ƏDƏBIYYAT SIYAHISI: 1.
Ə.Əlirzayev, S.Aslanova. Turizmin inkişafının sosial-iqtisadi problemləri. Bakı 2006. “Adiloğlu”. 163 s.
2.
H.Soltanova. Azərbaycan Respublikasında turizm və onun inkişafı. Bakı 2015, 475 s.
3.
M.Abadov. Azərbaycan turizmi və onun inkişaf problemləri. Bakı 2014. “Şərq-Qərb”. 248 s.
4.
H.Soltanova, M.Ağakərimov, S.Babazadə. Mehmanxana təsərrüfatı. Bakı 2005. 230s.
5.
http://www.anl.az/down/meqale/respublika/2012/avqust/257642.htm
6.
http://serqqapisi.az/index.php/humanitar/turizm/3671-otel-taesaerrufat-turizmin-apar-dz-sahaesidir
QUBA-XAÇMAZ BÖLGƏSİNDƏ GECƏLƏMƏ MÜƏSSİSƏLƏRİ VƏ ONLARIN MÜASİR VƏZİYYƏTİ magistrant GÜLMƏMMƏDOVA Nigar Çingiz qızı Azərbaycan Turizm və Menecment Universiteti Abstract: The article is about the country's tourism sector, its development and as one of the measures taken in this direction, to increase the quantity and quality of accommodation facilities in Guba-Khachmaz region. The disadvantages of these accommodation facilities, and the lack of such facilities in certain districts in the region are discussed .
Key words: Guba-Khachmaz, tourism, hotel, service, quality Giriş Ölkəmizə gələn turistlərin əksəriyyəti yalnız paytaxt Bakını gəzməklə kifayətlənməyib onun
şəfalı guşələrinə də baş çəkməyi üstün tuturlar. Bunun əsas səbəblərindən biri Bakının çox da böyük
olmaması və 1-2 gün ərzində gəzilə bilməsidirsə, digər səbəbi qonaqların şəhərin səs-küyündən
uzaqlaşıb sakit yerdə dincəlmək istəmələri ilə əlaqədardır. Turistlərin bu tələbatının ödənilməsinin
başlıca yolu isə onlara həmin məkanlarda rahat, komfortlu, ən son standartlara cavab verən, peşəkar
personalı, münasib qiyməti olan рotellərin tikilib istifadəyə verilməsi ilə əlaqədardır.
Azərbaycanda yüksək kateqoriyalı hotellərin olması baxımından Bakıdan sonra ən ön sıralarda
məhz Quba-Xaçmaz turizm bölgəsinin adını çəkmək olar. Belə ki, bölgəyə daxil olan rayonlarda bir
sıra otel, mehmanxana, hostel, qonaq evləri vardır. Həmçinin burada bir çox evlərdə də əhali öz
evlərini kirayə verir.