Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə215/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   211   212   213   214   215   216   217   218   ...   356
Kitab Turizm

3-4 May 2019
169
Baku, Azerbaijan


sahələrinə, ələxsus da – kənd turizminə hələ də kifayət qədər diqqətin ayrılmaması, kənd turizminin 
sənayedə yeni olması respublikamızda kənd turizminin inkişafı yolunda ən vacib, ən ümdə olan 
problemlərdəndir. Təcrübə göstərir ki, İEÖ-lərdə və İEOÖ-də kənd turizminin fərqli problemləri 
vardır. Azərbaycanın müsbət sosial-iqtisadi inkişaf xətti və turizm sənayesində inkişaf perspektivləri 
bir vaxtlar digər İEOÖ – in tarixində olmuş, bu təcrübələr mərhələlərlə işlənilmiş, bütün problemlər 
aradan qaldırılmış, ölkələrin bəziləri sırf kənd turizmi sferasında yüksək nəaliyyətlər əldə etmiş, hətta 
artıq təcrübələrini digər ölkələrlə bölüşmək belə ölkəyə gəlir gətirməyə başlamışdır. Mümkün və 
mövcud təcrübələr əsasında Azərbaycanda kənd turizminin inkişafı yolunda mümkün dövlət 
proqramının qəbulu bu prosesləri sürətləndirə, qısa müddət sonra görülən tədbirlərin nəticəsinə 
çatmağa imkan verə bilər. Bu da öz növbəsində həm regionlarda, həm də əhalinin sosial-iqtisadi 
inkişafında mümkün irəliləyişlərlə müşahidə olunacaqdır.
Azərbaycan respublikasında kənd turizminin inkişafı üçün qəbul olunmuş dövlət proqramı olmasa 
da, regionlarda müəyyən beynəlxalq təcrübələr əsasında maarifləndirici tədbir və layihələr həyata 
keçirilir. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Gənclər Fondu daima turizmin 
inkişafı üçün addımlar atmaqdadır. Bu fond dünya praktikasına əsaslanan turizm istiqamətlərini 
ölkəmizdə tətbiq etməklə inkişaf etdirmək arzusundadır. Onların dəstəyi ilə ilk dəfə Respublikamızda 
kənd turizminin inkişaf etdirilməsi üçün "Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” 
layihəsini həyata keçirilib. Layihə çərçivəsində aztəminatlı gənc ailələr və gənc kənd sakinləri 
arasında kənd yaşıl turizmini stimullaşdırmaqla onların məşğulluğunun təmin edilməsinə və sosial-
iqtisadi göstəricilərinin artmasına nail olmağın mümkünlüyü barədə təlimlər həyata keçirilib. 
Həmçinin kəndlərdə yaşayan yeni nəslin nümayəndələrinin kənd infrastrukturunun verdiyi 
imkanlardan yararlanaraq turizmin bu növündən bəhrələnmək imkanları müzakirə edilib. "Kəndlərdə 
yaşayan gənclərimizi aqroturizm, fotoovçuluq, yaşıl turizm operatorluğu kimi yeni peşə və ixtisaslara 
həvəsləndirməklə regionlardakı vətəndaşların öz imkanlarını reallaşdırmasına, bununla yanaşı, yeni iş 
yerlərinin yaradılmasına, öz məşğulluqlarını və gəlir əldə etməsini təmin etmələrinə nail olmaq 
mümkündür". Həyata keçirilən bu layihə sırf maarifləndirmə məqsədi daşıdığı üçün qeyd olunan 
infrastrukturları qurmaq mümkün deyildi. Onu da deyə bilərik ki, kənd turizmi aqrar turizmin də 
inkişafına səbəb olur. Kəndlərin sosial-iqtisadi inkişafına təkan verir.
Azərbaycanda kənd yaşıl turizminin inkişaf etdirilməsi üçün mümkün imkanları nəzərə alaraq 
aidiyyatı qurumlar məqsədli, ardıcıl və sistemli şəkildə fəaliyyət həyata keçirməklə qeyd olunan 
sahənin inkişaf etdirilməsinə nail ola bilərlər. Bu istiqamətdə imkanların çox cüzi bir hissəsindən 
istifadə olunur. İlk növbədə aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl 
turizminin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə fəaliyyətinin təşkili, kənd yaşıl turizminin 
inkişafının yeni metod və vasitələrinin təbliğ edilməsi və regionlarda kənd yaşıl turizm mədəniyyətinin 
formalaşdırılmasına nail olmaq vacibdir. Yerli hakimiyyət qurumlarının diqqətini kənd turizminin 
inkişafına və bununla bağlı infrastrukturun yaradılmasına yönəltmək effektiv ola bilər. Aztəminatlı 
gənc kənd sakinlərinin gələcəkdə məşğulluğunun təmini üçün onlar arasında yerli kadr potensialının 
formalaşmasına, onların kənd yaşıl turizmi ilə bağlı yeni peşələrə yiyələnməsinə dəstək olmaq üçün 
regionlarda müvafiq peşə kurslarının yaradılması faydalı ola bilər. Avropa ölkələrindən Fransa, İtaliya 
kimi ölkələrdə aqroturizm böyük maraqla qarşılanıb. Bu sahə bizim ölkəmiz üçün də vacibdir. 
Azərbaycanda da kənd yaşıl turizminin modern formasını hazırlamaq olar. "Kənd turizm imkanlarının 
təbliğ olunması ölkəmiz üçün çox vacibdir. Çünki bu sahənin inkişafı kənddən şəhərə olan axının 
qarşısının alınması, işsizliyin həll olunmasına istiqamətlənib.
Kənd turizminin inkişafının müsbət istiqamətlərinə baxmayaraq, bu sənayenin üzləşdiyi 
problemləri qeyd etməmək mümkün deyil. Respublikamızda həmçinin Astara rayonunda kənd 
turizminin inkişafı üçün əsas problemlər içərisində kənd turizminin inkişafı üçün ümumiyyətlə qəbul 
edilmiş milli konsepsiyanın olmamasıdır. Bundan başqa kənd turizminə dair aydın şəkildə tərtib 
edilmiş dövlət siyasətinin olmaması və buna görə də bu cür fəaliyyət üçün tənzimləyici bir çərçivənin 
olmamasıdır. Həmçinin Azərbaycan Respublikasında kənd turizmi sahəsində fəaliyyətini tənzimləyən 
xüsusi qanunvericiliyin olmaması, ixtisaslı kadrların olmaması, xarici və yerli turistlərin xidmətində 
bilik və təcrübənin olmaması, öz istirahət resurslarının cahilliyi də əsas problemlərdəndir.
Turizm zonalarında inkişaf etmiş turizm sənayesinin olmaması vacib problemlərdəndir. İnsan 
faktoru turizmdə ən başlıca problemlərdəndir. Çünki o, xidmət səviyyəsini təşkil edən aparıcı 
qüvvədir. Daima kadrların düzgün idarə edilməməsi problemi öndə planda durur. Müştəri üçün yüksək 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin