Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə286/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   282   283   284   285   286   287   288   289   ...   356
Kitab Turizm

“Marketinq“
sözü 
ingilis dilində market (bazar) sözündən yaranıb, mənası bazar fəaliyyəti,başqa sözlə desək bazar 
fəaliyyətinin öyrənilməsi deməkdir. Ancaq qeyd etdiyimiz bu açıqlama marketinqi sözünün hansı 
məna verdiyini açıqlamaq üçün kifayət etmir. “Marketinq” sözünün mənası daha genişdir və iqtisadi 
proses olaraq daha çox sahəlidir. [8]
Marketinqin məqsədlərindən biri istehlakçıların tələbatlarını öyrənmək, bu tələbləri əlverişli bir 
qiymət qarşılığında ödəməkdən ibarətdir. Bu prosesin nəticəsində müəssisə gəlir əldə edir. 
Marketinqin əsas məqsədi isə müştəri seqmentini yaradılmasıdır. Bu fəaliyyət müəssisənin sosial
siyasi və texnoliji mühitini araşdırmaq, habelə, müəssisənin rəqiblərini öyrənmək kimi prosesləri 
özündə birləşdirir. Məhsul, məhsulun qiyməti, reallaşdırılma yeri, həmin reallaşdırılmanın 
stimullaşdırılması - bunların hamısı hər hansı bir sənayenin tədbiq etdiyi marketinqin əsas 
komponentləridir. Rəqib müəssisələrin SWOT, pestel, kanvas, 7p kimi marketinq analizlərinin 
aparılması marketinq planının həyata keçirmək üçün uyğun olan strategiyanı həyata keçirilməsinə 
imkan verir. Marketinq tədqiqatlarının aparılmasında əsas məqsəd bazar situasiyasının, bu situasiyaya 
təsir edə biləcək amillərin öncədən öyrənilməsidir. Eləcə də, müəssisə fəaliyyəti zamanı nəzərə 
alınması vacib olan tədbirlərin işlənib hazırlanması, nəticədə qeyri – müəyənlik və risk səviyyəsinin 
azaldılması, həmçinin müəssisə imkanlarının bazar imkanlarına, bazarda olan istehlakçıların 
tələbatlarına uyğunlaşdırılması üzrə tövsiyələrin hazırlanmasıdır. Marketinqin əsas vəzifəsi ümumi 
olaraq marketinq fəaliyyətində yol verilmiş, həqiqətə uyğun olmayan informasiyaların və 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
232
Baku, Azerbaijan


qiymətləndirmələrin, riskin, eləcə də, bütün növ məhsuldar olmayaq xərclərin aradan qaldırılmasıdır. 
Marketinq prosesində bazar, istehlakçılar, rəqiblər, bazara xas olan firma strukturu, məhsullar, 
qiymət,məhsulların bölüşdürülməsi, satış kanalları, satışın həvəsləndirilmsı, reklam, müəssisəyə xas 
olan idarəetmə quruluşu və makromühit amilləri tədqiq edilir. [6] 
Turizmdə marketing münasibətləri mövzusunda apardığım tədqiqatların sonunda belə bir nəticəyə 
gəldim ki, turizmin inkişafında marketinqin rolu əvəzsizdir. Söhbət turizmin ölkəyə ən çox gəlir 
gətirdiyi forması olan gəlmə (incoming) turizmindən gedirsə əgər, biz əminliklə deyə bilərik ki, 
sözügedən inkişaf marketinqin tədbiqi olmadan mümkünsüzdür. Marketinq iqtisadi prosesdir, hansı ki, 
müxtəlif sahələrdə satışın artırılması, daha çox gəlirin əldə edilməsi, müəssisənin daha müsbət bir 
imicə sahib olması üçün müəssisənin həyata keçirməli olduğu əsas fəaliyyətlərdəndir. Əks halda 
məhsul nə qədər keyfiyyətli olursa olsun bazarda həmin məhsula daha çox tələb yaratmaq mümkün 
olmayacaqdır. Çünki satış prosesinin əsas subyekti sayılan alıcılar bu məhsulun keyfiyyəti haqqında 
heç bir məlumata malik olmayacaqlar. Məhz alıcılara məhsul haqqında məlumatın müxtəlif üsullarla 
çatdırılması üçün marketinqə ehtiyac duyulur. Əgər istehsal olunan məhsul turizm məhsuludursa ( 
xidmət) , ümumi prosesə marketinq fəaliyyətinin tədbiqinin önəmi daha da artacaqdır. Çünki 
marketinqin əsas xüsusiyyətlərindən biri reklam-informasiya fəaliyyətinin həyata keçirilməsidir. Belə 
ki, marketinq kommunikasiya sisteminin reklam, PR ( public relation) kimi elementlərindən reklam-
informasiya məqsədi ilə geniş istifadə olunur. Ölkənin turizm imkanlarının xarici ölkələrdə, xarici ölkə 
vətəndaşlarına göstərmək üçün bu kimi prosedurlar mütləq həyata keçirilməlidir. Çünki heç bir xarici 
turist, turizmi haqqında heç bir məlumatı olmayan bir ölkəyə istirahət məqsədi ilə səyahət etməz. 
Marketinqdən yalnız reklam-informasiya məqsədi ilə deyil, həm də, müxtəlif sahələrdə, eləcə də 
turizmdə fəaliyyət göstərən müəssisələrin hər hansı bir məhsulun istehsalı haqqında düşündüyü andan 
etibarən, son mərhələyə (həmin məhsulun istehsalının dayandırılması) qədər marketinqdən geniş 
şəkildə istifadə edir. Bu fəaliyyətə marketinqin SWOT, pestel, 7p, kanvas kimi marketinq analizləri 
daxildir. Hansı ki rəqabətin mövcud olduğu bir mühitdə bu maketinq analizləri müəssisənin daha çox 
satış həyata keçirməsi və rəqabətə dözərək daha uzunmüddət fəaliyyət göstərərək daha uğurlu nəticələr 
əldə etməsi baxımından çox önəmlidir. [7] 
Marketinqin məqsədlərindən biri istehlakçıların tələbatlarını öyrənmək, bu tələbləri əlverişli bir 
qiymət qarşılığında ödəməkdən ibarətdir. Bu prosesin nəticəsində müəssisə gəlir əldə edir. 
Marketinqin əsas məqsədi isə müştəri seqmentini yaradılmasıdır. Bu fəaliyyət müəssisənin sosial, 
siyasi və texnoliji mühitini araşdırmaq, habelə, müəssisənin rəqiblərini öyrənmək kimi prosesləri 
özündə birləşdirir. Məhsul, məhsulun qiyməti, reallaşdırılma yeri, həmin reallaşdırılmanın 
stimullaşdırılması - bunların hamısı hər hansı bir sənayenin tədbiq etdiyi marketinqin əsas 
komponentləridir. Rəqib müəssisələrin SWOT,pestel, kanvas, 7p kimi marketinq analizlərinin 
aparılması marketinq planının həyata keçirmək üçün uyğun olan strategiyanı həyata keçirilməsinə 
imkan verir. [1. s.6.] 
Şəkil 1.1 Sadə marketinq sistemi 

Turizmdə marketinq münasibətləri konsepsiyası
Bu konsepsiya ona əsaslanır ki, marketinqin klassik üsulları turist müəssisəsi qarşısında duran 
məsələləri həll etməyə qadir deyil. Müəssisənin mədəniyyəti, personalın şəxsi keyfiyyətləri və 
turistlərlə kontaktda olmadan, turizmdə marketinq inkişaf edə bilməz və bu sahədə görülən tədbirlərin 
səmərəliliyi çox aşağı olar. 
Marketinq münasibətləri satıcının müştəri ilə hər bir görüşünü şəxsi (səmimi) görüş kimi 
qiymətləndirməyi təklif edir. Alıcılarla qurulmuş səmimi münasibətlər qiymətli resurs kimi qəbul 
olunmalıdır və bu cür münasibətlər fırmanın sərvəti hesab olunur. Səmimi münasibətləri yaradan 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin