Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə252/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   248   249   250   251   252   253   254   255   ...   356
Kitab Turizm

 
Abstract
: The article speaks about quality assurance and management in higher education institutions 
in Azerbaijan. This topic reflects the quality assurance and management issues in teaching. 
Key words: 
student, teacher, teaching, quallity and management
 
Orta gəlirli ölkələr arasında rəqabətin güclənməsi, sürətli texnoloji irəliləyiş nəticəsində ixtisas 
profillərinin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə tələbi daha da artırmışdır. Digər tərəfdən, yalnız təhsilə 
cəlb etmə səviyyəsinin artırılması və təhsil infrastrukturunun genişləndirilməsi insanların bilik və 
bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Təhsil infrastrukturu zəruri amil olsa da, bilik və 
bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə 
olunur.
Müasir təhsil sistemi formal (dövlət təhsil sənədinin verilməsi ilə başaçatan) təhsil forması ilə yanaşı 
informal (özünütəhsilyoluiləbiliklərəyiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi 
məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) təhsil formalarınıda 
nəzərdə tutmuşdur. 
Təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, 
səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və 
səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə 
çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.
 
Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol 
oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik 
bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri 
ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. 
Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər, 
keyfiyyət təminatını artırılar. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil 
müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması 
müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə 
müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının 
təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. 
Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərirki, informasiya-
kommunikasiya texnologiyalarınaə saslanan,yaradıcı düşüncəni inkişaf etdirən və təhsil alanın fərdi 
xüsusiyyətlərini nəzərə alanmüasir, fəal-interaktiv təlim metodları dahayüksəknəticələrverir. Həmin 
məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin 
artırılmasıtəhsilsiyasətindəmühümyertutur. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin