Əsas hissə
Quba-Xaçmaz bölgəsinə daxil olan rayonlar arasında ən komfortlu, qonaqların tələblərinə cavab verə
biləcək gecələmə yerlərinin olması baxımından Qusar rayonunu daha çox inkişaf etmiş hesab etmək olar.
Rayonda, əsasən də Şahdağ Turizm Kompleksində qış turizmi inkişaf etmişdir və mövcud lüks hotellər
əsasən, həmin istiqamətdə fəaliyyət göstərir. Bu səbəbdən yayda turistlərin sayının azalması nəzərə
alınaraq, burada yay əyləncə paketləri də işlənib hazırlanmışdır. Şahdağ Turizm Kompleksində “Şahdağ
Hotel & Spa”, “Park Chalet”, “Pik Palace”, “Zirvə”, kimi hotellər, həmçinin, qonaq evləri fəaliyyət
göstərir. Mərkəzin xidmətlərinə uşaq əyləncə paketləri, transfer xidməti və tibbi klinikanın xidmətləri də
daxildir.
Mərkəzin gecələmə obyektləri tez-tez müxtəlif bayram və festivallara ev sahibliyi edir. Məsələn,
2018-2019-cu illərdə burada “Şahdağ salsa və baçata” festivalı, “İtaliya mətbəxi”festvalı, “Qış
mövsümünün açılışı” adlı tədbir, “Asian food” festivalı, “Aralıq dənizi mətbəxi” festivalı, “Urban”
festivalı, “Beer day” festivalı və s. keçirilmişdir
.
“Shahdagh Hotel & Spa”. “Absheron Hotel Group”a daxil olan bu hotel Qusar rayonunun Ləzə
kəndində yerləşir. Hotel 5 ulduzlu olmaqla, turistlərə müxtəlif xidmətlər təklif edir. 173 ədəd otaqdan ibarət
olan otel “deluxe king”, “superior twin”, “junior suite”, “superior”, “presidential suite”kimi kateqoriyalı
otaqları qonaqlara təklif edir. Otaqlar müasir tipli interyerə əsasən tikilmişdir.
“Zirvə”. Bu otel də “Absheron Hotel Group”a daxildir və burada cəmi 43 otaq qonaqların istifadəsinə
verilir ki, bunlardan da 40-ı standart, 3-ü isə lüksdür. Otaqların növləri “superior king” və “superior
twin”olmaqla iki yə ayrılır. “Zirvə” hoteli qonaqların rahatlığını təmin edən bir sıra vasitələrlə, o cümlədən,
fasiləsiz wi-fi, televizor, çay və kofe hazırlamaq üçün avadanlıq, fen, şəxsi gigiyena və kosmetik
vasitələrlə, həmçinin, rahat hamam otağı ilə təchiz olunmuşdur
.
“Pik Palace”. Qusarda yerləşən, “Absheron Hotel Group”a daxil olan digər bir hotel isə “Pik
Palace”dır. Bu 5 ulduzlu otel “deluxe king”, “deluxe twin”, “deluxe king balcony”, “deluxe twin balcony”,
“junior suite”, “executive suite”, “royal suite” tipləri olmaqla, ümumilikdə 167 otaqdan ibarətdir. Otaqların
hər birində geniş çarpayı, iş masası, hamam otağı, həmçinin bir sıra avadanlıqlar vardır. Hər bir otağın
eyvanı fransız üslubundan inşa edilmişdir və pəncərələr tavandan döşəməyə qədər olmaqla, içərini daha da
işıqlı olmasını təmin edir. Əksər otaqların mənzərəsi dağa, bəzilərində isə digər hotelin həyətinə baxır
.
“Park Chalet” hoteli də Qusarda yerləşən 5 ulduzlu gecələmə müəssisəsidir. Hoteldə ümumilikdə 164
otaq qonaqların istifadəsinə verilir ki, bunlar da “deluxe king”, “deluxe twin”, “deluxe king balcony”,
“deluxe twin balcony”, “chalet suite”, “mansard suite”, “duplex suite” olmaqla 7 kateqoriyaya bölünür.
Otaqların demək olar ki, hər birinin mənzərəsi dağa açılır
Quba-Xaçmaz regionunda gecələmə müəssisələrinin nisbətən yüksək standartlara cavab verməsi
baxımından digər inkişaf etmiş rayon Qubadır. Burada yerləşən bir neçə məşhur hotellərin adlarını çəkə
bilərik.
“Quba Palace” hoteli. Əvvəlki adı “Rixos Guba” olan hotel nəinki Quba-Xaçmaz bölgəsində, eyni
zamanda, Azərbaycanda mövcud olan ən bahalı, ən lüks və ən son standartlara cavab verən hotellərdən
biridir. 5 ulduzlu hotel Azərbaycanda qolf meydançasına sahib ilk və yeganə gecələmə müəssisəsidir.
Ümumilikdə 212 otaqdan ibarət olan oteldə həmçinin, villalar da qonaqların istifadəsinə verilir.
“Quba Palace” hotelində, həmçinin, bir-birindən ləzzətli mətbəxi olan “Mosaic”, “Lobby Lounge”,
“The Challette Stake House” kimi restoranlar da fəaliyyət göstərir.
Qonaqların əyləncəsini təmin etmək üçün burada stend atıcılığı, balıq ovu, “Playstation 4 Əyləncə
Mərkəzi”, piknik zonası, boulinq və bilyard yeri, “Uşaq Əyləcə Mərkəzi”, “Quba Planet” əyləncə parkı,
“Diamond X” gecə klubu fəaliyyət göstərir, velosipedlərin icarəsi və vaxtaşırı müəyyən idman tədbirləri
həyata keçirilir
.
Quba rayonu ərazisində yerləşən digər bir 5 ulduzlu hotel isə “Şahdağ Quba” hotelidir. Sözügedən
gecələmə müəssisəsi “Quba Palace” kimi lüks hotel olmasa da, qonaqların ehtiyacını ödəyə bilən yüksək
səviyyəli otel kimi qiymətləndirilir.
Mehmanxanada 1000 yerlik konfrans zalı, 150-200 yerlik bar və 800 yerlik restoran vardır. Həmçinin,
kanalizasiya, su və elektrik sistemləri təmir edilmiş, havalandırma və istilik sistemləri yenidən
qurulmuşdur. Burada 5 mərtəbə və mansard tipli çardaq vardır, otaqları isə “standard”, “twin”, “family”,
“suite” olmaqla 4 yerə bölünür. Hotelin təklif etdiyi xidmətlərə hovuz, türk hamamı, müxtəlif növ
əyləncələr, sauna, spa və s. aiddir. Həmçinin, hotel daxilində “Bar-1”, “Bar-2”, “Bar-3”, “Şahdağ” şadlıq
sarayı, “Panoramic Terrace” restoranı, “Quba” restoranı da fəaliyyət göstərir
.
Dostları ilə paylaş: