Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə222/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   218   219   220   221   222   223   224   225   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
175
Baku, Azerbaijan


sahələrin, o cümlədən sənayenin, kənd təsərüfatının, regionların, tikintinin, mənzil məişət şəraitinin 
yaxşılaşdırılması üçün dövlət infrastruktur layihələri hazırlayır. Hər bir regionda məhsuldar qüvvələrin 
yerləşməsi üçün tələbatın genişlənməsi məqsədilə dövlət investisiya layihələri hazırlayır. 
Turizmin inkişafının, onun region təminatının əsas istiqaməti xarici və daxili investisiyaların cəlb 
olunmasına yaradılan şəraitdir. Ona görə də respublikada sahibkarlıq fondu, investisiya fondu və 
regionlarıın sosial inkişafı üçün ayrılan dövlət vəsaitləri turizmin dövlət siyasətini formalaşdırır. Dövlət 
siyasəti ümumi iqtisadi artım regionun iqtisadi və sosial potensialının iqtisadi dövriyyəyə cəlb olunması 
kontekstində həll olunur və dövlət turizm sferasında digər sahə- lərə nisbətən daha çox təminatçı rolunu 
oynayır. Bu məqsədlə dövlətin turizm siyasəti sosial mahiyyətinə görə digər sahələrin inkişafına aparıcı 
həlqə kimi təsir edir və sahibkarlar turizm sferasında təminatın yüksək olmasını, onun maliyyə maddi kadr 
potensialının dövlət tərəfindən tənzimləməsini bilərəkdən turizm risklərini artırırlar. Dövlət idarəçiliyi 
turizm sferası üçün kadr potensialını, təhsil sistemini, turizmin idarəçiliyində innovasiyanı, turizmin 
dünyəvi beynəlxalq səviyyəli statusunu formalaşdırır. 
Dövlət resursları birbaşa və dolayısı yolla bu sahənin təşkili və inkişafına yönəldilir. Turizmin 
infratsruktur bazası sahibkarlıq fəaliyyəti ilə mümkün deyil. Bu ancaq 184 dövlət proqramları əsasında baş 
verir. Dövlət idarəçiliyi qanunların, onların reallaşması üçün zəruri olan mexanizlərin təşkilinə və 
təkmilləşməsinə yönəldilir. Turizm qanunları sahə və ərazi qanunları kimi funksional mexanizmləri 
idarəetmə xüsusiyyətlərinə görə ixtisaslaşır. İxtisaslaşma dövlət maraqları, yerli maraqlar və turist 
sahibkarlarının, müəssisələrin fəaliyyəti arasında stimul yaradan prinsiplərə əsaslanır. Belə ki, turizm 
müəssislərinin rəqabət mühiti turizmdə sahibkarlığa təşəbbüskarlıq, turizm gəlirlərində ədalətli maraqların 
qorunması və turizm məhsulunun təkrar istehsal bölgüsünü bütövlükdə iqtisadi siyasətin effektli, səmərəli 
formalaşması deməkdir. Dövlətin rolu onun sosial mahiyyətində daha qabarıq rol kimi qiymətləndirilir. 
Dövlət strateji planlaşma obyekti olaraq turizmin inkişafını dövlət proqramına salır. O proqramın tərkibində 
cari və perspektiv imkanları azad rəqabət şəraitində turizm dövriyyəsinə cəlb etməkdə imkan yaradır. 
Hər bir regionda turizm potensialının tərkibinə uyğun olaraq onun istifadəsinin funksional sistemi və 
proqramları dövlət proqramı statusuna malik olur. Müasir şəraitdə turizm sahibkarlığı digər sahələrlə yanaşı 
pəncərə sistemi ilə idarə olunur. Belə ki, turizmin biznes planı onun əsas vəzifələri turizmin perspektivi 
haqqında vergi orqanları tərəfindən 3 gün müddətinə qədər qeydiyyata alınır və lisenziya verilir. Dövlətin 
idarə sistemi daha çox aparıcı, qlobal məqsədlərə yönəldilir. Bu məqsədlər içərisində ən əsası rifah, həyat 
səviyyəsi problemləridir. Yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və ölkəyə turizm yolu ilə 
kapital axının təmin edilməsi idarə sisteminin əsasıdır. 
Turizmin müəssisədaxili planlaşması regionda ayrı-ayrı turist fəaliyyətləri üzrə baş verir. İlkin 
növbədə hər bir regionda turistlərin strukturu, onların sosial demoqrafik tərkibi, motivizasiyası 
qiymətləndirilir. Turizm müəssisəsi üçün zəruri olan şərait və bu şəraiti yaradan resurslar, imkanlar 
qiymətləndilir. Müəssisənin biznes planında turist məhsulunun miqdarı, keyfiyyəti, xidmətçilərin sayı və 
zəruri olan sahədaxili ötürmələr, nisbətlər planlaşdırılır. Hər bir turist müəssisəsində plan kommersiya 
gəlirləri baxımından qiymətləndirilir. Rentabelli turist məhsulu iqtisadi baxımdan biznes planın əsasını 
təşkil edir. Turizm fəliyyətinin biznes planı sosial fəliyyətlərlə də ölçülür. Yol təsərrüfatı, otelçilik, ticarət 
müəssisələri, ev təsərrüfatı və digər sosial infrastruktur obyektlərinin sahibindən asılı olmayaraq regionun 
inkişafı biznes planlaşmasında sosial nəticələr, sosial effektlər kimi qiymətləndirilir. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin