Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə279/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   275   276   277   278   279   280   281   282   ...   356
Kitab Turizm

Əsas hissə.
Ölkəmizdə də turizmin inkişafına xüsusi diqqət göstərilir. Turizmin davamlı olaraq 
inkişafı bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin 
açılması, turizm infrastrukturunun qurulmasında göstərir. Azərbaycan kontekstində ölkənin 
diversifikasiyası və regionların inkişafı üçün turizm sənayesi həll edici rol oynayır. Turizmdə rəqabət 
imkanlarımız çox yüksəkdir. Təbbi sərvətlərimiz, mədəniyyət abidələrimiz, zəngin tarixi irsimiz 
cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Son 15 ildə ölkədə turizmlə bağlı görülən 
işlər, dövlət proqramları, aparılan islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha 
sübut edir.
Son dövlərdə Azərbaycanda turizm istiqamətində beynəlxalq əlaqələrin təşkil edilməsi və inkişaf 
etdirilməsi, ölkə turizminin inkişafı və turizm infrastrukturununn inkişaf etdirilməsi, turizm 
imkanlarının təbliği sahəsində konkret vəzifələr müəyyən olunmuşdur. Qədim tariximiz, Xəzər dənizi 
sahili mövqeyimiz, tarixi abidələrlə zənginliyimiz, dünyanın 11 iqlim tipindən 9-nun ölkəmizdə 
mövcud olması və insanlarımızın qonaqpərvərliyi turizmin inkişafı üçün geniş imkanlar yaradır. 
Ölkənin müxtəlif regionlarında 6 mindən çox mədəniyyət və memarlıq abidələri qorunub saxlanılır. 
YUNESKO tərəfindən qeydiyyata alınmış İçəri şəhər, Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun 
Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurlaşmışlar [4].
Son 20 ildə qəbul edilmiş dövlət proqramları bütün sərvətlərimizdən səmərəli istifadə etməklə 
ölkə turizmini inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur. Eyni zamanda ölkə ərazisində turizmin 
inkişafı məqsədilə bir sıra vəzifələr qarşıya qoyulmuşdur: rəqabətə davamlı turizm bazarı yaratmaq 
məqsədi ilə turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi; turistlərə xidmətin keyfiyyətinin 
yüksəldilməsi və beynəlxalq standartlara cavab verməsini təmin etmək; turizmdən dövlət və yerli 
büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizm sahəsində dövlət tənzimlənməsini həyata 
keçirmək; turizm infrastrukturu və maddi-texniki bazanı möhkəmlətmək; xarici investorları turizm 
sferasına cəlb etmək. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin