mənası onun yaratdığı son məhsul, iş yerlərinin təşkili və ərazi iqtisadiyyatının təşkili forması kimi
fəaliyyət dairəsi olmaqla özünü göstərməsidir. Aqroturizm sferasının təşkili iqtisadi kateqoriya və
proseslərin təbii-coğrafi, insan amilləri ilə sıx əlaqə olması ilə qiymətləndirilir. Aqroturizmin tədqiqi
onun əsas formalaşma amillərinin dəyişmə dinamikası və nəticələrinin istifadəsi yolları və səmərəsi ilə
ölçülür. Aqroturizmdə səyahət və mənəvi dəyərlərin təkrar istehsalı baxımından tədqiq olunur.
Aqroturizmin sahə kimi rolu və iqtisadi amil olaraq tənzimlənilməsi müxtəlif kriteriyalardan və tarixi
xüsusiyyətlərdən asılıdır. Turist anlayışı, Aqroturizm bazası və potensialı Aqroturizm ölkəsinin
məkanını, onun coğrafiyasını formalaşdırır.
Ölkənin coğrafi vəziyyəti, onun təbii şəraiti və iqtisadi
durumu turistlərin mənbəyinə çevrilə bilir. Belə ki, təcrübə və münbit şərait Aqroturizmin inkişafına
şərait yaradır. Onun potensialı, iqtisadi potensialın Aqroturizm dövriyyəsinə cəlb edilməsi yolu ilə
Aqroturizm sferasını, onun dövriyyəsini və istehsal güclərini formalaşdırmaq olar. Onun coğrafiyası
resursların yerləşməsi və onların istifadəsi yolları ilə ixtisaslaşır. Ona görə də Aqroturizmin sahə-ərazi
və funksional məqsədləri baxımından tədqiq olunması, onun sosial-iqtisadi mahiyyətini və əsas
istiqamətlərini özündə birləşdirir. Aqroturizmin tarixi ölkə və ərazilərin resursları və onlardan istifadə
üçün yararlı şərait ilə formalaşıb və inkişaf edib. Ona görə də Aqroturizm çox funksiyalı fəaliyyət dai-
rəsi olmaqla xidmət göstərən və əhalinin (turistlərin) tələbatına uyğun
olaraq peşəkar ixtisaslaşan
fəaliyyət dairəsi kimi qiymətləndirilir. Aqroturizm sferasının çoxfunksionallığı istehlakçı və region
tələbatının müxtəlifliyi ilə formalaşır və inkişaf edir. Aqroturizmin beynəlxalq əhəmiyyəti inteqrasiya
və əməkdaşlıq funksiyası, istehsal və coğrafi potensialın dövriyyəyə cəlb olunması üçün istehsal
funksiyası və Aqroturizmin özünün istehlak amili kimi xidmət funksiyası, onun çoxmeyarlı idarəetmə
obyekti olmasını formalaşdırır. Çoxfunksionallıq meyarları təbii ki, məqsədlərin aliliyinə və onların
iqtisadi səmərəsinə görə ierarxik quruluşunu formalaşdırır. Nəzəri baxımından Aqroturizmə
çoxfunksiyalı və həmçinin resursların əvəz edilməsi yolu ilə fəaliyyət
göstərən sahələr kimi
qiymətləndirilir. Çoxkriteriyalı tənzimləmə obyekti olaraq Aqroturizmin inkişafı qlobal, beynəlxalq,
yerli və ərazi maraqları üzərində tənzimlənən və uzlaşdırılan sistem kimi formalaşır. Aqroturizmin
qlobal maraqları insan inkişafı indeksini və potensialını artırmaq, dünya ekoloji sistemini qorumaq və
dünya əhalisinin sağlamlığını təmin edən meyarlar üzərində qurulur. Qlobal maraqlar ölkələrin resurs
potensialını nəzərə almaqla, dünyavi dəyərlərə söykənən və tələbləri
təmin edən maraqlar
prizmasından həll olunur.
Qlobal maraqlar beynəlxalq səviyyəli qrupların, beynəlxalq təşkilatların, assosiasiyaların və
dövlət orqanlarının məcmuu və üzvü birləşməsi və kommersiya məqsədləri üzərində qurulur.
Aqroturizmin qlobal maraqları inteqrasiya amili olmaqla formalaşır və əməkdaşlığın növləri üzrə ixti-
saslaşır. Ona görə də dövlətin iqtisadi və sosial siyasətinin əsas istiqaməti olaraq Aqroturizmin tənzim-
lənməsi problemləri inkişaf edir.
Aqroturizmin mikroiqtidasi problemləri, onun sahə, ərazi və funksional vəzifələrinə uyğun olaraq
təşkilati-iqtisadi və idarəetmə problemlərini əhatə edir. Belə ki, region daxili iqtisadi potensiala və
xüsusi Aqroturizm potensialına söykənən siyasət regionların kompleks inkişafı məqsədi və əhalinin
rifahının yüksəldilməsi fəaliyyəti kimi qəbul olunur. Aqroturizmin fəaliyyəti
həmin sahənin rəqabət
qabiliyyətli sosialyönlü və səmərəli təşkili kimi meyarlar və idarəetmə mexanizmləri üzərində qurulur
[2, s. 11]. Ona görə də Aqroturizmin idarəetdiyi sahələrarası və regional prinsipləri əhatə etməklə
tədqiqat obyekti olaraq genişlənir. Müxtəlif sahələrdə bir çox tədqiqatçılar iqtisadi inkişafın amili
olaraq Aqroturizmə daha çox diqqət yetirmişlər. Bir çox inkişaf modellərinin hazırlanmasına, yenidən
təşkilinə və ya dəyişdirilməsinə baxmayaraq inkişaf planı kimi istifadə olunan heç bir vahid yanaşma
əldə olunmamışdır. Sınaq və nöqsanlar onilliklərlə davam etmiş və alternativ inkişaf vasitələri irəli
sürülmüş və həyata keçirilmişdir. Onların
bəziləri iflasa uğrayarkən, bəziləri uzunmüddət işlək
vəziyyətdə qalmışdır, lakin bu gün istinad edilən və inkişaf etməkdə olan dövlətlərin iqtisadiyyatlarını
yaxşılaşdırmaq üçün heç bir inkişaf modeli mövcud deyil. Dövlətin iqtisadiyyat ilə məşğul olarkən
əsas diqqəti digər iqtisadiyyatların təcrübələrinə deyil, müəyyən fəaliyyətlərin hər hansı bir dövlətin
iqtisadiyyatına necə təsir etdiyinə yönəltmək lazımdır. Bunun üçün müəyyən fəaliyyətlərin ümumi
iqtisadi fəaliyyətə
təsirini başa düşmək, araşdırmaq və dəyərləndirmək lazımdır ki, siyasətçilər öz
strategiyalarından ən yaxşı şəkildə yararlana bilsinlər. Başqa sözlə, mikroiqtisadi qərarların artırılması
və stimullaşdırılmasından əvvəl, iqtisadiyyat ilk növbədə makroiqtisadi səviyyədə dəyər-
ləndirilməlidir. Dövlətin iqtisadi rolu, onun sahə və ərazi funksiyası ilə reallaşır.
Dostları ilə paylaş: