının qeyri-
müntəzəmliyi 
Az miqdarda likvidli aktivlərin mövcudluğu.
Dəqiq biznes strategiyası olmur,
Əsas məqsəd gəlirin sabitləşməsi
Kiçik 
biznes 
10 - 49 
Təşkilatlanmış olurlar, 
ixtisaslaşmış turizm fəaliyyəti ilə 
məşğul olurlar 
Biznes strategiyasına və kiçik həcmli aktivlərə 
malik olurlar, 
ödəmə qabiliyyətləri qismən yüksəkdir 
Özünü məşğul edən aşağı gəlirli əhali qrupu əsas vəsaitlərdən istifadə və ya sərmayə yığmaq 
imkanını çətinliklə nail olurlar. Onlar biznesə strategiya kimi deyil, yaşamaq imkanı kimi baxır, 
sahibkarlıq (marketinq və texniki) bacarıqları və xidmət keyfiyyəti adətən eynilik təşkil edir. Belə 
fəaliyyətlə məşğul olan qrup üçün nağd vəsaitlərin çatışmazlığının aradan qaldırılması və kiçik 
sərmayə ilə təmin edənməsi əsas maliyyə xidmətləri kimi çıxış edir.
Müasir mərhələdə mikro müəssisələr aşaği gəlirli sahibkarlardan fərqli olaraq, müəyyən 
biznes strategiyası ilə işləyirlər. Mikro turist müəssisələrinə nümunə olaraq taksi sürücüsü, kiçik 
restoran, qida və içki satıcıları, pərakəndə mağazaları misal göstərmək olar. Dolayı xidmətlər apteklər, 
foto studiyaları, bərbərxanalar, sfitnes zalları, dükanlar və s. vasitəsilə həyata keçirilir. Fəaliyyətə yeni 
başlayan mikro müəssisələr dövriyyə kapitalına və bəzən əsas vəsaitlərə sərmayə yatırmaq üçün 
maliyyələşdirilməyə ehtiyac duyurlar. Bəzən ilkin maliyyə vəsaiti ailələr və dostlar vasitəsilə əldə 
edilə bilər, lakin bu vəsait heç də yeni işə başlamağa kifayət etmir. İnkişaf etməkdə olan ölkələrdə bu 
müştərilər Mikromaliyyə Təşkilatlarına yönəldilir. 
Digər müəssisələrdən fərqli olaraq, ixtisaslaşdırılmış mikro-turizm müəssisələri məsələn 
ixtisaslaşdırılmış çörək və qənnadı məmulatları, qəhvə evi, suvenir ticarəti və sənətkarlıq mağazaları, 
səyahət agentlikləri, kiçik tur operatorları, kiçik kirayəlik evlər kimi turizm sektoru ilə işləyir. 
Gəlirlərinin mövsümi və qeyri-müntəzəm satışlardan asılı olması bu müəssisələrin əsas 
xüsusiyyətlərindən biri sayılır. Eyni zamanda, mikro-müəssisələr öz fəaliyyətinin başlanğıcından 
etibarən sabit aktivlərdən istifadə etməlidirlər. İxtisaslaşmış mikro turizm sahibkarları mövsümi 
xarakterli biznes fəaliyyətində kapitaldan istifadə etməklə yanaşı xammal və ya hazır məhsulların 
minimum səviyyəsinin alınması və saxlanması, müntəzəm təmir xərcləri (elektrik, su, yanacaq, 
nəqliyyat, əmək haqqı və s.) üzrə ödənişləri, malların və xidmətlərin bazara təqdim edilməsi, 
təchizatçılara ödənişləri, icarəyə haqlarının ödənilməsi kimi cari xərclərin maliyələşməsinə ehtiyac 
duyurlar. 
Satışdan gəlirlərin qeyri-müntəzəmliyi, cari xərclərin isə daimiliyi (investisiya ehtiyacları da 
mühüm rol oynayır) onların maliyyə həssaslığını artırır və nəticədə bu müəssisələr maliyyə 
xidmətlərini əldə etməkdə çətinlik çəkirlər. Maliyyə resurslarının çatışmazlığı bu müəssisələrin 
rəqabətliliyini məhdudlaşdırır və onların maiyyə bazarının müştərisi kimi cəlbedciliyini azaldır. 
Belə halın yaranması səbəblərinə aşağıdakıları aid etmək olar: 
-
müştərinin aktivəri və ödəməqabiliyyəti barədə informasiya asimetriyasının mövcudluğu; 
-
kreditləşmə siyasətinin dövlət tənzimlənməsi ilə yaranan məhdudiyyətlər; 
-
mikromüəssisələrin biznes planlama və marketinq qabiliyyətlərinin zəifliyi
-
maliyyə savadsızığı (vergi ödəmələri, uçot, maliyyə bazarlarına çıxış və s. üzrə). 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin