Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə109/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   105   106   107   108   109   110   111   112   ...   356
Kitab Turizm

 
 
ALTIAĞAC MİLLİ PARKINDA EKOTURİZMİN
İNKİŞAF PERSPEKTİVLƏRİ 
 
Gülnar HACIYEVA 
AMEA-nın akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
 
Abstract
: Developing of the tourism in modern world, wide infrastructure of tourism industry has 
created large possibilities for human rest, but they also caused many problems. One of these problems 
is destruction of ecology and environment. One of the main duties of modern tourism sector is to 
liquidate the harmful influence of tourism to ecology. Developing of ecotourism and attainment as the 
main direction on setting this problem effectively is very important. The word ecotourism is a new 
conception in Azerbaijan tourism industry. Ecological tourism is implemented mostly in the territories 
of National Parks. The main analysis object of this thesis is learning of ecological tourism potential, 
perspectives and problems of Azerbaijan National Parks as Altiagaj National Park. One of Azerbaijan 
National Parks, Altiagaj National Park has great ecotourism potential. But it is difficult to attract 
tourists with these peculiarities.
Key words:
 tourism, national park, ecotourism, fauna, flora
Son dövrlər coğrafi səyahətlər genişlənmiş və yeni istiqamətlər yaranmışdır. Turistlər artıq daha 
çox seçici və tələbkar olması, onları təəccübləndirməkdə çətinliklər yaratmışdır. Hazırda dünya 
turistləri daha çox Afrika, Asiya və Cənubi Amerikanın toxunulmamış, öyrənilməmiş təbiətini 
görməyə üstünlük verirlər. Onlar dəbdəbəli otellərdən, “hər şey daxil” sistemindən, komfortlu 
transportdan və s. imtina edirlər. Buna ən yaxşı misal isə ekoloji turizm və ya ekoturimzdir [5, s.112-
118].
Ekoturizm termini ilk dəfə qərbdə XX əsrin 80-cı illərində meksikalı ekoloq Ektar Sebal-
Laskuray tərəfindən konfrasların birində təklif edilmişdir. O, rekreasiya və ekologiya arasında 
hormoniyanı birlikdə olması fikrini irəli sürmüşdü. Beləliklə, bu termin ilbəil böyük şöhrət qazanmağa 
başladı. Ekoturizm-ətraf mühitə, istehlaka və xərclərə təsirini minimuma endirmək üçün etik 
standartlara uyğun olaraq təşkil edilən və yerli səviyyəyə yönəldilmiş təbiət turizminin ekoloji 
cəhətdən davamlı formasıdır. Bu növ turizmdə qorunan ərazilər inkişaf edir və bu sahələrin 
qorunmasına kömək edilir. Bu turizm növü ətraf mühitin mühafizəsi, maarifləndirmə proqramları və o 
cümlədən də ekoloji davamlılıq prinsiplərinə uyğun olaraq həyata keçirilir. Yəni yerli əhali və turistlər 
üçün faydalı təbii qaynaqların qorunmasını təmin edərkən, ekosistemlərin bütövlüyünü pozmayan 
yerli mədəniyyətin, təbii abidələri və ətraf mühitin daha yaxşı saxlanılmasına riayət edilir. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin