Kruiz turizminin məhsulu xüsusi gəmi səyahətinin mərkəzində olan turizm fəaliyyətidir. Bu
səyahət zamanı əsasən turistlər bir gəmi səyahəti satın alırlar. Səyahət müddətində gəmi bir neçə
limana yan alır, turistlər təkcə gəminin içərisində deyil həmçinin bir neçə şəhəri görmək, tanış olmaq
xatirə olaraq suvenir almaq və s. bu kimi imkanlara yiyələnə bilərlər.
Dəniz kruizləri – adətən qapalı dairədə ölkələrin daxili limanlarına radial səfərlərdir.
Dünyada
150 dən çox kruiz şirkətləri vardır ki bunlar Misir, İspaniya, İtaliya, Amerika, Danimarka, Norvec. Ən
məhşur kruiz daşıyıcıları Carnival Cruise Lines, Celebrate Cruises,
Royal Caribbean International,
Princess Cruises, Costa Cruises, Norwegian Cruise Lines. Hər il kruiz şirkətlərinin sayı artır ,
həmçinin turislərində kruizə marağı artmaqdadır. 1980-ci illərin əvvəllərindən bəri kruiz gəmilərinin
sayı artmaqdadır. 1985-ci ildə 120, 1994 -cü ildə 175, 2003-cü ildə 327, 2006-cı ildə dəniz kruvaziyer
gəmisi sayı isə 387 idi. 1980-ci ildə dəniz turu üzrə 1,5 milyon turist, 1993-cü ildə 4,5 milyon, 1996-cı
ildə - 6,5 milyon, 2003-cü ildə - 9 milyon, 2006-cı ildə bu göstərici 12 milyona çatmışdır. İllər
keçdikcə bu qeyri adi kruiz səfərlərinə tələbat artır və hər il kruiz gəmilərinin
və bu xidmətlərdən
istifadə edən turistlərin sayı artır. Deyə bilərik ki, artıq digər turizm növlərinə maraq azalmış, yəni bu
turizm növləri nisbətən adiləşmiş və kruiz turzminə maraq artmışdır.
Dəniz Kruizlərinin əsas bölgələri Karib və Aralıq dənizləridir. Karib dənizinin əsas üstünlüyü
burada ilboyu səyahətin mümkün olmasıdır.Kruiz marşurtlarının müddəti 3 gündən 2 həftəyə qədər
dəyişr. Kruizinq marşurtları əsasən Avropanın bir neçə ölkəsində - İspaniya, İtaliya, Yunanıstan və
Şimali Afrika ölkələri – Mərakeş, Tunis, Misirə daha çox yayılmışdır. Ən
populyar kruiz şirkətləri
120-140 gündən artıq davam edən dünya səyahətlərini təşkil edirlər. [1]
Kruiz turizm məhsulu əsasən istehlakçı bazarının yüksək ödəmə qabiliyyətinə malik xüsusi və elit
seqmenti üçün nəzərdə tutulmuşdur. Ümumiyətlə dəniz turları digər turlardan daha bahalıdır. Kruiz
turları müəyyən regional su hövzələrində həyata keçirlir. Turlar müəyyən bir limandan başlanırki,
turistlər buraya digər nəqliyyat vasitələri ilə gəlməlidirlər (avtomobil, dəmir yolu və ya hava nəqliyyatı
). Təkcə Karib dənizində təşkil olunan kruizlərdə 3 nəhəng kruiz şirkəti - Carnival Corp., Royal
Carribean və P&O kruiz bazarında 113700 yer təklif edir. Carnival Holdinq – in tərkibində 9 kruiz
şirkəti fəaliyyət göstərir. Onlar qlobal kruiz bazarının 44.8% - nə nəzarət edirlər.
Royal Carribean qrup
- tərkibindəki 6 şirkətin bazarda payı 24.7 % təşkil edir. Əlavə olaraq Norvegiya Cruise Line şirkəti
bazarın 8.9 %, MSC Cruises isə 6,4 % - i tutur. Kruiz şirkətləri tərəfindən təşkil edilən marşurtların
təxminən 40 % -i Karib dənizi bölgəsinə düşür. Bu bölgə dəniz səyahətləri üçün ən məhşur yerdir.
Tələbata uyğun olaraq kruiz bazarında ikinci yeri Aralıq dənizi tutur. Bütün kruiz marşurtlarının 17 %
-dən çoxu buarada cəmlənmişdir. Və kruiz şirkətlərinin marşurtlarının 10,4% -i Asiya – Sakit okeanı
regionunun payına düşür. Mövsümə uyğun olaraq deyə bilərikki, Aralıq dənizi – may-oktyabr, Karib
dənizi – qış aylarında, Avropa və Skandinaviyanın ətrafında təşkil olunan kruizlərin qızğın vaxtları
may ayının ortalarından avqustun sonuna qədərdir. [ 2, səh 430]
Bu gün dəniz səyahətlərindəki mövcud vəziyyət müştərilərin ehtiyaclarına və tələblərinə görə
dəyişir. Bunu həm yemək, həm əyləncə həmdə səyahət proqramları üçün deyə bilərik.
Əvvəllər
gəmilərdə restoranlar kafe səviyyəsində fəaliyyət göstərirdi indi isə artıq hər şey müasirləşib və
dəyişib. 5 gündən artıq olan gəmi səyahətlərində turistlərə sifarişli sistem təklif olunur ki, menyularda
ət, balıq və vegeteriyan yeməkləridə seçə bilərsiniz. Əsasən səhər yeməyi üçün otellərdə olduğu kimi
bəzən bir çox otellərdəndə daha zəngin İsveç masası təşkil olunur. Əyləncə proqramları getdikcə
zənginləşir və daha maraqlı olur, turşirkətlər animasiya proqramları zamanı tanınmış
müğənni və
artistləri dəvət edirlər. Bir qayda olaraq gəmiyə Dijey, müğənni, rəqs qrupu və bir birindən maraqlı
uşaq animasiya oyunçuları dəvət olunur.
Səfərə çıxdıqdan sonra sizə bəzi şəhərlərdə əlavə ödənişli ekskursiyalar təklif olunacaqdır. Bu
ekskursiyaların siyahısı kruizin ilk günlərində sizə təqdim olunacaq.
Kruiz turlarının ən böyük üstünlüklərindən biridə səyahətçilərin vizasız səyahət edə bilməsidir.
Sərnişinlər limanlarda 48-72 saat vizasız səfərlər edə bilərlər. Kruizlərin ən böyük dezavantajı olduqca
yüksək qiymətdir. Ancaq son zamanlarda nisbətən ucuz xidmət göstərən kruiz şirkətləri ortaya çıxdı.
Kruiz xidmətlərində aşağıdakı qiymət təsnifatı qəbul edilmişdir:
-
ekonom – bir nəfər üçün bir günlük qiymət – $75-%150
-
klassik – bir nəfər üçün bir günlük qiymət – $100-$150
-
premium – bir nəfər üçün bir günlük qiymət – $150-$400
-
lüks – bir nəfər üçün bir günlük qiymət – 700$-$1000
Dostları ilə paylaş: