Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə284/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   280   281   282   283   284   285   286   287   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
228
Baku, Azerbaijan


Quba-Xaçmaz bölgəsinə daxil olan digər rayon - Şabran rayonu gecələmə müəssisələrinin 
mövcudluğu baxımından çox da inkişaf etməsə də, burada tikilən “Qalaaltı” sanatoriyası turistlər tərəfindən 
ən çox üz tutulan gecələmə obyektlərindəndir. 
Sanatoriya Bakının mərkəzindən cəmi 120 km məsafədə yerləşir və 152 “superior”, 15 “suite” tipli 
otaqlardan, 3 villadan ibarətdir. Hər bir otaq kondisioner, ventilyasiya, istilik sistemləri, LED televizor, 
fasiləsiz internetlə təmin edilmişdir. 
Sanatoriya daxilində fəaliyyət göstərən “Çıraq” tibb mərkəzində qonaqlara müxtəlif bərpaedici və 
sağlamlıq proqramları təklif edilir ki, bu da turistlərin müəssisəyə gəlməsinin başlıca səbəbi hesab edilir. 
Həmçinin, “Qalaaltı” sanatoriyasında ən son avadanlıq və müasir tələblərə cavab verən vasitələrlə 
təmin edlmiş “Qalaaltı Gözəllik Salonu” və “Qalaaltı Fitness Mərkəzi” də fəaliyyət göstərir. Buranın spa 
mərkəzində isə Taylanddan ölkəmizə dəvət edilmiş spa terapistləri tərəfindən aromaterapiya, stounterapiya, 
solyariy, talasoterapiya xidmətləri təklif edilir. 
“Qalaaltı” sanatoriyasının mövcudluğunun ən müsbət tərəfi buranın başlıca olaraq müalicə mərkəzi 
olmasıdır. Belə ki, sanatoriya ,kurort müəssisələrinə turistlər daha çox xəstəliklərdən azad olmaq və 
müalicə məqsədilə gəldiklərinə görə, burada həkimlərin göstərişi ilə daha uzun müddət qalmalı olurlar. Bu 
isə daha çox valyutanın ölkəyə cəlb edilməsinə səbəb olur. 
Quba-Xaçmaz bölgəsinin gecələmə müəssisələri baxımından inkişaf etmiş digər bir regionu isə 
Xaçmaz rayonudur. Bölgənin digər rayonlarında, xüsusilə, Qusarda qış turizmi inkişaf etmişdirsə də, 
Xaçmaz rayonunda əsasən yay turizmi daha çox inkişaf etmişdir. Belə ki, rayonun əsasən Nabran 
qəsəbəsində yay turizminin inkişafı üçün kifayət qədər geniş potensial vardır. Qəsəbənin bir tərəfi 
meşəliklə, digər tərəfi isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Burada “Palma”, “Atlant”, “Xəzər”, 
“Malibu”, “El Faro”, “Caspian Sea Resort”, kimi gecələmə müəssisələri fəaliyyət göstərir. Bunlardan 
“Palma” istirahət mərkəzinə gələn qonaqlar ayrı-ayrı kotteclərdə qalırlar. Onlara həmçinin müxtəlif növ 
Şərq, Avropa və Rus mətbəxini təqdim edən “Ocaqbaşı”, “Təndir” kimi restoranlar, diskoteka və 120 nəfər 
tutumu olan konfans zalı, həmçinin, 2 hovuz, futbol, volleybol, basketbol meydançaları da vardır
.
“Atlant” istirahət mərkəzində 6 mərtəbəli və 116 ədəd standart otağı olan müəssisə fəaliyyət göstərir. 
Lakin qonaqlar daha çox, burada olan kotteclərdə qalmağa üstünlük verirlər ki, onlarında 55-i standart 3 
otaqlı, 12-i isə lüks kotteclərdir. Mərkəzdə hovuz, restoranlar, əyləncə mərkəzləri kimi bir sıra digər 
xidmətlər də vardır. 
Xızı rayonunda mövcud olan ən məşhur gecələmə müəssisələrindən biri Altıağac istirahət mərkəzidir. 
Bura “Cənnət Bağı” şirkətlər qrupuna məxsus ilk yerləşdirmə müəssisələrindəndir. Hoteldə “standart”, 
“suite”, “junior suite” kimi otaqlar və kotteclərdə gecələmək imkanı vardır. Bundan əlavə, hotelin 
ərazisində tennis kortu, basketbol, voleybol, futbol meydançası, fitness, atçılıq, kanat yolu, paintball, uşaq 
əyləncə müəssisəsi, zoopark, spa kimi bir sıra fəaliyyət növlərindən də yararlanmaq imkanı vardır
.
Nəticə 
Beləliklə, Quba-Xaçmaz bölgəsində gecələmə müəssisələrini digər bir sıra bölgələrlə nisbətdə daha 
çox inkişaf etmiş hesab etmək olar. Yuxarıda sadalanan rayonlarda hotellərlə yanaşı qonaq evləri, rayon 
sakinləri tərəfindən turistlərə kirayə verilmiş evlərdə də gecələmək mümkündür. 
Lakin, onu da qeyd etmək lazımdır ki, bu gecələmə müəssisələrində də xidmət keyfiyyəti dünya 
standartlarına cavab vermir. Həmçinin, qiymətlər də olduqca yüksəkdir. Xüsusilə də yay ayları və bayram 
günlərində qiymətlər xeyli yüksək olur ki, bu da əsasən, yerli turistlərin büdcəsinə uyğun gəlmir. 
Düşünürəm ki, bu problemlərin həlli yolunda müəyyən tədbirlərin həyata keçirilməsi müsbət nəticələr 
doğurar.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin