-
mehmanxanaların və mehmanxana tipli müəssisələrin
əsas göstəriciləri;
-
mehmanxanalarda və mehmanxana tipli müəssisələrdə yerləşən şəxslərin sayı;
-
mehmanxanaların və mehmanxana tipli müəssisələrin işçilərinin orta aylıq sayı;
-
mehmanxanaların və mehmanxana tipli müəssisələrin mülkiyyət formalarına görə paylanması;
-
mehmanxanaların və mehmanxana tipli müəssisələrin bütövlükdə və mülkiyyət formaları üzrə
gəlirləri və xərcləri ardıcıllığı ilə yerinə yetirmək təklif olunur.
Bundan əlavə:
-
iaşə müəssisələrinin əsas göstəriciləri;
-
iaşə dövriyyəsinin həcmi;
-
iaşə dövriyyəsinin indeksləri ardıcıllığı üzrə ayrıca olaraq, iaşə müəssisələrinin (mehmanxana-
nın tərkibində və ya ondan kənarda) təhlilini aparmaq tövsiyə olunur.
Sonra isə yuxarıda göstərilən istiqamət üzrə mehmanxana biznesi müəssisələrinin
fəaliyyətinin
konkret təhlili aparılmışdır.
Gecələmək üçün yerləşdirilən adam günlərin sayında 1504312-dən 2125266-dək (o
cümlədən,
xarici vətəndaşlar – 673811-dən 1406264-dək), gecələyənlərin sayında isə 510162-dən 1122068-dək
(o cümlədən, xarici vətəndaşlar – 257987-dən 776784-dək) olmaqla xeyli artım müşahidə olunur.
İstirahət və əyləncə məqsədi ilə yerləşənlərin sayı 172797-dən 565738-dək (o cümlədən,
xarici
vətəndaşlar – 48647-dən 367067-dək); işgüzar səfərlər – 185094-dən 258299-dək (o cümlədən, xarici
vətəndaşlar – 124264-dən 188652-dək) olmaqla kəskin şəkildə artmışdır.
Eyni zamanda, müalicə məqsədi ilə, digər turizm məqsədləri ilə
mehmanxanalarda yerləşən
şəxslərin sayında azalma müşahidə olunmuşdur.
Mehmanxana təsərrüfatlarının sahəsinin genişləndirilməsində keyfiyyətcə irəliləyişlər müşahidə
olunur.
O cümlədən, tədqiq olunan dövrdə onların sahəsi 2746,9 min kv. m-dən 3642,3 min kv. m-dək,
yaşayış sahəsi isə 442,3 min kv. m-dən 553,0 min kv. m-dək artmışdır.
Mehmanxanalarda və mehmanxana tipli müəssisələrdə işləyən işçilərin sayı 6198-dən 9838-dək;
müəssisələrin gəlirləri 114,7 mln. manatdan 240,1 mln. manatadək; xərcləri isə 88,7 mln.
manatdan
204,8 mln. manatadək artmışdır.
Dostları ilə paylaş: