-
eksluziv – bir nəfər üçün bir günlük qiymət – $1000 – dan yuxarı [3]
Bu turizm növü digərlərindən fərqlənir, gəmilərin limanda marşurt üzrə saxladığı anda, gəmidəki
minlərlə insanın şəhərə axışması və qısa zaman içərisində buranı tərk etməsi həmin ərazidə müəyyən
dəyişikliklərə səbəb olur. Səyahətçilərin şəhərə birdən və qrup halında axışması şəhərdə sıxlığa və
tıxaclara səbəb olur.
Kruiz turizmi :
gəzmək seyr, etmək,istirahət, dəniz gəzintisi mənalarını daşıyır. Kruiz – Su
səthində gəmi ilə səyahət etməklə müxtəlif dəniz limanlarına daxil olaraq ekskursiyalar təşkil
etməkdir. Kruiz zamanı insanların bütün ehtiyacları gəmidə təşkil olunur.
Buraya qidalanma,
yerləşmə, istirahət, əyləncə daxildir. Və buna görədə müasir kruiz gəmiləri
turistlərə hərtərəfli
xidmətlər təklif edən lazımi infrastruktur və şəraitlə təchiz olunmuş komfortlu nəqliyyat növü
olmalıdır.
Kruizinq adlandırılan lüks gəmilərdə səyahət edən orta və varlı təbəqədən olan səyahətçilərin sayı
hər il təxminən 10% artır. Dünya miqyasında təxminən 13,6 milyon insanın səyahət etdiyi bu növ lüks
gəmilərdə təşkil oluan bu turizm növü təqribən 30 milyard ABŞ dolları gəlir gətirməkdədir.
Kruriz səfərlərində ən çox gəlir gəminin daxilində olan əlavə xidmətlərdən qazanılır. Təbii olaraq
kruiz səfərləri zamanı qiymətlərdə xeyli fərq hiss olunur. Bununda əsas səbəbi hər şeyin bir məkanda
olması, xidmət və servisin bir məkanda təqdim olunmasıdır. Nəğd pulla təklif olunan əlavə xidmətlərə
oyun maşınları, idman və tibbi aparatlar, masaj, sauna xidmətləri, fotoqraf , bərbər, çamaşırxaa, quru
təmizləmə,poçt xidmətləri, mağazalar, ərzaqlar, barda təklif olunan içkilər, limanlarda ekskursiyalar,
telefon danışıqları, daxildir. Pulsuz xidmətlər olaraq
tibi xidmətlər, baqaj saxlama kamerası, kitabxana,
uşaq otaqları,
daxili telefonlar, kayutalardakı televizorlar, hovuz, duş vannası, məlumat büroları
xidmətləri təklif olunur.
Dünya kruiz bazarında bazarın ən böyük hissəsi Amerikanın payına düşürki, əsas yerləri Şimali
Amerika və Kanada tutur. Avropalı səyahətçilər bütün dünyadakı kruiz sərniçinlərinin 22%-ni təşkil
edirlər.
Dostları ilə paylaş: