-
Aqroturizmin ölkə əhalisinin məşğulluğu və yerli resursların istehsal və xidmət dövriyyəsinə
cəlb edilməsinin əsas istiqamətlərini müəyyənləşdirir;
-
Aqroturizmin inkişafı ixracatyönlü siyasətin yeni və daha səmərəli forması olaraq turist
tələbatına uyğun struktur transformasiyanın modelini yaradır;
-
Aqroturizm ölkəsi daha çox səmərəli fəaliyyət, Aqroturizm sferasına baxış, onun məqsədi,
vəzifələri və təşkili fəaliyyətində iştirak edən subyektlər və mexanizmlər, onun metodoloji əsaslarını
təşkil edir.
İlkin növbədə təşkilati amil olaraq Aqroturizmə ölkə iqtisadiyyatının struktur amili və onun digər
sahələrə multiplikasiya effekti baxımından yanaşılır. Multiplikasiya səmərəsi
hər bir sahənin birbaşa
və dolayısı əlaqəsi yolu ilə son nəticənin formalaşmasında əldə olunan inteqral effekt nəzərdə tutulur.
Çoxkriteriyalı sistem və sahələrarası təsirlərə məruz qalan Aqroturizm sferası özünün resurs
potensialını formalaşdırır. Resurs yanaşma metodologiyası Aqroturizmin inkişafı ilə baş verən yan tə-
sirləri, məskunlaşma və ərazi inkişaf modeli ilə təsvir olunur. Aqroturizmin sahələrarası problemi,
onun kənd təsərrüfatı, əhali və iqtisadi fəaliyyət mexanizmlərinin ölkədə formalaşma xüsusiyyətləri ilə
reallaşır. Aqroturizm fəaliyyətinə konseptual yanaşma, onun sosial-iqtisadi mahiyyətini, sosial rolunu
və beynəlxalq nəticələrini qiymətləndirməklə tamamilə yeni metodların tətbiqini tələb edir.
Aqroturizmə sahibkarlıq obyekti kimi baxmaqla, onun təşkili, himayəsi
və dövlət tənzimlənilməsi
sisteminin modifikasiyası, fərqli cəhətləri elminəzəri və metodoloji aspektdən təşkil edilir. Aqroturizm
sahibkarlığın özəlləşmə və sonrakı inkişaf strategiyası əsasında idarəetmə funksiyasını yaradır. Belə
ki, Aqroturizm idarəçiliyi, resursların nəzərə alınması, ali məqsədlərə uyğun resurslardan istifadə
texnologiyalarını tərtib edib, istifadə mexanizmləri əsaslandırılır. Aqroturizm təcrübəsi bir çox
ölkələrdə real iqtisadiyyatın sahəsi olaraq inkişaf edir. Aqroturizmin iqtisadi, mənəvi və sosial-
iqtisadi
mənası onun tədqiqi və proqnozunun metodoloji aspektlərini formalaşdırır.
Aqroturizmin obyekti və
subyektlərinin xüsusiyyətləri, onun tədqiqinin xüsusiyyətlərini yaradır. İnsan Aqroturizm obyekti
olmaqla, onun tələbatı, iqtisadiyyatı və dövlət siyasəti, Aqroturizmin inkişafının insan faktorunu
müəyyənləşdirir. Müasir şəraitdə ölkələrin
geoiqtisadi vəziyyəti, onların coğrafiyası, məhsuldar
qüvvələr kimi əsas resursları, onlardan istifadə Aqroturizmin sxemini, onun yerləşməsi və iqtisadi əla-
qələrdə rolunu formalaşdırır. Aqroturizmə coğrafiya elmi kimi baxmaq, onun ölkələr üzrə və
marşrutlar əhatəsində yerdəyişmə intensivliyi kimi baxılır. Aqroturizm fransız sözü olub, gəzinti, səfər
və müxtəlif motivlərə uyğun olaraq yerdəyişmə kimi qəbul qəbul olunur. Aqroturizm tələbatı, məkan
və zamandan asılı olaraq kəmiyyətcə və keyfiyyətcə dəyişən, digər tələbatların ödənilməsindən asılı
olan və amil olaraq formalaşan kompleks göstəricilər və amillər üzrə ölçülür, qiymətləndirilir. Varlı və
yoxsul ölkələrdə Aqroturizmin prioritetliyi dəyişir. Aqroturizmin inkişafı
perspektiv islahatlar və
struktur transformasiya obyekti olaraq əhalinin dinamikası, onun maddi rifahı, üstünlüyü və özünün
tələbatını ödəmək üçün istirahət tələbatı ilə genişlənir. Aqroturizmin sosial-iqtisadi mahiyyəti onun
iqtisadi rolu, maddi və mənəvi dəyərlərin artırılması və inteqrasiya amili olaraq genişlənməklə
xarakterizə olunur. Aqroturizmin mahiyyəti onun təsərrüfat, təbii ehtiyatlar və insan amili ilə ölçülür.
Aqroturizmin mahiyyəti təbii, coğrafi və ev təsərrüfatı ilə ölçülür. Aqroturizmin maddi əsasını onun
təkrar istehsal prosesində rolu və sahə kimi təşkilatı və idarə olunması mexanizmləri ilə formalaşır.
Aqroturizmin əsas əlamətlərinə müxtəlif məktəblərin baxışları ilə qiymətləndirmək olar.
Rus iqtisadçıları (V.İ.Vernadskiy, A.V.Çayanov) təbii sərvətlər
məhdud olduğu üçün
Aqroturizmin inkişafında təbii sərvətlərdən səmərəli istifadə olunması, təbii sərvətlərin təkrar istehsalı
prosesinin nəzərə alınması zəruriliyini əsaslandırırlar [5, s. 23]. Aqroturizmin dünya inteqrasiya
sistemində müasir pproblemlərdən biri olmaqla yanaşı, onun hər bir ölkədə özünün şəraitləri və şərtləri
ilə formalaşır. Sosial-iqtisadi mahiyyəti öz dərinliyi, səmərəsi və iqtisadi məsrəflərə görə təşkili me-
xanizmlərinə görə fərqlənir. Ölkə iqtisadiyyatının tərkib hissəsi olmaqla istehsal
amili olaraq turist
müəssisələri iqtisadi artımın, sosial inkişaf meyllərinin əsas istiqamətlərini müəyyənləşdirir.
Sosialyönlü prioritetlər baxımından Aqroturizmin inkişafı əmək ehtiyatlarının və ərzaq bazarının
genişlənməsi üçün aparıcı amil rolunu oynayır. Aqroturizmin sahə, funksional və məhəlli iqtisadi
funksiyası hədəflər prizmasından təşkil olunur və idarə olunur. Aqroturizmin inkişafına baxış iqtisadi
artım və sosial tərəqqi regionların və potensialların səmərəli istifadəsi baxımından yanaşılması, onun
əsas istiqamətlərini müəyyənləşdirir. Aqroturizmin inkişafının nəzəri əsasları onun inteqral səmərəsi
və kommersiya maraqları ilə ölçülür. Aqroturizmin fəaliyyət dairəsi onun əsas kompleks resurslara,
insan amilinə və onun son məhsulunun strukturuna uyğun təşkili ilə baş verir. Aqroturizmin iqtisadi
Dostları ilə paylaş: