Keywords: Cruise, sea cruises, ship, harbor, travelers Ümumiyyətlə son zamanlar bütün dünyada əsasəndə İnkişaf Etmiş Ölkələrdə turizm gündən-günə öz
inkişaf dövrünü yaşayır. Buna səbəb sivilizasiyanın inkişafı ilə əlaqədar insanların maraq dairəsinin
genişlənməsi, ödənişli məzuniyyət günlərinin artırılması, səyahətə marağın artması, dil səviyyəsinin
getdikcə inkişaf etməsi, millətlərarası münasibətlərin və multikulturalizmin ötən dövrlərə əsasən inkişaf
etməsidir. Hal-hazırda bir çox ölkələr turizmdən yararlanırlar, bəzi dövlətlər özlərini dünya miqyasında
tanıtmaq, biznes olaraq yararlanmaq, ölkə iqtisadiyyatının və əhalinin gəlirlərini artırmaq, xarici
investisiyanın ölkəyə gəlməsinə nail olmaq və s. səbəblərdən.
XX əsr turizm baxımından dəniz nəqliyyatının inkişaf etdiyi bir dövrdür. XX əsrə qədər gəmilərin
hərəkət etməsi və bəzi xidmətlər zamanı kömürdən, insanların əl əməyindən istifadə olunurduki, buda əlavə
xərclərə, əziyyətə zaman və yer itkisinə səbəb olurdu. Zaman keçdikcə dənizyolu nəqliyyatına tələbin
artması gəmilərin müasirləşməsinə gətirib çıxartdı. Sərnişin gəmiləri həcm baxımından xeyli böyümüş,
xidmətlər və komfortlarıda xeyli artmışdır. Hal-Hazırda gəmilərdə yanacaq və atom enerjisindən istifadə
olunması gəmilərdə əlavə xərclərə, yer və zamana böyük həcmdə qənaət edilməsinə və sürətin artmasına
gətirib çıxartmışdır. Əsasəndə II Dünya müharibəsindən havayolu nəqliyyatının əhəmiyyətinin artması
sərnişin daşıyan gəmilərin fəaliyyətini zəiflətdi.Bundan sonra sərnişin daşıyan gəmilər təkcə sərnişin
daşınması üçün deyil istirahət, əyləncə və ekskursiya üçün istifadə olunmağa başlandı. Bu növ gəmilərdə
səfər etmək və səyahətlər turizmi çox inkişaf etdirmişdir. Üzən otellər adlandırılan bu gəmilər kruiz
turizminin formalaşmasına və hazırki inkişafına gətirib çıxartdı. [1]
Kruiz turizmi - sadə dildə desək su səthi üzərdində üzən bir oteldə ölkələrarası gəzinitdir. Bu dəniz
gəzintiləri böyük bir oteldə yerləşdirməni əks etdirir və bir çox cəhətlərdən onlar 5 ulduzlu otellərlə eyni
funksiyalara malikdirlər. Kruiz turizminə liman səfərləri, şəhər gəzintiləri və alış-veriş daxildir.Kruiz
gəmilərinin yan aldığı limanlar və bu limanlarda turistlərə təklif olunan turistik xidmətlər liman ölkələrinin
əsas olaraq sərmayə qoyduğu sahələrdir.
Daxilində hovuz, kinoteatr, restoran, bar , aliş-veriş və əyləncə mərkəzləri, istirahət və ekstrim üçün
imkanların olması ilə bu nəhəng gəmilər səyahətçilərin dahada diqqətini çəkdi. Bu növ gəmilərdə
səyahətlərin başlanması yəni kruizinqin yaranması əsasən 1840-cı illərə dayansada müasir mənada kruizin
inkişafı 1950-1970-ci illərdə inkişaf etmişdir. Ən son istifadəyə verilən gəmilərdə rəqs, qumar, idman
salonları, aerobika zalı, hətta 8 halqalı mini-qolf sahələrinə və ya dırmanma divarı həmçinin buz
meydançalarına qədər bir çox imkanlar vardır.
Kruiz turizmi digər turizm növlərinə nisbətən bahalı və nisbətən müasir turizm növüdür. Əsasən digər
turizm növlərindən sonra kruiz turizmi inkişaf etməyə başlamışdır. Hal-hazırda turizm sektorunda fəaliyyət
göstərən tur operatorlar kruiz xidmətlərinin göstərilməsinə daha maraqlıdırlar. Kruiz gəmilərində hər şey
gəmi daxilində baş verir, yəni bütün xidmətlər bir məkanda təklif olunur. Qidalanma, gecələmə, dincəlmə,
istirahət və əyləncə bir məkanda baş verir. Burada insanlar qısa zaman içərisində yeni dostlar qazanırlar.
Çox zəngin xidmətləri olan dəniz turu gəzintisi bütün digər turizm nüvlərinə nisbətən ən çox zövq, istirahət
və əyləncə təmin edən turizm növüdür. Kruiz gəmilərində səyahətlər sərnişinlərin sayından asılı olmayaraq
təşkil olunur. Yalnız hava şəraiti əlverişli olmadığı halda tur təxirə salına bilər. [5. səh 110]